Məhkəmə qərarları › İş №1(027)-95/2020

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-95/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-95/2020 21.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçi2 və Müdafiəçi2iştirakı ilə xx.xx.1989-cu ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Xaçmaz rayonu Ağyazı kəndində yaşayan, barəsindəpolisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1988-ci ildə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və Quba şəhəri, Ə.Nərimanov küçəsi, 5-ci məhəllədə yaşayan, barəsindəpolisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə günorta saatlarında Quba şəhəri, Vaqif küçəsində tanışı Quba şəhər sakini Təqsirləndirilən şəxs2 ilə görüşərək sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 7,205 qram narkotik vasitə olan qurudulmuş marixuananı 15 manat ödəyərək alıb əynində olan qara rəngli qolsuz dəri gödəkçəsinin sağ yan cibində saxlamış, həmin gün saat 21:20-də Quba RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, 223-cü Atıcı Diviziyası küçəsində saxlanılaraq saat 21:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz dəri gödəkçəsinin sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 7,205 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək bir qismini özü istehlak edib, xx xxx 2020-ci il tarixdə, günorta saatlarında bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 7,205 qram narkotik vasitə olan qurudulmuş marixuananı Quba şəhəri, Vaqif küçəsində tanışı Təqsirləndirilən şəxs1 15 manata satdıqdan sonra həmin gün saat 22:50-də Quba RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Ə.Nərimanov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən özündə qalan bir ədəd ağ rəngli kağız bükülüdə ümumi təmiz çəkisi 1,219 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba şəhəri, Köhnə avtovağzal adlanan ərazidə Quba-Bakı taksilərinin dayandığı ərazidə qeyri-rəsmi dispetçerlik edərək çörək pulu qazanır. Özü narkotik vasitələrin istifadəçisidir. Bununla bağlı da, məhkumluq həyatı yaşamışdır. xx.xx.2020-ci il tarixdə Quba-Bakı marşurutu üzrə öz şəxsi avtomobili ilə sürücü kimi çalışan Təqsirləndirilən şəxs2la Quba şəhəri, Vaqif küçəsində görüşüb söhbət edərkən, Ramazan Bakı şəhəri ərazisindən qurudulmuş marixuana tapdığını və lazım olarasa həmin narkotik vasitədən sata biləcəyini ona bildirmişdir. Bunda sonra o, Ramazandan on beş manat müqabilində bir ədəd ağ kağızın içində narkotik vasitə olan qurulmuş marixuana alıb əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoymuş, sonradan axşam saatlarında Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsi ilə piyada hərəkət edən zaman qaz dolduran məntəqənin yanında polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirəcəklərini demişlər və üzərində olan qanunsuz əşyaları çıxararaq orada olan qara rəngli avtomobilin kopotunun üzərinə qoymağını demişlər. O, da, üzərindəki əşyaları, o cümlədən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoyduğu bir ədəd ağ kağıza bükülmüş qurudulmuş marixuananı avtomobilin kopotunun üzərinə qoymuş, üzərindən çıxan bükümün içindəkinin nə olduğu ondan soruşulduqda, hər şeyi olduğu kimi etiraf edərək cibindən çıxan bükümün içindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və həmin gün marixuananı Təqsirləndirilən şəxs2 15 manat pul müqabilində aldığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək, əməlindən səmimi peşman olmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Mercedes” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba-Bakı marşurutu üzrə sürücülük edərək çörək pulu qazanır. xx xxx 2020-ci il tarixdə Bakı şəhərində, Şamaxinka adlanan ərazidə, Alov zavodun qarşısında yerdən narkotik vasitə olan qurudulmuş marixuana taparaq narkotik vasitə istifadəçisi olduğundan üzərində gəzdirməyə başlamışdır. Quba şəhəri, köhnə avtovağzal adlanan ərazidə Quba-Bakı taksiləri dayanan yerdə dispetçerlik edən Təqsirləndirilən şəxs1 da, narkotik vasitələrin istifadəçisi olduğunu bildiyindən xx.xx.2020-ci il tarixdə Mirzəyə onda qurudulmuş marixuananın olduğunu və istədiyi təqdirdə ona sata biləcəyini demişdir. Mirzə də, 15 manat pulu ona Quba şəhəri, Vaqif küçəsinə gedən yolda vermiş və həmin narkotik vasitə olan qurudulmuş marixuananın çox hissəsini kağıza bükülü şəkildə Mirzəyə satmışdır. Özündə təxminən az bir hissə saxlamış ki, sonradan özü həmin marixuanadan istifadə edə bilsin. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə, gecə saatlarında evinə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib üzərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Polis əməkdaşları hüquqları müdafiə olunması üçün ona müdafiəçi təqdim etdikdən sonra, üzərində olan qanunsuz əşyaları çıxararaq orada olan avtomobilin kopotunun üzərinə qoymağını təklif etmişlər. O, da, üzərindəki əşyaları, o cümlədən əynində olan göy rəngli cins şalvarın sol yan cibinə, öz istifadəsi üçün qoyduğu bir ədəd ağ kağıza bükülmüş qurudulmuş marixuananı avtomobilin kopotunun üzərinə qoymuş, üzərindən çıxan bükümün içindəkinin nə olduğu ondan soruşulduqda, o, da, həmin bükümün içindəkinin qurudulmuş marixuana olduğunu, 3 gün əvvəl Bakı şəhəri, Şamaxinka adlanan ərazidə yerdən tapdığını qeyd etmişdir. Bundan sonra ona Təqsirləndirilən şəxs1 adlı şəxsə narkotik vasitə olan qurudulmuş marixuana satıb-satmamağı barədə soruşulduqda o, artıq yalan danışmağın bir mənasının olmadığını düşünüb hər şeyi olduğunu kimi etiraf edərək həqiqətən 15 manat pul müqabilində Təqsirləndirilən şəxs1 qurudulmuş marixuananı satdığını etiraf etmişdir. Daha sonra cibindən çıxan büküm müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkildikdən sonra həmin büküm zərfə qoyularaq iştirakçılara imzalatdırılmışdır. Təqsirləndirilən şəxs1 birinci dəfə narkotik vasitə satmış, Mirzəni çoxdan tanıdığından narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilmiş, hətta Mirzə özü də, bildiyi qədər bununla bağlı məhkumluq həyatı yaşamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək, əməlindən səmimi peşman olmasını göstərərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə edib saxlaması və istifadə etməsi barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə onun, Quba RPŞnin TQ-nın təhqiqatçısı Fərid Rəcəbovun, NMQ-nın əməliyyat müvəkkili Şahid5 və CAB-ın əməliyyat müvəkkili Həzrət Şadıyevin iştirakları ilə əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 21:20-radələrində narkotik vasitə əldə edib saxlamaqda və istifadə etməkdə şübhəli bilinən X14 şəhəri ərazisində saxlanılaraq müdafiəçi təqdim olunduqdan sonra, üzərinə videoçəkildən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. X13 tərəfindən Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirərək qrupun üzvləri o, cümlədən vəkilinin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyini deyib üzərində olan əşyaları çıxarıb təqdim etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs1 ciblərindən çıxardığı əşyaları, o cümlədən əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş kütləni yanında olan avtomobilin kapotunun üzərinə qoymuşdur. Ağ kağız büküm açıldıqda içində yaşılımtıl rəngli ota bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs1 qeyd olunan kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 həmin kütlənin marixuana olduğunu söyləmişdir. Təhqiqatçı həmin kütləni haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs1 həmin kütləni elə həmin gün tanışı Ramazan adlı şəxsdən 15 manata aldığını qeyd etmişdir. Bundan sonra, qeyd olunan kütlə elektron tərəzidə çəkilərək təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldığı şəxsin Quba şəhər sakini Təqsirləndirilən şəxs2 olduğu müəyyən olduğundan Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat axtarış tədbirlərində RPŞ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 iştirak etmişlər. Belə ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 22:50-radələrində narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs2 Quba şəhəri ərazisində saxlanılaraq yerindəcə üzərilərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirmişdir. X20 qrupun üzvləri o, cümlədən vəkilinin iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan əşyaları çıxarıb təqdim etməsini xahiş etdiyindən Təqsirləndirilən şəxs2 ciblərindən çıxardığı əşyaları, o cümlədən əynində olan cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunun içində kağıza bükülmüş kütləni avtomobilin kapotunun üzərinə qoymuşdur. Təhqiqatçı siqaret kağızınını içərisindən çıxardığı ağ kağızı açdıqda içində yaşımtıl rəngli ota bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs2 qeyd olunan kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 həmin kütlənin ot, yəni marixuana olduğunu bildirmişdir. Həmin kütlənin haradan əldə edilməsi soruşulduqda, Təqsirləndirilən şəxs2 həmin kütləni 3 gün əvvəl Bakı şəhəri, Şamaxinka adlanan ərazidə Alov zavodun yanından yerdən tapdığını, o vaxtdan üzərində gəzdirdiyini və həmin marixuadan özü də, istifadə etdiyini söyləmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satıbsatmaması barədə soruşulduqda, Təqsirləndirilən şəxs2 etiraf etmişdir ki, bu gün yəni xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 15 manat müqabilində qurudulmuş marixuana satmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra, ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X12, Şahid5, Şahid3 Şahid1 ifadəsində göstərdiyi xususatları təsdiq edərək onun göstərdiyi xususatları təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 7/219 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 7,205 qram və üzərində “Vət. Təqsirləndirilən şəxs2...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd ağ rəngli salfet kağızı bükülüdə təmiz çəkisi 1.219 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın təmiz çəkisi-7.205 qram və təmiz çəkisi 1.219 qram tədqiqata sərf edildi 0,1 qram (hər obyektdən 0,05 qram) qalıq-7,155 qram; 1,169 qram. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1537 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1742 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərində aхтарышın вя эютцрмяnin aparılmasını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, baxış zamanı onun əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş qurudulmuş marixuana aşkar еdilmiş və həmin narkotik vasitəni o,xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 15 manat müqabilində almışdır. Məhkəmə istintaqı zamanıTəqsirləndirilən şəxs2 üzərində aхтарышın вя эютцрмяnin aparılmasını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olundu ki, baxış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ kağıza bükülmüş qurudulmuş marixuana aşkar еdilmiş və həmin narkotik vasitəninin bir hissəsini o, 0,xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 15 manat müqabilində satmışdır. Məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 alması, eləcədə digər Təqsirləndirilən şəxs2 qurudulmuş marixuananı əvəzsiz olaraq Təqsirləndirilən şəxs1 verməsi ilə bağlı məhkəmə çıxışları zamanı göstərdikləri ifadə ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 15 manat pul müqabilində 7,205 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satması faktı məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarışın və götürmənin aparılması haqqına baxış protokolları, şəxsi axtarışı və götürməni özündə əks etdirən SD diskilərdə olan məlumatlarla tam təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 və X3 məhkəmə çıxışlara zamanı verdikləri ifadələri həmin hissədə inandırıcı hesab etmir və onların məhkəmə çıxışları zamanı bu cür ifadə vermələrini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş olduğu kimi qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinitörətmələrini özlərinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərinə münasibətdə əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları yoxdur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri X16 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xaçmaz rayonu, Ağyazı kəndində yaşayır və ailə tərkibi: X2 qızı və bacısı X1 ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri X16 Üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında qeydiyyatda olmaqla Quba şəhəri, Ə.Nərimanov küçəsi, 5-ci məhəllədə yaşayır və ailə tərkibi: Anası-X6 ibarətdir. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməllərindən səmimi peşman olmalarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hall qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxslərin tutulması haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq xx.xx.2020-ci il tarixdə barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasg CPM-158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduqları 02 gün müddət, həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və onlar, dərhal məhkəmə iclas zalından həbs edilməklə barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin məhkəmə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 69,82 (altımış doqquz manat, səksən iki qəpik) manat pulun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkiləri 7,155 qram və 1,169 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-354, 356, 358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət həbsdə saxlama müddətinin bir günü azadlıqdan məhrumetmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan Quba rayon Polis şöbəsində saxlanılan iki ədəd paketdə təmiz çəkiləri 7,155 qram və 1,169 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılması zamanı çəkilmiş video görüntüləri özündə əks etdirən iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69,82 (altımış doqquz manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edənRahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar