Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-92/2021 22.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi X2 iştirakı ilə xx.xx.1971-cı ildə Quba rayonu, Cimi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, Quba rayonu, Cimi kəndində qeydiyyatda olan və yaşayan– Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24.05.2021-cu il tarixdə saat 19:30 radələrində Quba rayonu, Cimi kəndi ərazisində yerləşən örüş sahəsində Zərərçəkmiş şəxs həmkəndlisi Qaflan Mirzəyevə məxsus qoyunları kəndin örüş sahəsində otarmasına etiraz etməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı onun yaxasından tutub yerə yıxaraq daşla başından vurub və əli ilə də boğazından sıxmaqla - ona başın sağ alın nahiyyəsində əzilmiş-cırılmış yara, alt çənədə ortada qançır, sağ çiynində arxada yumşaq toxumanın əziyi və qançırı, döş qəfəsinin yumşaq toxumalarının əziyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyidən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf edərək qeyd etmişdir ki, o, 23.05.2021-ci il tarixdə Rəşadətin heyvanları kəndin örüş sahəsində otarması ilə bağlı onun yanına gedib “burada başqa şəxslərin heyvanlarını otarma” demiş, onunla mübahisə edərək dalaşmış və hər ikisi yerə yıxılmışdır. Rəşadət kəndin örüş sahəsində başqa şəxsin 200 baş heyvanlarını otardığından bu barədə kəndin bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə sədri 24.05.2021-ci il tarixdə saat 18 radələrində kənddə iclas keçirəcəyini və bu məsələ ilə bağlı danışacağını ona bildirmişdir. Həmin vaxt Rəşadət kənddə olmamışdır. O, Firuza məlumat vermişdir ki, Rəşadət kəndin başqa tərəfində heyvanları otarır. Firuz ondan Rəşadəti çağırmasını xahiş etmiş, o da Rəşadətin yanına getmişdir. Həmin vaxt Rəşadətlə aralarında mübahisə yaranmış, Rəşadət onun yaxasından tutmuş o da Rəşadətin yaxasından tutaraq onu yerə yıxmışdır. Həmin vaxt orada kənar şəxslərdən heç kim olmamış, mübahisələri 5-10 dəqiqə davam etmişdir. Daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını qeyd edərək cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Cimi kəndinin örüş sahəsində həmkəndlisi Qaflan Mirzəyevə məxsus 50 baş qoyunlarını otarır. 23.05.2021-ci il tarixdə saat 13 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs heyvan otardığı örüş sahəsinə gəlib ona «burada heyvan otarma bu sahə mənimdir» dedikdə ona sahənin kəndin örüş sahəsi olduğunu bildirmişdir. Malik də həmin sahənin ona bələdiyyə tərəfindən verildiyini demiş, bununla bağlı aralarında mübahisə yaranmışdır. 24.05.2021-ci il tarixdə saat 19:30 radələrində qoyunları kəndin yaxınlığında olan pay torpaq səhəsində otardığı vaxt Malik onun yanına gəlib bələdiyyə sədri Firizun onu çağırmaq üçün göndərdiyini demişdir. Həmin vaxt Maliklə aralarında mübahisə yaranmış, Malik əlində olan ağacı onun başına vurmaq istəyəndə onu itələdiyindən ağac Malikin əlindən yerə düşmüş və ağacı götürərək kənara tullamışdır. Malik də onu onu yerə yıxaraq yerdən aldığı daşla başından vurub əli ilə boğazından tutaraq sıxmış, yumruqla bədəninə vuraraq döymüşdür. O bu barədə 102 xidmətinə zəng vurub məlumat vermişdir. Mübahisə vaxt orada kənar şəxslərdən heç kim olmamışdır. Aralarında olan mübahisə 30 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını qeyd edərək, onun barəsində şikayətinin və ona qarşı tələbinin olmamasını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunmuş və tədqiq edilmiş məhkəməyədək icraat dövründə keçirilmiş Məhkəmə-tibbi ekspertizasının 25 may 2021-cu il tarixli, 416 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarət-başın sağ alın nahiyyəsində əzilmiş-cırılmış yara, alt çənədə ortada qançır, sağ çiynində arxada yumşaq toxumanın əziyi və qançırı, döş qəfəsinin yumşaq toxumalarının əziyi, küt əşyanın (əşyaların), təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixə, 24 may 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiymdən sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 24.05.2021-cu il tarixdə saat 19:30 radələrində Quba rayonu, Cimi kəndi ərazisində yerləşən örüş sahəsində Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı onun yaxasından tutub yerə yıxaraq daşla başından vurub və əli ilə də boğazından sıxmaqla - ona başın sağ alın nahiyyəsində əzilmiş-cırılmış yara, alt çənədə ortada qançır, sağ çiynində arxada yumşaq toxumanın əziyi və qançırı, döş qəfəsinin yumşaq toxumalarının əziyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyidən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi Təqsirləndirilən şəxs istinad olunan, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Lakin məhkəmə hesab edir ki, cinayət təqibinə xitam verilməlidir. Çünki hazırkı cinayət təqibi üzrə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını və ona qarşı heç bir tələb və şikayəti olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs də iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqbinə xitam verilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 03 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. İş üzrə xüsusi müsadirə tətbiq edilməli əmlakın, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-92/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-92/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver