Məhkəmə qərarları › İş №1(027)-93/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-93/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-93/2024 04.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Quba rayonu Barlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Barlı qəsəbəsində qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 10 ədəd çətənə bitkisinin toxumlarını 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Quba rayonu Barlı qəsəbəsində yerləşən evdə dibçəklərdə əkib qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş və 13 may 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı Quba rayonu Barlı qəsəbəsində 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2,113 qram olan əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini tam yetişdirdikdən sonra 100 manat pul verəcəyi şərti ilə tanışı Şahid1 satmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yalnız CM-nın 237.1-ci maddəsi ilə təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və bildirdi ki, rəsmi olaraq işləməsə də, fərdi əməklə məşğul olaraq özünü dolandırır. Təxminən 2-3 il olar ki, arabir düşəndə narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir və buna görə də özünün istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə təxminən bir il əvvəl istifadə etdiyi marixuananın içərisindən götürüb saxladığı toxumları əkmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Quba rayonu Barlı qəsəbəsində yerləşən evdə bir neçə ədəd dibçəyə torpaq doldurmuş, bundan sonra özündə olan toxumlardan əvvəlcə 03 ədədini, bundan bir neçə gün sonra isə 07 ədədini həmin dibçəklərdə əkmiş, toxumların bitməsi üçün şərait olsun deyə dibçəklərə peyin və çürüntülər tökməklə su vermişdir. Toxumlar cücərdikcə onlara daha çox diqqət yetirmiş və üzərlərinə günəş şüaları düşsün deyə onları oz otağında pəncərənin qarşısına qoymuşdur. Lakin çətənə bitkiləri əkib-becərməsi barədə heç kimə heç nə deməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. 13 may 2022-ci il tarixdə səhər saatlarında əvvəllər onların həyətində fəhlə kimi işləmiş Xaçmaz rayon sakini Şahid1 yaşadığı ünvana gəlmişdir. Söhbət əsnasında Asif ondan çətənə bitkisinin olubolmadığını soruşmuş, Asifi 10 ildən artıq müddətdir ki, tanıdığı üçün ona səmimi şəkildə 10 ədəd çətənə bitkisi əkdiyini, lakin onların hələ balaca olduqlarını bildirmişdir. Asif həmin çətənə bitkisinin yarpağından qoparıb istifadə etmək istədiyini deyəndə o, dibçəkləri çıxarıb ona göstərmiş və çətənə bitkilərinin balaca olduqlarını, hələ ki, istifadə etmək vəziyyətinə çatmadıqlarını bildirmişdir. Asif həmin çətənə bitkilərini ona verməsini, onları evinə aparacağını və əgər yetişdirə bilsə müqabilində ona 100 manat pul verəcəyini demişdir. O, etiraz etməyib Asiflə razılaşmış və evdə olan bütün çətənə bitkilərini, yəni 10 ədəd dibçəklərdə əkilmiş ümumilikdə 10 ədəd çətənə bitkilərinin hamısını dibçək qarışıq Asifə vermiş və Asif də həmin çətənə bitkilərini elə dibçəklərdə götürüb getmişdir. Həmin gün axşam saatlarında polis əməkdaşları onu Xaçmaz RPŞ-nə dəvət etmiş, polis şöbəsinə gələndən sonra Asifin onun verdiyi çətənə bitkiləri ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanıldığı ona məlum olmuş və bundan sonra hər şeyi olduğu kimi etiraf etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, anket məlumatında qeyd olunan ünvanda yaşayır və rəsmi olaraq heç yerdə işləməsə də, fərdi təsərrüfatla məşğul olur. Quba rayonu Barlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, tanıyır. Belə ki, hər il yay mövsümlərində Quba rayonu ərazisində yerləşən müxtəlif şəxslərə məxsus bağ sahələrində meyvə yığmaqla pul qazanır və Təqsirləndirilən şəxs da onlara məxsus bağ sahəsində fəhlə kimi meyvə yığarkən tanımış, onunla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamış, hazırda da yoxdur. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmiş və həmin ərəfələrdə istifadə etdiyi marixuananın içərisindən 02 ədəd çətənə toxumu tapmış və həmin toxumları özündə saxlamışdır. Buna görə də çətənə toxumlarını əkməklə onlardan özünün istifadəsi üçün narkotik vasitə marixuana əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 04 may 2022-ci il tarixdə yaşadığı evdə özündə olan çətənə toxumlarının hərəsini bir ədəd plastik boya qablarına basdırmaqla əkmiş və görən olmasın deyə həmin qabları yaşadığı evin sol tərəfində, hasarla evin divarı arasındakı boş sahəyə qoymuşdur. Bundan sonra həmin dibçəklərə peyin, çürüntü töküb tez-tez suvarmağa başlamış və təxminən 3-4 gündən sonra dibçəklərdəki toxumlar cücərməyə başlamışdır. 13 may 2022-ci il tarixdə saat 09 radələrində fəhlə kimi iş olub-olmamasını öyrənmək məqsədi ilə Quba rayonu Barlı qəsəbəsində getmiş və Xəyyamgilə məxsus bağ sahəsində onunla görüşmüşdür. Xəyyam ona atası həbs olunduğundan şitilləri evdə saxlamaq istəmədiyini bildirərək ona vermişdir ki, o evində saxlasın. O, şitilləri Xəyyamdan təmənnasız alaraq evinə aparmış, lakin gələcəkdə imkan olanda ona 100 manat verəcəyinə söz vermişdir. Evinə gəldikdən 15 dəqiqə sonra polis əməkdaşları gələrək şitilləri götürüb onu da polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində bildirdi ki, 13 may 2022ci il tarixdə Xaçmaz rayonu Qalağan kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu Qobuqraq kəndində yaşayan Şahid1 yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə Xaçmaz RPŞ- nin NMQ-na daxil olmuş məlumatın yoxlanılması və Şahid1 ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü qeyd olunan tarixdə raportla şöbə rəhbərliyinə məruzə olunmuş və bununla bağlı müvafiq sənədləşmə aparılmaqla onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 qrupun tərkibinə daxil edilmiş və faktla bağlı araşdırma aparılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X6 həvalə olunmuşdur. Şahid1 yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışın görüntülərini videoçəkiliş vasitəsi ilə qeydə almaq Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid4 həvalə olunandan və keçiriləcək baxışda mütəxəssis qismində iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid5 şöbəyə dəvət ediləndən sonra həmin tarixdə saat 16 radələrində hamı birlikdə Şahid1 yaşadığı ünvana getmişlər. Orada Şahid1 onları qarşılamış, özlərini təqdim edəndən sonra ona yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib- becərməsi barədə məlumat daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Şahid1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, ondan həyətyanı sahəsində narkotik tərkibli bitkilər olub-olmaması soruşulduqda o, həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri olduğunu etiraf etmiş və həmin bitkilərdən 02 ədədini özünün əkib-becərdiyini, 10 ədədini isə tanışından alaraq gətirib həyətində saxladığını bildirmişdir. Şahid1 həmin bitkiləri təqdim etməsi təklif olunduqda o, evin həyətinə daxil olmuş və arxasınca onları da həyətə dəvət etmişdir. Bundan sonra o, yaşadığı evin sol tərəfində hasarla evin divarı arasında olan boş sahədə qoyulmuş dibçəklərdə əkilib-becərilmiş bitkiləri təqdim etmiş, həmin yerdə bir ədəd qara rəngli plastik taranın içərisinə yığılmış plastik dibçəklərdə, habelə həmin taranın yanında bir ədədi sarı rəngli, digəri isə ağ rəngli olmaqla iki ədəd plastik qablarda əkilmiş vəziyyətdə 5-20 sm hündürlükdə inkişaf etmiş narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmişdir. Həmin bitkilərin dibləri suvarılmış, alaq otlarından təmizlənməklə yumşaldılmış və gübrə verilmiş vəziyyətdə olmuşdur. Baxışda iştirak edən aqronom Şahid5 aşkar edilmiş bitkiləri nəzərdən keçirib onların narkotik tərkibli çətənə bitkiləri olduğunu, diblərinin suvarıldığını, gübrə verildiyini və aqrotexniki qaydada qulluq edilməklə əkilib-becərildiyini bildirmişdir. Aşkar edilmiş bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq sayılmış və onların ümumilikdə 12 ədəd olması müəyyən edilmişdir. Həmin bitkilər ekspertizaya göndərilməsindən ötrü bir ədəd şəffaf polietilen torbaya yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. Şahid1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri əvvəldən axıra kimi Şahid4 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmış və faktla bağlı X11 tərəfindən protokol tərtib edilmişdir. Protokol ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1la aparılmış söhbətlər zamanı o, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, evinin həyətyanı sahəsində aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, onlardan 02 ədədini may ayının əvvəllərində özünün əkdiyini, qalan 10 ədədini isə bir neçə saat əvvəl Quba rayonu Barlı qəsəbəsində yaşayan Xəyyam adlı tanışından nisyə olaraq 100 manata alıb gətirdiyini və onları gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə həyətində saxladığını bildirmişdir. Bundan sonra Şahid1 dediyi Xəyyam adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş və həmin şəxsin Quba rayonu Barlı qəsəbəsində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət olunmuş, sorğu zamanı o, həqiqətən 13 may 2022-ci il tarixdə əvvəllər tanıdığı Xaçmaz rayon sakini Şahid1 onun yaşadığı evə gəldiyini və şəxsi istifadəsi üçün marixuana əldə etmək məqsədi ilə dibçəklərdə əkib-becərdiyi 10 ədəd narkotik tərkibli çətənə bitkilərini dibçəkqarışıq ona verdiyini etiraf etmiş, bundan sonra Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin İB-nə təqdim olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş polis leytenantı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid3 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki, o da digər Şahid2 ilə analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid5 bildirdi ki, 13 may 2022-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X5 mütəxəssis təyin olunmasına dair qərarına əsasən Xaçmaz RPŞ-nə dəvət olunmuşdur. X7 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib- becərilməsi ilə bağlı Şahid1 yaşadığı Xaçmaz rayonu Qobuqraq kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini və onun da həmin baxışda mütəxəssis qismində iştirak etmək üçün dəvət edildiyini demişdir. O, etiraz etməyib həmin baxışda mütəxəssis qismində iştirak etməyə razılıq vermiş, bundan sonra həmin tarixdə saat 16 radələrində Xaçmaz RPŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və X11lə birlikdə qeyd olunan ünvana getmişdir. Orada onları bir şəxs qarşılamış və həmin şəxsin Şahid1 olması ona məlum olmuşdur. Lakin şəxsən o, əvvəllər Şahid1 tanımamış və onunla heç bir münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Şahid1 yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olduğunu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Şahid1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, ondan həyətyanı sahəsində narkotik tərkibli bitkilər olub- olmaması soruşulduqda o, həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri olduğunu etiraf etmiş və həmin bitkilərdən 02 ədədini özünün əkib-becərdiyini, 10 ədədini isə tanışından alaraq gətirib həyətində saxladığını bildirmişdir. Şahid1 həmin bitkiləri təqdim etməsi təklif olunanda o, evin həyətinə daxil olmuş və arxasınca onları da həyətə dəvət etmişdir. Bundan sonra o, yaşadığı evin sol tərəfində hasarla evin divarı arasında olan boş sahədə qoyulmuş dibçəklərdə əkilib-becərilmiş bitkiləri təqdim etmiş, həmin yerdə bir ədəd qara rəngli plastik taranın içərisinə yığılmış plastik dibçəklərdə, habelə həmin taranın yanında bir ədədi sarı rəngli, digəri isə ağ rəngli olmaqla iki ədəd plastik qablarda əkilmiş vəziyyətdə 5-20 sm hündürlükdə inkişaf etmiş narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Polis əməkdaşlarının təklifi ilə o, həmin bitkiləri nəzərdən keçirtmiş, onların dibləri yumşaldılmış, suvarılmış, gübrə verilmiş və digər qulluqlar göstərilməklə aqrotexniki qaydada becərilmiş vəziyyətdə olmuşdur. Buna görə də o, aşkar edilmiş bitkilərin əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri olduğunu və onların aqrotexniki qaydada qulluq göstərilməklə becərildiklərini bildirmişdir. Aşkar edilmiş bitkilər bir-bir köklərindən torpaqdan çıxarılaraq sayılmış və onların ümumilikdə 12 ədəd olması müəyyən edilmişdir. Həmin bitkilər ekspertizaya göndərilməsindən ötrü bir ədəd şəffaf polietilen torbaya yığılaraq qablaşdırılmış və üzəri imzalanıb möhürlənməklə götürülmüşdür. Fakta bağlı X11 tərəfindən protokol tərtib edilmiş və ucadan oxunandan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi prosesinin video görüntüləri polis əməkdaşı Şahid4 tərəfindən əvvəldən axıra kimi mobil telefon vasitəsi ilə çəkilməklə qeydə alınmışdır. Baxış prosesi başa çatandan sonra elə həmin gün Şahid1 yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş bitkilərin narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmaqla onların aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-becərilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəmə-bioloji ekspertizası üzrə) 14 may 2022-ci il tarixli, 7/488 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, «Şahid1...» yazıları və imzalar olan sellofan bağlamanı açdıqda içərisində sayı 03 (üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Sayı 07 (yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2,113 qram olan bitki şitilləri əkilib - becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir.Qalan 02 (iki) ədəd bitki nümunələri inkişafının cücərmə fazasında olduğuna görə onların hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmadı. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitki nümunələrinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 (ambulator məhkəmə-narkoloji ekspertizası) 08 iyun 2022-ci il tarixli, 3080 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə ekspert rəyləri tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. Xaçmaz Rayon Məhkəməsinin hakimi Sərxan Səmədzadənin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid1 yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən evində axtarış və götürmənin aparılması qərara alınmışdır; “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 yaşadığı evə baxış keçirilən zaman müəyyən edildi ki, baxış keçirilməzdən əvvəl Şahid1 evinin həyətyanı sahəsində çətənə bitkiləri əkməsi barədə məlumat əldə edildiyini və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşuldu. Şahid1 da məlumatın doğru olmasını, yaşadığı evin həyətində 02 ədəd çətənə bitkisi əkməsini, 10 ədəd isə tanışından alıb gətirməsini bildirdi və onları təqdim etmək üçün həyətə daxil oldu. Baxış zamanı müəyyən edildi ki, Şahid1 evinin sol tərəfində hasarla evin divarının arasında olan boş sahəyə gedərək orada dibçəkdə olan bitkiləri təqdim etdi. Bundan sonra mütəsəssis Şahid5 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini bildirdi. Aşkar edilmiş bitkilər mütəxəssis Şahid5 tərəfindən kökündən çıxarılaraq sayıldı və onların 12 ədəd olması, həmin bitkilərin uzunluqlarının 5 sm-dən 20 sm-dək hündürlükdə olması müəyyən edildi. Dibçəkdə əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 01 ədəd şəffaf sellofan torbaya yığılaraq qablaşdırıldı və imzalanıb möhürlənərək götürüldü. “Torpağa və bitkilərə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şahid1 Xaçmaz rayonu, Qobuqıraq kəndində yerləşən evinin həyətyanı sahəsi baxış keçirilərkən aşkar edilərək götürülmüş cəmi 12 ədəd bitkilər çətənə (kannabis) bitkiləridir. Onların dibləri boşaldılmış, sulanmış və çürüntülərələ gübrələnərək aqrotexniki qaydada qulluq edilməklə kültivasiya edilmişdir. “maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 yaşadığı Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2.113 qram olan narkotik tərkibli çətənə (kannabis) birtikisinin şitilləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz RPŞ-nə təhvil verilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl həmin Məcəllənin 234.2 və 237.1- ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişiklik etməklə, ona həmin Məcəllənin 234.2 və 237.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş, 13 may 2022-ci il tarixdə Şahid1 yaşadığı Xaçmaz rayonu Qobuqraq kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus 03(üç) ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 07(yeddi) ədəd yaş vəziyyətdə ümumi çəkisi 2,113 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, habelə 13 may 2022-ci il tarixdə Şahid1 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 (bir) ədəd DVD formatlı diskin 16 may 2022-ci il tarixdə iş üzrə maddi sübut hesab edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd bağlamada qalıq çəkisi 6,913 qram olan 10 ədəd çətənə (kannabis) bitkiləri və şitilləri, habelə inkişafının cücərmə fazasında olduğuna görə hansı növ bitkilərə aid olmasını müəyyən etmək mümkün olmayan 02(iki) ədəd bitki nümunəsi saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə bəzi istintaq materiallarında Təqsirləndirilən şəxs yaşadığı ünvan “Quba rayonu, Barlı kəndi” kimi yazılmasına baxmayaraq Quba RİHB-nın Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində olan arayışda göstərildiyi kimi, yəni “Quba rayonu, Barlı qəsəbəsi” kimi oxunması nəzərə alınmış, iş üzrə ifadələr, protokollar və digər sənədlər işin faktini hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut kimi qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda marixuananı əldə edib saxlamaqda təqsirli olması onun özünü etirafı, ekspert rəyləri, şahid ifadələri və iş üzrə olan maddi sübut ilə də tam subuta yetirilir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndinə görə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər - çətənə növlü bitkilər xeyli miqdarı 3-15 ədəd (6-30 hissə) təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində qulluq edərək kultivasiya etməklə yetişdirdiyi 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2,113 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli 8 saylı qərarında qeyd olunur: Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. 29 Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli qərarına əsasən, “CM-in 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına, habelə çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiya edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:

1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;

2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;

3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş – yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama;

4. çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə. Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının СM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir.” “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 6 iyul 2021-ci il tarixli qərara əsasən, “Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə müvafiq olaraq cinayət əməlinin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Müzakirə olunan məsələnin həllinə dair yanaşmalardan biri ondan ibarətdir ki, qanunverici tərəfindən Cinayət Məcəlləsinin 237-ci maddəsində narkotik vasitənin kultivasiyasının vahid elementləri sırasında narkotik tərkibli bitkilərin, onların hissələrinin toplanmasının cinayət məsuliyyətinə səbəb olan ayrıca hərəkət kimi nəzərdə tutulması, həmin əməlin (toplamanın) həm də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə kimi tövsifini istisna edir. Bu Qərarla müəyyən edilmiş hüquqi mövqelərə əsasən, qanunsuz olaraq xeyli və ya külli miqdarda əkilmiş, yetişdirilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə tövsif edilməlidir.” Cinayət işinin materiallarından göründüyü kimi Şahid1 yaşadığı Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2,113 qram olan əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri təşkil etmişdir ki, həmin miqdar Təqsirləndirilən şəxs CM-nın 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə ona görə təqsirləndirilir ki, o, 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 07 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2,113 qram olan əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri 100 manat müqabilində tanışı Şahid1 satmışdır. Şahid1 ibtidai istintaqa verdiyi 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi 5,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini Təqsirləndirilən şəxs 100 manat müqabilində aldığını bildirsə də, məhkəmədə verdiyi ifadəsində sözügedən bitkiləri Təqsirləndirilən şəxs pul müqabilində deyil, tam təmənnasız şəkildə aldığını, gələcəkdə 100 manat verəcəyini bildirmişdir. Məhkəmə isə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini inandırıcı hesab etmir və sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs etirafedici ifadəsində həmin bitkiləri Şahid1 əkib-becərmək üçün verdiyini, bitkilər böyüdükdən sonra Şahid1 ona 100 manat verəcəyini bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs hər bitkiləri verərkən Şahid1 pul almasa da, həmin bitkiləri ona 100 manat pul müqabilində satması təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən və yuxarıda qeyd olunan hüquq normalaranı rəhbər tutaraq, məhkəmə Şahid1 məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadə verməsi qənaətinə gəlir və hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğunun barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 237.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; “şəxsin tutulmadan azadan olunması” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri seçilmiş və dərhal tutulmadan azad edilmişdir. “təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması və cinayət işi üzrə icraatın dayandırılması” barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs barələrində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. “axtarışda olan şəxsin tutulması” barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə könüllü özünü təqdim etmişdir. xx.xx.2022-ci il tarixli qərar ilə ********* cinayət işi üzrə icraat təzələnmişdir. “cinayət işinin ibtidai istintaqının davam etdirilməsindən ötrü adiyyəti üzrə göndərilməsi” barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Quba rayon Polis Şöbəsinin İB-nə göndərilmişdir. “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 may 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. “axtarışda olan şəxsin tutulması” barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş və MSY-nə təhvil verilmişdir. DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 26 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 18 avqust 2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Quba rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarına əsasən Quba rayon məhkəməsinin 1(027)-67/2022 saylı, 18 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 05 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il 02 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir; Quba RİHB-nın Barlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş ayarış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla, Quba rayonu, Barlı kəndində yaşayır və yaşadığı yer üzrə barəsində şikayət daxil olmamışdır; Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən, az ciddi cəzanı daha ağır cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər bir maddənin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cinayətlərin məcmusu üzrə cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 09 avqust 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında tövsiyyə edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3- cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin 37 tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd bağlamada qalıq çəkisi 6,913 qram olan 10 ədəd çətənə (kannabis) bitkiləri və şitilləri məhv edilməlidir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə keçirilmiş keçirilmiş ekspertizanın xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən 15 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli 09 avqust 2024-cü il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Quba rayon Polis şöbəsində saxlanılan 1 ədəd bağlamada qalıq çəkisi 10 ədəd çətənə (kannabis) birkiləri və şitilləri məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertizanın xərci 78 (setmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod:210005, VÖEN**********, Mühbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar