Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-92/2020 10.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba şəhəri, Vaqif küçəsi, 91 saylı evdə qeydiyyatda olan, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün hissəsi 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırda 14 saylı cəzaçəkmə müəssəsində cəza çəkən, barəsində xx.xx.2020-ci il tarixdə polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba rayon Məhkəməsində baxıldığı və iş üzrə hökm çıxarılmadığı halda təkrarən özgə əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Quba şəhəri, 32/33 məhəllədə yerləşən ətrafı daş hasarla əhatə olunaraq mühafizəsi təmin edilmiş X1 məxsus həyətə hasarın üstündən keçməklə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab olunan dəmir lövhələrdən inşa edilmiş yardımçı tikilidən sonuncunun qohumu Zərərçəkmiş şəxs Mövlüd qızına məxsus əsas hissəsi latun materialından, qulpları isə plastikdən hazırlanmış 550 (beş yüz əlli) manat dəyərində olan 50 litrlik 1 ədəd samovarı gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki o, Quba şəhəri, Vaqif küçəsi, 91 saylı evdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 15-16 radələrində Quba şəhəri, 32-33-cü məhəllə ilə yaşadığı evə getdiyi zaman həyətlərinin birinin açıq qalmış darvazasından həyətdə bir ədəd böyük samovarın olduğunu görərək həmin samovarı oğurlamaq qərarına gəlmişdir. Həmin günü axşam saat 23 radələrində qeyd olunan ünvana getmiş, lakin həyətin qapısı bağlı olduğuna görə darvazanın sağ tərəfində olan qaz borusundan tutub daş hasara qalxmış və həyətə düşmüşdür. Həyətin sağ tərəfində bir qurğu olan yerə daxil olmuş və mobil telefonunun işığında axtarış apardıqda samovarı tapmış, darvazanı içərdən açaraq samovarı küçəyə çıxartmışdır. Küçədə bir taksi saxladaraq həmin samovarı yaşadığı evinin yaxınlığında tikintisi qurtarmayan evə aparmışdır. Bir gün sonra isə oğurladığı samovarı “VAZ-2109” markalı, **-BR-*** qeydiyyat nişanlı taksi avtomoşını ilə Quba rayonunun Qaraçay kəndinə aparıb, samovarı həmin kənddə yaşayan Xalid adlı tanışına 120 manata satmışdır. Samovarın oğurluq olmasını barədə Xalidin və taksi sürücünün məlumatları olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid1 ailəsi ilə birlikdə Quba şəhərində yaşayır. Onlar ailəlikcə yas mərasimləri üçün masa, oturacaq, samovar və digər dəsgahları icarəyə verirlər. Həmin dəsgahları qudası Rəfiqə Daşdəmirovaya məxsus Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən evin həyətində saxlamışlar. xx xxxx 2020-ci il tarixdə oğlu Yunis xeyir-şər üçün nəzərdə tutulmuş mağar avadanlıqlarını qudasının həyətinə aparıb yığaraq qapını çöldən bağlamışdır. Həmin avadanlıqların içində bir ədəd 50 litrlik samovar da olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 09:30-da həmin evin həyətinə gedib baş çəkərkən, həyətin darvazasının açıq olduğunu görmüşdür. Həyətə nəzər saldıqda bir ədəd 50 litrlik samovarın yerində olmadığını aşkar etmiş və samovarın oğrulanması ilə bağlı dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin samovarı onun sifarişi ilə oğlu Yunis 3 il əvvəl Quba rayonu, İ Nügədi kəndindən 600 manata almışdır. Oğurlanmış samovar latun materialdan hazırlanmış, qulpları kauçukdan olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Cabir oğlu Zərərçəkmiş şəxs göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunda ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Quba şəhərində yaşayır. Özünə məxsus “VAZ-2109” markalı, **-BR-*** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərir. Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində günorta vaxtlarında Quba şəhəri Vaqif küçəsində yaşayan adının Əli olduğunu bildiyi şəxs ona yaxınlaşaraq Quba rayonu, Qaraçay kəndinə getmək üçün taksi lazım olduğunu demiş və o, Əliyə gediş haqqının 6 manat olduğunu bildirmişdir. Həmin vaxtı Əli evinin yanında yaşayış olmayan yarımtikiliyə yaxınlaşaraq açarla qapını açıb samovarı götürərək onun avtomobilinin arxa oturacaq hissəsinə qoymuş və onlar birlikdə Qaraçay kəndində getmişlər. Həmin kəndə çatdıqdan sonra, Əli samovarı maşından düşürərək bir evin qapısını döymüşdür. Qapını təxminən 40 yaşlı tanımadığı bığlı qarabəniz kişi açmış, Əli samovarı həmin evə aparmış, həmin kişi ilə 5 dəqiqə söhbət etdikdən sonra qayıdaraq maşına əyləşmişdir. Sonra o, Əlidən 6 manat gediş haqqı olaraq onu evlərinin yanında düşürmüşdür. Həmin samovarın oğurluq olması barədə ancaq sonradan polis şöbəsinə dəvət olunduğunu zaman məlumatı olmuşdur. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/723 saylı rəyindən görünür ki, fotoşəkilləri təqdim olunmuş 50 litrlik, latun materialından, qulpları isə kauçuk materialından olan samovar istifadə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 550 manat müəyyən olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinitörətməsi öz ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün hissəsi 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri İƏD üzrə nümayəndəliyi tərfindən verilmiş xx.xx.2020-ci il tarixli 68 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Məmmədov X9 şəhəri Vaqif küçəsi 91 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs Firudun oğlunun himayəsində xx.xx.2016-cı il təvəllüdlü X6 adlı azyaşlı övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi cinayət əməlini xx xxxx 2020-ci il tarixdə, yəni Quba rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs cinayətlərin məcmuyu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlı təyin olunmuş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş və xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs50 manat ekspertiza xərci tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılanbir ədəd latun materialdan hazırlanmış, qulpları kauçukdan olan 50 liktrlik samovar Zərərçəkmiş şəxs təhvil verilməlidir. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətinin İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıCPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün hissəsinin Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əvəz edilmiş 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan bir ədəd latun materialdan hazırlanmış, qulpları kauçukdan olan 50 liktrlik samovar Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün icrası Quba rayon polis şobəsinə və Azərbaycan Respublikası Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-92/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-92/2020
10.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver