Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-90/2022 07.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1966-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 4,316 qram çəkidə narkotik vasitə həşiş qətranını və 77,195 qram çəkidə qurudulmuş marixuananı qanunsuz əldə edib daşıyaraq, hissələrə bölməklə yaşadığı evdə və üzərində saxlamış, həmin həşiş qətranından 01 ədəd bükümdə 0,549 qramını 03 fevral 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşadığı evdə 20 manat məbləğdə pul müqabilində tanışı Şahid1 satmış, 03 fevral 2022-ci il tarixdə gecə saat 23:15 radələrində Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun üzərində şəxsi axtarış aparıldıqda əynindəki şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2,865 qram qurudulmuş marixuana, həmçinin yaşadığı evdə baxış keçirilərkən həmin evin dəhliz hissəsində qoyduğu sarı rəngli qutuda olan üzərində “Star- Sat” sözü yazılmış qutunun içərisindəki 25 ədəd kibrit qutularında ayrı-ayrılıqda çəkiləri 2,963 qram, 2,942 qram, 2,982 qram, 3,033 qram, 2,973 qram, 2,940 qram, 2,961 qram, 2,940 qram, 2,967 qram, 2,930 qram, 3,007 qram, 2,998 qram, 3,17 qram, 2,965 qram, 3,081 qram, 3,963 qram, 2,8 qram, 2,913 qram, 2,899 qram, 3,029 qram, 3,017 qram, 2,910 qram, 3,021 qram, 2,960 qram, 2,968 qram olmaqla ümumi təmiz çəkisi 74,33 qram qurudulmuş marixuana kütlələri və 01 ədəd “Magna" siqaret qutusunda olan 13 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,291 qram, 0,261 qram, 0,312 qram, 0,276 qram, 0,293 qram, 0,275 qram, 0,265 qram, 0,285 qram, 0,298 qram, 0,303 qram, 0,302 qram, 0,302 qram, 0,304 qram olmaqla ümumi təmiz çəkisi 3,767 qram həşiş qətranları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir və əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Keçən ilin yay aylarında yaşadığı evin həyətində özündə olan toxumdan 01 ədəd çətənə bitkisi əkib becərmiş, yetişdirdikdə həmin bitkinin yaşıl kütləsini toplayıb özünə marixuana hazırlayıb qurutmuşdur. Həmin kütləni 26 ədəd kibrit qutularına yığıb doldurmuşdur. Onlardan 01 ədədini istifadə etmək üçün idman şalvarının sağ yan cibinə qoymuşdur. 25 ədəd kibrit qutusundakı qurudulmuş marixuananı isə evinin dəhlizində sarı rəngli qutuya yığmışdır. Bundan başqa özündə olan çətənə bitkisinin tozundan 14 ədəd “mastika” adlanan həşiş qətranı hazırlamışdır. Onları da “Magna” adlı siqaret qutusunda evdə saxlamışdır. 03.02.2022-ci il tarixdə yaşadığı evdə olan zaman Həsən adlı tanışı qapısına gəlmiş və ondan özü üçün 01 ədəd həşiş qətranı istəmişdir. O, özündə olan “Magna” siqaret qutusunda saxladığı “mastika” deyilən həşiş qətranından 01 ədədini Həsənə vermişdir. 03.02.2022-ci il tarixdə saat 23:15 radələrində Quba RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Onlar narkotik vasitələrin saxlanmasında və satışında şübhəli olduğunu bildirərək üzərinə video çəkilişlə və ona təqdim olunmuş vəkilin iştirakı ilə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməli olduqlarını söyləmişlər. O buna etiraz etməmişdir. Beləcə üzərinə şəxsi axtarış zamanı əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana, 1351 manat pul vəsaiti, həmçinin evinə baxış zamanı da dəhlizdə saxldığı sarı rəngli qutuda olan üzərində “Star-Sat” sözü yazılmış qutuda 25 ədəd qurudulmuş marixuana kütlələri, eləcə də həmin qutunun altında 01 ədəd “Magna” siqaret qutusunda 13 ədəd həşiş qətranı aşkar edilmişdir. Bundan əlavə onda olan 04 ədəd kibrit qutusunun içərisində isə çətənə toxumu kütlələri də aşkar edilmişdir. Kütlələr elektron tərəzidə ölçülmüş və ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Sonra protokollar tərtib edilmiş, o həmin protokollarla vəkilin iştirakı ilə tanış olmuş və imzalamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, Şahid1lə bir neçə il əvvəl məsciddə tanış olmuşdur. Həsənin narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Həsən əvvəllər də ondan bir neçə dəfə narkotik vasitə təmənnasız almışdır. 03.02.2022-ci il tarixdə gecə saatlarında Həsən onun yaşadığı ünvana gəlmiş və ondan istifadə etmək üçün həşiş qətranı istəmişdir. O da təmənnasız olaraq 1 büküm həşiş qətranını vermişdir. Bunun müqabilində Həsəndən hər hansı məbləğdə pul almamışdır. Lakin Həsən ibtidai istinaqa ifadə verən zaman qorxmuş və ifadəsində ondan 20 manat müqabilində narkotik vasitə olan həşiş qətranı aldığını bildirmişdir. Kibrit qutularında ayrı-ayrılıqda yığıb saxladığı narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxlamışdır. Narkotik vasitəni ayrı-ayrılıqda qablaşdırmasında hər hansı məqsədi olmamışdır. Sonda təqsirləndirilən şəxs səhv etdiyini və əməlindən peşiman olmasını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o tutulmazdan iki həftə əvvəl marixuanadan hazırlanan "mastika" kimi tanıdığı narkotik vasitədən istifadə etməyə başlamışdır. Narkotik vasitəni hər dəfə Quba şəhəri, Ağamalıoğlu küçəsində yaşayan Mirzə adlı tanışından almışdır. Mirzə ilə 5-6 il əvvəl Quba şəhərində məsciddə tanış olmuşdur. Təxminən 3 ay əvvəl Mirzə ilə narkotik barədə arasında söhbət açılmış və həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. 03.02.2022-ci il tarixdə saat 22:30 radələrində özünə narkotik almaq məqsədilə Mirzənin yaşadığı evin qapısına getmişdir. Təqsirləndirilən şəxs qapısına getmiş, qapıda Mirzəyə 20 manat pul vermiş, sonuncu da ona 02 ədəd bükümdə “mastika” adlanan həşiş qətranı gətirmişdir. O, Mirzənin yaşadığı evin yanından yola düşmək istəyirkən polis əməkdaşları tərəfindən saxlanılaraq, narkotik vasitələrin istifadəsində, daşınmasında və saxlanmasında barəsində məlumat olduğunu bildirilmiş və vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxtı o, əynindəki cins şalvarın sağ yan balaca cibindən bir ədəd gümüşü kağız bükümdə narkotik vasitə “mastikanı” çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümü açarkən içərisindəki maddənin yaş halda olan “nəşə”dən, yəni marixuanadan hazırlanmış narkotik vasitə "mastika" olduğu müəyyən olunmuşdur. Sorğu əsnasında o, həmin bükümdəki narkotik vasitəni bir qədər əvvəl Mirzədən 20 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Mirzə ona narkotik vasitəni satanda onların yanında başqa heç kim olmamışdır. O, Mirzədən aldığı narkotik vasitədən kimsəyə satmamış və ya verməmişdir. Mirzədən aldığı “mastikanı” tanışları ilə çəkmək üçün almış, lakin tutulduğu üçün buna nail ola bilməmişdir. Hazırda onun üzərində aşkar edilmiş narkotik vasitə ilə bağlı barəsində cinayət işi istintaq olunur. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, o, narkotik vasitə istifadəçidir. Təqsirləndirilən şəxslə məsciddə tanış olmuş və onlar bir neçə dəfə birlikdə narkotik vasitədən istifadə etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə satdığını öyrənmiş və cari ilin fevral ayında Mirzənin yaşadığı ünvana gedib 20 manat müqbilində iki ədəd bükümdə narkotik vasitə olan həşiş qətranı almışdır. Mirzə əvvəl 3-4 dəfə ona təmənnasız narkotik vasitə vermişdir. Sonuncu dəfə isə 20 manat müqabilində satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsini təsdiq edərək, bildirdi ki, Quba şəhəri, Ağamalıoğlu küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs Həsən oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitələr satması barədə 03.02.2022-ci il tarixdə gecə saatlarında məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədilə 03.02.2022-ci il tarixdə saat 23:15 radələrində əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı Quba şəhəri, Ağamalıoğlu küçəsi ev 4 ünvanına gedərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və yaşadığı evdə baxış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə, 1351 manat pul vəsaiti, həmçinin evinə baxış zamanı da dəhlizdə saxladığı sarı rəngli qutuda 25 ədəd qurudulmuş marixuanaya oxşar kütlələr, eləcə də həmin qutunun altında 01 ədəd “Magna” siqaret qutusunda 13 ədəd həşiş qətranına oxşar kütlələr, 04 ədəd kibrit qutusunun içərisində isə çətənə toxumu kütlələri də aşkar edilmişdir. Kütlələr ölçülərkən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda kütlənin ümumi çəkisi 5,9 qram, 25 ədəd kibrit qutularında kütlənin ümumi çəkisi 153,5 qram, toxum olan kütlələr 24,9 qram, 12 ədəd “mastika” kimi tanınan kütlələr isə 4,0 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr hər birisi ayrıca ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Bütün istintaq hərəkətləri müdafiəçinin iştirakı və videoçəkilişlə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai itintaqa verdiyi ifadəsini təsdiq edərək digər Şahid3 göstərdikləri ilə analoji ifadə vermişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, şahid məhkəməyə teleqram göndərərək, işi ilə əlaqədar Bakı şəhərinə ezam edildiyini üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, o, 03.02.2022-cı il tarixdə Quba şəhəri Ağamalıoğlu küçəsi ev 4-də yaşayan Təqsirləndirilən şəxs Həsən oğlunun narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitələr satması barədə əməliyyat məlumatı əldə etmiş, bununla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etmiş, həmin şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. 03.02.2022-ci il tarixdə saat 23:15 radələrində o, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və yaşadığı evdə baxış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə, 1351 manat pul vəsaiti, evinə baxış zamanı dəhlizdə saxladığı sarı rəngli qutuda olan üzərində “Star-Sat” sözü yazılmış qutuda 25 ədəd qurudulmuş marixuanaya oxşar kütlələr, eləcə də həmin qutunun altında 01 ədəd “Magna” siqaret qutusunda 13 ədəd həşiş qətranına oxşar kütlələr aşkar edilmişdir. Bundan əlavə onda olan 04 ədəd kibrit qutusunun içərisində isə çətənə toxumu kütlələri də aşkar edilmişdir. Kütlələr ölçülərkən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda kütlənin ümumi çəkisi 5,9 qram, 25 ədəd kibrit qutularında kütlənin ümumi çəkisi 153,5 qram, toxum olan kütlələr 24,9 qram, 12 ədəd “mastika” kimi tanınan kütlələr isə 4,0 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr hər biri ayrıca ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs evində baxış keçirilməzdən bir qədər əvvəl Həsən adlı şəxsə 01 bükümdə həşiş qətranı da satdığını etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi: “Təqsirləndirilən şəxs üzərində şəxşi axtarış keçirilməsi haqqında” 03.02.2022-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X8 əməliyyat qrupunun, müdafiəçinin və Quba şəhər sakini Təqsirləndirilən şəxs iştirakı ilə 23.02.2022-ci il tarixdə saat 23:25 radələrində Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, istifadə etməsi və satışında şübhəli bilinməsi ilə bağlı sonuncunun yaşadığı Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən evində üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 kibrit qutusunda yaşıl rəngli otabənzər spesifik iyə malik kütlə aşkar edildmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yay aylarında yaşadığı evinin həyətində 1 ədəd çətənə kolu əkməsini və onu qurudaraq saxlamasını bildirmişdir. Eyni zamanda şəxsi axrarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1351 manat pulun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan həmin büküm elektron tərəzidə ölçüldü və qutu ilə birlikdə kütlənin ümumi çəkisi 5,9 qram olması müəyyən edildi. Həmin bükümdə olan kütlə zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir (iş vər.: 19); “Şahid1 üzərində şəxşi axtarış keçirilməsi haqqında” 03.02.2022-ci il tarixli protokoldan görünür ki, 03.02.2022-ci il tarixdə təxminən saat 23:00-da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi barədə alınmış məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1998-ci il təvəllüdlü Şahid1 Quba şəhəri, Ağamalı oğlu küçəsində saxlanılaraq tutulmuş, 03.02.2022-ci il tarixdə, saat 23:20-də hadisə yerində Şahid1 üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Şahid1 əynində olan qara rəngli cins şalvarının sağ cibinin üzərində yerləşən ehtiyat cibində saxladığı 1 ədəd kağız bükülüdə olan tünd qəhvəyi rəngli kütlə, əynində olan ağ rəngli gödəkcənin sol iç cibindən pul qabını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə olduğunu və həmin kütləni 03.02.2022-ci il tarixdə tanışı Mirzə adlı şəxsdən sonuncunun yaşadığı mənzilə gələrək ondan 20 manata aldığını bildirmişdir. Aldığı narkotik maddədən istifadə etməmişdir. Şahid1 üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız bükülüdə olan narkotik vasitə, tünd qəhvəyi rəngli kütlə "CONSTANT 14192-33” markalı elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin ümumi çəkisi 0,5 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə zərfə qoyulub qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir (iş vər.: 70); “Təqsirləndirilən şəxs yaşadığı evə baxış keşirilməsi barədə” 03.02.2022-ci il tarixli protokoldan görünür ki, Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X8 əməliyyat qrupunun, müdafiəçinin və Quba şəhər sakini Təqsirləndirilən şəxs iştirakı ilə 23.02.2022ci il tarixdə saat 23:30-23:55 aralığında Quba şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, istifadə etməsi və satışında şübhəli bilinməsi ilə bağlı sonuncunun yaşadığı Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən evinə baxış keçirilmiş, baxış zamanı qonaq otağında masanın üzərində bir neçə sayda dolu və boş kibrit qutuları, siqaret kağızları, 1 ədəd elektron tərəzi, istifadə edilən qanunla qadağan olunmayan dərman preparatları, 1 ədəd “Samsung“ markalı mobil telefonun olması müəyyən edilmişdir. Evə baxış zamanı evin dəhlizində 1 ədəd sarı rəngli ayaqqabı qutusunun içərisindən qutuda üzərində yaşıl rəngli otabənzər kütlə olan 25 ədəd və içərisində toxum şəkilli kütlələr olan 4 ədəd kibrit qutusu və 12 ədəd tünd qəhvəyi rəngli mastika kimi tanınan kütlələr aşkar edilmişdir. 12 ədəd tünd qəhvəyi rəngli kütlələr 1 ədəd “maqna” markalı siqaret qutusunun içərisində olmuşdur. Həmin kütlələr electron tərəzidə ölçülmüş, 25 ədəd bükülünün ümumi çəkisi 153,5 qram, 4 ədəd bükümün ümumi çəkisi 24,9 qram, 12 ədəd kütlənin ümumi çəkisi 4,0 qram olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin gün Həsən adlı şəxsə 1 ədəd mastika kimi tanınan narkotik vasitənin 20 manat müqabilində satmasını etiraf etmişdir (iş vər.: 21-23); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və evə baxış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, video yazıda Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X8 əməliyyat qrupunun, müdafiəçinin və Quba şəhər sakini Təqsirləndirilən şəxs iştirakı ilə 23.02.2022-ci il tarixdə saat 23:25 radələrində narkotik vasitəni saxlaması, istifadə etməsi və satışında şübhəli bilinən Quba şəhər sakini Təqsirləndirilən şəxs Ağamalıoğlu küçəsində yerləşən yaşadığı evə gəlirlər. Baş təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması, istifadə etməsi və satışında şübhəli olduğu səbəbindən şübhəli şəxs qismində tutulduğunu, buna görə də üzərinə və evinə baxış keçiriləcəyi zərurəti yarandığını izah edərək evə daxil olmaq üçün icazə alır. Təqsirləndirilən şəxs isə buna heç bir etirazının olmadığını deyib polis əməkdaşlarının içəri daxil olmasına icazə verir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 kibrit qutusunda yaşıl rəngli otabənzər spesifik iyə malik kütlə aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs yay aylarında yaşadığı evinin həyətində 1 ədəd çətənə kolu əkməsini və onu qurudaraq saxlamasını bildirdi. Eyni zamanda şəxsi axrarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1351 manat pulun olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərində aşkar olunan həmin büküm elektron tərəzidə ölçüldü və qutu ilə birlikdə kütlənin ümumi çəkisi 5,9 qram olması müəyyən edildi. Həmin bükümdə olan kütlə zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırıldı və möhürləndi. Baxış zamanı qonaq otağında masanın üzərində bir neçə sayda dolu və boş kibrit qutuları, siqaret kağızları, 1 ədəd elektron tərəzi, istifadə edilən qanunla qadağan olunmayan dərman preparatları, 1 ədəd “Samsung“ markalı mobil telefonun olması müəyyən edildi. Evin dəhlizində 1 ədəd sarı rəngli ayaqqabı qutusunun içərisindən qutuda üzərində yaşıl rəngli otabənzər kütlə olan 25 ədəd və içərisində toxum şəkilli kütlələr olan 4 ədəd kibrit qutusu və 12 ədəd tünd qəhvəyi rəngli mastika kimi tanınan kütlələr aşkar edildi. 12 ədəd tünd qəhvəyi rəngli kütlələr 1 ədəd “magna” markalı siqaret qutusunun içərisindədir. Həmin kütlələr elektron tərəzidə ölçüldü, 25 ədəd bükülünün ümumi çəkisi 153,5 qram, 4 ədəd bükümün ümumi çəkisi 24,9 qram, 12 ədəd kütlənin ümumi çəkisi 4,0 qram olması müəyyən edilir. Sonda evin digər otaqlarına və otaqda olan əşyalara baxış keçirilir, lakin qanunazidd hər hanşı əşya aşkar edilmir. Bununla da video çəkiliş başa çatır (DVD disk); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası) 04.02.2022-ci il tarixli 7/107 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs baxış zamanı evindən aşkar vedilərək götürülmüş 4 ədəd kibrit qutusunda toxumşəklində kütlələr” yazılar və imzalar olan 1 №-li ağ rəngli kağız paketdə 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,752 qram; 2,800 qram; 2,419 qram; 2,348 qram, ümumi çəkisi - 12,319 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş “vət.Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda kütlə” yazılar və imzalar olan 2 №-li ağ rəngli kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,865 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs baxış zamanı evindən aşkar edilərək götürülmüş” yazılar və imzalar olan 3 №li ağ rəngli kağız paketdə 1 ədəd qara rəngli kağız bükülüdə ümumi sayı 13 (on üç) ədəd, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,291qram; 0,261qram; 0,312qram; 0,276qram; 0,293 qram; 0,275 qram; 0,265 qram; 3 285 qram; 0.298 qram; 0,303 qram; 0,302 qram; 0,302 qram; 0,304 qram, ümumi çəkisi- 3,767 qram maddələr (bitki mənşəli kütlələr), tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranlarıdır. Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs baxış zamanı evindən aşkar edilərək götürülmüş 25 ədəd kibrit qutusunda kütlələr” yazılar və imzalar olan 4 №-li ağ rəngli kağız paketi açdıqda polietilen torbanın içərisində 25 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 2,963 qram; 2,942 qram; 2,982 qram; 3,033 qram; 2,973 qram; 2,940 qram; 2,961 qram; 2,940 qram; 2,967 qram; 2,930 qram; 3,007 qram; 2,998 qram; 3,172 qram; 2,965 qram; 3,081 qram; 3,963 qram; 2,899 qram; 2,913 qram; 2,899 qram; 3,029 qram; 3,017 qram; 2,910 qram; 3,021 qram; 2,960 qram; 2 968 qram ümumi çəkisi- 74,433 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana ilə onun evindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir (iş vər.: 27- 31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) 26.04.2022-ci il tarixli 2136 nömrrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu etmə yəni narkomaniya xəstəliyi əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vər.: 96, 97); Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. “sübutların qiymətləndirilməsi haqqında” 26.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, Quba RPŞ-nin İstintaq Bölməsində Şahid1 03.02.2022-ci il tarixdə 01 ədəd gümüş kağız bükümdə Təqsirləndirilən şəxs 20 manata satın aldığı faktına görə ayrıca icraatda 04.02.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* №-li cinayət işi istintaqının aparılması nəzərə alınmış, Təqsirləndirilən şəxs yaşadığı evində baxış zamanı aşkar edilərək 1 ədəd kağız paketdə qablaşdırılmış, 04 ədəd kibrit qutularında olan 12,239 qram ümumi çəkisi qalıq qalmış narkotik təbiətli çətənə (kannabis) bitki toxumları, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək 01 ədəd kağız paketdə qablaşdırılmış, 01 ədəd kibrit qutusunda 2,845 qram çəkidə qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evində baxış zamanı aşkar edilərək 1 ədəd kağız paketdə qablaşdırılmış, 13 ədəd bükümdə olan 3,507 qram çəkidə qalıq qalmış narkotik vasitə həşiş qətranı, Təqsirləndirilən şəxs yaşadığı evində baxış zamanı aşkar edilərək 1 ədəd kağız paketdə qablaşdırılmış, 01 ədəd polietilen torbada olan 25 ədəd kibrit qutusunda 73,933 qram ümumi çəkisi qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana kütlələri maddi sübut qismində tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolları, əməliyyatın keçirilməsinin əks edildiyi 01 ədəd DVD diski və ona baxış protokolu, üzləşdirmə protokolu, maddi sübutlar, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər istintaq hərəkəti protokolları,, məktublar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir (iş vər.: 98-104); “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” 29.03.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 03.02.2022-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuna uyğun hesab edilmişdir (iş vər.: 82). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, onun törətdiyi cinayət əməli özünün ifadəsi, şahid ifadələri, ekspert rəyləri, digər mötəbər və təkzib olunmaz istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, təqsirləndidilən şəxsin evinə baxış keçirilməsini özündə əks etdirən videoyazıdan göründüyü kimi, Təqsirləndirilən şəxs bir büküm həşiş qətranını Şahid1 20 manat müqabilində satdığını həmin vaxt etiraf etmişdir. Bundan başqa Şahid1 həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə həşiş qətranının Təqsirləndirilən şəxs 20 manata aldığını məhkəmədə bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 25 ədəd kibrit qutularında ümumi təmiz çəkisi 74,33 qram olmaqla qurudulmuş marixuana kütlələri, 13 ədəd bükümlərdə ümumi təmiz çəkisi 3,767 qram olmaqla həşiş qətranı və 4 ədəd kibrit qutusunda ümumi çəkisi 12,319 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinin toxumları aşkar edilmişdir. Videoyazıdan həmçinin görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə masanın üzərində çoxsayda dolu və boş kibrit qutuları və elektron tərəzi də yer almışdır. Bununla da məhkəmə hesab edir ki, həmin vasitələr bilavasitə narkotik maddələrin satış məqsədilə şıkilməsi, ayrı-ayrı qablaşdırılması üçün istifadə edilməsinə xidmət etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.» Həmin Qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində sözügedən narkotik vasitəni Şahid1 verməsini etiraf edib özünü təqsirli bilsə də, bunu hər hansı bir məbləğdə pul müqabilində deyil, tam təmənnasız etdiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs evinə baxış zamanı evin qonaq otağında yerləşən masanın üzərində 1 ədəd elektron tərəzinin, çoxlu sayda kibrit qutularının olması və Təqsirləndirilən şəxs evinin dəhlizində gizlətdiyi çoxlu sayda ayrı-ayrılıqda qablaşdırılmış narkotik vasitələrin aşkarlanması sonuncunun məhz narkotik vasitələrin satışı ilə məşğul olmasını göstərir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdiyi kimi evində aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün saxlamış olsaydı, həmin narkotik vasitələrin elektron tərəzidə ölçülməsinə, daha sonra ayrı-ayrılıqda qablaşdırılmasına zərurət yaranmazdı. Bundan savayı Şahid1 ifadəsində Təqsirləndirilən şəxs bir neçə dəfə narkotik vasitə əldə etdiyini bildirir, Təqsirləndirilən şəxs isə bu faktı öz ifadəsində təsdiq edir. Şahid1 məhkəmədə şahid qismində ifadə verərkən aldığı narkotik vasitəyə görə 20 manat pulu Təqsirləndirilən şəxs ödədiyini bildirmişdir. Üzərinə axtarış keçirilən zaman aşkar edilmiş 20 manat barədə Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin pulun Həsən tərəfindən ona verildiyini etiraf etmişdir. Bununla da, məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 03.02.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.02.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vər.: 7,17,18); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nın 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 40, 41); Quba Rayon Məhkəməsinin 05.02.2022-ci il tarixli 4(027)-12/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, barəsində həbs etmənin əvvəli 03.02.2022-ci il, saat 23:20-dən hesablanmışdır (iş vər.: 54,55); “təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 03.05.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vər.: 128-130); DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X7 şəhər xalq məhkəməsinin 19.03.1991-ci il tarixli hökmü ilə RSFSR CM-nin 206-cı maddəsinin 2-ci hissəsi, 191-1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il şərti cəzaya məhkum edilmiş, 29.08.1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarına əsasən azad edilmiş, Quba rayon məhkəməsinin 08.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Quba rayon məhkəməsinin 11.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla 02 il şərti sınaq müddətinə məhkum olunmuş, 14.08.2019-cu il tarixdə həmin cəza müddəti başa çatmışdır. (iş vər.: 85,86); Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyinin 21.02.2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vər.: 83, 84). Məhkəmənin hazırlıq iclasının 17 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsin seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 03.02.2022-ci il tarixdən 03.05.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 17.05.2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bunda başqa, iş üzrə maddi sübut kimi tanınmış Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd kağız paketdə qablaşdırılmış 04 ədəd kibrit qutularında olan 12,239 qram narkotik təbiətli çətənə (kannabis) bitki toxumları, 1 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd kibrit qutusunda olan 2,845 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd kağız paketdə qablaşdırılmış 13 ədəd bükümdə 3,507 qram narkotik vasitə həşiş qətranı, 1 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd polietilen torbada olan 25 ədəd kibrit qutusunda olan 73,933 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslərin barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 03.02.2022-ci il tarixdən 03.05.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 17.05.2022-ci il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Quba rayon Polis şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd kibrit qutusunda olan 2,845 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd kağız paketdə qablaşdırılmış 13 ədəd bükümdə 3,507 qram narkotik vasitə həşiş qətranı, 1 ədəd kağız paketdə qablaşdırılmış 01 ədəd polietilen torbada olan 25 ədəd kibrit qutusunda olan 73,933 qram narkotik vasitə qurudulmuş marixuana həmçinin 1 ədəd kağız paketdə qablaşdırılmış 04 ədəd kibrit qutularında olan 12,239 qram narkotik təbiətli çətənə (kannabis) bitki toxumları, məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********,AZ34CTRE********************, X2,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə bağlı olan hissəsinin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-90/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-90/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver