Məhkəmə qərarları › İş №1(027)-90/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-90/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-90/2025 25.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 vəkili və nümayəndəsi Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 öğlunun iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X10 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və X2 həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzalandırılması barədə itttiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 2003-cü ildə Quba rayonu, Alpan kənd sakini Salamət Novruzova məxsus 1.81 ha torpaq sahəsinin 7 sot hissəsini satın almışdır. Bu satınalma 7 fevral 2003-cü il tarixində Quba rayon Dövlət Notariat Kontoru tərəfindən 1- Ə/287 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilmişdir. Daha sonra, X4 2005-ci ildə Babayev Rahid vasitəsi ilə Salamət Novruzova məxsus olan torpaq sahəsinin 1.81 ha hissəsini öz adma keçirmişdir. Qeyd edilən 1.81 ha torpaq sahəsinə X11 daha öncədən satılmış 0.07 ha torpaq sahəsi də daxildir. Sözügedən 0.07 ha torpaq sahəsi üzərində 20 ildən artıqdır ki, X4 və X13 arasında mübahisə davam edir. Bu müddət ərzində X4 və X13 dəfələrlə məhkəmə və məhkəmədən kənar qarşı-qarşıya gəlmişdir. Bu qarşılaşmalarda X1 Kamal Azər oğluna qarşı dəfələrlə kobud, nalayiq, böhtan xarakterli və hətta təhqiramiz ifadələr istifadə etmişdir. 13 may 2018-ci il və 08 sentyabr 2018-ci il tarixində X8 Həmidov arasında torpaq sahəsi ilə bağlı telefon danışığı olmuşdur. Sonuncu telefon danışığında Təriqəddin adlı şəxs Kamal Şabanovu torpaq sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət etmişdir. Kamal Şabanov özünəməxsus telefonun səsyazma funksiyasından istifadə etməklə 8 sentyabr 2018-ci il tarixində torpaq sahəsinin hüdudlarına Həmidova Təriqəddin və digər üçüncü şəxslərlə birlikdə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin əməkdaşı Faiq Mirzəyev, Alpan kənd bələdiyyəsinin üzvü torpaq ölçən X6, Samirə və Yaşar adlı şəxslər və s.) baxış keçirərkən həmin yerdə baş verən bütün danışıqları səs yazısına almışdır. Torpaq sahəsinə baxış keçirilən zaman Şabanov Kamal (aşağıdakı dialoqlar üzrə "K") və Həmidov Təriqəddin (aşağıdakı dialoqlar üzrə "T") arasında aşağıdakı dialoqlar səsləndirilmişdir: 08:39 T: Nəysə, koluçkanı vur ora. Mənim torpağım orda başlıyır, sənlə baxıram biz sülhməranlı iş görə bilməyəcəyik. 08:53 K: Sən nahaq bunu gətiribsən. 08:56 T: Sən razılaşmaya bilərsən, mən də şey edəcəm. Dövlət, aidiyyatı orqanlar onu şey eliyəcək, qiymət verəcək. 09:09 K: Birdə mənim 7 sotumu göstərərsən, Faiq. 09:12 T: Sənin 7 sotun sual altındadır. 09:15 K: Heç bir sual altında deyil. Mənim dövlət sənədim var. 09:25 T: Bu ərazi var ey bu ərazi. Sənin saxta 7 sotundadır. 09:34 K: Bu ərazi mənim ərazimdi sənəddə. İndi hansı saxtadırsa qoy, dövlət araşdırsın. 09:59 Rasim bəy dialoqa qoşulur (bundan sonra "R"). 10:04 К: Rasim müəllim, burada neçə sot torpaq var? 10:07 R: 1 hektar 81. 10:09 K: Bu Salamatın satdığı torpaqdı, mən Salamatdan 7 sot torpaq almışam. Hanı çıxarış ? Çıxarışa baxmaq olar? 10:16 T: Bax, o Çıxarış məhkəmədən sonra çıxarılıbdır. 10:20 K: Məhkəmədən sonra yox ey, bu 2002-ci ildə.10:24 T: Qulaq as mənə. Məhkəmədə sən saxta sənədlərin olubdur veribsən. Olub da indi. Mən də deyirəm ki, sənə sənlə mənim sənədim mənim zaborum ilə yekunlaşır. Yox əgər, onunla razılaşmırsansa, sənin sənədində saxta 7 sotun var. 11:39 T: Sonrada məlum oldu ki, həmin gün həmin dəqiqə məlum oldu ki, Kamalın evi mənim ərazimin üzərində tikilib. Kamal ondan sonra duyux düşdü. Tez getdi day bilmirəm hansı yollarla....14:20 K: Sən mənə göstər nə sənəddi orda, baxım da sənədi görmək istiyirəm, niyə görə şey eliyirsən ki, sənədə baxıram da, əgər düz sənəddirsə, burada nə problem var ki? Deməli, Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış seriya nömrəsi: 0403708, Mülkiyyətçi X7, deməli bu torpaq sənin deyil. X15 adınadı, bəs sənin burada nə işin var? 16:18 T: Sənin nə işinə qalıb? 16:18 K: Necə yəni, deməli sən DTX-da işləyə-işləyə, sən dövlətdən gizlədirsən ki, əsil mülkiyyətçi sənsən. 16:24 T: Ə sənin qulağının dibindən bu dəqiqə bi dənə. Çəpişin biri çəpiş. Qatıq- qatıq danışırsan, adamsan sən ə...? 16:36 K: Kənd təsərrüfatı təyinatlı torpaqlar? Bu ev ola ola siz buna sənəd vermisiz? 16: 37 T: Onun sənə nə dəxli var ey, sənə nə dəxli var? 16:40 K: Qanun pozuntusu yol verilib ey, sən nə danışırsan? Əlbəttə dəxli var sən mənim evimi sökdürməy istiyirdin, məhkəməyə vermişdin. 16:47 T: Mən verməmişəm ey, sən vermişdin. 16:49 K: Mən vermişəm? İddianı mən çıxardım göstərim? Kimin adından iddia çıxıb. Bu saxta sənəddir. 16:59-dan başlayaraq T: Adam deyilsən, olmuyubsan, olmayacaqsan da, mandaloşkasan, tərbiyəsiz. Mən dedim ki, adam deyilsən, tərbiyəsiz. 17:26 T: 0 ev söküləcək. 17:27 K: Söküləcəy? Baxarıq. 17:29 T: Sənin evin söküləcək. 18:11 T: Sənin yerində tikməmişəm ha, Səni niyə ağrıdır o? 18:14 К: Çünki sən mənim yerimə girmisən, sən mənim sotumun bir hissəsinə girmisən, məndən xəbərsiz divar atmısan. 19:37 T: Rasim müəllim, ondan sonra duyux düşdü bu. Qaçdı ordan burdan sənədlər düzəltdilər. 20:34 K: Araşdırsınlar. Vəkillər də gəlsin, DTX-ya da məktub gedəcək. Korrupsiyaya qarşı mübarizə orqanına da. 20:42 T: O sənin işverənliyindi, demaqoqluğundu... Bu səs yazısı Həmidov Təriqəddin tərəfindən səsləndirilmiş təhqiramiz ifadələrin sadəcə bir hissəsi və bariz sübutudur. Həmçinin, səs yazmadan da açıq şəkildə eşidildiyi üzrə, X9 Kamalı sənəd saxtakarlığı ilə ittiham edərək ona böhtan atmışdır. Göstərilən faktlar X4 haqqında Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə ittiham hökmü çıxarılması üçün əsasdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 vəkili və nümayəndəsi Nümayəndə şikayətində göstərdiklərini bir daha təsdiq edərək bildirdi ki, şikayətini müdafiə edir, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 bildirdi ki, şikayət əsassızdır, sözügedən səs yazısı məlumat verilmədən qeydə alınmışdır. Bu hadisələr 2018-ci ildə baş vermiş və şikayətdə qeyd olunanlar şirirdilmiş ifadələrdir. X13 özü onun şəxsiyyətini alçaldan, azərbaycan respublikasının Konstitysiya quruluşuna ünvanlanan həqiqəti əks etdirməyən ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır; 302.1 və 302.1.4-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə; Belə ki, şikayətin məzmunundan və proses iştirakçılarının bildirdiklərindən göründüyü kimi, xüsusi ittihamın əsasını təşkil edən hadisələr 2018-ci ildə qarşı tərəfə xəbərdarlıq edilmədən, gizli yolla telefon vasitəsilə qeydə alınmışdır. Bu da onu göstərir ki, X2 xüsusi ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məsəlləsində qeyd olunur: 15.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 15.2. Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1. Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, CM-nın 147.1 və 148-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və həmin maddələrlə cinayər məsuliyyətinə cəlb etmək üçün qanunla müəyyən edilmiş 2 illik müddətin axımı 2018-ci ildə başlamış və 2020-ci ildə bitmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 xüsusi ittiham qaydasında şikayəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 302 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X10 xüsusi ittiham qaydasında şikayəti üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar