Məhkəmə qərarları › İş №1(027)-91/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-91/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-91/2023 26.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, Quba şəhəri, H.Əliyev prospekti, 181 ünvanında qeydiyyatda olan, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)- 40/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində daşımaqla saxlamış, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 fevral 2023-cü il tarixdə saat 21 radələrində Quba şəhəri, “28 may” parkı yaxınlığında saxlanılaraq Quba RPŞ-nə gətirilmiş, həmin gün saat 22:05-də polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibində saxladığı “Rotmans” markalı siqaret qutusunun içərisində olan 03 ədəd siqaret qutusunun kağızına bükülmüş bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,091 qram, 0,068 qram və 0,052 qram, ümumi təmiz çəkisi 0,211 qram olan qəhvəyi rəngli kütlələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək, ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən Quba şəhəri, “28 may” parkı yaxılığında deyil, həmin ərazidən bir qədər aralıda çayxanada saxlanılmış və saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu götürüb polis şöbəsinə gətirmişlər, şöbədə iki saata yaxın saxladıqdan sonra üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşı Ələkbər onu xidməti otağına aparmış, orada cibinə narkotik vasitə qoymuş və həmin narkotik vasitənin üzərindən çıxmasını etiraf etməsini məcbur etmişdir. O, imtina etdiyi üçün polis əməkdaşları Ələkbər və Şəmsəddin ona təzyiq göstərib döymüşlər. Ona görə üzərində keçirilmiş şəxsi axtarış zamanı məcbur olub etiraf etmişdir. Döyülməsi barədə nə prokurora nə də hakimə deməmişdir. Bədəni üzərində hər hansı xəsarətlərin olubolmamasını bilmir, çünki tibbi müayinədən keçirilməmişdir. Barəsində olan əvvəlki cinayət işi üzrə onun üzərindən narkotik vasitə marixuana çıxmışdır. Marixuanadan əvvəl istifadə etsə də, heroindən heç vaxt istifadə etməmişdir. Marixuanadan əvvəllər istifadə etdiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Saxlanılan zaman onun üzərində narkotik vasitə çıxmamışdır. Verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, şöbəyə gətirdikdən sonra onu birbaşa əməliyyatçı Şahid2 otağına aparmışlar. Orada ona təzyiq göstərib döymüşlər. Sonra Şəmsəddin və Ələkbər adlı polis əməkdaşları “Rothmans” markalı siqaret qutusunu verib məcbur etmişlər ki, cibinə qoysun və çəkiliş zamanı özünə məxsus olmasını etiraf etsin. Sonda təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmi axtarışda olmuşdur. 04 fevral 2023-cü il tarixdə axşam saatlarında Quba şəhəri, 28 may parkının yaxınlığında saxlanılaraq Quba RPŞ-nə aparılmışdır. Şöbədə vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən “Rotmans” markalı siqaret qutusunun içərisində 3 büküm heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq şahid bildirdi ki, Təqsirləndirilən şəxs saxlanılan zaman o və digər polis əməkdaşları mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs axtarışla bağlı saxlanılmış və növbətçi hissəyə təhvil verilmişdir. Həmin vaxt özü üzərində narkotik vasitə olmasını etiraf etdiyi üçün təhqiqatçı, vəkil və çəkiliş qrupunu növbətçi hissəyə dəvət etmişlər. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Verilən əlavə suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməmişdir. Axtarışda olan şəxsin tutulması ilə bağlı protokolu Şahid1 tərtib etmişdir. Məhkəmə iclasında Şahid1 analoji ifadə verərək, Şahid2 ifadəsini təsdiq etdi və verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmi axtarışda olmuşdur. 04 fevral 2023-cü il tarixdə axşam saatlarında Quba şəhəri, 28 may parkının yaxınlığında saxlanılaraq Quba RPŞ-nə aparılmışdır. Sənədləşmə zamanı Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitənin olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs Şahid2 xidməti otağında döyülməsi ilə bağlı göstərdikləri doğru deyil. Təqsirləndirilən şəxs şöbəyə gətirilən zaman və sonra o və Şahid2 yanında olmuş, həmin vaxt Təqsirləndirilən şəxs nə o nə də digər polis əməkdaşı tərəfindən döyülməmişdir. Təqsirləndirilən şəxs təhvil verilənədək onun yanında olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman o və digər polis əməkdaşları mülki geyimdə olmuşlar. Axtarışda olan şəxsin tutulması ilə bağlı protokolu tərtib edildikdən sonra axtarış işinə xitam verilir. Təqsirləndirilən şəxs tutulduğundan və barəsində açılmış axtarış işinə xitam vermişdir. Məhkəmə iclasında Şahid3 analoji ifadə verərək, digər şahidlərin göstərdiklərinə uyğun ifadə verdi. İş materiallarından görünür ki, məhkəmə istintaqında iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə şahidlərin ifadələri, ekspertizaların rəyləri və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarda öz əksini tapır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X19 rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən saxlanılır. Sənan Həsənov özünü və iştirakçıları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsində şübhəli olmasını bildirir və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı elan edilir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edir və əynində olan gödəkçənin sağ yan cibindən “Rotmans” markalı siqaret qutusunu və 1 ədəd telefonu çıxardıb masanın üstünə qoyur. Qutunun içinə baxış zamanı içərisində 3 ədəd siqaret qutusunun kağızına bükülmüş bükülülər aşkar edilir. Həmin bükülülərin içərisinə baxış zamanı içərisində qəhvəyi rəngli toz şəkilli kütlələrdən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroinə mənzər kütlə aşkar edilir. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülülərin ona məxsus olub-olmamasını, polis əməkdaşları tərəfindən qoyulub-qoyulmamasını soruşduqda, Təqsirləndirilən şəxs həmin bükülülərin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən qoyulmadığını, Quba şəhəri, Meydan ərazisindən tapdığını bildirir. Həmin bükülülər elektron tərəzidə ölçülür və ümumi çəkisi 0,33 qram olduğu müəyyən olunur. Kütlələr 01 ədəd ağ kağız zərfə soyularaq möhürlənib qablaşdırılır. İş materiallarında olan: “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, məhkəmədən gizləndiyinə görə barəsində 560322 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CAB-nin əməkdaşları tərəfindən “28 may” parkı yaxınlığında saxlanılaraq Quba RPŞ-nə gətirilmişdir. Quba RPŞ-də söhbət zamanı o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Quba RPŞ-də ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən üzərində “Rotmans” yazısı olan 01 ədəd siqaret qutusunu və əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd “Meizu” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusuna baxış zamanı içərisində siqaret kağızına bükülmüş qəhvəyi tozşəkilli narkotik vasitəyə bənzər 3 ədəd bükülü olan kütlə aşkar edilmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin kakos olmasını bildirmişdir. Bükülülərin birlikdə ümumi çəkisi 0,33 qram olduğu müəyyən olunmuşdur. Maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 67 saylı möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-kimyə ekspertizası üzrə) 05 fevral 2023-cü il tarixli 6/704 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində "X2 üzərindən aşkar olunmuş kütlə..." yazı və imzalar olan zərfin içərisində 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,091 qram, 0,068 qram, 0,052 qram ümumi təmiz çəkisi 0,211 qram olan qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komonentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi- 0,211 qram, tədqiqata sərf edildi cəmi- 0,09 qram, qalıq 0,121 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 (ambulator məhkəmə-narkoloji ekspertizası) xx.xx.2023-cü il tarixli 4992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş materiallarında olan: “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,121 qram heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkətinin görüntülərini əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş, cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli 6/704 nömrəli ekspert rəyi sübutun bir növü kimi qiymətləndirilmiş, cinayət işi üzrə keçirilmiş məhkəmə narkoloji ekspertizasının 25 oktyabr 2022-ci il tarixli 6305 nömrəli ekspert rəyi sübutun bir növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd bağlamada qalıq çəkisi 0,121 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, “Constant” markalı elektron tərəzidə çəkilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd bükümdə narkotik vasitə olan heroinin çəkisinin 0,33 qram olması, məhkəmə-kimyəvi ekspertizasının 05 fevral 2023-cü il tarixli 6/704 nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisinin 0,211 qram olması tərəzi fərqi kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 0,211 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. İş materiallarından görünür ki, məhkəmə istintaqında iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməlini törətməsi iş üzrə şahidlərin ifadələri, ekspertizaların rəyləri və işin digər materialları ilə tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümləri heç vaxt görmədiyini, bükümlərin polis əməkdaşları tərəfindən qoyulmasını bildirsə də, iş materiallarında olan baxış protokolundan və baxış hərəkətlərini özündə əks etdirən videoçəkilişdən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin özünə məxsus olduğunu etiraf edir, o cümlədən çəkiliş zamanı vəkil Müdafiəçi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülülərin ona məxsus olubolmamasını, polis əməkdaşları tərəfindən qoyulub-qoyulmamasını soruşduqda, sonuncu üzərindən aşkar edilmiş bükülülərin özünə məxsus olduğunu, həmin bükülüləri Quba şəhəri, Meydan ərazisindən tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən çıxan kütlənin ona məxsus olmasını etiraf etməsi ilə yanaşı, prosessual hərəkətin digər iştirakçıları ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi zərfin üzərində imza etmişlər. Bu da öz növbəsində təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarışla bağlı aparılan bütün prosessual hərəkətlərin qanunauyğun şəkildə həyata keçirildiyinə dəlalət edir. Həmçinin şəxsi axtarışı özündə əks etdirən videogörüntü məhkəmədə öyrənilərkən, orada hər hansı bir qanuna zidd hərəkətlərin yer almadığı müəyyən edilir. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildiyini, orada narkotik vasitənin ona məxsusluğunu etiraf etməsi üçün təzyiqlərə məruz qaldığını və döyülərək xəsarətlər almasını iddia etsə də, bədəni üzərində xəsarətlərin olması barədə nə müdafiəçiyə, nə ibtidai istintaqa prosesual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etsə də, israrlı olaraq heroindən heç vaxt istifadə etmədiyini bildirdiyindən, məhkəmə istintaqı zamanı yaranmış ziddiyyətlərin aradan qaldırmaq məqsədilə iş üzrə məhkəmə-narkoloji ekspertizası keçirilmiş və ekspert qarşısında Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunub-olmaması, sonuncunun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olubolmaması barədə sualları qoyulmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4992 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının rəyinin nəticəsindən belə qənaətə gəlinir ki, göstərilən hallar Təqsirləndirilən şəxs heroindən istifadə etməsinin birbaşa göstəricisidir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasındakı ifadəsinə (heroindən heç vaxt istifadə etməməsi ilə bağlı göstərdikləri) tənqidi yanaşaraq, inandırıcı hesab etmir və məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermiş olduğu kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-40/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Quba Rayon Məhkəməndə baxılan 1(027)-40/2023 nömrəli iş üzrə məhkəmə istintaqı zamanı təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixli tutma haqqında protokola əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq saxlanılması üçün Quba RPŞ-nin MSY-nə təhvil verilmişdir. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba şəhəri, H.Əliyev prospekti, 181 ünvanında qeydiyyatdadır və ailə tərkibi atası- 1968-ci il təvəllüdlü X7, anası-1968-ci il təvəllüdlü X5, qardaşları-1999-cu il təvəllüdlü X8 və 2009-cu il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; elektron məhkəmə sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009cu il təvəllüdlü X9 vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs X12 hazırki cinayət əməlini barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-40/2023 saylı hökmü qanuni qüvvəsini almazdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə törətmişdir ki, bu hal da Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin təsiri altına düşür. Beləliklə də, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-40/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilməli və Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-40/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması nəzərə alınaraq, hazırki hökmlə ona təyin olunmuş cəzaçəkmənin əvvəli 04 fevral 2023-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 saylı “Qərarın” 26-cı bəndində qeyd olunur ki, “məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir”. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada qalıq çəkisi 0,121 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(027)-40/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 04 fevral 2023-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamada qalıq çəkisi 0,121 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3,Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar