Məhkəmə qərarları › İş №1(027)-98/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-98/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-98/2023 11.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1992-ci ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Lenin prospekti ev 55-də qeydiyyatda olub, Abşeron rayonu, Gənclər şəhərciyi, bina 16, mənzil 58-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, 12 dekabr 2022-ci il tarixdə saat 09 radələrində ünvan 1 ünvanında qeyri-rəsmi ailə münasibətində olduğu Zərərçəkmiş şəxs yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisənin sonradan ictimai xarakter aldığını və ətrafdakıların narahatlığına səbəb olduğunu dərk etməsinə baxmayaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, həmin yerə özü ilə gətirdiyi təyinatı üzrə istifadəyə yararsız, döyüş sursatı hesab edilməyən zavod üsulu ilə istehsal olunmuş və təlim üçün nəzərdə tutulmuş “RQD-5” tipli əl qubarasının gövdəsi və təlim üçün nəzərdə tutulmuş həmin əl qumbarasını imitasiya edən “UZRQM” tipli partladıcı olmaqla, komplektləşdirildikdə “RQD-5” tipli döyüş qumbaralarının xüsusi təlim modifikasiyasını evin döşəməsinə atmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını 12 dekabr 2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonundan Quba rayonuna gəldiyi zaman üzərində gəzdirmiş, həmin tarixdə saat 11:30 radələrində tanışı Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonundan Bakı şəhərinə gedərkən Bakı-Quba yolunun 52-ci kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 1-ci Taqımının əməkdaşları tərəfindən saxanılaraq Sumqayıt ŞPİ-nin, 2-ci polis bölməsinə gətirilmiş, həmin bölmənin həyətində polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilən zaman avtomobilin sağ qabaq qapının cibindən Təqsirləndirilən şəxs məxsus həmin soyuq silah aşkar edilərək götürülmüşdür. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.3 və 228.4-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında ifadə verərkən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyul ayında Abşeron şəhərində tanış olmuş və münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs “Tiktok” sosial şəbəkəsində canlı yayım açdığı üçün zəng edib telefonda Naibəxanıma irad bildirmiş, bu zaman aralarında mübahisə yaranmış və onlar bir-birini telefonda qarşılıqlı söymüşlər. Bundan sonra Naibəxanımın qardaşı Vüqar ona zəng etmiş və bacısına görə onu söyüb təhqir etmiş və Qubaya görüşə çağırmışdır. O Vüqarın söyüşlərindən qəzəblənmiş və 12 dekabr 2022-ci il tarixdə dostu Şahid2 avtomobili ilə Qubaya gəlmişdir. Yola çıxmamışdan qabaq 2 ay bundan əvvəl Binəqədi rayonu ərzisində "daşlıq" adlanan ərazidən tapdığı əl qumbarasını və həmin ərazidən tapdığı bıçağı, həmçinin mağazadan təzə aldığı baltanı da götürüb Şahid2 avtomaşınında qabaqda oturduğu oturacağın yanına qoymuş, əl qumbarasını da cibində saxlamışdır. Həmin vaxt avtomobildə olan şəxslərin balta, bıçaq və qumbaradan xəbəri olmamışdır. O, Qubaya gəlmiş və görüş yeri müəyyən etmək üçün Vüqara zəng etmişdir. Vüqar görüşə gəlmədiyi üçün o, Naibəxanımın yaşadığı ünvana getmiş, torbada saxladığı balta ilə bıcaqı çöl qapısının ağzında saxlamış, cibində əl qumbarası ilə açıq qapıdan həyətə daxil olmuş və Naibəxanımın qardaşını səsləmişdir. Bu zaman əvvəl Vüqar sonra Naibəxanım evdən çölə çıxmışdır. O əvvəl Vüqarı söymüş, daha sonra qorxutmaq üçün cibində saxladığı əl qumbarasını evin içinə, eyvanın döşəməsinə atmışdır. Qumbaranın yararsız olmasını bildiyi üçün qumbaranı evin içərisinə sadəcə qorxutmaq üçün atmışdır. Bundan sonra o, qayıdıb çöl qapısının ağzında qoyduğu torbadakı baltanı və bıçağı götürüb yenə də qorxutmaq üçün evə həyətə daxil olmuş, lakin evin əsas qapısı bağlı olduğu üçün həyətdən çıxıb torbanı götürüb evinə qayıtmışdır. Abşeron rayonuna gedən yolda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə zamanı güclü səs-küy olmadığı üçün orada qonşular olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, təqsirləndirilən şəxs bildirmişdir ki, o Qubaya Naibəxanımın qardaşı Vüqara görə gəlmişdir. Vüqarla arasında anlaşılmazlıq olmuşdur. Əvvəllər Vüqarla arasnda mübahisələr olmamışdır. Bu hadisə ilə bağlı Vüqarı qorxutmaq məqsədilə evinə əlində balta, bıçaq və əl qumbarası ilə getmiş və eyni məqsədlə əl qumbarasını evin içinə atmışdır. Əvvəlcədən qumbaranın yararsız olduğunu bilmişdir. O qorxutmaq məqsədilə hədələməmiş olsa da, ev sakinlərinə hücum etməmiş, onlara xəsarət yetirməmişdir. Özü ilə bıçaq və balta gətirsə də həmin alətlərlə heç kimə xəsarət yetirməmişdir. Hazırda zərərçəkmiş şəxslə və qardaşı ilə münasibətləri yaxşıdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildərərək, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər şəhərciyində yaşayan X8 ilə Abşeron şəhərində olarkən tanış olmuşdur. Həmin vaxtdan aralarında sevgi münasibətləri yaranmış və onlar qeyri-rəsmi birlikdə həm onun yaşadığı Quba şəhərindəki ünvanda, həm də Orxanın yaşadığı Xırdalan şəhəri, Gənclər şəhərciyindəki evində qalmışlar. 2022-ci ilin noyabr ayında münasibətləri pisləşmiş, həmçinin qızının təhsili ilə əlaqədar o Quba şəhərində yaşamağa qərar vermişdir. 11 dekabr 2022-ci il tarixdə gecə saatlarında qardaşı Vüqar evdə “TikTok” sosial şəbəkəsində canlı yayıma qoşulmuş, bu zaman Orxan da həmin canlı yayıma baxarkən o evdə ailə üzvləri ilə söhbət etdiyinə görə səsi həmin canlı yayıma düşmüşdür. Buna görə də, Orxan ona məxsus mobil nömrəyə zəng edib onu nalayiq ifadələrlə təhqir edərək onun “Tiktok” sosial şəbəkəsində canlı yayım açdığını iddia etmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, onlar bir-birini söymüşlər. Qardaşı bu məsələdən xəbər tutandan sonra Orxanla danışıb söyüş söymüş və hesablaşmaq üçün Orxanı Qubaya çağırmışdır. Orxan Qubaya gəlmiş və Vüqara zəng edib görüşmək istəmişdir. Vüqar görüşmək istəmədiyi üçün, 12 dekabr 2022-ci il tarixdə saat 09 radələrində Orxan onun yaşadığı ünvana gəlmiş və qardaşı Vüqarı səsləmişdir. Orxan evin eyvanına doğru gəlib nalayiq ifadələr işlətmiş və əlində saxladığı əl qumbarasının ağızlıq hissəsindəki dəmiri çəkib qubaranı evin döşəməsinə atıb qaçmışdır. O, qumbaranın partlayacağını zənn edib, otağa keçib qapını bağlamışdır. Sonradan qumbaranın yararsız olduğunu anlamış və təkrar otaqdan eyvana çıxmışdır. Bu vaxt Orxan əlində balta ilə yenidən həyətə daxil olmuş və onu söymüşdür. Həmin vaxt Orxan balta ilə heç kimi hədələməmiş və ya xəsarət yetirməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, zərərçəkmiş şəxs bildirdi ki, Orxan Qubaya qardaşının təkidi ilə gəlmişdir. Mübahisəyə səbəb “Tik-tok” adlı sosial şəbəkə olmuşdur. Belə ki, qardaşı onun adından “Tik-tok”-da canlı yayım açmış, Orxan da onun “Tik-tok”-dan istifadəyə etdiyini zənn edərək irad bildirmiş, bununla bağlı aralarında mübahisə yaranmış, onlar bir-birini telefonda nalayiq ifadələrlə söymüşlər. Sonradan qardaşı bu barədə öyrənmiş və zəng edib Orxanı söyüb Qubaya görüşə çağırmışdır. Orxan qəzəblənib Qubaya gəlmişdir. Orxan əlindəki qumbaranı evin döşəməsinə atmış olsa da, qumbara yararsız olmuş, ona və ailə üzvlərinə heç bir xəsarət yetirməmişdir. Aralarındakı mübahisə ünvan 1 ünvanında yaşadığı evdə baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Həmin mübahisə vaxtı Orxan onu əlindəki balta və ya biçaqla ilə öldürəcəyi ilə hədələməmiş, heç bir xəsarət yetirməmişdir. Mübahisə vaxtı orada qardaşı Vüqardan başqa kimsə olmamışdır. Bacısı Aytac isə otaqda yatmışdır. O, ibtidai istintaq zamanı ifadə verən zaman da, bacısı Aytacın hadisənin şahidi olmamasını bildirsə də, müstəntiq əksinə Aytacı şahid kimi göstərmişdir. Qonşular isə səs-küy eşitsələr də, mübahisənin bilavasitə şahidi olmamışlar. Əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs bildirdi ki, Orxan onların yaşadığı evin qapısını yandırması ilə bağlı göstərilənlər doğru deyil. Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, bir məhəllədə yaşayırlar, aralarında dostluq münasibətləri olmuşdur. 3 aydır ki, "Bolt" şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşul olur. 12 dekabr 2022-ci il tarixdə saat təxminən 07 radələrində Orxan ona zəng edərək şəhərciyin girişində onu gözlədiyini, Quba şəhərinə aparmasını demişdir. O Orxandan 60 manat gediş haqqı almış və onu Quba şəhərinə aparmışdır. Həmin vaxt maşında ikisindən başqa dostları Eldar da olmuşdur. Orxanın əlində 2 ədəd bir-birinin içərisinə salınmış sellofan torbada nəsə əşya olmuşdur. Orxan 10 dəqiqəlik işi olduğunu, gedib qayıdacaqlarını bildirmişdir. Birlikdə Quba şəhərinə getmişlər. O Heydər Əliyev prospektində maşını saxlamış, Orxan özü ilə gətirdiyi torbanı götürüb maşından düşüb getmişdir. Təxminən 10 dəqiqə keçməmiş Orxan qayıdıb gəlmiş və onlar Bakıya qayıtmışlar. Orxan özü ilə apardığı sellofan torbanı da qaytarıb gətirmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində YPX tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılmışlar. PB-də idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilindən 1 ədəd balta va 1 ədəd bıçaq aşkar edilmişdir. Həmin balta və bıçaq Orxana məxsusdur, Orxanın özü ilə apardığı sellofan torbanın içindəki əşyalar məhz həmin balta və bıçaq olmuşdur. Bundan sonra onlar Quba RPŞ-nə çağırılmışlar. Orada araşdırma zamanı ona məlum olmuşdur ki, Orxan həmin əşyaları özü ilə götürərək, Naibə adlı qadının evinə getmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisinə çatan zaman Orxan əlində olan sellofan paketdən 1 ədəd balta və 1 ədəd bıçağı çıxarıb ayağının altına qoymuşdur. YPX əməkdaşları idarə etdiyi avtomobili saxladıqdan sonra YPX əməkdaşı avtomobilinə əyləşməsini bildirdiyi üçün o ayaqaltında olan baltanı götürüb sol tərəfə oturacağın yanına qoymuşdur ki, görünməsin. Lakin, bıçaqdan xəbəri olmamışdır. Həmin bıçaq PB-nin həyətində avtomobilinə baxış keçirilən zaman aşkar edilmişdir. Həmin bıçaq da ona məxsus deyil, Orxana məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, göstərdiyi bütün xüsusatları təsdiq etmişdir. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid4 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Şahid4 ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Bacısı Naibəxanım təxminən 2022-ci ilin iyul ayında Abşeron rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş və həmin vaxtdan Orxanla qeyri-rəsmi ailə münasibətində yaşamışdır. 11 dekabr 2022-ci il tarixdə gecə saatlarında o bacısı Naibəxanımla birlikdə ünvan 3 ünvanında yerləşən evdə olmuşdur. O qonaq otağında özünə məxsus mobil telefonla “TikTok” sosial şəbəkəsində canlı yayıma qoşulmuşdur. Həmin vaxt Orxan Naibəxanıma zəng edib Naibəxanımı nalayiq ifadələrlə təhqir edərək Naibəxanımın “Tİktok" sosial şəbəkəsində canlı yayım açdığını bildirmişdir. Naibə isə heç bir canlı yayım açmadığını Orxana demişdir. Onların arasında olan mobil telefon danışığı ilə yaranmış söz mübahisəsi daha da böyümüşdür. Bundan sonra Naibəxanım da Orxanı etdiyi ağır təhqirlərə görə eyni tərzdə təhqir etmişdir. Budan sonra o da Orxanın Naibəxanımın azyaşlı qızını, həmçinin ailə üzvlərini təhqir etməsindən əsəbləşib telefonu Naibəxanımın əlindən götürüb Orxanı söyüş söydüyünə görə o da eyni tərzdə söymüş və telefonu söndürmüşdür. 12 dekabr 2022-ci il tarixdə səhər saat 07 radələrində o öz otağında yatdığı zaman Orxan ona zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir, o isə Orxana əhəmiyyət verməyib telefonu söndürmüşdür. Təxminən iki saat sonra o qonaq otağından səs-küy gəldiyini eşidib yuxudan ayılmışdır. Digər otaqdan Naibəxanım Orxana “lənət şeytana de, əlindəki baltanı yerə qoy, özünə yazığın gəlsin” dediyini eşitmişdir. Orxan da Naibəxanıma “sən mənim anamı söyürdün” deyə səslənmişdir. Naibəxanım isə Orxana “bəs sən mənim 5 yaşlı qızımı söyə bilirdin” deyə bildirmişdir. O Orxanın Naibəxanıma xəsarət yetirməsindən ehtiyat edib əynini geyinərək qonaq otağına tərəf çıxdıqda Orxan eyvana doğru qayıdıb Naibəxanımı nalayiq ifadələrlə təhqir edərək özü ilə gətirdiyi əl qumbarasının bir anda ağızlıq hissəsindəki dəmiri çəkib qubaram evin döşəməsinə atmış və qaçmağa başlamışdır. Həmin vaxt bacısı Aytac da evdə olmuş, o yataq otağının giriş qapısında dayanmışdır, Naibəxanım isə eyvanda olmuşdur. Naibəxanım qumbaranın partlayacağını zənn edib, tez yataq otağına tərəf qaçmışdır. Xoşbəxtlikdən həmin qumbara partlamamışdır. O da Orxanın arxasınca qaçıb Orxanı tutmaq istəmiş, lakin Orxana çata bilməmişdir. X12 markalı avtomobilə əyləşib buradan uzaqlaşmışdır. Daha sonra Naibəxanım bu barədə polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, mübahisə vaxtı Orxan ona heç bir xəsarət yetirməmişdir. Həmin vaxt orada o, bacısı Naibəxanım və Aytac, bir də Orxan olmuşdur. Şahid1 ifadəsi məhkəmədə elan olunan zaman müəyyən olundu ki, o, qardaşı Şahid4 ifadəsi ilə analoji məzmunda ifadə vermişdir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər”. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: “Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yarandığı halları ehtiva edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarında həmçinin qeyd olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Heç də təsadüfi deyildir ki, qanunvericilik, məhkəmə təcrübəsi və hüquq ədəbiyyatı «cinayət» anlayışı ilə yanaşı «cinayətkar qəsd» anlayışından istifadə edir. Ona görə ki, insanın müəyyən davranışı yalnız onda cinayət hesab edilir ki, o nəyəsə qəsd edir, bu və ya digər maraqlara, mənafelərə, nemətlərə «qəsd edir», yaxud onları zərər yetirilmə təhlükəsi altında qoyur. Əleyhinə cinayət yönələn ictimai yaxud şəxsi mənafelər, nemətlər və s. cinayətin obyekti adlanır. Cinayətin obyekti cinayətin digər üç əlaməti kimi (subyekt, subyektiv və obyektiv cəhədlər) cinayətkar qəsdin ayrılmaz tərkib hissəsidir. Ona görə də, cinayətin həqiqi obyektinin düzgün müəyyən edilməsi cinayətlərin tövsifində müstəsna rol oynamaqla, cinayət tərkiblərinin biri-birindən fərqləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Cinayətin subyektiv cəhəti – cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyyatsızlıqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə düzgün tövsif edilməmişdir. Bununla yanaşı onun CM-nın 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi həm ibtidai, həm də məhkəmə istintağı zaman tam sübuta yetirilir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. İbtidai istintaq zamanı toplanmış sübutlarla yanaşı, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə sonradan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdə ifadə olunmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etsə də, özü ilə gətirdiyi təyinatı üzrə istifadəyə yararsız, döyüş sursatı hesab edilməyən zavod üsulu ilə istehsal olunmuş və təlim üçün nəzərdə tutulmuş “RQD-5” tipli əl qubarasının gövdəsi və təlim üçün nəzərdə tutulmuş həmin əl qumbarasını imitasiya edən “UZRQM” tipli partladıcı olmaqla, komplektləşdirildikdə “RQD-5” tipli döyüş qumbaralarının xüsusi təlim modifikasiyasını evin döşəməsinə atmaqla Zərərçəkmiş şəxs və ya qeyrilərinə qarşı ondan silah və ya silah qismində istifadə etməmiş, zərərçəkənin birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan hərəkətlər etməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında qeyd etmişdir ki, 12 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onu və qardaşını sadəcə təhqir etmiş əlindəki yararsız vəziyyətdə olan əl qumbarasını onları qorxutmaq məqsədilə yaşadığı evin içərisinə atmaqla kifayətlənmişdir. Təqsirləndirilən şəxs onun və ya ailə üzvlərinin sağlamlığı üçün real təhlükə yaradan hər hansı hərəkətə yol verməmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, məhkəmə öz qərarında qeyd etmişdir ki, “həmçinin zərərçəkmişin xəsarət almasının və qumbaraya oxşar partlayıcı maddənin həqiqətən də partlayıcı maddə olub-olmamasını, AR CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olununan əməllərin təsdiq edən hər hansı mötəbər sübutlar və məlumatlar məhkəməyə təqdim olunmamışdır”. Hazırda məhkəmə qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair mötəbər sübutlar həmin vaxtdan ibtidai istintaq başa çatanadək əldə edilməmiş və hazırda da məhkəməyə təqdim olunmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut növü kimi istifadə edilə bilməz. 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 9-cu bəndində qeyd olunur ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Hüseyn və başqaları Azərbaycana qarşı" iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, “ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən CM-nin 221.1-ci madəsinə tövsif edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən bir ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilən ov bıçağını əldə edib üstündə gəzdirməkdə təqsirli bilinməsi məhkəmə istintaqı zamanı onun öz etirafı ilə yanaşı, baxış və götürmə protokolu, ekspert rəyi ilə tam sübuta yetirilir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və 228.4-cü mddələri ilə tğqsirli bilinməli və Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə qeyd olunanları əsas götürərək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci və 228.4-cü mddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin (məhkəmə partlayış-texniki ekspertizası) 16 dekabr 2022-ci il tarixli 22/751R nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd əşya zavod üsulu ilə İstehsal olunmuşdur və təlim üçün nəzərdə tutulmuş “RQD-5” tipli əl qubarasının gövdəsidir, digər əşya təlim üçün nəzərdə tutulmuş həmin əl qumbarasını imitasiya edən “UZRQM” tipli partladıcısıdır. Onları komplektləşdirdikdə “RQD-5” tipli döyüş qumbaralarının xüsusi təlim modifikasiyasıdır. əsgərlərin, kursantların əl qumbaraları ilə işləmə və atma bacarıqlarını inkişaf etdirilməsi məqsədi ilə istifadə olunur. Təyinatı üzrə istifadəyə yararsızdır. Döyüş sursatı hesab edilmir; Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə ballistik ekspertizası) 12 yanvar 2023-cü il tarixli 3/1805 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət təsərrüfat təyinatlı baltadır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir; “maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd möhürlənmiş karton qutuda 01 ədəd təlim əl qumbarasının gövdəsi və 01 ədəd təlim üçün nəzərdə tutulmuş “UZRQM” tipli alışdırıcı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qaytarılan bir ədəd bağlamada 01 ədəd ümumi təyinatlı ov bıçağı və 01 ədəd məişət təsərrüfat təyinatlı balta cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir; “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ittiham elan olunmuşdur; “şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Quba RPŞ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində müəyyən edilərək saxlanılmış, Quba RPŞ-nə gətirilərək xx.xx.2023-cü il tarixdə tutulmuş və MSY-nə verilmişdir; “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə” xx.xx.2023-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 134, 221.3 və 228.4-cü maddəsi yenidən ittiham elan olunmuşdur; “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə” xx.xx.2023-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 134, 221.3 və 228.4-cü maddəsi yenidən ittiham elan olunmuşdur; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-9/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 31 mart 2023-cü il tarixədək müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(027)-20/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 28 may 2023-cü il tarixədək uzadılmışdır; Quba Rayon Məhkəməsinin hazırlıq iclasının xx.xx.2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Abşeron rayonu Mehdiabad qəsəbəsi üzrə mənzil kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli, 27 nömrəli arayışından görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Ağalı X5 rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 16, mənzil 58-də müvəqqəti məskunlaşmışdır və atası - X7, anası - X2 ibarət ailə tərkibi vardır. Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06 noyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin: 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini qismən etiraf edib, səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır; 61-ci maddəsinə əsasən isə məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və 228.4-cü mddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-c il tarixədək həbsdə olduğu 01 (bir) gün və 17 fevral 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 25 (iyirmi beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, cəmi 09 (doqquz) ay 20 (iyirmi) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə olan halda, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə CM-nin müvafiq maddələrində nəzərdə tutulan vəzifələr qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd təlim əl qumbarasının gövdəsi və 01 ədəd təlim üçün nəzərdə tutulmuş “UZRQM” tipli alışdırıcı, 01 ədəd ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd məişət təsərrüfat təyinatlı balta Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri 64 (altmış dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 42.2.2, 44.1, 344-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-c il tarixədək həbsdə olduğu 01 (bir) gün və 17 fevral 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay 25 (iyirmi beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü bərabər tutulmaqla, cəmi 09 (doqquz) ay 20 (iyirmi) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 08 (səkkiz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Quba RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan maddi sübut - 01 ədəd təlim əl qumbarasının gövdəsi və 01 ədəd təlim üçün nəzərdə tutulmuş “UZRQM” tipli alışdırıcı, 01 ədəd ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin, 01 ədəd məişət təsərrüfat təyinatlı balta Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının dəyəri 64 (altmış dörd) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar