Məhkəmə qərarları › İş №1(027)-98/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №1(027)-98/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 1(027)-98/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə, saat 03:30 radələrində qeyri-rəsmi yaşadığı Şahid olan məhkəmə sənədinin alınması məqsədi ilə sonuncunun Quba rayonu, Qaraçay kəndində yaşadığı evinə gəldiyi vaxt Elvinin arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə vaxtı onun saçlarından dartaraq əli ilə sifətinə və bədəninə vuraraq ona hər iki gözün altında qançır-hematoma, burnunun üstündə yumşaq toxumaların əziyi və qançırı, burun sümüklərinin qapalı yerini dəyişməyən sınığı, sifətində sağda ağız bucağı sahəsində, sinəsində və hər iki bazuda sıyrıqlarla nəticələnən və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respubliksı CM-nin 128ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qeyri-rəsmi yaşadığı Şahid birinci arvadıdır. 19.05.2021-ci il tarixdə, saat 02 radələrində Elvin ona zəng vuraraq ondan dünyaya gətirdiyi iki aylıq uşağın doğum sənədini gəlib almasını, gəlməsə cırıb atacağını demişdir. Ona görə də, taksi sürücüsü Eldənizlə Quba rayonu, Qaraçay kəndinə Elvinin yaşadığı evin qarşısına gəlib Elvini çağırmışdır. Elvinin arvadı Esmira qapıdan cavab verəndə ona sənəd üçün gəldiyini və qapını açmasını demişdir. Esmira isə 102 xidmətinə zəng vurub polis çağıracağını deyib çıxıb getməsini tələb etdiyində o da Elvinin özünün onu çağırdığını və ondan sənədi alıb gedəcəyini bildirmişdir. Bundan sonra onu gətirən taksi sürücüsünə tərəf getdikdə Esmira onun üstünə gəlib onun saçından dartaraq əli ilə boynunun arxasından tutaraq cırmaqlamışdır. O da Esmira ilə əlbəyaxa olub saçından dartaraq dalaşıb əli ilə onu vurmuşdur. Həmin vaxt orada olan 8 yaşlı oğlu Əli qışqırıb ağladığından onlar ayrılmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində 8 X14 münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi 05 noyabr 2021-ci il tarixli Amnistiya Aktının tətbiq edilərək məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 19.05.2021-ci il tarixdə, saat 03:30 radələrində yaşadığı evdə yatdığı zaman qapının döyülməsini eşidib qapıya çıxmış, bu zaman qapıda əri Elvinin qeyri-rəsmi yaşadığı Xaçmaz şəhər sakini Türkan, 8 yaşlı oğlu Əli və anası Ellada olmuş, Türkan onun üstünə düşərək Elvindən uşağının olması ilə bağlı məhkəmədən verilən bildiriş kağızını ona verilməsini tələb etmişdir. O, da evdə stolun üstündə məhkəmədən Elvinə verilən bildiriş vərəqəsini götürüb Türkana verdiyi vaxt Türkan onun üstünə hücum edərək ona “sən burda rahat yaşayırsan, biz isə əziyyət çəkirik” deyərək onu nalayiq söyüşlərlə söyüb onun saçından dartıb yumruqla və təpiklə başına və bədəninə vuraraq döymüşdür. O da evə girib qapını bağladıqdan sonra 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Həmin vaxt Elvin onları sakitləşdirərək yola salmışdır. Həmin vaxt orada Türkanın 8 yaşlı oğlu Əli və onların gəldiyi taksi sürücüsü olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Tükan Cəfərovadan şikayətçi olduğunu və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi yaşadığı arvadıdır və ondan iki aylıq bir uşağı da var. Türkan Xaçmaz şəhərində yaşadığından o hərdən onun evində gedib qalır. Türkan ondan uşağına atalıq verilməsi üçün onu məhkəməyə verdiyindən o Xaçmaz Rayon Məhkəməsinə gedib oradan sənəd almışdır. 18.05.2021-ci il tarixdə, saat 22 radələrində Türkan ona zəng vurduqda ona sənədi aldığını və səhər onun evinə gələndə verəcəyini bildirmişdir. 19.05.2021-ci il tarixdə, saat 03:30 radələrində Türkan taksi ilə onun yaşadığı Quba rayonunun Qaraçay kəndində olan evinə gəlib qapını döyərək onu çağırıb məhkəmədən aldığı sənədi verməsini tələb etmişdir. O, da özündə olan sənədi arvadı Esmiraya verib bayıra çıxıb onu Türkana verməsini bildirmişdir. Esmira sənədi alıb qapıdan bayıra çıxandan sonra dava-dalaş və qışqırıq səsləri eşidib qapıya çıxanda Türkan və Esmiranın bir-birinin saçlarından tutub dalaşdığını görüb onları ayırmışdır. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının 19.05.2021-ci il tarixli, 395 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - hər iki gözün altında qançır-hematoma, burnunun üstündə yumşaq toxumaların əziyi və qançırı, burun sümüklərinin qapalı yerini dəyişməyən sınığı, sifətində sağda ağız bucağı sahəsində, sinəsində və hər iki bazuda sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 19.05.2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül dərəcəli xəsarət yetirməkdə təqsirli olması özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və eləcədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlarla tam subuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİH-nin Xaçmaz MKTİ-nin MİS-si tərəfindən verilmiş 08.06.2021-ci il tarixli, 495 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Az İİİ № 140546 saylı və Az İV № 600504 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.06.2013-cü il təvəllüdlü X6 və 07.04.2021-ci il təvəllüdlü X7 adında iki azyaşlı övladları vardır. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə baxışında təqsirləndirilən Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməli etiraf etdiyini və əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi X5 ərizəni müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı ərizənin təmin edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs izahatını və prokurorun ərizənin təmin edilməsinə dair rəyini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materialını, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edir ki, ərizə təmin olunmalı, Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Quba rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.12, 1.16 və 9.1-ci bəndləri tətbiq edilərək, onun Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar