Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-97/2020 16.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Dövlət ittihamçısı X6, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx.xx.1993-ci ildə Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkum olunmamış, Quba rayonu, Əlibəyqışlaq kəndində yaşayan xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1998-ci ildə Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkum olunmamış, Quba rayonu, Əlibəyqışlaq kəndində yaşayan xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1998-ci ildə Quba rayonu, Əlibəyqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Quba rayonu, Əlibəyqışlaq kəndində yaşayan xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1- özgə əmlakını gizli talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 24 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayon sakini X4 Quba rayonu, Əlibəyqışlaq kəndində yerləşən birmərtəbəli ərzaq mağazasının pəncərəsindəki dəmir barmaqlıqlar vasitəsilə dükanın damına qalxaraq şiferlə tavanın arasındakı boş hissəyə keçib, mağazanın plastik materialdan olan tavanını əvvəlcədən üzərində gətirdiyi bıçaqla kəsərək açdığı dəlikdən Təqsirləndirilən şəxs3 saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla rəflərə düzülmüş Cəmaləddin Məstanova məxsus 2 ədəd hər birinin dəyəri 2,15 manat olan 0,5 litrlik “Baltika-9”, 1 ədəd 1,70 manat dəyərində 0,5 litrlik “Xırdalan” markalı pivələri, 1 ədəd 4,0 manat dəyərində 0,75 litrlik “İvanovka”, 2 ədəd hər birinin dəyəri 2,70 manat olan 0,75 litrlik “Kagor” markalı şərabları, 3 ədəd hər birinin dəyəri 0,50 manat olan sadə alışqan, 3 ədəd hər birinin dəyəri 2,20 manat olan “Palmall”, 3 ədəd hər birinin dəyəri 1,80 manat olan “Class”, 2 ədəd hər birinin dəyəri 1,70 manat təşkil edən “İmperial Classik” markalı siqaretləri, 4 ədəd hər biri 3 manat dəyərində “Azercell” danışıq ödəmə kartlarını, həmçinin həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmaqla mağazadakı rəfin üzərində qalmış bir ədəd 220,0 manat dəyərində “Xiaomi Redmi 7 Eclipse” markalı “M1810F6LG” modelli mobil telefonu, ümumilikdə 264,30 (iki yüz altımış dörd manat, otuz qəpik) manat məbləğində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 - özgə əmlakını gizli talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 24 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayon sakini X4 Quba rayonu, Əlibəyqışlaq kəndində yerləşən birmərtəbəli ərzaq mağazasının pəncərəsindəki dəmir barmaqlıqlar vasitəsilə dükanın damına qalxaraq şiferlə tavanın arasındakı boş hissəyə keçib, mağazanın plastik materialdan olan tavanını Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun əvvəlcədən üzərində gətirdiyi bıçaqla kəsərək açdığı dəlikdən Təqsirləndirilən şəxs3 saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla rəflərə düzülmüş Cəmaləddin Məstanova məxsus 2 ədəd hər birinin dəyəri 2,15 manat olan 0,5 litrlik “Baltika-9”, 1 ədəd 1,70 manat dəyərində 0,5 litrlik “Xırdalan” markalı pivələri, 1 ədəd 4,0 manat dəyərində 0,75 litrlik “İvanovka”, 2 ədəd hər birinin dəyəri 2,70 manat olan 0,75 litrlik “Kagor” markalı şərabları, 3 ədəd hər birinin dəyəri 0,50 manat olan sadə alışqan, 3 ədəd hər birinin dəyəri 2,20 manat olan “Palmall”, 3 ədəd hər birinin dəyəri 1,80 manat olan “Class”, 2 ədəd hər birinin dəyəri 1,70 manat təşkil edən “İmperial Classik” markalı siqaretləri, 4 ədəd hər biri 3 manat dəyərində “Azercell” danışıq ödəmə kartlarını, həmçinin həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmaqla mağazadakı rəfin üzərində qalmış bir ədəd 220,0 manat dəyərində “Xiaomi Redmi 7 Eclipse” markalı “M1810F6LG” modelli mobil telefonu, ümumilikdə 264,30 (iki yüz altımış dörd manat, otuz qəpik) manat məbləğində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 - özgə əmlakını gizli talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 24 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayon sakini X4 Quba rayonu, Əlibəyqışlaq kəndində yerləşən birmərtəbəli ərzaq mağazasının pəncərəsindəki dəmir barmaqlıqlar vasitəsilə dükanın damına qalxaraq şiferlə tavanın arasındakı boş hissəyə keçib, mağazanın plastik materialdan olan tavanını Təqsirləndirilən şəxs1 əvvəlcədən üzərində gətirdiyi bıçaqla kəsərək dəlik açmaqla oradan saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla rəflərə düzülmüş Cəmaləddin Məstanova məxsus hər birinin dəyəri 2,15 manat olan 2 ədəd 0,5 litrlik “Baltika-9”, 1,70 manat dəyərində 1 ədəd 0,5 litrlik “Xırdalan” markalı pivələri, 4,0 manat dəyərində 1 ədəd 0,75 litrlik “İvanovka”, hər birinin dəyəri 2,70 manat olan 2 ədəd 0,75 litrlik “Kagor” markalı şərabları, hər birinin dəyəri 0,50 manat olan 3 ədəd sadə alışqan, hər birinin dəyəri 2,20 manat olan 3 ədəd “Palmall”, hər birinin dəyəri 1,80 manat olan 3 ədəd “Class”, hər birinin dəyəri 1,70 manat təşkil edən 2 ədəd “İmperial Classik” markalı siqaretləri, hər biri 3 manat dəyərində olan 4 ədəd “Azercell” danışıq ödəmə kartlarını, həmçinin həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olmaqla mağazadakı rəfin üzərində qalmış bir ədəd 220,0 manat dəyərində “Xiaomi Redmi 7 Eclipse” markalı “M1810F6LG” modelli mobil telefonu, ümumilikdə 264,30 (iki yüz altımış dörd manat, otuz qəpik) manat məbləğində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək qeyd etmişdir ki, o, xx xxxxx 2020ci il tarixdə axşam saat 22 radələrində yaşadığı Quba rayonu, Əlibəyqışlaq kəndindəki meşədə dostları Cavid, Şəhriyar və Xası ilə birlikdə yemək yemiş, həmin vaxtı onlarla birlikdə 1 litr araq içmişdir. Bundan sonra axşam saat 23 radələrində kəndin “Klub” deyilən yerinin yanında həmkəndlisi və dostu Təqsirləndirilən şəxs2 ilə rastlaşmış, söhbət zamanı digər dostu Təqsirləndirilən şəxs3 da, onlara yaxınlaşmış və onların üçü də, həmin vaxt sərxoş olmuşlar. İçkili olduğu üçün dəqiq olaraq kimin tərəfindən oğurluq edilməsi barədə təklif verilməsini xatırlamasa da, onlar birlikdə yaxınlıqda olan Cəmaləddin Məstanova məxsus ərzaq mağazasından içki və siqaret oğurlamaq qərarına gəlmişlər. Bundan bir qədər sonra xx xxxxx 2020-ci il tarixdə saat 24 radələrində o, Aqil və Turan birlikdə Cəmaləddin Məstənovun ərzaq mağazasının yan tərəfinə yaxınlaşmış, üçü də, pəncərədə olan dəmir barmaqlıqlar vasitəsi ilə dükanın damına, şiferlə tavanın arasına qalxmışlar. O, həmin vaxt üzərində olan balaca bıçaqla Turanla birlikdə mağazanın plastik materialdan olan tavanını təxminən 40-50 sm uzunluğunda kəsdikdən sonra Aqilin köməkliyi ilə lambrini aralamış və Turan mağazaya daxil olmuşdur. Təqsirləndirilən şəxs3 mağazadan 2 ədəd 0,5 litrlik “Baltika-9” pivəsi, 1 ədəd 0,5 litrlik “Xirdalan” pivəsi, 1 ədəd 0,750 litrlik “İvanovka” markalı çaxır, 2 ədəd 0,750 litrlik “Kagor” markalı çaxır, 3 ədəd sadə alışqan, 3 qutu ”Class”, 3 qutu “Palmall” və 2 qutu “İmperial Classik” markalı siqaretləri, 4 ədəd “3” manatlıq “Azercell” danışıq ödəmə kartlarını və bir ədəd “Xiaomi Redmi-7 Eclipse” markalı mobil telefonu götürərək həmin əşyaları Aqil və onun köməkliyi ilə mağazadan çıxardıqdan sonra Turan özü də, içəri daxil olduğu yerdən çıxmışdır. Onlar birlikdə mağazanın damından düşərək oradan uzaqlaşıb kəndin yuxarı hissəsində olan meşəyə getmişlər. Orada Aqil və Turanla birlikdə pivələri və çaxırları içmiş, siqaretləri, alışqanları və danışıq ödəmə kartlarını aralarında bölüşdürmüş, mobil telefon isə Turanda qalmışdır. Bir neçə gündən sonra onlar Quba Rayon Polis Şöbəsinə dəvət edilmiş, sorğu zamanı oğurluq etdiyini etiraf etmiş, oğurladıqları mobil telefonu Təqsirləndirilən şəxs3 polislərə təqdim etmiş, digər əşyaların dəyərini isə sonradan Cəmaləddin Məstanova ödəmişlər. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək qeyd etmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində Quba rayonu, Vladimirovka kəndindəki həmin vaxtı çalışdığı yeşik sexində iş yoldaşları ilə yemək yeyib spirtli içki olan araq içmişdir. Həmin günü axşam saat 22 radələrində yaşadığı kənddəki dükandan bir banka tərkibində spirt olan “Mamedoff” enerji içkisi alıb tək içmiş və saat 23 radələrinədə yaşadığı Quba rayon, Əlibəyqışlaq kəndindəki “Klub” adlanan yerə gəlmiş, orada həmkəndlisi və dostu Təqsirləndirilən şəxs1lə rastlaşmışdır. Söhbət etdikləri vaxt digər dostu Təqsirləndirilən şəxs3 da, onlara yaxınlaşmış, həmin vaxt onların üçü də, sərxoş vəziyyətdə olmuşlar. İçkili olduğu üçün dəqiq olaraq kimin tərəfindən oğurluq edilməsi barədə təklif verilməsini xatırlamasa da, onlar birlikdə yaxınlıqda olan Cəmaləddin Məstanova məxsus ərzaq mağazasından içki və siqaret oğurlamaq qərarına gəlmişlər. Bundan bir qədər sonra xx xxxxx 2020-ci il tarixdə saat 24 radələrində o, Şahnur və Turan birlikdə Cəmaləddin Məstənovun dükanın yan tərəfinə yaxınlaşmış, üçü də pəncərədə olan dəmir barmaqlıqlar vasitəsi ilə dükanın damına, şiferlə tavanın arasına qalxmışlar. Həmin vaxt Şahnur üzərində olan balaca bıçaqla Turanla birlikdə mağazanın plastik materialdan olan tavanını təxminən 40-50 sm uzunluğunda kəsdikdən sonra Şahnur onun köməkliyi ilə lambrini aralamış, Turan isə mağazaya daxil olmuşdur. Təqsirləndirilən şəxs3 mağazadan 2 ədəd 0,5 litrlik “Baltika-9” pivəsi, 1 ədəd 0,5 litrlik “Xirdalan” pivəsi, 1 ədəd 0,750 litrlik “İvanovka” markalı çaxır, 2 ədəd 0,750 litrlik “Kagor” markalı çaxır, 3 ədəd sadə alışqan, 3 qutu ”Class”, 3 qutu “Palmall” və 2 qutu “İmperial Classik” markalı siqaretləri, 4 ədəd 3 manatlıq “Azercell” danışıq ödəmə kartlarını və bir ədəd “Xiaomi Redmi-7 Eclispse” markalı telefonu götürmüş, o, Şahnurla birlikdə Turana həmin əşyaları mağazadan çıxarmağa köməklik etmiş, Turan özü də içəri daxil olduğu yerdən çölə çıxmışdır. Onlar birlikdə mağazanın damından düşərək oradan uzaqlaşıb kəndin yuxarı hissəsində olan meşəyə getmişlər. Orada Şahnur və Turanla birlikdə pivələri və çaxırları içmiş, siqaretləri, alışqanları və danışıq ödəmə kartlarını aralarında bölüşdürmüş, mobil telefon isə Turanda qalmışdır. Bir neçə gündən sonra onlar Quba Rayon Polis Şöbəsinə dəvət edilmiş, sorğu zamanı oğurluq etdiyini etiraf etmiş, oğurladıqları mobil telefonu Təqsirləndirilən şəxs3 polislərə təqdim etmiş, digər əşyaların dəyərini isə sonradan Cəmaləddin Məstanova ödəmişlər. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 təqsirini etiraf edərək qeyd etmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə axşam saat 21-23 arası yaşadığı Quba rayonu, Əlibəyqışlaq kəndində olduğu vaxt həmkəndlisi Əhməd adlı şəxsə məxsus dükandan aldığı 5 şüşə “Xırdalan” pivəsini içmiş, sonra isə kəndin “Klub” adlanan yerin yanında dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə rastlaşmışdır. Həmin vaxt onlar birlikdə durub söhbət etmiş, üçü də sərxoş vəziyyətdə olmuşlar. İçkili olduğu üçün dəqiq olaraq kimin tərəfindən oğurluq edilməsi barədə təklif verilməsini xatırlamasa da, onlar birlikdə yaxınlıqda olan Cəmaləddin Məstanova məxsus ərzaq mağazasından içki və siqaret oğurlamaq qərarına gəlmişlər. Bundan bir qədər sonra xx xxxxx 2020-ci il tarixdə saat 24 radələrində o, Aqil və Şahnur birlikdə Cəmaləddin Məstənova məxsus ərzaq mağazasının yan tərəfinə yaxınlaşmış, üçü də pəncərədə olan dəmir barmaqlıqlar vasitəsi ilə dükanın damına, şiferlə tavanın arasına qalxmışlar. Şahnur həmin vaxt üzərində olan balaca bıçaqla onunla birlikdə mağazanın plastik materialdan olan tavanını təxminən 40-50 sm uzunluğunda kəsdikdən sonra Şahnur Aqilin köməkliyi ilə lambrini aralamış və o həmin yerdən mağazaya daxil olmuşdur. O, içəridəki rəflərdə düzülmüş 2 ədəd 0,5 litrlik “Baltika-9” pivəsi, 1 ədəd 0,5 litrlik “Xirdalan” pivəsi, 1 ədəd 0,75 litrlik “İvanovka” markalı çaxır, 2 ədəd 0,75 litrlik “Kagor” markalı çaxır, 3 ədəd sadə alışqan, 3 qutu ”Class”, 3 qutu “Palmall” və 2 qutu “İmperial Classik” markalı siqaretləri götürmüş, həmin vaxt gördüyü siqaret rəfinin üstündə qoyulmuş 4 ədəd 3 manatlıq “Azercell” danışıq ödəmə kartlarını və bir ədəd “Xiaomi Redmi-7 Eclipse” markalı telefonu götürərək həmin əşyaları Aqil və Şahnurun köməkliyi ilə mağazadan çıxarmış, özü də içəri daxil olduğu həmin yerdən çıxmışdır. Onlar birlikdə mağazanın damından düşərək oradan uzaqlaşıb kəndin yuxarı hissəsində olan meşəyə getmişlər. Orada Aqil və Şahnurla birlikdə pivələri və çaxırları içmiş, siqaretləri, alışqanları və danışıq ödəmə kartlarını öz aralarında bölüşdürmüş, mobil telefon isə özündə qalmışdır. Bir neçə gündən sonra onlar Quba Rayon Polis Şöbəsinə dəvət edilmiş, sorğu zamanı polis əməkdaşlarına oğurluq etdiyini etiraf etmiş, oğurladığı mobil telefonu polislərə təqdim etmiş, digər əşyaların dəyərini isə sonradan Cəmaləddin Məstanova ödəmişlər. Daha sonra təqsirləndirilən şəxs təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yaşadığı Quba rayonu, Əlibəyqışlaq kəndində 1992-ci ildən işlətdiyi özünə məxsus ərzaq mağazasında gündəlik tələbat malları satmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 21.30-da dükanın qapısını həmişəki kimi qıfılla bağlayıb evinə getmişdir. xx xxxxx 2020-ci il tarixdə səhər saat 08.30-da mağazanın qıfılını açıb içəri daxil olduqda əvvəl heçnə hiss etməsə də, sonra diqqətlə baxdıqda içəridə olan spirtli içkilərin, şərabların, “Azercell” danışıq ödəmə kartlarının yerində olmadığını görmüşdür. Həmin vaxtı 4 ədəd 3 manatlıq danışıq ödəmə kartlarının və 3 ədəd 0,75 litrlik şərabların oğurlanmasını zənn etmiş, sonradan isə dükanın hesabatını apardıqda 2 ədəd 0,5 litrlik “Baltika-9” və 1 ədəd 0,5 litrlik “Xırdalan” markalı pivələrin, 1 ədəd 0,75 litrlik “İvanovka” və 2 ədəd 0,75 litrlik “Kagor” markalı çaxırların, 3 ədəd sadə alışqan, 3 ədəd “Palmall”, 3 ədəd “Class”, 2 ədəd “İmperial Classik” markalı siqaretlərin, 4 ədəd hər biri 3 manat dəyərində olan “Azercell” danışıq ödəmə kartlarının, həmçinin oğurluq hadisəsi baş verdiyi günün axşamı həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus həmin mağazada qalmış “Xiaomi Redmi-7 Eclipse” markalı mobil telefonun oğurlandığını müəyyən etmişdir. Mağaza öz mülkiyyətində olduğundan mobil telefondan başqa mağazadan qeyd etdiyi əşyaların oğurlanması nəticəsində ona təxminən 44 manat maddi ziyan dəymişdir. Bundan başqa, o, təqsirləndirilən şəxslərlə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxslər barədə qanuna müvafiq qərar qəbul edilərkən qeyd edilən xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2020-ci il tarixdə içkili vəziyyətdə olduğu üçün özünə məxsus “Xiaomi Redmi-7 Eclispse” markalı mobil telefonunu harada itirməsi və ya qoyması barədə məlumatı olmamış, sonradan xatırladığına görə həmin gün axşam vaxtlarında həmkəndlisi Camaləddin Məstənova məxsus ərzaq mağazasında olmuş, lakin orada telefonu unutması yadında qalmamışdır. Belə ki, o, sonradan eşitdiyinə görə xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus kəndin içində yerləşən ərzaq mağazasında oğurluq hadisəsi baş vermiş, oradan oğurluq edən şəxslərin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olmaları rayon polis şöbəsi tərəfindən müəyyən edilmiş, həmin şəxslər polisdə törədikləri əməlləri etiraf edərkən Cəmaləddin Məstanovun mağazasından spirtli içkilər, tütün məmulatları və bir ədəd mobil telefon oğurladıqlarını etiraf etmişlər. Həmin şəxslər onun mobil telefonunu polislərə təqdim etmişlər. O, qeyd edilən mobil telefonu 2019-cu ilin qış aylarında 492 manata almış, oğurlandığı zaman isə onun dəyəri təxminən 200 manat olmuşdur. Bundan başqa, o, təqsirləndirilən şəxslərlə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxslər barədə qanuna müvafiq qərar qəbul edilərkən qeyd edilən xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, yaşadığı Quba rayonu, Əlibəyqışlaq kəndində atası Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasının qapısını xx xxxxx 2020-ci il tarixdən axşam saat 21.30-da həmişəki kimi qıfılla bağlayıb evinə getmiş, xx xxxxx 2020-ci il tarixdə səhər saat 08.30-da dükanın qıfılını açıb içəri daxil olduqda içəridə olan spirtli içkilərin, şərablarının, “Azercell” danışıq ödəmə kartlarının yerində olmadığını görmüşdür. Həmin vaxt o da dükana getmiş, əvvəlcə onlar cəmi 4 ədəd 3 manat dəyərində olan danışıq ödəmə kartlarının və 3 ədəd 0,75 litrlik şərabların oğurlanmasını zənn etsələr də, atası ilə birlikdə mağazadakı malların hesabatını aparanda həmin hadisə vaxtı mağazadan 2 ədəd 0,5 litrlik “Baltika-9”, 1 ədəd 0,5 litrlik “Xırdalan” pivələrinin, 1 ədəd 0,75 litrlik “İvanovka” və 2 ədəd 0,75 litrlik “Kagor” markalı çaxırların, 3 ədəd sadə alışqan, 3 ədəd “Palmall”, 3 ədəd “Class”, 2 ədəd “İmperial Classik” markalı siqaretlərin, həmçinin oğurluq hadisəsi baş verdiyi günün axşamı həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus həmin dükanda qalmış “Xiaomi Redmi - 7 Eclipse” markalı mobil telefonun oğurlandığını müəyyən etmişdir. Mağaza onun atası Cəmaləddin Məstanovun mülkiyyətində olduğundan mobil telefondan başqa mağazadan qeyd olunan əşyaların oğurlanması nəticəsində atasına təxminən 44 manat maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə itiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə itiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə itiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş matateriallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1692 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 2 ədəd 0,5 litrlik “Baltika-9” pivəsinin ümumi qiyməti 4,30 manat, 1 ədəd 0,5 litrlik “Xırdalan” pivəsinin qiyməti 1,70 manat, 1 ədəd 0,75 litrlik “İvanovka” markalı çaxırın qiyməti 4,0 manat, 2 ədəd 0,75 litrlik “Kagor” markalı çaxırın ümumi qiyməti 5,40 manat, 3 ədəd sadə alışqanın ümumi qiyməti 1,50 manat, 3 ədəd “Palmall” markalı siqaretin ümumi qiyməti 6,60 manat, 3 ədəd “Class” markalı siqaretin ümumi qiyməti 5,40 manat, 2 ədəd “İmperial Classik” markalı siqaretin qiyməti 3,40 manat, 01 ədəd Çin Xalq Respublikasında istehsal edilmiş qara rəngli “Xiaomi Redmi 7 Eclipse” markalı “M1810F6LG” modelli, 32 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti 220,0 manatdır. İş materiallarında olan Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının xx xxxx 2020-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xəstəxananın Konsultativ poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdurlar. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs1 barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, onun ailə tərkibi atası X7, anası Babayeva Laləzar Nöhbala qızı və qardaşı X5 ibrarətdir. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs1 barəsində olan xasiyyətnamədən görünür ki, Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olan xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs2 barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, onun ailə tərkibi atası X12, anası X8 və qardaşı X9 ibrarətdir. Quba RİHB-nın Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs2 barəsində olan xasiyyətnamədən görünür ki, Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olan xx xxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs3 barəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, onun ailə tərkibi atası X3 və anası X1 ibrarətdir. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs3 barəsində olan xasiyyətnamədən görünür ki, Quba rayonu, Əlibəyqışlaq kəndində qeydiyyatda olan xx xxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini, onlara qarşı heç bir tələb və şikayətlərinin olmadığını qeyd etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərinin, zərərçəkmiş şəxslərin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin cinayət tərkibi var.Çünki məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Quba rayon sakini X4 Quba rayonu, Əlibəyqışlaq kəndində yerləşən birmərtəbəli ərzaq mağazasının pəncərəsindəki dəmir barmaqlıqlar vasitəsilə dükanın damına qalxaraq şiferlə tavanın arasındakı boş hissəyə keçib, mağazanın plastik materialdan olan tavanını Təqsirləndirilən şəxs1 əvvəlcədən üzərində gətirdiyi bıçaqla kəsib dəlik açmaqla oradan saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla rəflərə düzülmüş və Cəmaləddin Məstanova məxsus hər birinin dəyəri 2,15 manat olan 2 ədəd 0,5 litrlik “Baltika-9”, 1,70 manat dəyərində 1 ədəd 0,5 litrlik “Xırdalan” markalı pivələri, 4,0 manat dəyərində 1 ədəd 0,750 litrlik “İvanovka”, hər birinin dəyəri 2,70 manat olan 2 ədəd 0,750 litrlik “Kagor” markalı şərabları, hər birinin dəyəri 0,50 manat olan 3 ədəd sadə alışqan, hər birinin dəyəri 2,20 manat olan 3 ədəd “Palmall”, hər birinin dəyəri 1,80 manat olan 3 ədəd “Class”, hər birinin dəyəri 1,70 manat təşkil edən 2 ədəd “İmperial Classik” markalı siqaretləri, hər biri 3 manat dəyərində olan 4 ədəd “Azercell” danışıq ödəmə kartlarını, həmçinin həmin kəndin sakini Zərərçəkmiş şəxs2 məxsus olmaqla mağazadakı rəfin üzərində qalmış bir ədəd 220,0 manat dəyərində “Xiaomi Redmi 7 Eclipse” markalı “M1810F6LG” modelli mobil telefonu, ümumilikdə 264,30 (iki yüz altımış dörd manat otuz qəpik) manat məbləğində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmələri iş materialları ilə tam sübuta yetirilmişdir. Göründüyü kimi iş üzrə toplanmış sübutların həcmi təqsirləndirlən şəxslərə istinad olunan, CM-nin 177.2.1 və 177.2.3–cü maddələri ilə nəzərdə tutulan özgə əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talama, yəni oğurluq cinayəti üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün əsaslı, yekun nəticəyə gəlməyə imkan verir və təqsirləndirilən şəxslərə həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirini etiraf etmələrini, əməllərindən səmimi peşman olmalarını, dəymiş zərəri ödəmələrini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayətlərinin və tələblərinin olmamalarını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxslərin məsuliyyətini yuxarıda sadalanan yüngülləşdirici hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin ibdidai istintaqda və məhkəmə iclaslarında iştirak etdiyi vaxtı üçün Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən, təqsirləndirilən şəxslərin hər birinin vəkili üçün 138 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq, Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslərin oğurladığları bir ədəd “Xiaomi Redmi 7 Eclipse” markalı, “M1810F6LG” modeli mobil telefon iş üzrə Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonu, Əlibəyqışlaq kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonu, Əlibəyqışlaq kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonu, Əlibəyqışlaq kəndində yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana məlumat vermədən Quba rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Quba rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Quba rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidadi istintaqda və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən hər bir təqsirləndirilən şəxsə münasibətdə 138 (bir yüz otuz səkkiz) manat tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiaomi Redmi 7 Eclipse” markalı, “M1810F6LG” modeli mobil telefon iş üzrə Zərərçəkmiş şəxs2 saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. Hökmün icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №1(027)-97/2020
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-97/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver