Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-95/2023 27.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim – Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Alxasova (Əfəndiyeva) Şəbnəm Əzizulla qızının, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Quba rayonu, Çiçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Quba rayonu. Çiçi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 390 manat məbləğində sabit alimentin alınaraq tələbkar Alxasova (Əfəndiyeva) Şəbnəm Əzizulla qızının xeyrinə ödənilməsinə dair Quba Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(027)-1720/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək ümumilikdə 6241 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Əfəndiyeva (Alxasova) Şəbnəm Əzizulla qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 ilə birgə nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2008-ci il təvəllüdlü Əfəndiyev Devran, xx.xx.2010-cu il təvəllüdlü Əfəndiyeva Nuray və xx.xx.2013-cü il təvəllüdlü Əfəndiyev Yəhya adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Şəbnəm ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Quba Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(027)-1720/2019 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən başlayaraq övladları, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 390 manat məbləğində sabit alimentin alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Quba Rayon icra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Quba Rayon icra və Probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Alimenti ödəmədiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fərdi əməklə məşğul olmaqla, müxtəlif tikinti yerlərində usta işləyir və aylıq 450-500 manat məbləğində qazanc əldə edir. Rəsmi iş yeri olmadığı və aylıq qazancını özünə xərclədiyi üçün aliment borcu üzrə qətnaməni icra etməmişdir. Hal-hazırda aliment borcunu ödəməyə maddi imkanı yoxdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs ona yüngül cəza təyin etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Alxasova (Əfəndiyeva) Şəbnəm Əzizulla qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikadan xx.xx.2008-ci il təvəllüdlü Əfəndiyev Devran, xx.xx.2010-cu il təvəllüdlü Əfəndiyeva Nuray və xx.xx.2013-cü il təvəllüdlü Əfəndiyev Yəhya adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Quba Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(027)-1720/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 390 manat məbləğində sabit alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur, aylıq ***-**** manat qazanc əldə edir, lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Həmçinin bildirmişdir ki, məhkəmə istintaqı zamanı cəmi 700 manat məbləğində borcundan ödəniş etmişdir, hazırda 4200 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs Alxasova (Əfəndiyeva) Şəbnəm Əzizulla qızı xx.xx.2023-cü il tarxdə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ödəməli olduğu 6241 manat borcdan ibtidai istintaq və məhkəmə istintaqında ümumilikdə 1300 manat ödəniş etdiyini bildirmiş, qalan aliment borcunu tam ödənilməsini, əks halda Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(027)-1720/2019 saylı qətnaməsini üzrə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, övladları, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 390 manat məbləğində sabit alimentin alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə icra edilməsi üçün Quba Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində cəmi bir dəfə ödəniş etmişdir. Qalan aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək ümumilikdə 6241 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 oğlu Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(027)-1720/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 390 manat məbləğində sabit alimentin alınaraq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(027)- 1720/2019 saylı icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Quba Rayon İcra Şöbəsinin xəbərdarlıq məktublarının surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 8(027)-189/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-2/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək, barəsində 10(on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Çiçi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Çiçi kəndində qeydiyyatda olmaqla həmin ünvnda yaşayır yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ibtidai istintaqda və məhkəmə istintaqında aliment borcundan ödənişlər etməsini Azərbaycan Respublikası 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı onun barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 gün müddət ona təyin olunacaq cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi nəzərə alınaraq onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Müsadirə olunası əmlak, məhkəmə məsrəfi və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi qaydada verildiyi andan 20 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-95/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-95/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver