Məhkəmə qərarları › İş №1(027)-90/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-90/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-90/2021 22.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Quba rayonu, Qələdüz kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Quba rayonunun Qələdüz kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13.05.2021-ci il tarixdə, saat 23:00 radələrində icarə əsasında işlətdiyi Quba rayonu Qələdüz kəndində yerləşən “Forest” restoranında olarkən həmkəndlisi Zərərçəkmiş şəxs Namiq oğlu restoranın həyətinə gələrək Təqsirləndirilən şəxsdən borcunu istəmiş, Təqsirləndirilən şəxs sonuncuya borclu olmadığını deyərək aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla bir dəfə ağız nahiyəsindən vuraraq ona üst çənədə sağda İ-İİ, solda İ kəsici dişin travmatik amputasiyası, üst dodağın selikli qışasında əzilmiş yara və ətrafında qançır qansızmasından ibarət sağlamlığa yüngül zərzr vurmaya aid edilən bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşməçilik olmamışdır. Təxminən 1 il bundan əvvəl o, Quba rayonu Küpçal kəndində yerləşən “Üç qardaş” restoranını icarəyə götürüb işlədərkən Ceyhun hər dəfə tanışları ilə birlikdə restoranda çörək yeyib pulunu verməmiş nisyə yazdırıb getmişdir. Həmin ərəfədə Ceyhunun ona 900 manata yaxın borcu yaranmışdır. Bundan sonra o, Ceyhuna pul lazım olduğunu demiş və Ceyhun ona özünə məxsus bir kartdan pul çıxarıb verə biləcəyini demişdir. Daha sonra Ceyhunun bir kartında borcu yarandığı üçün ona 490 manat pul vermiş və Ceyhun həmin pulu bir kartına yüklədikdən sonra Ceyhun bir kartından 1000 manat pul çıxarıb ona vermişdir. Bundan sonra Ceyhun bir neçə dəfə yenidən icarə əsasında işlətdiyi restorana gələrək nisyə çörək yemiş və 700 manat pul borclu qalmışdır. Sonradan o, “Üç qardaş” restoranını 2020-ci ilin sentyabr ayında təhvil vermişdir. Təxminən 1 aya yaxındır ki, o, Quba rayonu, Qələdüz kəndində yerləşən “Forest” restoranını icarə əsasında işlədir. 13 may 2021-ci il tarixdə, saat 23:00 radələrində o, restoranda olarkən Ceyhun həmkəndlisi Orxana məxsus “Vaz 2106” markalı avtomobillə restoranın həyətinə gəldiyini görüb həyətə çıxmışdır. Ceyhuna yaxınlaşanda, onun ağzından spirt qoxusu gəldiyini görüb sərxoş olduğunu bilmiş və Ceyhuna “bu gün gecdi mən sənə çay verə bilməyəcəm” deyərək ona evə getməsini məsləhət görmüşdür. Ceyhun həmin vaxt onun ünvanına nalayiq söyüş ifadələri işlətdiyi üçün o, Ceyhunun ağız nahiyəsinə yumruqla bir zərbə vurmuş və Ceyhun yerə yıxılmışdır. Bundan sonra Ceyhun avtomobilə oturub ordan çıxıb getmişdir. Həmin vaxt restoranda kənar şəxslər olmamış, restoran bağlı olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 1 il bundan əvvəl Tərlan Quba rayonu, Küpçal kəndində yerləşən “Üç qardaş” restoranını icarəyə götürüb işlədərkən icarə pulunu verə bilmədiyi üçün ondan öz adına Kapital bankdan kredit götürməsini xahiş etmişdir. Tərlanla münasibəti yaxşı olduğu üçün öz adına 4 il müddətinə Kapital Bankdan 4300 manat kredit götürüb həmin puldan 2400 manat pulu Tərlana vermişdir. Tərlan borc aldığı pulu 2 ay ərzində qaytaracağını bildirmişdir. Sonradan Tərlan “Üç Qardaş” restoranını işlətməyib təhvil vermiş, təxminən 1 aya yaxındır ki, Tərlan Quba rayonu, Qələdüz kəndində yerləşən “Forest” restoranını icarə əsasında işlədir. 13 may 2021-ci il tarixdə, saat 23 radələrində həmkəndlisi Orxana zəng edərək onu yaşadığı ünvana çağırmış və Tərlandan pul almaq üçün Orxana məxsus “Vaz 2106” markalı avtomobillə Qələdüz kəndində yerləşən “Forest” restoranına gətmişdir. Restoranın həyətinə Tərlanı kənara çəkib ondan 2400 manat pulunu istəmişdir. Tərlanla həmin vaxt onun aralarında mübahisə yaranmış və hənmin vaxt Tərlan ona “mən sənə pul verməli deyiləm” deyərək yumruqla ağız nahiyəsinə bir zərbə vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra o, ordan çıxıb yaşadığı ünvana gedərkən yolda 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 16.05.2021-ci il tarixli, 374 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekpertizası və həkim stomatolqun konsultativ qeydiyyatı əsasında belə nəticəyə gəlirəm ki, onun bədəni üzərində aşkar olunan xəsarətlər- üst çənədə sağda İ-İİ, solda İ kəsici dişin travmatik amputasiyası, üst dodağın selikli qışasında əzilmiş yara və ətrafında qançır-qansızma küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 13.05.2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı (5 faiz) itirilməsinə səbəb olduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 20 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan X1 01 iyun 2021-ci il tarixli Quba 924 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nin Konsultativ Poliklinika şöbəsinin psixiatrik kabentlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Quba rayon lHB-nin Kupçal İnzibati Ərazi X2 tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Qələdüz kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəm-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciyət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə üçün 07 saat üçün 42 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar