Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-94/2022 31.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X3c katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, müvəqqəti işləməyən, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə saat 18 radələrində Quba rayonu Alpan kəndində yolun kənarında aralarında pulla bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla ağız nahiyyəsindən vuraraq yerə yıxmaqla ona üst və alt dodağın selikli qişasında əzilmiş-cırılmış yaralar, boynunda sağ yanda və sağ biləyin arxa səthində sıyrıqlardan ibarət olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs təqribən 2 ilə yaxındır ki, tanıyır. Cavid öz traktoru ilə onun yaşadığı Alpan kəndində çalışmış, bununla da tanışlıqları yaranmışdır. Cavidin xahişi ilə onun tanışı Ramid adlı şəxsə hektarı 100 manat olmaqla Quba rayonunun Alpan kəndi ərazisindən ayrı-ayrı şəxslərdən torpaq sahəsini icarə əsasında sonuncuya vermişdir. İcarəyə verdiyi torpaq sahələrinin hektarlarında bir qədər əksiklik olması müəyyən edildiyi üçün verilmiş həmin sahələrin puluna görə Cavidlə aralarında mübahisə yaranmış, həmin işlərə görə Cavidə 1200 manat pul verməli olduğunu desə, Cavid ona pulu verməyəcəyini demişdir. 06.04.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı kənddə asfalt yolun kənarında olarkən Cavidlə görüşüb söhbət edərkən aralarına həmin məsələ ilə əlaqədar mübahisəsi yaranmışdır. Həmin vaxt o, əsəbləşib Əli ilə yumruqla Cavidin sifətinə vurduğu üçün Cavid müvazinətini itirib yerə yıxılmışdır. Sonra cavid yerdən qalxıb oradan uzaqlaşmışdır. Münaqişə təqribən 5 dəqiqə davam etmişdir.İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etmişdir Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarından etibarən tanıyır. Tanışı Ramid adlı şəxsə bağçılıq təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahələri lazım olduğundan Abgülə icarəyə torpaq sahələrini götürmək məqsədilə köməklik göstərməsini xahiş etmişdir. Ramidlə Abgül adlı şəxsləri biri-birilə tanış etmiş və anlaşmışlar. Əkin sahələri Ramidə icarəyə verildikdən sonra, sahələr ölçüldükdə bir qədər əksiklik yarandığı üçün Ramid əksik gələn sahələrə görə vermiş olduğu pulun geri qaytarılmasını tələb etmiş və Abgülün ona verdiyi 1200 manat pulu öz şəxsi traktoru ilə çalışaraq ödəmişdir. Abgül həmin pulu Ramidə deyil, ona verməli olduğunu dediyi üçün bununla bağlı aralarında anlaşılmazlıq yaranmışdır. 06.04.2022-ci il tarixdə saat 18 radələrində Alpan kəndində traktoru ilə asfalt yolla hərəkət edərkən Abgül əl işarəsi ilə onu saxlatmış, traktordan düşüb ona yaxınlaşaraq hal-əhval tutarkən sonuncu içkili halda ondan 1200 manat pulu verməsini tələb etmişdir. Pul ilə bağlı aralarında mübahisə yaranmış, həmin vaxt Abgül qəfildən ağız nahiyyəsindən yumruqla vuraraq ona xəsarət yetirmişdir. Zərbənin təsirindən müvazinətini itirib yerdə olan mişar daşının üstünə yıxıldığı üçün sol qabırğa nahiyyəsindən xəsarət almışdır. Bundan sonra o, ayağa qalxaraq hadisə yerindən üzaqlaşmışdır. Aralarında olan münaqişə Quba rayonunun Alpan kəndi ərazisində yolun kənarında baş vermiş və münaqişə təxminən 5 dəqiqə müddətində davam etmişdir. Həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirib məhkəmədən onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsini xahiş etdi. İş üzrə təyin edilib keçirilmiş məhkəm-tibb ekspertizasının 07 aprel 2022-ci il tarixli, 226 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər- üst və alt dodağın selikli qişasında əzilmiş-cırılmış yaralar, boynunda sağ yanda və sağ biləyin arxa səthində sıyrıqlar küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 06 aprel 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Quba MRX-nın 24.04.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Quba rayon məhkəməsinin 18.06.2015-ci il tarixli qərarı xitam verilmişdir. İşdə olan Quba RİHB-nın Alpan kənd İƏD-si Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Alpan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə daxil olmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, işə xitam verilməsini məhkəmədən xahiş edir.. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Quba rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-94/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-94/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver