Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-91/2021 17.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Qusar rayonu, Qalacıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Quba Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06.08.2019-cu il tarixli qərarı ilə 02 il müddətinə islah işləri cəzası 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.12.2019-cu il tarixli qərarı ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəzası çəkilmiş hesab edilməklə həbsdən azad olunmuş, fərdi əməklə məşğul olan, Quba rayonu, Xucbala kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01.04.2015-ci il tarixdən başlayaraq 04.01.2014-cü il təvəllüdlü X7 və 23.11.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər biri üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə və 22 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli 2(027)- 865/2015 saylı və 04.01.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızına 04.01.2014-cü ildən 29.09.2018-ci il tarixə kimi çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat, 04.01.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızı və 23.11.2014-cü il təvəllüdlü Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun müalicəsi ilə əlaqədar bir uşağa ayda 50 manat olmaqla, hər ay iki uşaq üçün 100 manat əlavə xərc tutularaq Zərərçəkmiş şəxs xeyrinə və 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 25.01.2019-cu il tarixli, 2(027)-341/2019 saylı qanuni güvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmağı ilə bağlı 28.10.2015-ci il tarixdə təqdimat verilərkən aliment üzrə yaranmış 1512 manat məbləğində borcunu məhkəmə istintaqı dövründə ödəmiş, 23.11.2018-ci il tarixdə təqdimat verilərkən 5904 manat məbləğində borcunun 800 manatını cinayət işinin istintaqı dövründə, qalıq 5105 manat borcunu isə məhkəmə zamanı, o cümlədən müxtəlif vaxtlarda 930 manat borcunu, ümumilikdə alimentə görə 8347 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödəmişdir. Uşaqlarının müalicə xərcləri ilə əlaqədar icra sənədi üzrə heç bir məbləğdə ödəniş etməmiş, həmin icra sənədi üzrə 2996,32 manat məbləğində, alimentə dair icra sənədi üzrə isə 6773 manat məbləğində borcu, cəmi 9769,32 manat məbləğində borcu şəxsi maraq niyyətilə təqdimat verilən 17.02.2021-ci il tarixədək ödəməmiş, tələbkara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdi və göstərdi ki, bir müddət həbsdə olduğundan və daha sonra imkansızlıqdan alimenti vaxtında ödəyə bilməmiş, ona görə borcu yaranmışdır. O, uzun müddətdir ki, işsizdir. Belə ki, o, dəfələrlə işə düzəlməyə çalışsa da, müəyyən səbəbdlərdən daimi işə düzələ bilməmişdir. Hal-hazırda sürücü köməkçisi işləyir, lakin hələ ki, heç biri gəliri yoxdur. Məhkəmə istintaqı zamanı anasının mülkiyyətində olan Quba rayonu, Xucbala kəndində yerləşən evi sataraq borcunu zərərçəkmişə tam ödəmişdir. Ona görə də o, cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək verilən ittiham üzrə aliment borcunu tam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirərək, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsi ilə 04.01.2014-cü il təvəllüdlü X7 və 23.11.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 01.04.2015-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər biri üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs qətnamə üzrə aliment borcunu iş məhkəməyə gələnədək ödəməmiş, məhkəmə istintaqı zamanı isə ona olan köhnə aliment borcu tam ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim aliment borcunun tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd edərək, işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və probasiya şöbəsində icra məmuru Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, aliment və əlavə xərclərin ödənilməsi barədə qətnamələr üzrə icra işi 2018-ci il tarixdən onun icraatındadır. Borclu Təqsirləndirilən şəxs tərəfindən qətnamələr icra edilmədiyi üçün sonuncu bir neçə dəfə məsuliyyətə cəlb edilmişdir. Sonuncu dəfə isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs o zaman üçün yığılan ödənilməmiş qalan aliment borcunu tam ödədiyi üçün azad edilmişdir. O, həbsdə olduğu müddət ərzində yenidən aliment və əlavə xərclər üzrə borc yığılmış və Təqsirləndirilən şəxs icra sənədlərini icra etmədiyi üçün yenidən istintaqa cəlb edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Quba rayon İcra və probasiya şöbəsində icra məmuru Şahid2 ibtidai istintaqa vermiş olduğu ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsi icra edilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra şöbəsində qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra Tiüddəti təyin edilmiş, lakin dəfələrlə xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah olunmasına, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Quba Rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gun müddətinə inzibati qaydada həbs olunmağına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, aliment borcunu ödəmədiyi üçün Quba Rayon Məhkəməsinin 02.08.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs o zaman üçün yığılan ödənilməmiş qalan aliment borcunu tam ödədiyi üçün azad edilmişdir. Bundan sonra hər iki icra sənədi üzrə Təqsirləndirilən şəxs tərəfindən tələb təmin olunmadığından Quba Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, o 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 17.02.2021-ci il tarixədək müalicə xərcləri üzrə 2996,32 manat, alimentə dair 6773,00 manat, cəmi 9769,32 manat məbləğində borcunu tələbkarın xeyrinə ödəməmiş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarında olan: Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsindən görünür ki, 04.01.2014-cü il təvəllüdlü X4 və 23.11.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 01.04.2015-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir (iş vər.: 10-12); Quba Rayon Məhkəməsinin 25.01.2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsindən görünür ki, 04.01.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızına 04.01.2014-cü ildən 29.09.2018-ci il tarixə kimi çəkilmiş müalicə xərclərini təşkil edən 496,32 manat, 04.01.2014-cü il təvəllüdlü Vələdova (İbrahimova) Sevgi Eldar qızı və 23.11.2014-cü il təvəllüdlü Vələdov (İbrahimov) Həzrət Eldar oğlunun müalicəsi ilə əlaqədar Təqsirləndirilən şəxs bir uşağa ayda 50 manat olmaqla, hər ay iki uşaq üçün 100 manat əlavə xərc tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir (iş vər.: 13- 15); icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 20.08.2015-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli, 2(027)-865/2015 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (iş vər.: 18); icra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 03.10.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərar və müvafiq bildirişin surətlərindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Quba Rayon Məhkəməsinin 25.01.2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (iş vər.: 19); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06.08.2019-cu il tarixli qərarı ilə 02 il müddətinə islah işləri cəzası 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.12.2019-cu il tarixli qərarı ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən cəzası çəkilmiş hesab edilməklə həbsdən azad olunmuşdur (iş vər.: 121). Quba Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli 3(027)-778/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (iş vər.: 96,97); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (iş vər.: 141,142); “qətimkan tədbiri seçmək haqqında” 16.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vər.: 153-155); Beləliklə, Təqsirləndirilən şəxs əməli məhkəmə iclasında təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz; 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, məhkəmə icraatı zamanı iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət işi üzrə tələb olunan 9769,32 manat puldan 28.07.2021-ci il tarixdə 1170 manat, 05.08.2021-ci il tarixdə 8000 manat, 17.08.2021-ci il tarixdə isə 599,32 manat vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 30.04.2015-ci il tarixli, 2(027)-865/2015 saylı və 25.01.2019-cu il tarixli, 2(027)-341/2019 saylı qətnamələrini tam icra etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə və iş üzrə zərərçəkmiş şəxsin ərizələri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 7 (yeddi) iş saatına görə 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-91/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-91/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver