Məhkəmə qərarları › İş №1(027)-90/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-90/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-90/2023 20.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Quba rayonu, Tüləkəran bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - X2 iştirakları ilə, xx xxxx 1970-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyən, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal, 2-ci massiv, ev 6, mənzil 127də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü və 259.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində "xxxx" MMC-nin iş icraçısı işlədiyi müddət ərzində telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar "Tülər düzü" adlanan ərazidə köküstə yaş qovaq (çinar) cinsinə məxsus, diametrləri 36 sm 2 ədəd, 48 sm 1 ədəd olmaqla, ümumilikdə 3 ədəd açağı, Tüləkəran avtomobil yolunun sağ tərəfində köküstə yaş qoz cinsinə mənsub, diametri 20 sm 1 ədəd, 28 sm 3 ədəd, 32 sm 1 ədəd, 36 sm 1 ədəd, 48 sm 1 ədəd, Quba Tüləkəran yolunun Təkəşixı kəndi ərazisindən keçən hissəsində, yolun solunda köküstə yaş palıd cinsinə mənsub diametrləri 16 sm 1 ədəd, 24 sm 1 ədəd, 32 sm 1 ədəd olmaqla 10 ədəd ağacı, Tüləkəran Suxtəkələ avtomobil yolunun sol tərəfində, yolun kənarı boyu həmin ərazidən keçən telekommunikasiya xətlərinin (telefon internet) altından köküstə yaş göyrüş cinsinə mənsub diametrləri 16 sm 3 ədəd, 20 sm 2 ədəd, 24 sm 1 ədəd, 32 sm 1 ədəd, 36 sm 2 ədəd, vələs cinsinə mənsub diametrləri 12 sm 14 ədəd, 16 sm 6 ədəd, 20 sm 4 ədəd, 32 sm 1 ədəd, 40 sm 1 ədəd, ağcaqayın cinsinə mənsub diametrləri 8 sm 2 ədəd, 12 sm 1 ədəd, 16 sm 2 ədəd, 28 sm 1 ədəd, fistıq cinsinə mənsub diametrləri 12 sm 1 ədəd, 22 sm 1 ədəd, qarağac cinsinə mənsub diametrləri 12 sm 2 ədəd, 16 sm 2 ədəd, gilas cinsinə mənsub diametrləri 12 sm 1 ədəd, 20 sm 1 ədəd, 28 sm 2 ədəd, 40 sm 1 ədəd, 44 sm 1 ədəd, yemişan cinsinə mənsub diametrləri 12 sm 3 ədəd, 16 sm 2 ədəd, 20 sm 1 ədəd olmaqla, ümumilikdə cəmi 61 ədəd ağacı, heyva cinsinə mənsub 8 ədəd və fındıq cinsinə mənsub 27 ədəd olmaqla 35 ədəd kol bitkisini qanunsuz kəsərək məhv etmiş, köküstə yaş 12-40 sm diametrlərində, vələs, göyrüş, qoz, qarağac, söyüd və gilas cinsinə mənsub 17 ədəd ağacı isə gövdə nahiyyələrindən kəsib zədələməklə Quba rayonu Tüləkəran bələdiyyəsinə külli miqdarda, yəni 17950 manat ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.3-cü və 259.2.4-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayından "xxxx" MMC-də işləyir. 2022-ci ilin yay aylarında Rabitə və Texnologiya Nazirliyinin sifarişi ilə işlədiyi MMC-nin podrat şirkəti ilə telekommunikasiya xətlərinin yəni internet telefon xətlərinin çəkilişinə başlamışdır. Göstərilən ərazidə qeyd olunan işlərin aparılmasına rəhbərlik etmək ona həvalə olunmuşdur. Onun rəhbərliyi altında çəkilən telekommunikasiya xətti Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsindən və Tüləkəran-Yenikənd avtomobil yolunun kənarından keçmişdir. “Tülər düzü” və Tüləkəran avtomobil yolunun sağ tərəfində telekommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar işçilər tərəfindən dirəklər basdırılarkən həmin ərazidə olan müxtəlif növ ağaclar və kollar dirəklərin qurulmasına və kabellərin çəkilməsinə mane olmuşdur. Ona görə də 2022-ci ilin avqust sentyabr aylarında o, məcbur olub həmin ərazidə yerləşən dirəklərin qurulmasına mane olan müxtəlif diametirli 61 ədəd ağacı, 35 ədəd müxtəlif növ kol bitkisini və müəyyən ağacların budaqlarını kəsmişdir. Ağaclariı və kol bitkilərini internet telefon xətlərinin çəkilməsinə mane olduğu üçün kəsmiş, həmin ağacları kəsərkən ona digər şəxslər köməklik göstərməmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və hazırda zərər üzrə ödəniş edilməklə zərərçəkmiş şəxsin nümayəndəsilə barışıq sazişi bağlamaqla razılığa gəldiklərini bildirərək mülki iddiaya xitam verilməsini və məhkəmədən ona yüngül cəza təyi edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Quba rayonu, Tüləkəran bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, 2020-ci ilin may ayından Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2022-ci ilin sentyabr ayında o, bələdiyyəyə məxsus Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsindən və Tüləkəran-Yenikənd avtomobil yolunun kənarı ilə gedərkən bir nəfər şəxsin həmin ərazidə əkilmiş ağacları və kolları mişar ilə kəsdiyini görmüşdür. O, həmin şəxsdən ağacları kəsməsinin səbəbini soruşduqda həmin şəxs ona bildirmişdir ki, "xxxx" MMC-nin əməkdaşıdır, adı Elsevərdir və həmin ərazidən telekommunikasiya xətlərinin çəkilməsi ilə məşğuldur. Həmin ərazidən telekommunikasiya xətləri çəkilərkən orada olan ağaclar dirəklərin qurulmasına və kabellərin çəkilməsinə mane olduğundan məcbur olub dirəklərin qurulmasına mane olan bəzi ağacları budamış və kolları kəsmişdir. Ağacların kəsilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ilkin araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan işlərin aparılması zamanı həmin ərazilərdən ümumilikdə 61 ədəd müxtəlif cinsli ağac, heyva və palıd cinsinə mənsub 35 ədəd kol bitkisi qanunsuz kəsilmiş və 17 ədəd müxtəlif cinli ağac zədələnərək Quba rayonu Tüləkəran bələdiyyəsinə ümumilikdə 17950 manat məbləğində ziyan vurulmuşdur. İfadəsinin sonunda Nümayəndə təqsirləndirilən şəxslə aralarında barışıq sazişi bağlandığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, mülki iddiaya xitam verilməsini və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin oktyabr ayından başlayaraq yaşadığı Möhüc kəndinə və ətrafda olan digər yaxın kəndlərə telekommunikasiya xətlərinin çəkilişinə başlanılmışdır. Həmin telekommunikasiya xətti Quba- Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsindən və Tüləkəran- Yenikənd avtomobil yolunun kənarından çəkilmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında o, həmin ərazidə olarkən görmüşdür ki, həmin ərazidə əkilmiş xeyli ağac və kol kəsilib. Ağaclar kəsildiyi üçün o yaxınlaşıb öyrənmişdir ki, həmin ağaçlar “Az.Rabitə Servis MMC”-nin iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir.O, Elsevərdən həmin ağacları nə səbəbə kəsdiyini soruşduqda Elsevər, ona bildirmişdir ki, həmin ərazidən telekommunikasiya xətləri çəkilərkən orada olan ağac və kol bitkiləri dirəklərin qurulmasına və kabellərin çəkilməsinə mane olduğu üşün onun tərəfindən kəsilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 iclasında Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 9/9322 nömrəli rəyindən görünür ki, 2 ədəd 36 diametrli qovaq cinsindən, 1 ədəd 48 diametrli qovaq cinsindən, 1 ədəd 20 diametrli qoz cinsindən, 3 ədəd 28 diametrli qoz cinsindən, 1 ədəd 32 diametrli qoz cinsindən, 1 ədəd 36 diametrli qoz cinsindən, 1 ədəd 48 diametrli qoz cinsindən, 1 ədəd 16 diametrli palıd cinsindən, 1 ədəd 24 diametrli palıd cinsindən, 1 ədəd 32 diametrli palıd cinsindən, 3 ədəd 16 diametrli göyrüş cinsindən, 2 ədəd 20 diametrli göyrüş cinsindən, 1 ədəd 24 diametrli göyrüş cinsindən, 1 ədəd 32 diametrli göyrüş cinsindən, 2 ədəd 36 diametrli göyrüş cinsindən, 14 ədəd 12 diametrli göyrüş cinsindən, 6 ədəd 16 diametrli göyrüş 4 ədəd 20 diametrli göyrüş cinsindən, 1 ədəd 32 diametrli göyrüş 1 ədəd 40 diametrli göyrüş cinsindən, 2 ədəd 08 diametrli ağcaqayın 1 ədəd 12 diametrli ağcaqayın cinsindən, 2 ədəd 16 diametrli ağcaqayın 1 ədəd 28 diametrli ağcaqayın cinsindən, 1 ədəd 12 diametrli fıstıq cinsindən, 1 ədəd 22 diametrli fıstıq cinsindən, 2 ədəd 12 diametrli qarağac cinsindən, 2 ədəd 16 diametrli qarağac cinsindən, 1 ədəd 12 diametrli gilas cinsindən, 1 ədəd 20 cinsindən, cinsindən, cinsindən, cinsindən. kolu diametrli gilas cinsindən, 2 ədəd 28 diametrli gilas cinsindən, 1 ədəd 40 diametrli gilas cinsindən, 1 ədəd 44 diametrli gilas cinsindən, 5 ədəd 12 diametrli yemişan cinsindən, 2 ədəd 16 diametrli yemişan cinsindən, 8 ədəd heyva kolu və 27 ədəd fındı olmaqla ümumilikdə 109 ədəd müxtəlif diametrli, müxtəlif cinsli kol və ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən təbiətə ziyanın ümumi məbləği 17950,00 manat (on yedi min doqquz yüz əlli) manat müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları və kolları öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vuraraq qanunsuz kəsməklə Azərbaycan Respublikası CM-nin 259.2.3-cü və 259.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 259.2.3-cü və 259.2.4-cü maddələrilə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş matetriallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ilə zərərçəkimiş şəxsin nümayəndəsi Quba rayonunun Tüləkəran bələdiyyəsinin sədri Nümayəndə aralarında bağlanmış 16 iyul 2023-cü il tarixli Barışıq sazişi və müqavilədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurmuş olduğu 17950 manat məbləğdə maddi zərərin əvəzinə Quba rayonu Tüləkəran bələdiyyəsinin ərazisində kəsilmiş ümumilikdə 136 ədəd ağacın iki misli qədərində, yəni ümumi dəyəri 11902, 72 manat olmaqla 272 ədəd Eldar şamının və ya Tuya ağacının əkilməsini, həmin ağacların əkilməsi üçün tələb olunan 480 manat məbləğində işçi pulunu, ümumi dəyəri 244, 80 manat olan 408 metr reykanı, ümumi dəyəri 17, 50 manat olan beş top ipi, ümumi dəyəri 305 manat olan 10 top tikanlı məftili və 01 il ərzində yeni əkilmiş ağaclara qulluq etmək üçün 4800 manat məbləğində işçinin əmək haqqının ödənilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Elnur oğlu tərəfindən X4 Vasitəsi ilə Quba rayonu Tüləkəran bələdiyyəsinin hesablaşma hesabına 4800 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin nəzdində olan 184 saylı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli 15 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, iş yeri yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı qismən ödəyərək və barışıq sazişi bağlayaraq onunla barışıq əldə etməklə şikayətin olmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü və 259.2.4-cü maddələrinə əsasən meşə fonduna daxil olmayan ağacları və kolları öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vuraraq qanunsuz kəsilməsi – yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edərək, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Quba rayon Tüləkəran bələdiyyəsinin nümayəndəsi Nümayəndə mülki iddia təqdim edərək Təqsirləndirilən şəxs 17950 manat maddi ziyanı tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcələnin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Daha sonra mülki iddia üzrə tərəflər məhkəməyə 16 iyun 2023-cü il tarixli müqavilə (barışıq sazişi) və ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İş üzrə maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü və 259.2.4cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 8000 (səkkiz min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 30 (otuz) manat dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat 92 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 17950 manat məbləğdə maddi zərərin əvəzinə Quba Rayonu Tüləkəran bələdiyyəsinin ərazisində kəsilmiş ümumilikdə 136 ədəd ağacın iki misli qədərində, yəni ümumi dəyəri 11902,72 manat olmaqla 272 ədəd Eldar şamının və ya tuya ağacının əkilməsini, həmin ağacların əkilməsi üçün tələb olunan 480 manat məbləğində işçi pulunun, ümumi dəyəri 244, 80 manat olan 408 metr reykanın, ümumi dəyəri 17, 50 manat olan beş top ipin, ümumi dəyəri 305 manat olan 10 top tikanlı məftilin və 01 il ərzində yeni əkilmiş ağaclara qulluq etmək üçün 4800 manat məbləğində işçinin əmək haqqısının ödənilməsinin öz üzərinə götürməsi barədə 16 iyun 2023-cü il tarixli müqavilə (barışıq sazişi) təsdiq edilməklə mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar