Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-95/2024 23.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ X12 Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 2001-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Quba rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəzasını çəkən, Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 28 fevral 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə hər hansı səlahiyyəti olmadığı halda Şahid1 üçün sürücülük vəsiqəsi düzəldəcəyi barədə yalandan vəd verməklə sonuncunun arvadı Zərərçəkmiş şəxs 600 manat istəyərək ümumi vahid niyyətlə ayrı-ayrı vaxtlarda, yəni 30 avqust 2023-cü il tarixdə Quba rayon mərkəzi xəstəxanasının qarşısında 40 manat, elə həmin gün həkim müayinəsindən keçdikdən sonra xəstəxananın qarşısında yenidən 250 manat, 24 sentyabr 2023-cü il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində Zərərçəkmiş şəxs evində 70 manat, 27 sentyabr 2023-cü il tarixdə Quba rayonu, İkinci Nügədi kəndində Zərərçəkmiş şəxs evində 100 manat almış, o cümlədən, 20 oktyabr 2023-cu il tarixdə ona məxsus "Leobank”a aid **********446806 nömrəli bank kartına 50 manat pul göndərtməklə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 510 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2023-cu ilin iyul ayının ortalarında Quba şəhərindən yaşadığı Quba rayonu, Birinci Nügədi kəndinə taksi ilə geri qayıtdığı zaman taksidə sərnişin qismində olan Şahid1 ilə tanış olmuşdur. Həmin vaxt taksi sürücüsü Quba rayonunun Pirvahid kəndindən olan Malik adlı şəxs idi, o, Malik üçün elə iyul ayının əvvəllərində avtomobilini texniki baxışdan keçirmişdir. Avtomobildə yolda olan zaman Şahid1 ona sürücülük vəsiqəsi almaq istədiyini bildirərək köməklik etməsini xahiş etmişdir. O da Turala sürücülük vəsiqəsi üçün 600 manat pul lazım olduğunu və ona verməsini bildirmişdir. Tural da ona əlaqə nömrəsi verməyini istəmiş və o da əlaqə nömrəsini vermişdir. O, Quba rayonu Birinci Nügədi kəndinə çatıb və sağollaşaraq avtomobildən düşmüşdür. 2023-cu ilin sentyabr ayında onun ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən zəng gəlmişdir. Zəng edən Quba rayonu İkinci Nügədidə yaşayan Şahid1 olmuşdur. Telefonla danışarkən hazırda işdə olduğunu demiş və o, iki gündən sonra Şahid1 zəng vurmuşdur. Tural onu öz evlərinə dəvət etmiş və o da Turalın yaşadığı Quba rayonu İkinci Nügədi kəndindəki evlərində Turalın arvadı Zərərçəkmiş şəxs iştirakı ilə görüşmüşdür. Söhbət əsnasında Tural ondan sürücülük vəsiqəsinin alınması ilə bağlı məlumat verməsini istəmişdir. O da, sürücülük vəsiqəsinin 1-2 ay ərzində alındığını bildirmişdir. Həmin günün səhəri Rəqsanə və Tural ilə Quba rayon Mərkəzi Xəstəxanasında görüşmüş, o, onlardan 40 manat pul almış, Turalı sağlamlıq haqqında arayış almaq üçün müayinədən keçirmiş və ödəniş qəbzini onlara göstərmişdir. Sonra onlarla birlikdə taksiyə minərək o, əlavə 250 manat pulu Rəqsanədən almış və Turalı sürücülük məktəbinə yazdırmışdır. Rəqsanə də pulu ona verib, o da həmin günün səhəri Bakı şəhərinə getmişdir. Turalın adını məktəbə yazdırmış və iki gündən sonra o, Quba rayonuna gəlmişdir. 24 sentyabr 2023-cü il tarixdə o, Turala zəng vuraraq 70 manat pul istəmiş, Turala yalandan təkrar Bakıya işləyən yol taksi ilə məktəbə göndərəcəyini bildirmiş və gedib Rəqsanədən evlərində həmin pulu götürmüşdür. 27 sentyabr 2023-cü il tarixdə o, Turalın evinə getmiş, bu zaman Rəqsanə evdə olmuş və Rəqsanədən 100 manat pul almaq üçün o, yalandan tezliklə sürücülük vəsiqəsini alacaq bəhanəsi ilə onlarda 100 manat pul almışdır. 20 oktyabr 2023-cu il tarixdə o, Bakı şəhərində olan zaman Turala zəng vurub bildirmiş ki, evə gəlir ordan da Turalın sənədlərini almaq üçün Xaçmaz rayonuna gedəcək ona 50 manat pul lazımdır. Turalda onun "Leo bank kartı olan **********446806 hesab nömrəsinə həmin məbləği göndərmiş, 3-4 saat sonra Tural ona zəng vurub sürücülük vəsiqəsinin hazır olub-olmadığını soruşmuş, o da bildirmiş ki, Xaçmaza bu gün gedəsi olmayıb. Bir müddət keçdikdən sonra Rəqsanə və Tural sürücülük vəsiqəsinin alınması üçün ona verdikləri 510 manat məbləğində pulu qaytarmasını istəmişlər. Oda hazırda pulu qaytara bilmədiyi üçün noyabr ayının axırına kimi möhlət istəmişdir. 2023-cü ilin noyabr ayının əvvəlində Tural və Rəqsanə onun evinə getmiş və pullarını tələb etmişlər. Həmin vaxt o, evdə olmamamış və valideynləri pulu qaytaracağını bildirmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2023-cü ilin iyul ayında Quba rayonu İ Nügədi kəndində yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 ilə Quba şəhərindən yaşadığı Quba rayonu İİ Nügədi kəndinə taksi ilə evə gələn zaman Təqsirləndirilən şəxs həyat yoldaşına bildirmişdir ki, Xəyal 600 manat pul müqabilində sürücülük vəsiqəsi alır. Həyat yoldaşı da Xəyala bildirmişdir ki, sürücülük vəsiqəsi almaq istəyir. Təqsirləndirilən şəxs yoldaşına demişdir ki, “pul ver gedim sənin üçün sürücülük vəsiqəsi alım.” Həyat yoldaşı Turalda Xəyalla razılaşmış və evə gələndə ona Təqsirləndirilən şəxsla aralarında olan danışığını demişdir. O da 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Quba rayon mərkəzi xəstəxanasında görüşüb və Xəyala 40 manat pul vermiş ki, həkim müayinəsindən keçsin həkim müayinəsindən keçdikdən sonra həmin gün onlar birlikdə Xəyalla avtomaşında oturanda Xəyala yenidən 250 manat pul vermişdir. O, Xəyala bildirmiş ki, bunlar hamısı qanun çərçivəsində olunacaq Xəyalda ona bildirib ki, arxayın olun bunlar hamısı qanun çərçivəsində həll olunacaq. Aldığı pulları dövlət hesabına köçürüləcəyini bildirmiş o və həyat yoldaşı Xəyala inanmışdır. 24 sentyabr 2023-cü il tarixdə Xəyal həyat yoldaşına zəng vuraraq bildirib ki, 70 manat pul lazımdır. Turalda evdən gəlib götürməsini istəmişdir. Xəyalda onların evinə gədərək 70 manat pulu sürücülük vəsiqəsi üçün almışdır. 27 sentyabr 2023-cü il tarixdə Xəyal onların evinə gedərək 100 manat pul istəmiş o da Xəyala pulu vermişdir. 20 oktyabr 2023-cü il tarixdə Xəyal Turala zəng vuraraq sürücülük vəsiqəsi onda olduğunu bildirərək, hesabına 50 manat pul köçürülməsini istəmişdir. Turalda M10 vasitəsi ilə Xəyalın hesabına 50 manat pul köçürmüşdür. Bu günə kimi Xəyal sürücülük vəsiqəsini gətirib təqdim etməmişdir. 30 oktyabr 2023-cü il tarixdə həyat yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Həmin vaxt Xəyal onlardan qaçıb gizlənmişdir. Bu zaman Xəyalın nənəsi bildirmişdir ki, həmin pulu düzəldib xəbər edəndə gəlib götürərsiz. 06 noyabr 2023-cü il tarixdə o, yenidən Xəyalın evinə getmiş, yenidən Xəyal vaxt istəmişdir. Təqsirləndirilən şəxs onu aldatdığını anlamış və bu barədə Quba RPŞ-yə müraciət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncu barəsində şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Quba rayonu, İspik kəndində qeydiyyatda olmaqla Quba rayonu, İkinci Nügədi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2023-cü ilin iyul ayında Quba şəhərinə evə bazarlıq etmək üçün getmişdir. Oradan yaşadığı kəndə geri qayıdan zaman Quba rayonu 1-ci Nügədi kəndində yaşayan X3 onunla taksidə olmuşdur. Yolda olan zaman Təqsirləndirilən şəxs ona 600 manat pul müqabilində sürücülük vəsiqəsi düzəldə bildiyini dedi. O da ona bildirmişdir ki, sürücülük vəsiqəsi almaq isdəyir. Təqsirləndirilən şəxs ona pul verməyini və onun üçündə sürücülük vəsiqəsi düzəldəcəyini dedi. O Xəyalla razılaşmış və evə gələndə həyat yoldaşı Rəqsanəyə Təqsirləndirilən şəxsla aralarında olan danışığı demişdir. Bundan sonra onlar 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Quba rayon mərkəzi xəstəxanasında görüşmüşlər və ona həyat yoldaşı Rəqsanə 40 manat pul vermişdir ki, həkim müayinəsindən keçsin. Həkim müayinəsindən keçdikdən sonra həmin gün onlar birlikdə Xəyalla avtomaşında oturanda ona yenidən Rəqsanə 250 manat pul vermişdir. Rəqsanə Xəyala sənədləşmənin qanun çərçivəsində olunacağını soruşduqda Xəyal bildirdi ki, arxayın olsunlar bütün sənədləşmənin qanun çərçivəsində həll olunacağını, aldığı pulları dövlət hesabına köçürüləcəyini bildirdi. O və həyat yoldaşı Xəyala inanmış və 24 sentyabr 2023-cü il tarixdə Xəyal ona zəng edərək bildirdi ki, 70 manat pul lazımdır. O da Xəyala bildirmişdir ki, gəlib evdən götürsün. Xəyal onların evinə gələrək həyat yoldaşından 70 manat pulu sürücülük vəsiqəsi üçün almışdır. 27 sentyabr 2023-cü il tarixdə Xəyal onların evinə gələrək evdə çay içmiş və yenidən 100 manat pul isdədi Rəqsanədə ona pulu verdi. 20 oktyabr 2023-cü il tarixdə Xəyal ona zəng vuraraq bildirdi ki, sürücülük vəsiqəsi ondadır, hesabına 50 manat pul köçürməyi, gətirib verəcəyini bildirdi. O da, M10 vasitəsi ilə Xəyalın hesabına 50 manat pul köçürdü. Bu günə kimi Xəyal sürücülük vəsiqəsini onlara verməmişdir. 30 oktyabr 2023-cü il tarixdə o Rəqsanə ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Xəyal onlardan qaçıb gizləndiyi üçün Xəyalın nənəsi bildirdi ki, həmin pulu düzəldib xəbər edəndə gəlib götürərik. 06 noyabr 2023-cü il tarixdə Rəqsanə yenidən Xayalın evinə getmiş, nənəsi Rəqsanədən vaxt istəmişdir ki, pulu qaytarsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır. O, Rəqsanəgildə olarkən Təqsirləndirilən şəxs Rəqsanənin həyat yoldaşı Tural üçün sürücülük vəsiqəsi düzəldəcəyini öyrənmiş və Xəyalın bunun üçün Rəqsanədən 510 manat məbləğində pul aldığını bilmişdir. Zərərçəkmiş şəxs pulu Xəyaldan dəfələrlə istəməsinə baxmayaraq sonuncu bəhanələr edərək pulu qaytarmamışdır. İş materiallarında olan: Quba RİHB-nın Birinci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 04 mart 2024- cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Birinci Nügədi kəndində qeydiyyatdadır və atası- 1976-cı il təvəllüdlü X4, anası- 1983-cü il təvəllüdlü X2, qardaşı- 2005-ci il təvəllüdlü X5 və bacısı- 2022-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Quba rayon məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddədi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Quba rayon İcra və Probasiya Şöbəsinin 131/23/05-585 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsinə dair Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-145 saylı hökmü xx.xx.2023-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 03 gün hissəsini çəkmişdir, 11 ay 23 gün çəkilməmiş cəzası qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməli özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ibtidai araşdırmada verdiyi izahatı, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona vurulmuş maddi ziyanı tam ödəməsini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd olunan maddələrinə görə: 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 iş saatına görə 54 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 40.3, 43, 321, 347, 356, 384-385-ci və CM-nın 73.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 09 iş saatına görə 54 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ18İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(027)-95/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-95/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver