Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-97/2023 31.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Müdafiəçi iştirakı ilə, xx xxxx 2001-ci ildə Quba rayonu, Güləzi kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olan, Quba rayonu. Qam-qam kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində idarə etdiyi “Vaz 21093” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Qonaqkənd yolunun Qam-qam kəndi ərazisindən keçən hissəsində Qonaqkənd istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək yolun sol kənarında olan X1 onun hərəkət istiqamətinə nəzərən soldan sağa iti yerişlə yolu keçmək üçün qarşısına çıxdığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmamış, avtomobili tormozlamadan avtomobilin qabaq sol tərəfi ilə piyada İntiqam Əliyevi vuraraq ona sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. İntiqam Əliyev hadisə zamanı aldığı başın küt travmasından baş beyin toxumasına qansızma nəticəsində 11 fevral 2023-cü il tarixdə hadisə yerində ölmüş, bununla da, qeyd edilən yol hərəkəti qaydalarının pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, baş etibarnamə əsasında idarə etdiyi “Vaz 21093” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı saz vəziyyətdə avtomobillə 11 fevral 2023-cü il tarixdə, saat təxminən 18 radələrində Quba rayonu, Rustov kəndi ərazisindən yaşadığı Qam-qam kəndində yerləşən evinə doğru 60 km/saat sürətlə hərəkətdə olarkən kənd ərazisində yerləşən Qam-qam kənd orta məktəbinin qarşısına az qalmış qəflətən ani anda onunla əks istiqamətdə hərəkətdə olan “Qazel” markalı avtomobilin arxasından, yolun sol tərəfindən sağ tərəfinə iti yerişlə yolu keçmək istəyən bir nəfər 40-45 yaş arasında kişi avtomobilinin qabaq hissəsinə çıxmış və nəticədə o həmin şəxsi avtomobilinin qabaq hissəsi ilə vurmuşdur. Yolun buzlu olma səbəbindən və yolu keçən piyada ilə ara məsafəsi qısa olduğu üçün hadisənin qarşısını ala bilməmişdir. Vurduğu piyada avtomobilinin alın şüşəsinə dəyərək yolun sağ kənarına düşmüşdür. O, avtomobili saxladıqdan sonra, dərhal avtomobildən düşüb həmin şəxsə yaxınlaşmış və qulaq nahiyyəsindən qan gəldiyini görmüşdür. X8 Yardıma zəng edib məlumat vermiş, təxminən 10 dəqiqə ərzində Təcili yardım avtomobili hadisə yerinə gəlmiş və həkimlər həmin şəxsi müayinə edən zaman artıq öldüyünü bildirmişlər. Sonra polis əməkdaşları da hadisə yerinə gələrək hadisə yerini onun iştirakı ilə müayinə etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirib ona yümgül cəza verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4 ifadəsində bildirmişdir ki, mərhum həyat yoldaşı ilə birgə nikahlarından üç övladı olmuşdur. Mərhum həyat yoldaşı İntiqam uzun illərdir ki, Quba rayonu, Afurca kəndi ərazisində yerləşən restoranda gözətçi işləmişdir. 11 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Quba rayonu, Qam-qam kəndində yaşadığı evdə olduğu zaman yoldan səs gəldiyini eşidib küçəyə çıxmışdır. Küçəyə çıxdıqda həyat yoldaşı İntiqamın təxminən 20 metr məsafədə yolun sağ kənarında yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb başa düşmüşdür ki, onu, yoldan keçən zaman maşın vurmuşdur.O, dərhal İntiqamın olduğu yerə tərəf qaçmış, həmin vaxt hadisəni törədən Elvin adlı şəxs də, həyat yoldaşının yanında gəlmişdir. Artıq İntiqama yaxınlaşdıqda İntiqamın huşsuz vəziyyətdə olduğunu müəyyən etmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və həkim İntiqamı müayinə etdikdə artıq dünyasını dəyişdiyini bildirmişdir. İfadəsinin sonunda X4 təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, “QAZ 33021” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsusdur. Həmin avtomobili “BC” kateqoriyalı, AE 604643 nömrəli sürücülük vəsiqəsi ilə 3 ilə yaxın müddətdir idarə edir. Quba rayonu. Qam-qam kənd sakini X2 uzun illərdir ki, tanımışdır. Belə ki, yaşadığı kənddən Təngəaltı istiqamətinə, həmçinin Təngəaltından da yaşadığı kəndə gedib-gəldiyi zaman İntiqamı da bir neçə dəfə Təngəaltı kəndində işlədiyi restorana aparıb gətirmişdir. 11 fevral 2023-cü il tarixdə günorta saatlarında o, idarə etdiyi avtomobil ilə Təngəaltı kəndinən yaşadığı kəndə qayıdarkən, Afurca kəndi ərazisində İntiqam onun idarə etdiyi maşına əyləşib onuda yol üstü yaşadığı Qam-qam kəndində düşürməyi xahiş etmişdir. Quba rayonunun Qam-qam kəndi ərazisinə çatdıqda İntiqamı yaşadığı evin qarşısında yol kənarında düşürüb yenidən yola çıxıb yaşadığı kəndə doğru hərəkət etməyə başlamışdır. O təxminən 50-100 metr məsafə qət etmişdir ki, qarşı yoldan “VAZ 21099” markalı avtomobilin sürətlə gəldiyinin şahidi olmuşdur. Həmin vaxt hava qaranlıq olmuşdur. O bir anda yoldan möhkəm səs gəldiyini eşitmiş, avtomobilinin yan güzgüsündən yola nəzər saldıqda, “VAZ 21099” markalı avtomobilin yolda sürüşüb bir neçə metr getdikdən sonra dayandığını görmüşdür. O, avtomobildən düşmüş dərhal hadisə yerinə getmişdir. Əvvəlcə o, “VAZ 21099” markalı avtomobilin İntiqamı vurmasını görməmişdir. Lakin hadisə baş verən yerə yaxınlaşdıqda intiqamın yolun kənarında, qaz borusu ilə dəmir tordan çəkilmiş hasarın arasında uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. Dərhal İntiqama tərəf yaxınlaşmış, İntiqamın huşunun özündə olmadığını müəyyən etmişdir. Hadisəni törədən sürücü də həmin yerdə olmuş, sürücü Qam-qam kəndində yaşayan Elvin adlı şəxs olmuşdur. Hadisədən dərhal sonra oraya təcili tibbi yardım avtomobili, daha sonra isə polis əməkdaşları gəlmişlər. Həkimlər müayinə etdikdən sonra, müəyyən olunmuşdur ki, İntiqamı ölmüşdür. Hadisə Quba-Qonaqkənd yolunun Qam-qam kəndi ərazisindən keçən hissəsində saat təxminən 18 radələrində baş vermişdir və həmin gün hava şaxtalı olduğu üçün yollar buz bağlamışdır. İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 15 mart 2023-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin xarici müayinəsi zamanı gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, başın sol təpə nahiyəsinin və üzün əzilmiş-cırılmış yaraları, bədənin çoxlu sıyrıqları, sağ baldırın aşağı 1/3-də əzilmiş-cırılmış yara və sağ baldır sümüklərinin aşağı 1/3-dan acıq sınığı sol baldır sümüklərinin sümüklərinin aşağı 1/3-dən qapalı sınığı, sağ çiyinin və döş qəfəsinin sıyrıqları, daxili müayinəsi zamanı başın yumşaq toxumalarının alt səthində təpə-alın nahiyəsində geniş qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma boyun, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmalar aşkar edilmişdir ki, bunlar da həyati olub ölümündən az əvvəl yetirilməyə uyğundur, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 11 fevral 2023-cü il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni qeyd olunan yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə birlikdə həyat üçün təhlükə törətmələrinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum İ.Z.Əliyevin meyitindən götürülən qanda məhkəmə-kimyəvi tədqiqat nəticəsində etil spirti aşkar edilməmişdir. Mərhum İ.Z.Əliyevin ölümünə səbəb baş vermiş yol nəqliyyat hadisəsi zamanı başın küt travmasından baş beyin toxumasına qansızma törənməsi olmuşdur, ölüm meyit müayinə olunan vaxtdan 6-8 saat əvvəl baş verməyə uyğundur İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 26 aprel 2023-cü il tarixli, 8/894 nömrəli rəyindən görünür ki, “VAZ 21093” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Quba RPŞ-nin DYP-nin xx.xx.2023-cü il tarixli 01528 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman sərxoş vəziyyətində olmamışdır. Cinayət işi materialına əlavə olunmuş Quba RPŞ-nin DYPB tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs BD N° 605255 nömrəli, “BC” dərəcəli sürücülük vəsiqəsi vardır və o, sürücülük hüququndan məhrum edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini idarə edən Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan X1 ölümünə səbəb olmuş və bununla da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və şahidin ifadələri, iş üzrə keçirilmiş məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəylərilə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Güləzi kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 102 nömrəli arayışından görünür ki. Təqsirləndirilən şəxs Quba rayonu, Güləzi kəndində qediyyatdadır, hazırda Quba rayonu. Qam-qam kəndində yaşayır. Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Quba rayon məhkəməsinə təqdim etdiyi ərizədən gürünür k o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 85 manat Təqsirləndirilən şəxs tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 03 saat üçün 18 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müddətinin əvvəli çəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarına müdafiə edilməsinə görə Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №1(027)-97/2023
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-97/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver