Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-93/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, X1, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1964-cü il tarixdə Quba rayonu, Güləzi kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Quba rayonu, Güləzi kəndində qeydiyyat olmaqla ünvan 1-da yaşayan - Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsrləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə saat 21.30 radələrində sərxoş vəziyyətdə Quba rayonu, Vladmirovka kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs alt çənəsinə kəllə ilə vuraraq sağlamlığının qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən alt çənədə solda yumşaq toxumanın əziyi və qançırhemotomasından ibarət xəsarətlər yetirməklə onun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən Zərərçəkmiş şəxs ilə nigahdan kənar yaşayır. 15 aprel 2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadıqları evdə qonşuluqda yaşayan 85 yaşında olan Ramiz adlı kişi ilə domino oynayan zaman Zərbəli Şəhriyar adlı qohumları ilə evə gəlmişdir. Zərbəli onun Ramizlə domino oynadığını görüb ona iradını bildirmişdir. Həmin vaxt aralarında mübahisə yarandığı üçün Ramiz və Şəhriyar çıxıb getmişlər. Onlar gedəndən sonra, Zərbəli onu əxlaqsızlıqda günahlandıraraq onu söyüb təhqir edərək dəhlizə çıxmışdır. O, da Zərbəlinin təhqirlərinə dözməyib otaqdakı stolun üstündə olan qara dəstəkli mətbəx bıçağını sağ əlinə götürüb Zərbəlinin arxasınca dəhlizə çıxıb bıçağın kəsici dəmir hissəsi ilə arxadan Zərbəlinin kürək nahiyyəsinə bir dəfə vurmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışqığını bildirib onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeyri-rəsmi nigahda olduğu Təqsirləndirilən şəxs və Vüsalənin 9 yaşında olan oğlu ilə birlikdə kirayədə yaşayır. Vüsalə ilə 2014-cü ildən bir yerdədirlər, hər ikisi əvvəllər başqa şəxslərlə ailəli olub ayrılmışlar. Vüsalə heç yerdə işləmir, o, özü isə bazarda fəhləlik edir. 15 aprel 2023-cü il tarixdə, günorta vaxtı tanışı Şəhriyarla bazarda araq içdikdən sonra, yeyib-içməklərini davam etdirmək üçün onun evinə getmişlər. Saat 17:30 radələrində yaşadığı evə çatdıqda görmüşdür ki, Vüsalə qonşuluqda yaşayan Ramiz adlı kişi ilə otaqda domino oynayır. Buna görüb Vüsaləyə iradını bildirdikdə aralarında mübahisə yaranmışdır. Ramiz və Şəhriyar onların mübahisə etdiklərini görüb çıxıb getmişlər. Aralarında yaranmış mübahisə zamanı Vüsaləni söyüb otaqdan həyətə çıxmaq istəyərkən kürək nahiyyəsində ağrı hiss etmişdir. Geri çevrilib baxdıqda görmüşdür ki. Vüsalənin əlində bıçaq var. Əlini kürəyinə vurub görmüşdür ki, qan axır və tez küçəyə çıxıb DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlyumat vermişdir. Vüsalə onu söydüyü söyüşə görə vurmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışqdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının 20 aprel 2023-cü il tarixli, 285 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sol kürəyində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir İş üzrə təyin edilib keçirilmiş məhkəmə balistik ekspertiasının 03 may 2023-cü il tarixli 3/685 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişən əlavə dəyişiklik edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Quba RMX-nın xx.xx.2023-cü il tarixli, PHŞ-6-56/2-547/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Quba RMX-nın Poliklinika Şöbəsinin psixonevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur İş materiallarından olan Quba rayon RİHB-nin Quba rayon Rustov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Rustov kəndində qeydiyyatdadır, himayəsində bir azyaşlı övladı var, müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham onun özünün məhkəmədə verdiyi ifadə ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb və məhkəmə balistik ekspertizalarının müvafiq rəyiləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə daxil olmuş ərizəsindən görünür ki o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11ci maddəsində nəzərdə tutulmuş hallar olduqda Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edirb ki iş üzrə maddi subut olan bir ədəd mətbəx bıçağı Təqsirləndirilən şəxs Əydər qızına qaytarılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346-347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut olan bir ədəd mətbəx bıçağı Təqsirləndirilən şəxs Əydər qızına qaytarılsın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-93/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-93/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver