Məhkəmə qərarları › İş №1(027)-96/2024

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-96/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-96/2024 08.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi –Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1992-ci ildə Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, məhkumluğu olmayan, Quba rayonu Əlibəyqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci və 308.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 01 iyul 2019-cu ildən etibarən əvvəlki adı ilə “D.X7” MMC, hazırkı adı ilə "xxxx" MMC adlı kommersiya təşkilatının direktoru vəzifəsində işləməklə Cəmiyyətin qanuni təmsilçisi və rəhbəri olaraq vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib xidməti vəzifələrin icrası ilə əlaqədar özü və ya MMC üçün qanunsuz maddi üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vahid niyyətlə 2020-ci ildən 2023-cü ilin noyabr ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 ilə əmək müqaviləsi bağlamadan traktorçu vəzifəsində, Zərərçəkmiş şəxs2 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs3 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs4 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs5 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs6 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs7 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs8 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs9 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs10 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs11 ilə əmək müqaviləsi bağlamadan sürücü vəzifəsində, Zərərçəkmiş şəxs12 Rafiq oğlu ilə əmək müqaviləsi bağlamadan sürücü vəzifəsində, Zərərçəkmiş şəxs13 ilə əmək müqaviləsi bağlamadan mühasib vəzifəsində, Zərərçəkmiş şəxs14 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs15 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs16 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, X4 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs18 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs19 ilə əmək müqaviləsi bağlamadan nəzarətçi-fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs20 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs21 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs22 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs23 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs24 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs25 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs26 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs27 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs28 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs29 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs30 ilə əmək müqaviləsi bağlamadan sürücü vəzifəsində, Zərərçəkmiş şəxs31 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs32 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs33 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs34 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs35 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs36 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs37 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs38 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs39 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs40 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs41lə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs42 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs43 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs44 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs45 Əliqulu qızı ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs46 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində, Zərərçəkmiş şəxs47 ilə əmək müqaviləsi bağlamadan fəhlə vəzifəsində işlətməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (konraktı) hüquqi qüvvəyə minmədən ümumilikdə 47 nəfər olmaqla xeyli sayda işçiləri həmin kommersiya təşkilatına məxsus Quba rayonu Dəlləkli kəndində yerləşən MMC-nin inzibati binasında və bağ sahələrində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da həmin şəxslərin Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş pensiya, minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək, işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət təminatı almaq və digər əmək hüquqlarına və qanuni mənafelərinə, habelə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə 10010,80 manat məbləğində, yəni mühüm zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1 və 308.1-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01 iyul 2019-cu ildə MMC-nin təsisçisinin qərarı ilə MMCnin direktoru vəzifəsinə təyin edilmiş və işçilərin işə qəbulu, əməkhaqlarının verilməsi, maliyyə və hesablama işlərinin həyata keçirilməsi, həmçinin məhsulun yetişdirilməsi, onlara qulluq, yığılması, saxlanılması, qablaşdırılması, satılması ilə əlaqədar olan işlərə nəzarəti və rəhbərliyi o həyata keçirmişdir. Müəssisənin ümumilikdə 50-60 nəfər əməkdaşı vardır. Onların əksəriyyəti müxtəlif vəzifələrdə yəni, ofis işi, traktorçu, aqronom, fəhlə, sürücü işlərini icra etmişlər. Kənd yerlərində bəzən işçi çatışmazlığı ilə üzləşmişlər. Belə ki, işçilər bir gün onların şirkətində, növbəti gün isə daha çox əməkhaqqı verə biləcək yerlərdə işləməyə getmişlər. Bu səbəbdən də, daimi işçi tapmaqda, onlarla əmək müqaviləsi bağlamaqda çətinlik çəkmişlər. Ona görə də, müxtəlif briqadirlər və onları tanıdığı qonşu, tanış, qohum və sair qruplar vasitəsilə işçiləri işə cəlb etmişdir. Həmin şəxslər mütəmadi işləmədiklərindən, bir gün işə gəlib bir gün işə gəlmədiklərindən, bəzilərinin şəxsiyyət vəsiqəsi olmadığından və ya gətirmədiklərindən, bəzilərinin özləri daimi işləmək istəmədiklərindən onları daimi işə götürməmiş, onlarla əmək müqaviləsi bağlamamış və müqavilə olmadan bu formada onları işə cəlb etmişdir. Belə ki, bəzən işçilər 10 gün və ya 15 gün işləyə biləcəyini, qalan müddət ərzində başqa şirkətə və ya fiziki şəxslərə söz verməsini və ya rayondan kənarda olacaqlarını bildirmiş və müvəqqəti işləmək istəməsini bildirmişlər. İşçi çatışmazlığı ilə üzləşdiyi üçün onlarla əmək müqaviləsi bağlamamış və əmək müqaviləsi bağlamadan onları bağ sahəsində işə cəlb etmişdir. Təbii ki, onlarla əmək müqaviləsi bağlamalı olduğunu başa düşmüşdür. Lakin, qeyd etdiyi səbəblərdən dolayı bu formada işi aparmağa çalışmışdır. Bəzən isə müqavilə bağladığı adamlar sonradan işə gəlmədiyindən onların yerini doldurmaq və sənədləşmə işlərini görmək (yəni müqaviləyə xitam vermək) üçün işlərində çətinlik yarandığından tezliyi təmin etmək məqsədilə əmək müqaviləsi olmadan işçiləri işə cəlb etmişdir. 2020-2021-ci illərdə “Covid-19” infeksiyası ilə əlaqədar pandemiya şəraitində quru sərhədlərinin bağlanması, ixracın saxlanılması və sair səbəblərdən dolayı külli miqdarda ziyan etmiş və məhsulu bazara çıxara bilməmişlər. Nəticədə, işçilərin əməkhaqlarını, vergiləri, ağaclara qulluq, elektrik, soyuducunun saxlanması və sair xərcləri qarşılamaq üçün banklardan kredit götürməli olmuş və borclanmışlar. Bu səbəbdən də, əmək müqaviləsi olmadan işçiləri işə cəlb etmiş və bu formada həm işin tezliyi təmin etmiş, həm də işçilərin əməkhaqları aylıq verilmədiyi halda müəyyən qədər vaxt tanımalarını xahiş edə bilmişdir. Lakin, qeyd etdiyi vaxtdan etibarən şirkətin maliyyə dövriyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu səbəbdən də, işçilərin əməkhaqqısını ödəyə bilməmiş və əməkhaqlarını ala bilməyən şəxslər şikayət etmişlər. MMC-nin qərəzli olaraq əməkhaqqı ödəməmək və ya müqavilə bağlamadan vergilərdən və sair ödənişlərdən yayınmaq kimi bir məqsədi yoxdur. Cinayət işi üzrə şikayət edən və zərərçəkmiş şəxs qismində tanınan şəxslərlə əlaqədar bildirmişdir ki, həmin şəxslərdən 45 nəfəri (Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 istisna olmaqla) həqiqətən də rəhbərlik etdiyi MMC-də əmək müqaviləsi olmadan işə cəlb edilmişlər. İzah etdiyi səbəblərə görə 45 nəfəri əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirməsinə cəlb etmişdir. Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 isə əmək müqaviləsi əsasında MMC-də sürücü kimi işə cəlb olunmuş və 2020-ci ilin noyabr ayında əmək müqavilələrinə xitam verilmişdir. Bununla əlaqədar X10 Xidmətində də araşdırma aparılmış və son haqq-hesabın gecikdirilməsinə görə 1200 manat cərimə olunmuşlar. Hazırda isə onlar rayon prokurorluğuna müraciət edərək guya müqavilələrinə xitam verildikdən sonra da işləməyə davam etmələrini bildiriblər və bu formada zərərçəkmiş şəxs qismində tanınmışlar. Lakin, onların əməkhaqqısının verilməməsi və gecikdirilməsi müqavilə ilə işlədikləri dövrdə olmuşdur. Bu səbəbdən də, onlar xaric digər şəxsləri müqavilə olmadan işə cəlb etdiyi hissəsi ilə razıdır. Həqiqətən də, 45 nəfər rəhbərlik etdiyi MMC-də fəhlə, nəzarətçi, traktorçu, sürücü, mühasib və sair vəzifələrdə işlərin görülməsinə cəlb edilmişdir. Onların əməkhaqlarını vaxtında ödəyə bilmədikləri üçün ondan Quba RPŞ-yə və rayon prokurorluğuna şikayət etmişlər. Onların tələb etdikləri əməkhaqqıların məbləğlərini tam dəqiq yalnız MMC-nin ofisində qeydlərinə baxaraq deyə bilər. Lakin, 99 % ehtimalla məbləğlər düzgündür, belə ki, işçilər özləri də işlədikləri günlərin özlərində qeydiyyatların aparmışdır. Həmçinin, işçilərin üzərində nəzarətçi işləyən şəxslərin çoxu da gətirdiyi fəhlələrin zəhmət haqlarının özlərində qeydiyyatını aparmışdır. Ödəməkdən yayındıqları 10010,80 manat məbləğində vergi, işsizlikdən siğorta, icbari tibbi siğorta və məcburi dövlət sosial siğorta haqları ilə əlaqədar bildirmişdir ki, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 əmək haqqılarına münasibətdə hesablanan ödənişlər istisna olmaqla bir narazılığı yoxdur. Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 qeyd etdikləri məbləğlər onların əmək müqaviləsi ilə işlədikləri dövrə aiddir. Qalan şəxslərə münasibətdə hesablanmış ödənişlər ilə razıdır. O, işçiləri əmək müqaviləsi olmadan işə cəlb edən zaman işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarından yayındığını bilmişdir. Həmin məbləğlərin hesablanma qaydası şəxsin aldığı pula münasibətdə standart olaraq hesablanmaqdadır. Əmək haqlarını və ödəməkdən yayındıqları sair ödənişləri hazırda ödəməməsinin səbəbi qeyd etdiyi kimi pandemiya dövründən sonra MMC-nin yaranan borclarıdır. Hazırda, MMC-nin borclarını bağlamaq istiqamətində işlər görülür, MMC-nin bir hissəsinin satılması ilə əlaqədar iş getməkdədir. Bu səbəbdən də, əməkhaqlarını və sair yayındıqları vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının məbləğini yaxın vaxtlarda ödəyəcəkdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, vurmuş olduğu ziyanın tam ödənildiyini və zərərçəkmiş şəxslərlə barışıq əldə edildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Hüquq şöbəsinin rəisi işləyir və vergi xidməti müşaviridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən edilmiş çıxarışa əsasən "xxxx" MMC-nin VÖEN-i **********-dir, 3 saylı Ərazi Vergilər İdarəsində uçotdadır, Məhdud Məsuliyyətli Cəmiyyətdir, 11 iyul 2007-ci ildə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı AZ4032, Quba rayonu, Dəlləkli kəndidir, MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. Qanunvericiliyə əsasən hər hansı MMC və ya fiziki şəxs tərəfindən işə cəlb olunmuş şəxslərlə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi (kontraktı) bağlanmalı və yalnız hüquqi qüvvəyə mindikdən sonra işəgötürən tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Həmçinin, şəxsin əməkhaqqısına uyğun olaraq dövlət büdcəsinə vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməlidir. Hazırkı iş üzrə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin əməkhaqqısına münasibətdə ödəməkdən yayındırılmış vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ümumi məbləği 10010,80 manat olmuşdur. Həmin məbləğ şəxslərin əmək haqqısına münasibətdə rayon prokurorluğunun məktubu əsasında 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən müəyyən edilmişdir. Hesablanma qaydasına əsasən hər iki tərəf, yəni "xxxx" MMC və ya işə cəlb edilmiş şəxs vergidən azaddır. Hesablanmış məbləğlər şəxsin əməkhaqqı məbləğinin 1 %-i işsizlikdən siğorta, 4 %-i icbari tibbi siğorta, 25 %-i isə məcburi dövlət sosial siğorta haqlarının məbləği olmaqla hesablanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tərəfindən 66870 manat məbləğində MDSS üzrə ödəniş olunduğundan, dəymiş zərərin ödənilmiş hesab edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki o, 2020-ci ilin dekabr ayından 2022-ci ilin noyabr ayınadək Quba rayonu, Dəlləkli kəndində yerləşən "xxxx" MMC-də sürücü işləmişdir. Onun işi MMC-də işləyən şəxsləri bağ sahələrinə aparıb-gətirmək olmuşdur. İşlədiyi dövrdə MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Onunla MMC arasında əmək müqaviləsi bağlanmış, lakin 2020-ci ilin noyabr ayında xitam verilmiş, buna baxmayaraq o əmək müqaviləsi olmadan MMC-də sürücü kimi işləmiş, bu dövrdə onunla əmək müqaviləsi bağlanmamış, əmək haqqının verilməsinə dair ona əmək haqqı kartı verilməmiş, hər hansı müqaviləyə imza çəkdirilməmişdir. İşlədiyi günlərə münasibətdə ona 4980 manat pul verilməli olmuş, lakin verilməmişdir. Bayram günləri və həftə sonları xaric qalan günlərdə işləmiş, bu səbəbdən də, əmək haqqısı aylıq yox, işlədiyi günlərə münasibətdə hesablanmışdır. Hazırda MMC tərəfindən 4980 manat ona ödənilməli olan əmək haqqı vardır. O, dəfələrlə MMC-nin direktoru Təqsirləndirilən şəxs pulunu tələb etsə də, Famil müxtəlif bəhanələrlə onu gözlətmiş və pulunu verməmişdir. Onun kimi Zərərçəkmiş şəxs11 da sürücü işləmiş və onun da 4300 manatı verilməmişdir. İfadəsinin sonunda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini, mülki iddiadan imtina etdiyini və şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 zərər çəkmiş Zərərçəkmiş şəxs12 ilə eyni məzmunlu ifadə vermiş və ifadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ərizə təqdim edərək mülki iddianın qaytarılmasını,şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxslər qismində dindirilmiş Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs37, X8, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs18, X4, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs1 eyni məzmunlu ifadələr vermiş, "xxxx" MMC kimi tanıdıqları müəssisənin torpaq sahələrində əmək müqaviləsi olmadan meyvə yığıcı və sortlaşdırıcı, qablaşdırıcı kimi işlərdə işlədiklərini, bu dövrdə onlarla əmək müqaviləsi bağlanılmadığını, əmək haqqının verilməsinə dair onlara əmək haqqı kartı verilmədiyini, hər hansı müqaviləyə imza etdirilmədiyini, əmək haqqının əlbəl verildiyini, müəyyən qalıq ödəmənin verilmədiyini bildirmişlər. Daha sonra ərizə təqdim edərək, təqsirəndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs47, Zərərçəkmiş şəxs46 və Zərərçəkmiş şəxs45 Əliqulu qızı məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsalar da, məhkəmə iclaslarına gəlməmiş, ərizə ilə müraciət edərək, təqsirəndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın ödənildiyini, şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının qeyd edilən zərər çəkmiş şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş edilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “D.X11” MMC 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** VÖEN ilə 11 iyul 2007-ci ildə təşkilati-hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyət kimi dövlət qeydiyyatına alınmışdır, nizamnamə kapitalı 100.00 manat olmuş, hüquqi ünvanı Quba rayonu, Dəlləkli kəndidir, MMC-nin təsisçisi X3 olmuşdur. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “D.X11” MMC-nin təsisçisi X1 01 iyul 2019-cu il tarixli qərarından görünür ki, 01 iyul 2019-cu ildən etibarən MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən edilmiş 11 mart 2024-cü il tarixli çıxarışdan görünür ki, şirkətin adı hazırda "xxxx" MMC-dir, VÖEN-i **********-dir, 3 saylı Ərazi Vergilər İdarəsində uçotdadır, Məhdud Məsuliyyətli Cəmiyyətdir, 11 iyul 2007-ci ildə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı AZ4032, Quba rayonu, Dəlləkli kəndidir, nizamnamə kapitalı ******* AZN-dir, MMC-nin qanuni təmsilçisi Təqsirləndirilən şəxsdur. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 mart 2024-cü il tarixli “X2 Sistemi”nin (EPİSin) “X6” modulundan edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 02 may 2016-cı il tarixdən etibarən aktiv qüvvədə olan xxxxxxx000205 №-li əmək müqaviləsi mövcuddur. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdur. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 19 mart 2024-cü il tarixli arayışdan görünür ki, “X2 Sistemi” (EPİS) vasitəsilə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş 47 şəxsin qeyd etdikləri dövrlərdə aktiv qüvvədə olmuş əmək müqavilələrinin olub-olmaması “X6” modulu vasitəsilə yoxlanılmış və həmin şəxslərlə "xxxx" MMC arasında sözügedən dövrdə və hazırda əmək müqavilələrinin olmaması müəyyən edilmişdir. İş materialında olan və və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 3 saylı Ərazi Vergilər İdarəsinin 22 yanvar 2024-cü il tarixli **********537700 №-li, 26 yanvar 2024-cü il tarixli **********942300 №-li, 13 mart 2024-cü il tarixli **********894600 №-li sorğulara cavab məktublarından və 15 mart 2024- cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin əmək haqqına münasibətdə ödəməkdən yayındırılmış vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ümumi məbləği 10010,80 manat olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 162-1.1-ci və 308.1-ci maddələrilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərarına əsasən Quba rayon məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs 01 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.3- cü bəndinə əsasən Təqsirləndirilən şəxs 18 dekabr 2021-ci il tarixdə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan “Quba Rayon Mərkəzi Xəstəxanası” X15 12 aprel 2022-ci il tarixli, 649 nömrəli məktubundan görünür ki, Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs Quba RMX-nın Cərrahiyyə şöbəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “kəskin fleqmanoz appendisit” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Quba Rayon İcra Hakimiyyəti Başçısının Vladimirovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Əlibəyqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunutr. İş materiallarında olan AA ******* N-li və AA ******* №-li şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24.01 2019 və 03.05 2023-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən MDSS üzrə 66870 manat məbləğində ödəniş həyata keçirildiyi üçün dəymiş zərərin ödənilmiş hesab edilməsinin nəzərə alınması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3 ədəd ödəniş tapşırıqlarından göründüyü kimi, "xxxx" MMC tərəfindən MDSS üzrə cəmi 109834 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəməmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərəçəkmiş şəxslərə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda -iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.https://e-qanun.az/framework/46947 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi — yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayaraq, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1 və 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanunun müvafiq maddələrinin sanksiyasında müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda məhkəmə onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın mötivlərini göstərməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməsi məqsədəmüvafiq hesab edilmir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzası təyin edildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 (doxsan) manat Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 mülki iddia vermiş və daha sonra ərizə təqdim edərək vurulmuş ziyanın ödənildiyini bildirmiş və mülki iddianın geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mülki iddia baxılmamış saxlanmalı və ödənilmiş dövlət rüsumları qaytarılmalıdır. İş üzrə maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu, Təqsirləndirilən şəxs qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 mülki iddiaları baxılmamış saxlanılsın və ödənilmiş dövlət rüsumu (GPP qəbz:**********) qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar