Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-99/2022 24.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 11 dekabr 1992-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Quba rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən 17 noyabr 2021-ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, Quba şəhəri C.Cabarlı küçəsi ev 102-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə tanışı Şahid7 bir ədəd bükümdə təmiz çəkisi 0,169 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram psixotrop maddə metamfetamin əldə edərək yaşadığı ünvanda saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı ünvana baxış keçirilən zaman evdə yataq otağında qab şkafındakı vazanın içəsindən bir ədəd bükümdə təmiz çəkisi 0,160 qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram psixotrop maddə metamfetamin, yataq dəstinin üzərindəki döşəyin altından isə içərisində təmiz çəkisi 0,009 qram narkotik vasitə heroin məhlulu olan bir ədəd 0,6 ml həcmli şpris, içərilərində qəhvəyi rəngli narkotik vasitə heroin izləri olan içi boş bir ədəd 5 ml həcmli və bir ədəd 1 ml həcmli şprislər və içərisində narkotik vasitə heroin izləri olan bir ədəd şüşə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir və narkotik vasitələrdən istifadə etməyi ilə əlaqədar olaraq məhkum olunmuşdur. Şahid8 və Şahid7 çoxdan tanıyır. Mirmehdi və Şahin də narkotik vasitə istifadə edirlər. 17 fevral 2022-ci il tarixdə, saat 09:30 radələrində Şahid8 peyk antenasında kanalları yığmaq üçün onun yaşadığı ünvana gəlmişdir. Bir qədər keçdikdən sonra, Şahid7 onun mobil telefonuna zəng edərək idarə etdiyi avtomaşınla onu diş həkiminə aparmağı xahiş etmişdir. Bundan sonra o, Şahinlə birlikdə idarə etdiyi avtomaşınla Mirmehdinin yaşadığı ünvana gedib onunla görüşmüşlər. Həmin vaxt Mirmehdi həkimə getməmişdən əvvəl onun yaşadığı evə gedərək narkotik vasitə istifadə etməyi təklif etmişdir. Mirmehdinin təklifi ilə razılaşdıqları üçün onlar oradan birbaşa onun yaşadığı ünvana gəlmişlər. Mirmehdi üstündə olan sellofan bükümlərdə olan heroini və metamfetamini eyvandakı divanın qarşısında olan oturacaq stolun üstünə qoyub ondan səthi düz olan əşya istədiyi üçün, Şahin mətbəxdən üzərində göyərti doğranan taxatanı gətirib Mirmehdiyə vermişdir. Mirmehdi də özü ilə gətirdiyi kiçik tərəzini və balaca bıcağı çıxarıb stulun üzərinə qoymuş və taxtanın üstündə bıçaqla heroinin bir hissəsini dörd bərabər hissələrə ayırmışdır. Həmin vaxt Mirmehdi gətirdiyi heroin və metamfetamindən hərəsindən bir büküm ona vermişdir. Həmin bükümləri o, siqaret qutusuna qoyub öz yataq otağında olan vazanın içinə qoymuşdur. Bundan sonra, onlar birlikdə falqa kağızda metamfetamin çəkmişlər. Narkotik istifadə etdikdən sonra, Şahin divanda uzanıb yatmışdır. O, isə hava almaq üçün Şahinlə birlikdə küçəyə çıxmışdır. Küçədə olarkən onlara Quba rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin istifadəsində şübhəli olduqları üçün saxlandıqlarını bildirmişlər. Hüquqlarını müdafiə olunması üçün onlara müdafiəçi təqdim edildikdən sonra, üzərlərində şəxsi axtarış aparılmışdır. Üzərlərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları evinə baxış keçiriləcəyini bildirdikdə o, səmimi olaraq etiraf etmişdir ki, evində narkotik vasitə heroin və metamfetamin var. Polis əməkdaşları ilə birlikdə yaşadığı evə getdikdən sonra o, bir qədər əvvəl Mirmehdinin ona verdiyi bir büküm metamfetamini və bir büküm narkotik vasitə olan heroini yataq otağında olan vazanın içərisindən çıxarıb onlara təqdim etmişdir. Bundan başqa evinə baxış zamanı yataq otağındakı çarpayının üstündə olan döşəyin altından içərisində az miqdarda heroin məhlulu olan üç ədəd şpris və bir ədəd boş şüşə aşkar edilərək götürülmüşdür. Bundan başqa polis əməkdaşları tərəfindən Mirmehdinin onun evinə gətirdiyi narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, şüşə borular, elektron tərəzi, və metamfetamini istifadə etdikləri kağız falqalar aşkar edilərək götürülmüşdür. Həmin vaxt Mirmehdi stolun üzərində olan heroin və metamfetaminin, eləcədə elektron tərəzinin və şüşə boruların ona məxsus olduğunu etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və cavan olmasını bildirib məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə şahid qimsində dindirilmiş Şahid8 ifadəsində göstəmişdir ki, o, 17 fevral 2022-ci il tarixdə, saat 09:30 radələrində Quba şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs evində peyk antenasında kanalları yığarkən digər tanışları Şahid7 Orxana zəng edərək Orxandan idarə etdiyi avtomaşınla onu diş həkiminə aparmasını xahiş etmişdir. Bundan sonra, onlar Orxanın idarə etdiyi avtomaşınla Mirmehdinin yaşadığı ünvana getmişlər. Mirmehdi onların yanına gəldikdən sonra, üzərində narkotik vasitə olduğunu və həkimə getməmişdən əvvəl Orxanın yaşadığı evə gedib narkotik vasitə istifadə etməyi təklif etmişdir. Bundan sonra, onlar birlikdə Orxanın yaşadığı evə gəlmişlər. Mirmehdi özü ilə gətirdiyi narkotik vasitələri çıxarıb stulun üstünə qoyaraq Orxandan üstündə nakotik vasitələri bölmək üçün üstü hamar əşya istəmişdir. Həmin vaxt o, mətbəxdən üzərində tərəvəz doğranılması üçün nəzərdə tutulmuş taxtanı Mirmehdiyə vermişdir. Mirmehdi özü ilə gətirdiyi şüşə borucuqları, 2 ədəd 1 manatlıq əskinazı və 1 ədəd 10 manatlıq əskinasz, elektron tərəzini, 2 ədəd bükümləri çıxarıb taxtanın üzərinə qoyduqdan sonra, heroini açıb taxtanın üzərinə tökərək kiçik bükümlər düzəltməyə başlamışdır. Sonra o, gətirdiyi metamfetamindən falqanın üzərinə töküb yandırıb tüstüsünü istifadə etməyə başlamışdır. Həmin vaxt Orxan Mirmehdinin gətirdiyi heroin və metamfetamindən hərəsindən bir büküm götürüb yataq otağına aparıb orada harasa qoyub onların yanına qayıtmışdır. Sonra onlar birlikdə Mirmehdinin gətirdiyi metamfetamindən nazik falqa kağızda çəkmişlər. Mirmehdi psixotrop maddədən istifadə etdikdən sonra, divana uzanıb istirahət etmiş, o isə Orxanla birlikdə küçəyə çıxmışlar. Küçədə olarkən özlərini şübhəli apardıqları üşün Quba rayon polis şöbəsinin əməkdaşları onu və Orxanı saxlamışlar. Polis əməkdaşları onlara narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduqları bildirərək onlara hüquqlarının müdafiə olunması üçün vəkil təqdim etmişlər. Sonra müdafiəçinin iştirakı ilə onların üzərlərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərlərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları Orxanın evinə baxış keçirəcəklərini bildirdikdə o, etiraf etmişdir ki, yaşadığı evdə narkotik vasitə heroin və metamfetamin vardır. Polis əməkdaşları Orxanın yaşadığı evə daxil olduqdan sonra orada olan Mirmehdinidə şübhəli şəxs qismində saxlamışlar. Mirmehdiyə də müdafiəçisi təqdim edilməklə üzərində şəxsi axtarış keçirildikdən sonra, Mirmehdinin özü ilə gətirdiyi və stulun üzərində bölüşdürmək üçün yığdığı narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Orxan da yataq otağında saxladığı bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini polis əməkdalarına təqdim etmişdir. Bundan başqa onun yataq otağında olan çarpayının üzərində olan döşəyin altından içərisində heroin məhlulu olan üç ədəd şpris, şuşə qab və limon duzuna bənzər maddə aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid7 ifadəsindən görünür ki, o, narkotik vasitələrdən təxminən 2 ildir ki istifadə edir. O, instagram sosial şəbəkəsində təxminən 6-7 ay əvvəl tanış olduğu İran vətəndaşı ilə vatsap sosial şəbəkəsi vasitəsilə danışmış və İran vətəndaşı ona narkotik vasitələri olduğunu və istədiyi zaman ona narkotik vasitə sata biləcəyini demişdir. O da xx.xx.2022-ci il tarixdə vatsap sosial şəbəkəsi vasitəsilə İran vətəndaşına mesaj yazaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamnin almaq istədiyini bildirmişdir. O, İran vətəndaşının üzünü görməmiş və yalnız aralarında mesajlaşma olmuşdur. İran vətəndaşı özünü “Baba” kimi təqdim etmişdir. “Baba” ondan hansı növ narkotik vasitə və psixotrop maddə istədiyini soruşduqda, o 3 qram heroin və 3 qram metamfetamin almaq istədiyini demiş və qiymətini soruşmuşdur. “Baba” adlı iran vətəndaşı da oan hər bir qramını 15 manata olmaqla ümumilikdə 3 qram metamfetaminə və 3 qram heroinə görə 90 manat pul verməli olduğunu demişdir. O da razılaşmış və həmin narkotik vasitələri haradan ala biləcəyini soruşduqda, “Baba” ona əvvəlcə göndərəcəyi kart hesabına 90 manat pulu köçürməyini və Bakı şəhəri ərazisində narkotik vasitəni götürməsi üçün bir yerə qoyulacağı, həmin yerin adresinin də ona göndəriləcəyini demişdir. O da “Baba” adlı şəxsin göndərdiyi kart hesabına 90 manat pulu Quba şəhərində terminal aparatlarından birinin vasitəsilə köçürmüş, köçürmə barədə olan qəbzi vatsap vasitəsilə göndərdikdən sonra taksiyə minib Bakı şəhərinə getmişdir. Bakı şəhərində olan zaman ona vatsap vasitəsilə narkotik vasitənin qoyulduğu yer barədə məlumat gəlmişdir. O da xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində taksi ilə ona göndərilən adresə, yəni X1 yaxınlığına gədərək göstərilən yeri tapmış, orada siqaret qutsunun içərisində olan narkotik vasitələri götürüb taksi ilə Quba şəhərinə qayıtmışdır. Quba şəhərinə gəldikdən sonra, yaşadığı evə gəlib üzərində olan narkotik vasitələri yaşadığı evin həyətində gizlətmişdir ki, ailə üzvlərinin bu barədə məlumatı olmasın. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə səhər vaxtlarında tanışı Orxana zəng edərək idarə etdiyi avtomaşınla onu diş həkiminə aparmasını xahiş etmişdir. Təxminən saat 12 radələrində Orxan digər tanışları Şahinlə birlikdə onun yaşadığı ünvana gəlib onunla görüşmüşlər. Orxanın idarə etdiyi avtomobilə əyləşdiyi zaman üzərində narkotik vasitə heroin və metamfetamin olduğunu demiş və həmin narkotik vasitələri Orxanın evinə aparıb orada istifadə etdikdən sonra diş həkiminə getməyi təklif etmiş, onlar da razılaşmışlar və birlikdə Orxanın evinə gəlmişlər. O, evdən çıxıb gələn zaman yaşadığı evdən narkotik vasitələri ölçmək üçün götürdüyü elektron tərəzini və istifadə etmək üçün şüşə qabları, kəsmək üçün bıçağı da götürmüşdür. Orxanın yaşadığı evə gəldikdən sonra o, gətirdiyi şüşə borucuqları, 2 ədəd 1 manatlıq əskinazları və 1 ədəd 10 manatlıq əskinazı, elektron tərəzini, bir ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini çıxarıb taxtanın üzərinə qoyub hissələrə bölməyə başlamışdır. Həmin vaxt o, gətirdiyi metamfetamindən bir qədərini kağız falqanın üzərinə töküb yandıraraq hər üçü istifadə etmişdir. Gətirdiyi heroin və metamfetamindən hərəsindən bir büküm olmaqla Orxana vermişdir ki, istifadə etsin. Orxanda həmin bükümləri götürüb yataq otağına aparmışdır. Psixotrop maddədən istifadə etdikdən sonra, divana uzanıb istirahət edən zaman Şahin Orxanla birlikdə küçəyə çıxmışlar. Bir qədər sonra, onların polis əməkdaşları ilə birlikdə gəldiklərini görmüş və digər otağa keçib özünü yatmış kimi göstərmişdir. Polis əməkdaşları evə daxil olduqdan sonra narkotik vasitələri saxlamaqda şübhəli olduğunu bildirib şəxsi axtarış aparılacağını deyərək ona vəkil təqdim edilmiş, üzərində şəxsi axtarış aparıldıqdan sonra taxtanın üzərində olan narkotik vasitələrin və əşyaların kimə məxsus olduğunu soruşduqda, o, metamfetamini və heroini alıb gətirdiyini, həmçinin şüşə borucuqların, elektron tərəzinin, bıçağın ona məxsus olduğunu etiraf etmişdir. Aşkar olunan əşyalar elektron tərəzidə çəkildikdən sonra zərflərə qoyularaq qablaşdırılmışdır. Orxanın yaşadığı evə baxış keçirilən zaman, yataq otağında olan vazanın içərisində az əvvəl Orxana verdiyi bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa onun yataq otağında olan çarpayının üzərindəki döşəyin altından içərisində heroin məhlulu olan üç ədəd şpris və boş şüşə aşkar edilərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Quba RPŞnin CAB-də əməliyyatçı vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Quba rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövrüyyəsi ilə məşğul olması barədə əməliyyat aparatına daxil olmuş məlumatın yoxlanılması məqsədilə CAB-nin əməkdaşları Şahid2, Şahid1, PPXB-nin əməkdaşları Şahid4, Şahid5, Şahid6 və KTQ-nun baş inspektor-kriminalisti Fuad İslamovdan ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid8 Quba şəhəri, C.Cabbarlı küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmışlar. Təqsirləndirilən şəxs və Şahid8 narkotik vasitələri üzərində saxlamaqda şübhəli olması bildirilərək, hüquq və vəzifələri izah edilməklə Quba rayon Vəkil bürosunun vəkilləri Abusalat Şahmirzəyev və Müdafiəçi onlara təqdim edilmişdir. İlkin olaraq Şahid8 üzərində müdafiəçisi Abusalat Şahmirzəyevin iştirakı ilə şəxsi axtarış aparılmış. Axtarış zamanı Şahinin üzərində qanunla qadağan olunmuş heç bir əşya aşkarlanmamışdır. X2 üzərində müdafiəçisi Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunan əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və Şahid8 narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmələri və saxlamaları barədə soruşduqda, hər ikisi az əvvəl Orxanın yaşadığı evdə psixotrop maddə metamtefatimdən istifadə etdiklərini etiraf etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə olan tanışları Şahid7 onun evinə narkotik vasitə və psixotrop maddə gətirdiyini və hazırda həmin evdə olduğunu etiraf etmişdir. Bundan sonra, Orxanın razılığı ilə onun yaşadığı evə daxil olub orada olan Şahid7 şübhəli şəxs qismində saxlamışlar. Mirmehdinin yanındakı stulun üzərində olan taxtanın üstündə ayrı-ayrı hissələrə bölünmüş narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr, elektron tərəzi, bıçaq, şüşə borular və pul əskinazlarından düzəldilmiş borucuklar aşkar edilərək götürülmüşdür. Sorğu sual zamanı Şahid7 heroin və metamfetaminin eləcədə stulun üzərində olan əşyaaların ona məxsus olduğunu etiraf etmişdir. Şahid7 məxsus heroin və metamfetamin tərəzidə çəkildikdən sonra, zərflərə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs evinə baxış zamanı, Orxan yataq otağındaki qabın içərisində saxladığı bir büküm heroini və bir büküm metamfetamini təqdim edərək az əvvəl onları Mirmehdidən aldığını etiraf etmişdir. Bundan başqa Orxanın yaşadığı evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından içərisində heroin məhluluna bənzər üç ədəd şpris və bir ədəd boş şüşə aşkar edilərək götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları, Şahid1 və Şahid5 eyniməzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiklərini təsdiq etmişlər. İş üzrə təyin edilib keçirilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1002 saylı rəyindən görünür ki, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N67" dairəvi möhür əksi olan üzərində "Vət. Təqsirləndirilən şəxs.....üç ədəd şpris....” yazı və imzalar olan zərfdə 1 ədəd içərisində qəhvəyi rəngli izlər olan içi boş 5 ml həcmli şprisin, 1 ədəd içərisində qəhvəyi rəngli izlər olan içi boş 1 ml həcmli şprisin içərisində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Həmin zərfdə olan 1 ədəd üzərində heç bir göstəricisi olmayan şprisdə 0,6 ml həcmli qəhvəyi rəngli məhlul heroin məhlulu olub, heroinin təmiz çəkisi 0,009 qramdır. Üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinə və metamfetaminə oxşar kütlələr....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,160 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,156 qram ağ rangli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş ..... limon duzuna oxşar kütlə və dərman şüşəsi .....” yazı və imzalar olan zərfi açdıqda içərisində 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 4,170 qram ağ kristalşəkilli maddə narkotik vasitə və psixotrop maddələrə aid olmayan limon turşusudur. Həmin zərfdə olan 1 ədəd şüşə qabın içərisində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1). Metamfetamin 2005-cl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siayhı 1) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 0, 160 qram (6 №-li), tədqiqata sərf edilən ümumi miqdar - 0,05 qram, qalıq – 0,110 qram. Metamfetaminin təmiz çəkisi – 0.156 qram (7 №li obyekt), tədqiqata sərf edilən miqdar –0,02 qram, qalıq – 0,136 qram. Limon turşusunun təmiz çəkisi 4,170 qram, tədqiqata səf edilən miqdar – 0,05 qram, qalıq – 4,120 qram. Heroin məhlulu 0,6 ml, tədqiqata sərf edilən miqdar 0,3 ml, qalıq-0,3 ml. İş üzrə təyin edilib keçirilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1975 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində və yaşadığı Quba rayonu C.Cabbarlı küçəsi 102 saylı evdə şəxsi baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış aparılarkən yataq otağında olan qab şkafındakı vazanın içəsindən bir büküm narkotik vasitə heroin, bir büküm psixotrop maddə metamfetamin, yataq dəstinin üzərindəki döşəyin altından isə içərisində heroin məhlulu olan bir ədəd 0,6 ml həcmli şpris, içərilərində qəhvəyi rəngli narkotik vasitə heroin izləri olan içi boş bir ədəd 5 ml həcmli və bir ədəd 1 ml həcmli şprislər və içərisində narkotik vasitə heroin izləri olan bir ədəd şüşə qab aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Quba rayon məhkəməsinin hökmünün surətindən gürünür ki, Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına 2.4-cü bəndinə əsasən 17 noyabr 2021-ci il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 590 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, C.Cabbarlı küçəsi 102 saylı evdə qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022ci il tarixdə müvvəqqəti saxlama yerindən azad olunmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti alıtna vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutlduğu və 19 fevral 2022-ci il tarixdən 19 may 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət, cəmi 3 (üç) ay 1 (bir) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 saat üçün 36 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd CD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,110 qram olan heroin, 0,136 qram olan metamfetamin, 0,3 ml heroin məhlulu, 4,120 qram limon turşusu, 3 ədəd şpris və bir ədəd şüşə qab hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay müddət, ümumilikdə 3 (üç) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalından həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmasın. İş üzrə maddi sübut olan 2 ədəd CD disk iş materiallarında saxlanılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,110 qram olan heroin, 0,136 qram olan metamfetamin, 0,3 ml heroin məhlulu, 4,120 qram limon turşusu, 3 ədəd şpris və bir ədəd şüşə qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 06 (altı) iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Quba rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-99/2022
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-99/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver