Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-95/2022 01.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında X1 nümayəndəsi Nümayəndə Ağamirzə oğlunun verdiyi şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraçiət edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə çinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 və barəsində şikayət verilən şəxs X4 rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 və barəsində şikayət verilən şəxs X6 məhkəmənin təkrar hazırlıq iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 və nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkarən gəlmədikləri üçün, X1 nümayəndəsi Nümayəndə X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət X3, nümayəndəsi Nümayəndə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nətiçələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar cıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.8., 302.2.3. və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 nümayəndəsi Nümayəndə X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X3, nümayəndəsi Nümayəndə qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-95/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-95/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver