Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-96/2020 29.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Quba şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsindəbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Quba şəhəri T.Biki küçəsi 25 saylı evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən bir mərtəbəli evin hasarından aşıb həyətə daxil olduqdan sonra, evin qarşısındakı pəncərəni dartıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus olmaqla yataq otağındakı kreslonun arxasında saxlanılan bir ədəd 500 manat dəyərində “Sony” markalı videokameranı və evin həyətində saxlanılan bir ədəd 200 manat dəyərində 5 litrlik köz samovarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 700 (yeddi yüz) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxx 2020-ci il tarixdə saat 22 radələrində müstəqil yaranmış niyyətlə ünvan 2 ünvanında yerləşən bir mərtəbəli evin hasarından aşıb həyətə daxil olduqdan sonra, evin qarşısındakı pəncərəni dartıb açmaqla ora qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 2 ədəd 15,00 manat dəyərində çəhrayı rəngli 1,90 x 1,40sm ədyalı, 1 ədəd 2,00 manat dəyərində tünd göy rəngli, üzərində “VACAY MODE” yazıları yazılmış qisaqol futbolkanı, 1 ədəd 2,00 manat dəyərində göy rəngli üzərində “RUSSİA MOSCOW” yazıları yazılmış qısaqol futbolkanı, 3 ədəd 3,00 manat dəyərində ağ rəngli 80 x 50 sm əl üz dəsmalını, 1 ədəd 6,00 manat dəyərində mavi rəngli üzərində gül şəkilləri olan 2,05 x 1,45sm yorğan üzünü, 1 ədəd 4,00 manat dəyərində ağ üzərində mavi rəngli naxışlar olan 1,80 x 1,45sm döşək üzünü, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli üzərində xoruz şəkili olan 60 x 40sm çay dəsmalını, 1 ədəd 1,00 manat dəyərində göy rəngli üzərində gül şəkilləri olan 60 x 70sm yastıq üzünü, 1 ədəd 10,00 manat dəyərində qızılı rəngli üzəri qızılı naxışlı 2,20 x 1,15sm süfrəni, 1 ədəd 5,00 manat dəyərində açıq sarı rəngli üzərində naxışlar olan 1,70 x 1,45 sm süfrəni, 1 ədəd 3,00 manat dəyərində göy rəngli üzərində sarı-ağ gül şəkilləri olan 1,80 x 1,80 yorğan üzünü, 1 ədəd 2,70 manat dəyərində ağ rəngli qoşa xəttli 3,35sm uzunluğunda elektrik kabelini, 1 ədəd 3,28 manat dəyərində qara rəngli 8,20sm uzunluğunda telefon kabelini, 1 ədəd 2,00 manat dəyərində ağ rəngli 3 metr uzunluğunda hər iki tərəfində stasionar telefona qoşmaq üçün sancaq olan telefon kabelini, 1 ədəd 0,20 manat dəyərində qırmızı rəngli bir xəttli 60sm uzunluğunda elektrik kabelini, 1 ədəd 0,25 manat dəyərində qırmızı rəngli bir xəttli 75sm uzunluğunda elektrik kabelini, 1 ədəd 0,20 manat dəyərində göy rəngli bir xəttli 45sm uzunluğunda elektrik kabelini, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli bir xəttli 100sm uzunluğunda elektrik kabelini, 1 ədəd 1,20 manat dəyərində ağ rəngli cüt xəttli 1,15sm uzunluğunda elektrik kabelini, 6 ədəd 1,20 manat dəyərində qara rəngli dairəvi formada plastik elektrik kabel yuvacıqlarını, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli elektrik qovşağını, 5 ədəd 4,00 manat dəyərində ağ rəngli 3 tərəfli üç çıxıntısı olan 30mm diametrli plastik su ötürücülərini, 4 ədəd 1,60 manat dəyərində 2 çıxıntısı olan plastik su ötürücülərini, 2 ədəd 2,00 manat dəyərində açıq boz rəngli iki çıxıntılı 40mm diametrli 90 dərəcə əyri su ötürücülərini, 3 ədəd 3,00 manat dəyərində ağ rəngli iki çıxıntılı 30mm diametrli 90 dərəcə əyri plastik su ötürücülərini, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli 9sm uzunluğunda 30mm diametrli düz plastik su borusunu, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli 12sm uzunluğunda 30mm diametrli düz plastik su borusunu, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli 19sm uzunluğunda 30mm diametrli düz plastik su borusunu, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli plastik su borusunun divara bərkidilməsi üçün nəzərdə tutulan sancağını, 1 ədəd 2,00 manat dəyərində 3sm uzunluğunda metal boruların birləşdirilməsi üçün nəzərdə tutulan içi yivli metal su birləşdiricisini, 9 ədəd 4,50 manat dəyərində ağ rəngli 9sm uzunluğunda boruların kəsişməsi üçün nəzərdə tutulan su borularını, 1 ədəd 3,00 manat dəyərində ağ qara rəngli üç boğaz elektrik ötürücüsünü, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli 73 x 63sm yastıq üzünü, 1 ədəd 3,00 manat dəyərində ağ rəngli 240 x 130sm tül pərdəni, 1 ədəd 5,00 manat dəyərində ağ rəngli 200 x 260sm tül pərdəni, 1 ədəd 3,00 manat dəyərində plastik yuxarı hissəsi yaşıl, aşağı hissəsi şəffaf olan 20sm uzunluğunda əl fənərini, 1 ədəd 1,00 manat dəyərində tutacağı narıncı rəngdə lan 16sm uzunluğunda vintaçanı, 1 ədəd 0,50 manat dəyərində ön tərəfi sarı, arxa tərəfi göy rəngli, üzərində “QUARTZ” yazısı olan masa üztü saatı, 3 ədəd 15,00 manat dəyərində qara rəngli, ucu şiş, hər biri 37 ölçüdə kişi ayaqqabılarını, 1 ədəd 2,00 manat dəyərində yorğan daşımaq üçün açıq bənövşəyi rəngli parça materialdan hazırlanmış kisəni, 1 ədəd 1,00 manat dəyərində “ZARA MAN” markalı, ağ rəngli üzərində mavi buta şəkilli naxışları olan kiçik ölçülü köynəyi, 1 ədəd 2,00 manat dəyərində boz rəngli, ön tərəfində dörd ədəd düymələri olan uzunqol köynəyi, 1 ədəd 2,00 manat dəyərində qara rəngli, boğazı iki düyməli uzunqol köynəyi, 1 ədəd 5,00 manat dəyərində süd rəngli, 295sm uzunluğunda üç boğaz elektrik ötürücüsünü, 1 ədəd 10,00 manat dəyərində zoğalı rəngli, üzərində çəhrayi rəngli güllər olan 216 x 160sm ədyalı, 1 ədəd 100,00 manat dəyərində qəhvəyi rəngli, üzərində naxışları olan, kənarlarında saçaqlar olmayan “Denizkız” markalı xalçanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 236,03 (iki yüz otuz altı manat üç qəpik) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tətqiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildə anası dünyasını dəyişdikdən sonra atası ilə birlikdə yaşamağa başlamış, atası 2016-cı ildə dünyasını dəyişdikdən sonra böyük qardaşları ilə birlikdə yaşamış, qardaşları subay olanda ona normal baxsalar da, qardaşları ailə həyatı qurduqdan sonra ona olan diqqətləri azalmağa başlamış, evlənən qardaşları onunla birlikdə yaşamamaq üçün özlərinə kənarda kirayə ev tutaraq ondan ayrı yaşamağa başlamışlar. Daha sonra bir müddət o, bibisi ilə birlikdə yaşamış, xx.xx.2020-ci il tarixdə gecə saatlarında Quba şəhəri, S.Vurğun küçəsi ilə tək piyada gəzən zaman bir mərtəbəli evin yanından keçəndə gecə vaxtı həmin evin işıqlarının yanmadığını görüb evin sahibsiz olduğunu anlamış, səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində həmin evin işıqlarının yanıq olub-olmamasını dəqiqləşdirmək üçün yolunu Quba şəhəri, S.Vurğun küçəsindən salmış, evin yanında keçəndə evin işıqlarının yanmadığını görüb həmin evə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 23 radələrində evin daş hasarının üzərindən adlayaraq evin həyətinə daxil olmuş, sonra evin pəncərələrində dəmir barmaqlıqların olmadığını görüb, hansı pəncərənin açıq olduğunu yoxlamaq üçün pəncərələri bir-bir əli ilə yoxlamış, pəncərələrdən birini əli ilə itələyəndə pəncərə açılmış, həmin pəncərədən evə daxil olmuş, evin bir neçə otağına baxdıqdan sonra, yataq otaqların birində yerləşən kreslonun arxasında tünd rəngli çexolun içində əşya görmüş, çexolu çıxaranda içində qara rəngli “Sony” markalı əl kamerası olmuş, dərhal həmin kameranı əynində olan qara rəngli gödəkçəsinin sağ cibinə qoyub cibin zəncirbəndini bağlayaraq evə daxil olduğu üsulla çıxmışdır. Evin həyətindən çıxmaq istəyəndə həyətdə yerdə bir ədəd samovarı görmüş və həmin samovarı da, oğurlamaq qərarına gəlmişdir. Samovarı götürüb evin daş hasarının üzərindən adlayaraq evi tərk etmişdir. Oğurladığı bir ədəd samovar və bir ədəd video kameranı Quba şəhər bazarında Adil kimi tanıdığı bir şəxsə 10 manata satmış, əvvəlcə həmin əşyaları Adilə 30 manata desə də, Adil baha olduğunu deyərək 10 manata ala biləcəyini demiş və o, da, təcili pul lazım olduğundan kamera və samovarı ikisini bir yerdə 10 manata satmışdır. Həmin əşyaları Adilə satan zaman əşyaların özünün olduğunu demişdir. xx.xx.2020-ci il tarixdə yenidən həmin evə oğurluğa girmək qərarına gəlmişdir. Belə ki, bir gün əvvəl həmin evə oğurluq üçün girəndə evdə oğurlamaq üçün ev avandanlıqları xalça və paltarların olmasını görmüş, lakin həmin vaxt qeyd olunan əşyaları oğurlamaq niyyəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində Quba şəhər, S.Vurğun küçəsində yerləşən qeyd olunan evə eyni üsulla daxil olmuş, yataq otağından ədyal, yataq dəstləri, dəsmallar, müxtəlif geyim əşyaları, platik borular, elektrik ötürücüləri, bir sözlə əlinə nə keçdisə həmin əşyaların hamısını oradan tapdığı polietilen torbaların içinə yığıb yerdə olan bir ədəd xalça ilə birlikdə həmin evdən çıxmış, əşyaları bir gün Quba şəhəri Tutu Bikə küçəsində yerləşən evində saxladıqdan sonra, səhəri gün həmin əşyalardan xalçanı dostunun anası, Könül adlı qadına Quba şəhərində yerləşən evlərində 2 manata satmış, Könül həmin xalçanın kimə məxsus olduğunu soruşduqda o, yalan danışaraq xalçanın özünə məxsus olduğunu, təcili pul lazım olduğundan satmaq istədiyini bildirmiş, digər əşyaları isə Quba şəhəri, 22-ci məhəllədə paltar mağazası işlədən Qətibə adlı bir qadına ümumilikdə 15 manata satmışdır. Qətibəyə həmin əşyaları satarkən Bakı şəhərində yaşayan bacısının əməliyyat olunduğunu, bacısına baş çəkmək üçün yol pulunun olmadığını, məcbur qalıb evindəki əşyaları ucuz qiymətə satmaq istədiyini bildirmiş, əşyaları satdıqdan sonra əldə etdiyi pulları zəruri ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Növruzov Ayaz Novruz oğlu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında bacısına məxsus bir mərtəbəli dörd otaqlı yaşayış evi vardır. Həmin ev bacısına məxsus olsada, bacısı həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasında yaşadığı üçün faktiki olaraq həmin evdən özü istifadə etmiş, evin içindəki bütün əşyalar ona məxsus olmuşdur. x xxx 2020-ci il tarixdə saat 12 radələrində həmin evə girib otaqların xalça palazlarını pəncərəyə atıb, darvazanı da, qıfılla bağlayaraq getmiş, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində yenidən həmin evə gedib darvazanın qıfılını açaraq evə girmədən həyətdən xalçaları otağın içinə atıb həyətdən darvazanı da, qıfıllayıb bağladıqdan sonra getmişdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində evə gedib evin iki otağındakı, yəni zal və yataq otağındakı əşyaların dağıntılı olduğunu görərək evdə oğurluq hadisəsinin baş verdiyini başa düşmüş və ona görə də, polisə müraciət etmişdir. İlkin izahatında evdən oğurlanmış əşyaların siyahısını və qiymətlərini təxmini desə də, sonradan evdən oğurlanmış əşyaların siyahısını və qiymətlərini dəqiqləşdirmiş, belə ki, həmin əşyaların qiymətləri, 2 ədəd sarı çəhrayı rəngli ədyal-ikisi bir yerdə 15 manat, 1 ədəd tünd göy rəngli, qısqol futbolka-5 manat, 1 ədəd göy rəngli, qısqol futbolka-5 manat, 3 ədəd ağ rəngli əl-üz dəsmalı-ümumilikdə manat, 1 ədəd mavi rəngli üzərində gül şəkilləri olan yorğan üzü-10 manat, 1 ədəd ağ üzərində mavi rəngli naxışlar olan döşək üzü-10 manat, 1 ədəd ağ rəngli üzərində xoruz şəkili olan çay dəsmalı-5 manat, 1 ədəd göy rəngli üzərində gül şəkilləri olan yastıq üzü-10 manat, 1 ədəd qızılı rəngli üzəri qızılı naxışlı süfrə-10 manat, 1 ədəd açıq sarı rəngli üzərində naxışlar olan süftə-5 manat, 1 ədəd göy rəngli üzərində sarı-ağ gül şəkilləri olan yorğan üzü-5 manat, 1 ədəd ağ rəngli qoşa xəttli, təxminən 3-4 sm uzunluğunda elektrik kabeli-5 manat, 1 ədəd qara rəngli təxminən 8-10 sm uzunluğunda telefon kabeli-8 manat, 1 ədəd ağ rəngli ağ rəngli təxminən 2-3 metr uzunluğunda hər iki tərəfində telefona qoşmaq üçün şpilka olan telefon kabeli-8 manat, 1 ədəd qırmızı rəngli bir xəttli təxminən yarım metr uzunluğunda elektrik kabeli-5 manat, 1 ədəd qırmızı rəngli bir xəttli təxminən 70-80 sm uzunluğunda elektrik kabeli-5 manat, 1 ədəd göy rəngli bir xəttli təxminən yarım metr uzunluğunda elektrik kabeli-6 manat, 1 ədəd ağ rəngli bir xəttli 1 metr uzunluğunda elektrik kabeli-7 manat, 1 ədəd ağ rəngli cüt xəttli təxminən 1-2 sm uzunluğunda elektrik kabeli-5 manat, 6 ədəd qara rəngli dairəvi formada plastik elektrik kabel yuvacıqları-ümumilikdə 4 manat, 1 ədəd ağ rəngli elektrik qovşağı-4 manat, 5 ədəd ağ rəngli 3 tərəfli üç çıxıntısı olan plastik su ötürücüləri-ümumilikdə 4 manat, 4 ədəd 2 çıxıntısı olan plastik su ötürücüləri-ümumilikdə 3 manat, 2 ədəd açıq boz rəngli iki çıxıntılı 90 dərəcə əyri su ötürücüləri-ümumilikdə 5 manat, 3 ədəd ağ rəngli iki çıxıntılı 90 dərəcə əyri plastik su ötürücüləri-ümumilikdə 3 manat, 1 ədəd ağ rəngli təxminən 10 sm uzunluğunda düz plastik su borusu-1 manat, 1 ədəd ağ rəngli təxminən 10 sm uzunluğunda düz plastik su borusu-1 manat, 1 ədəd ağ rəngli təxminən 20 sm uzunluğunda düz plastik su borusu-2 manat, 1 ədəd ağ rəngli plastik su borusunun divara bərkidilməsi üçün nəzərdə tutulan sancaq-1 manat, 1 ədəd metal borularların birləşdirilməsi üçün nəzərdə tutulan içi yivli metal su birləşdiricisi-3 manat, 9 ədəd ağ rəngli təxminən 10 sm uzunluğunda boruların kəsişməsi üçün nəzərdə tutulan su boruları-ümumilikdə 5 manat, 1 ədəd ağ qara rəngli üç boğaz elektrik ötürücüsü-5 manat, 1 ədəd ağ rəngli yastiq üzü-3 manat, 1 ədəd ağ rəngli 240x130 sm tül pərdə-8 manat, 1 ədəd ağ rəngli nisbətən böyük ölçülü tül pərdə-10 manat, 1 ədəd plastik yuxarı hissəsi yaşıl, aşağı hissəsi şəffaf olan əl fənəri-5 manat, 1 ədəd tutacağı narıncı rəngdə olan vintaçan-5 manat, 1 ədəd ön tərəfi sarı, arxa tərəfi göy rəngli, üzərində masa üstü saat-2 manat, 3 dəst qara rəngli, ucuşiş, hər biri 37 ölçüdə kişi ayaqqabıları-ümumilikdə 15 manat, 1 ədəd yorğan daşımaq üçün açıq bənövşəyi rəngli parça materialdan hazırlanmış kisə-5 manat, 1 ədəd ağ rənli üzərində mavi butaşəkilli naxışları olan kiçik ölçülü köynək-5 manat, 1 əddə boz rəngli, ön tərəfində düymələr olan uzunqol köynək-5 manat, 1 ədəd qara rəngli, boğazı iki düyməli uzunqol köynək-5manat, 1 ədəd süd rəngli üç boğaz elektrik ötürücüsü-5 manat, 1 ədəd zoğalı rəngli, üzərində çəhrayi rəngli güllər olan ədyal-10 manat, 1 ədəd “Sony” markalı, qara rəngli əl video kamerası-500 manat, 1 ədəd qəhvəyi rəngli, üzərində naxışları olan, kənarlarında saçaqlar olmayan “Denizkızı” markalı xalça-150 manat, 1 ədəd 5 litrlik köz samavarı-200 manatdır. İlkin izahatında oğurlanmış əşyalar arasında qaşıq-çəngəl dəstinin olmasını bildirmiş, lakin sonradan siyahını dəqiqləşdirəndə oğurlanmış əşyalar arasında çəngəl-qaşıq dəstinin olmadığı ona məlum olmuşdur.İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənidiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Quba şəhəri, 22-ci məhəllədə icarə əsasında paltar mağazası işlədərək çörək pulu qazanır, təxminən 2020-ci ilin may ayının ortalarında Quba şəhər sakini kimi tanıdığı Əli ona yaxınlaşaraq əlində müxtəlif çeşiddə istifadə edilmiş paltarlar və digər ev əşyalarını göstərərək həmin əşyaları satmaq istədiyini bildirmiş, Əlidən həmin əşyaları niyə satdığını soruşanda Əli, Bakı şəhərində bacısının əməliyyat oldunduğunu, bacısına baş çəkmək üçün yol pulunun olmadığını, məcbur qalıb evindəki əşyaları ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Əli həmin əşyalara görə ondan 15 manat pul istəmiş, Əliyə üzərində 11 manat pul olduğunu, bir qədər alver etdikdən sonra qalan 4 manatı da, verə biləcəyini demiş, 11 manatı Əliyə verdikdən sonra, Əli təxminən 2 saatdan sonra işlətdiyi mağazaya gələrək ondan alver olub-olmadığını soruşmuş, O, da, Əliyə qalan 4 manat pulu vermiş və Əli oranı tərk etmişdir. Sonradan Əlinin ona satdığı əşhyaların hamısının oğurluq olması ona məlum olmuş, Əlinin ona satdığı əşyaların əvvəlcədən oğurluq olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin may ayının ortalarında Quba şəhər sakini kimi tanıdığı, uşaqlıqdan oğlu ilə yoldaşlıq edən Əli ona yaxınlaşaraq satdıq xalçasının olduğunu bildirmiş, o, da, həmin xalçaya baxmaq istədiyini bildirdikdə Əli həmin xalçanı gətirərək ona göstərmişdir. Əlinin deməsinə görə yaşadığı ev təmir olunduğundan evdəki bəzi əşyaları satmaq istəmiş, xaçlanı neçiyə satdığını soruşanda, Əli həmin xalçanı 5 manata satdığını desə də, bir az bazarlıq edərək xaçlanı Əlidən 2 manata almışdır. Əlinin ona satdığı xalçanın oğurluq olduğunu bilməmişdir. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1584 nömrəli rəydən görünür ki, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, inşaat materialları və elektrik avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən tədqiqat obyektlərinin, xx xxx 2020-ci il tarixdə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən 2 ədəd 15,00 manat dəyərində çəhrayı rəngli 1,90 x 1,40sm ədyalı, 1 ədəd 2,00 manat dəyərində tünd göy rəngli, üzərində “VACAY MODE” yazıları yazılmış qisaqol futbolkanı, 1 ədəd 2,00 manat dəyərində göy rəngli üzərində “RUSSİA MOSCOW” yazıları yazılmış qısaqol futbolkanı, 3 ədəd 3,00 manat dəyərində ağ rəngli 80 x 50 sm əl üz dəsmalını, 1 ədəd 6,00 manat dəyərində mavi rəngli üzərində gül şəkilləri olan 2,05 x 1,45sm yorğan üzünü, 1 ədəd 4,00 manat dəyərində ağ üzərində mavi rəngli naxışlar olan 1,80 x 1,45sm döşək üzünü, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli üzərində xoruz şəkili olan 60 x 40sm çay dəsmalını, 1 ədəd 1,00 manat dəyərində göy rəngli üzərində gül şəkilləri olan 60 x 70sm yastıq üzünü, 1 ədəd 10,00 manat dəyərində qızılı rəngli üzəri qızılı naxışlı 2,20 x 1,15sm süfrəni, 1 ədəd 5,00 manat dəyərində açıq sarı rəngli üzərində naxışlar olan 1,70 x 1,45 sm süfrəni, 1 ədəd 3,00 manat dəyərində göy rəngli üzərində sarı-ağ gül şəkilləri olan 1,80 x 1,80 yorğan üzünü, 1 ədəd 2,70 manat dəyərində ağ rəngli qoşa xəttli 3,35sm uzunluğunda elektrik kabelini, 1 ədəd 3,28 manat dəyərində qara rəngli 8,20sm uzunluğunda telefon kabelini, 1 ədəd 2,00 manat dəyərində ağ rəngli 3 metr uzunluğunda hər iki tərəfində stasionar telefona qoşmaq üçün sancaq olan telefon kabelini, 1 ədəd 0,20 manat dəyərində qırmızı rəngli bir xəttli 60sm uzunluğunda elektrik kabelini, 1 ədəd 0,25 manat dəyərində qırmızı rəngli bir xəttli 75sm uzunluğunda elektrik kabelini, 1 ədəd 0,20 manat dəyərində göy rəngli bir xəttli 45sm uzunluğunda elektrik kabelini, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli bir xəttli 100sm uzunluğunda elektrik kabelini, 1 ədəd 1,20 manat dəyərində ağ rəngli cüt xəttli 1,15sm uzunluğunda elektrik kabelini, 6 ədəd 1,20 manat dəyərində qara rəngli dairəvi formada plastik elektrik kabel yuvacıqlarını, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli elektrik qovşağını, 5 ədəd 4,00 manat dəyərində ağ rəngli 3 tərəfli üç çıxıntısı olan 30mm diametrli plastik su ötürücülərini, 4 ədəd 1,60 manat dəyərində 2 çıxıntısı olan plastik su ötürücülərini, 2 ədəd 2,00 manat dəyərində açıq boz rəngli iki çıxıntılı 40mm diametrli 90 dərəcə əyri su ötürücülərini, 3 ədəd 3,00 manat dəyərində ağ rəngli iki çıxıntılı 30mm diametrli 90 dərəcə əyri plastik su ötürücülərini, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli 9sm uzunluğunda 30mm diametrli düz plastik su borusunu, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli 12sm uzunluğunda 30mm diametrli düz plastik su borusunu, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli 19sm uzunluğunda 30mm diametrli düz plastik su borusunu, 1 ədəd 0,10 manat dəyərində ağ rəngli plastik su borusunun divara bərkidilməsi üçün nəzərdə tutulan sancağını, 1 ədəd 2,00 manat dəyərində 3sm uzunluğunda metal boruların birləşdirilməsi üçün nəzərdə tutulan içi yivli metal su birləşdiricisini, 9 ədəd 4,50 manat dəyərində ağ rəngli 9sm uzunluğunda boruların kəsişməsi üçün nəzərdə tutulan su borularını, 1 ədəd 3,00 manat dəyərində ağ qara rəngli üç boğaz elektrik ötürücüsünü, 1 ədəd 1,00 manat dəyərində ağ rəngli 73 x 63sm yastıq üzünü, 1 ədəd 3,00 manat dəyərində ağ rəngli 240 x 130sm tül pərdəni, 1 ədəd 5,00 manat dəyərində ağ rəngli 200 x 260sm tül pərdəni, 1 ədəd 3,00 manat dəyərində plastik yuxarı hissəsi yaşıl, aşağı hissəsi şəffaf olan 20sm uzunluğunda əl fənərini, 1 ədəd 1,00 manat dəyərində tutacağı narıncı rəngdə lan 16sm uzunluğunda vintaçanı, 1 ədəd 0,50 manat dəyərində ön tərəfi sarı, arxa tərəfi göy rəngli, üzərində “QUARTZ” yazısı olan masa üztü saatı, 3 ədəd 15,00 manat dəyərində qara rəngli, ucu şiş, hər biri 37 ölçüdə kişi ayaqqabılarını, 1 ədəd 2,00 manat dəyərində yorğan daşımaq üçün açıq bənövşəyi rəngli parça materialdan hazırlanmış kisəni, 1 ədəd 1,00 manat dəyərində “ZARA MAN” markalı, ağ rəngli üzərində mavi buta şəkilli naxışları olan kiçik ölçülü köynəyi, 1 ədəd 2,00 manat dəyərində boz rəngli, ön tərəfində dörd ədəd düymələri olan uzunqol köynəyi, 1 ədəd 2,00 manat dəyərində qara rəngli, boğazı iki düyməli uzunqol köynəyi, 1 ədəd 5,00 manat dəyərində süd rəngli, 295sm uzunluğunda üç boğaz elektrik ötürücüsünü, 1 ədəd 10,00 manat dəyərində zoğalı rəngli, üzərində çəhrayi rəngli güllər olan 216 x 160sm ədyalı, 1 ədəd 100,00 manat dəyərində qəhvəyi rəngli, üzərində naxışları olan, kənarlarında saçaqlar olmayan “Denizkız” markalı xalça kimi müəyyən edilir. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx.xx.2020-ci il tarixli, 2425 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi X1 şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi, qardaşı-X7, qardaşı-X8, qardaşının yoldaşı-X5, qardaşı oğlu-X9, qardaşı oğlu-X6, qardaşının yoldaşı-X4 və qardaşı oğlu X3 ibarətdir. İş materiallarında Quba RİHB-nın Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə onun barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun öz ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, məhkəmə-əmtəəşunaslıq ekspertizasının müvafiq rəyi, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: Təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və tutduğu əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmalarına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən, onun barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin ibdidai istintaqda iştirak etdiyi vaxtı üçün Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən, təqsirləndirilən şəxsin vəkili üçün istintaq zamanı 60 manat və məhkəmədə müdafiəsi zamanı 84 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq, Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməldir. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan 2 ədəd çəhrayı rəngli 1,90 x 1,40sm ədyalı, 1 ədəd tünd göy rəngli, üzərində “VACAY MODE” yazıları yazılmış qisaqol futbolka, 1 ədəd göy rəngli üzərində “RUSSİA MOSCOW” yazıları yazılmış qısaqol futbolka, 3 ədəd ağ rəngli 80 x 50 sm əl üz dəsmalı, 1 ədəd mavi rəngli üzərində gül şəkilləri olan 2,05 x 1,45sm yorğan üzü, 1 ədəd ağ üzərində mavi rəngli naxışlar olan 1,80 x 1,45sm döşək üzü, 1 ədəd ağ rəngli üzərində xoruz şəkili olan 60 x 40sm çay dəsmalı, 1 ədəd göy rəngli üzərində gül şəkilləri olan 60 x 70sm yastıq üzü, 1 ədəd qızılı rəngli üzəri qızılı naxışlı 2,20 x 1,15sm süfrə, 1 ədəd 5,00 manat dəyərində açıq sarı rəngli üzərində naxışlar olan 1,70 x 1,45 sm süfrə, 1 ədəd göy rəngli üzərində sarı-ağ gül şəkilləri olan 1,80 x 1,80 yorğan üzü, 1 ədəd ağ rəngli qoşa xəttli 3,35sm uzunluğunda elektrik kabeli, 1 ədəd qara rəngli 8,20sm uzunluğunda telefon kabeli, 1 ədəd ağ rəngli 3 metr uzunluğunda hər iki tərəfində stasionar telefona qoşmaq üçün sancaq olan telefon kabeli, 1 ədəd qırmızı rəngli bir xəttli 60sm uzunluğunda elektrik kabeli, 1 ədəd qırmızı rəngli bir xəttli 75sm uzunluğunda elektrik kabeli, 1 ədəd göy rəngli bir xəttli 45sm uzunluğunda elektrik kabeli, 1 ədəd ağ rəngli bir xəttli 100sm uzunluğunda elektrik kabeli, 1 ədəd ağ rəngli cüt xəttli 1,15sm uzunluğunda elektrik kabeli, 6 ədəd qara rəngli dairəvi formada plastik elektrik kabel yuvacıqları, 1 ədəd ağ rəngli elektrik qovşağı, 5 ədəd ağ rəngli 3 tərəfli üç çıxıntısı olan 30mm diametrli plastik su ötürücüləri, 4 ədəd 2 çıxıntısı olan plastik su ötürücüləri, 2 ədəd açıq boz rəngli iki çıxıntılı 40mm diametrli 90 dərəcə əyri su ötürücüləri, 3 ədəd ağ rəngli iki çıxıntılı 30mm diametrli 90 dərəcə əyri plastik su ötürücüləri, 1 ədəd ağ rəngli 9sm uzunluğunda 30mm diametrli düz plastik su borusu, 1 ədəd ağ rəngli 12sm uzunluğunda 30mm diametrli düz plastik su borusu, 1 ədəd ağ rəngli 19sm uzunluğunda 30mm diametrli düz plastik su borusu, 1 ədəd ağ rəngli plastik su borusunun divara bərkidilməsi üçün nəzərdə tutulan sancağı, 1 ədəd 3sm uzunluğunda metal boruların birləşdirilməsi üçün nəzərdə tutulan içi yivli metal su birləşdiricisi, 9 ədəd ağ rəngli 9sm uzunluğunda boruların kəsişməsi üçün nəzərdə tutulan su boruları, 1 ədəd ağ qara rəngli üç boğaz elektrik ötürücüsü, 1 ədəd ağ rəngli 73 x 63sm yastıq üzü, 1 ədəd ağ rəngli 240 x 130sm tül pərdəni, 1 ədəd ağ rəngli 200 x 260sm tül pərdə, 1 ədəd plastik yuxarı hissəsi yaşıl, aşağı hissəsi şəffaf olan 20sm uzunluğunda əl fənəri, 1 ədəd tutacağı narıncı rəngdə lan 16sm uzunluğunda vintaçan, 1 ədəd ön tərəfi sarı, arxa tərəfi göy rəngli, üzərində “QUARTZ” yazısı olan masa üztü saat, 3 ədəd qara rəngli, ucu şiş, hər biri 37 ölçüdə kişi ayaqqabıları, 1 ədəd yorğan daşımaq üçün açıq bənövşəyi rəngli parça materialdan hazırlanmış kisə, 1 ədəd “ZARA MAN” markalı, ağ rəngli üzərində mavi buta şəkilli naxışları olan kiçik ölçülü köynək, 1 ədəd boz rəngli, ön tərəfində dörd ədəd düymələri olan uzunqol köynək, 1 ədəd qara rəngli, boğazı iki düyməli uzunqol köynək, 1 ədəd süd rəngli, 295sm uzunluğunda üç boğaz elektrik ötürücüsü, 1 ədəd zoğalı rəngli, üzərində çəhrayi rəngli güllər olan 216 x 160sm ədyalı, 1 ədəd qəhvəyi rəngli, üzərində naxışları olan, kənarlarında saçaqlar olmayan “Denizkız” markalı xalça hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs təhvil verilməlidir. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 6 ünvanında - yaşadığı evi axşam saat 23:00-dan növbəti günsaat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Quba rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidadi istintaqda 60 (altmış) manat və məhkəmədə müdafiə edilməsinə görə 84 (səksən dörd) manat olmaqla, ümumilikçdə 144 (bir yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən təqsirləndirilən şəxsə münasibətdə tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan 2 ədəd çəhrayı rəngli 1,90 x 1,40sm ədyalı, 1 ədəd tünd göy rəngli, üzərində “VACAY MODE” yazıları yazılmış qisaqol futbolka, 1 ədəd göy rəngli üzərində “RUSSİA MOSCOW” yazıları yazılmış qısaqol futbolka, 3 ədəd ağ rəngli 80 x 50 sm əl üz dəsmalı, 1 ədəd mavi rəngli üzərində gül şəkilləri olan 2,05 x 1,45sm yorğan üzü, 1 ədəd ağ üzərində mavi rəngli naxışlar olan 1,80 x 1,45sm döşək üzü, 1 ədəd ağ rəngli üzərində xoruz şəkili olan 60 x 40sm çay dəsmalı, 1 ədəd göy rəngli üzərində gül şəkilləri olan 60 x 70sm yastıq üzü, 1 ədəd qızılı rəngli üzəri qızılı naxışlı 2,20 x 1,15sm süfrə, 1 ədəd 5,00 manat dəyərində açıq sarı rəngli üzərində naxışlar olan 1,70 x 1,45 sm süfrə, 1 ədəd göy rəngli üzərində sarı-ağ gül şəkilləri olan 1,80 x 1,80 yorğan üzü, 1 ədəd ağ rəngli qoşa xəttli 3,35sm uzunluğunda elektrik kabeli, 1 ədəd qara rəngli 8,20sm uzunluğunda telefon kabeli, 1 ədəd ağ rəngli 3 metr uzunluğunda hər iki tərəfində stasionar telefona qoşmaq üçün sancaq olan telefon kabeli, 1 ədəd qırmızı rəngli bir xəttli 60sm uzunluğunda elektrik kabeli, 1 ədəd qırmızı rəngli bir xəttli 75sm uzunluğunda elektrik kabeli, 1 ədəd göy rəngli bir xəttli 45sm uzunluğunda elektrik kabeli, 1 ədəd ağ rəngli bir xəttli 100sm uzunluğunda elektrik kabeli, 1 ədəd ağ rəngli cüt xəttli 1,15sm uzunluğunda elektrik kabeli, 6 ədəd qara rəngli dairəvi formada plastik elektrik kabel yuvacıqları, 1 ədəd ağ rəngli elektrik qovşağı, 5 ədəd ağ rəngli 3 tərəfli üç çıxıntısı olan 30mm diametrli plastik su ötürücüləri, 4 ədəd 2 çıxıntısı olan plastik su ötürücüləri, 2 ədəd açıq boz rəngli iki çıxıntılı 40mm diametrli 90 dərəcə əyri su ötürücüləri, 3 ədəd ağ rəngli iki çıxıntılı 30mm diametrli 90 dərəcə əyri plastik su ötürücüləri, 1 ədəd ağ rəngli 9sm uzunluğunda 30mm diametrli düz plastik su borusu, 1 ədəd ağ rəngli 12sm uzunluğunda 30mm diametrli düz plastik su borusu, 1 ədəd ağ rəngli 19sm uzunluğunda 30mm diametrli düz plastik su borusu, 1 ədəd ağ rəngli plastik su borusunun divara bərkidilməsi üçün nəzərdə tutulan sancağı, 1 ədəd 3sm uzunluğunda metal boruların birləşdirilməsi üçün nəzərdə tutulan içi yivli metal su birləşdiricisi, 9 ədəd ağ rəngli 9sm uzunluğunda boruların kəsişməsi üçün nəzərdə tutulan su boruları, 1 ədəd ağ qara rəngli üç boğaz elektrik ötürücüsü, 1 ədəd ağ rəngli 73 x 63sm yastıq üzü, 1 ədəd ağ rəngli 240 x 130sm tül pərdəni, 1 ədəd ağ rəngli 200 x 260sm tül pərdə, 1 ədəd plastik yuxarı hissəsi yaşıl, aşağı hissəsi şəffaf olan 20sm uzunluğunda əl fənəri, 1 ədəd tutacağı narıncı rəngdə lan 16sm uzunluğunda vintaçan, 1 ədəd ön tərəfi sarı, arxa tərəfi göy rəngli, üzərində “QUARTZ” yazısı olan masa üztü saat, 3 ədəd qara rəngli, ucu şiş, hər biri 37 ölçüdə kişi ayaqqabıları, 1 ədəd yorğan daşımaq üçün açıq bənövşəyi rəngli parça materialdan hazırlanmış kisə, 1 ədəd “ZARA MAN” markalı, ağ rəngli üzərində mavi buta şəkilli naxışları olan kiçik ölçülü köynək, 1 ədəd boz rəngli, ön tərəfində dörd ədəd düymələri olan uzunqol köynək, 1 ədəd qara rəngli, boğazı iki düyməli uzunqol köynək, 1 ədəd süd rəngli, 295sm uzunluğunda üç boğaz elektrik ötürücüsü, 1 ədəd zoğalı rəngli, üzərində çəhrayi rəngli güllər olan 216 x 160sm ədyalı, 1 ədəd qəhvəyi rəngli, üzərində naxışları olan, kənarlarında saçaqlar olmayan “Denizkız” markalı xalça hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs təhvil verilsin. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə müsadirə olunası əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-96/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-96/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver