Məhkəmə qərarları › İş №1(027)-99/2023

Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-99/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-99/2023 09.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Dövlət İttihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3, Onun müdafiəçisi – Müdafiəçi2 iştirakı ilə, xx xxxx 2003-cü il tarixdə Quba rayonu, Aşağı Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələrilə təqsirləndirilməsinə dair, xx xxxxxxxx 1991-ci il tarixdə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Zizik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə təqsirləndirilməsinə dair və 07 avqust 1995-ci il tarixdə Quba rayonu, Dəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, işləməyən, əvvəllər Quba rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, Quba rayonu, Dəlləkli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə 2022-ci ilin may ayında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Zərərçəkmiş şəxs sahiblik etdiyi Quba rayonu, Ağbil kəndi ərazisində yerləşməklə fəaliyyət göstərməyən 20 halıq yüngül sənaye təyinatlı köhnə tikili obyektin ərazisinə kilidli olmayan darvaza qapısından qanunsuz daxil olaraq oradan hər bir kiloqramının qiyməti 05 manatdan olmaqla 400 manat dəyərində olan 04 ədəd kisədə “metalalom” kimi toplanmış 80 kq çəkisi olan dəmir, mis və alüminium tərkibli metal materiallarını, daha sonra səhəri gün Təqsirləndirilən şəxs2 ilə Quba rayonu, Ağbil kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs sahiblik etdiyi fəaliyyət göstərməyən obyektdə eyni üsülla daxil olaraq hər bir kiloqramının qiyməti 05 manatdan olmaqla 375 manat dəyərində olan 04 ədəd kisədə “metalalom” kimi toplanmış 75 kq çəkisi olan dəmir, mis və alüminium tərkibli metal materiallarını ümummilikdə Zərərçəkmiş şəxsə məxsus 775 manat dəyərində ümumi çəkisi 155 kq olan 8 kisə mis və alüminium tərkibli metal materiallarını qizli yolla talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən talama məqsədilə 2022-ci ilin avqust ayında tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sahiblik etdiyi Quba rayonu, Ağbil kəndi ərazisində yerləşən 20 ha-lıq yüngül sənaye təyinatlı köhnə tikili obyektin ərazisinə kilidli olmayan darvaza qapısından qanunsuz daxil olaraq oradan hər bir kiloqramının qiyməti 02 manatdan olmaqla 400 manat dəyərində 01 ədəd 600 kv-lıq (keçmiş SSRİ istehsalı) transformatorun 200 kq çəkidə alüminium hissələrini, hər bir kiloqramının qiyməti 01 manatdan olmaqla hər biri 120 manat dəyərindəki ümumi çəkisi 240 kq olan 02 ədəd (keçmiş SSRİ istehsalı) “Dvijok” adlanan generatora aid mühərrik cihazlarını, hər bir kiloqramının qiyməti 05 manatdan olmaqla 475 manat dəyərində 04 ədəd kisədə “metalalom” kimi toplanmış 95 kq çəkisi olan dəmir, mis və alüminium tərkibli metal materiallarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1115 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə 2022-ci ilin may ayında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Zərərçəkmiş şəxs sahiblik etdiyi Quba rayonu, Ağbil kəndi ərazisində yerləşməklə fəaliyyət göstərməyən 20 halıq yüngül sənaye təyinatlı köhnə tikili müəssisəsinin ərazisinə kilidli olmayan darvaza qapısından qanunsuz daxil olaraq oradan hər bir kiloqramının qiyməti 05 manatdan olmaqla 400 manat dəyərində olan 04 ədəd kisədə “metalalom” kimi toplanmış 80 kq çəkisi olan dəmir, mis və alüminium tərkibli metal materiallarını, daha sonra Təqsirləndirilən şəxs1 ilə Quba rayonu, Ağbil kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs sahiblik etdiyi fəaliyyət göstərməyən obyektdə eyni üsülla daxil olaraq hər bir kiloqramının qiyməti 05 manatdan olmaqla 375 manat dəyərində olan 04 ədəd kisədə “metalalom” kimi toplanmış 75 kq çəkisi olan dəmir, mis və alüminium tərkibli metal materiallarını ümumilikdə Zərərçəkmiş şəxs məxsus 775 manat dəyərində ümumi çəkisi 155 kq olan 8 kisə mis və alüminium tərkibli metal materiallarını qizli yolla talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3, talama məqsədilə 2022-ci ilin avqust ayında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs sahiblik etdiyi Quba rayonu, Ağbil kəndi ərazisində yerləşən 20 ha-lıq yüngül sənaye təyinatlı köhnə tikili müəssisəsinin ərazisinə kilidli olmayan darvaza qapısından qanunsuz daxil olaraq oradan hər bir kiloqramının qiyməti 02 manatdan olmaqla 400 manat dəyərində 01 ədəd 600 kv-lıq (keçmiş SSRİ istehsalı) transformatorun 200 kq çəkidə alüminium hissələrini, hər bir kiloqramının qiyməti 01 manatdan olmaqla hər biri 120 manat dəyərindəki ümumi çəkisi 240 kq olan 02 ədəd (keçmiş SSRİ istehsalı) “Dvijok” adlanan generatora aid mühərrik cihazlarını, hər bir kiloqramının qiyməti 05 manatdan olmaqla 475 manat dəyərində 04 ədəd kisədə “metalalom” kimi toplanmış 95 kq çəkisi olan dəmir, mis və alüminium tərkibli metal materiallarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1115 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2022-ci ilin əvvəllərində iş axtararkən Quba rayonu Ağbil kəndi ərazisində yerləşən fermaya oxşar mişar daşından hasarla əhatəli və iki yerdə dəmir darvazaları olan obyektə gəlmişdir. Obyektin qapılarının örtülü olsa da bağlı olma qıfılanmadığını, heç kim tərəfindən mühafizə olunmadığını, obyektin sahəsində köhnə və pəncərələri olmayan tikililər olmasını, tikililərin içində köhnə və işləməyən dəzgahlar və “metalalom” kimi yığılmış dəmir-metal əşyalar olmasını aşkar etmişdir. Sonra ona məlum olmuşdur ki, obyektin sahibi olan milliyətcə yəhudi şəxs Rusiyada yaşayır və Qubaya gəlib-getmir. 2022-ci ilin may ayında bu barədə əvvəllər fəhləlik etdiyi tanışı Ruslana bildirmiş və Ruslana oradan dəmir-metal materialları onunla birlikdə oğurlayıb satmağı təklif etmişdir. Ruslan razılaşdıqdan sonra, Ruslanın idarə etdiyi “Vaz 2107 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişlər. Darvazanın bağlı olmamasından istifadə edərək obyektə daxil olduqda, köhnə tikilinin kənarında hər birinin tutumu təxminən 20 kq olan kisələrə toplanmış dəmir-metal, mis və alüminium əşyaları diqqətlərini cəlb etmişdir. Kisələrdən 04 ədədini Ruslanın maşınına yükləyib satmaq üçün Ağbil kəndi ərazisində yerləşən “pirin” olduğu yerə aparmışlar. Orada əslən Xudat şəhərindən olan və metalalom alqı-satqısı ilə məşqul olan Camal adlı şəxsi görüb özlərinə məxsus “metalalom” olduğunu bildirərək, oğurladıqları kisələrdəki dəmir-metal, mis, alüminium əşyalarını Camala göstərmişlər. Camal həmin kisələri tərəzidə çəkərək ümumi çəkisinin 80 kq təşkil etməsini müəyyən edib onlara həmin kisələrdə olan metal qırıntıları üçün cəmi 28 manat pul vermişdir. Kisələri Camalın avtomobilinə yükləyib onu yola saldıqdan sonra, həmin puldan 18 manatını özünə götürmüş, Ruslana isə 10 manat vermişdir. Səhəri gün, 2022-ci ilin may ayında onlar yenə Ruslanın idarə etdiyi “Vaz 2107” markalı **-KK-*** qeydiyyat nişanlı avtomaşında Quba rayonu Ağbil kəndində olan həmin obyektin ərazisinə getmişlər. Ruslan darvazanın bağlı olmamasından istifadə edərək onu açıb oradan həmin obyektin sahəsinə daxil olmuş, üzərində altı-açıq köhnə tikilinin kənarında xırda-xırda doğranaraq toplanmış dəmir-metal, mis və alüminium əşyalarla dolu kisələrdən cəmi 04 ədədini yenə onun maşınına daşıyıb yükləyərək onları Quba rayon Ağbil kəndinə aparıb həmin kisələrdə olan 75 kq metal qırıntılarını 24 manata Camala satıb əldə etdikləri 24 manat pulu bərabər şəkildə bölmüşlər, bölmüşlər. 2022-ci ilin may ayında o, Ruslanın vasitəsilə Quba rayonu Dəlləkli kəndində yaşayan Tahir adlı şəxslə tanış olmuşdur. 2022-ci ilin avqust ayında Tahirə, Quba rayonu Ağbil kəndi ərazisində yerləşən həmin fəaliyyət göstərməyən obyekt və onun sahəsində olan yarımtikililərdə çox sayda “matorlar” və dəmir-metal materiallar olmasından danışmış, ona bu materialları birlikdə oğurlayıb sataraq pul qazanmağı təklif etmişdir. Tahir onunla razılaşdıqdan sonra, 2022-ci ilin avqust ayında ikisi də Ağbil kəndindəki həmin obyektin olduğu yerə gəlmişlər. Oraya getdikdə özləri ilə balta götürmüşlər və darvaza qapısının bağlı olmamasından istifadə edərək içəriyə daxil olmuşlar. Həmin obyektin sahəsində dolaşıb aynaları sınmış yarımtikilinin içərisinə girərək oradakı köhnə, işləməyən transformatorun alüminium hissələrini və 02 ədəd generator mühərrikin cihazlarını oğurlamaq qərarına gəlmişlər. Sonra özlərində olan balta ilə transformatorda olan alüminium hissələrini doğrayıb həmin obyektin sahəsindən tapdıqları 04 ədəd kisəyə yığmışlar. Mühərriklər isə ağır olduğundan onları doğraya bilməyib ayrıca götürmüşlər. Bundan başqa, obyektin ərazisində altı-açıq tikilidə qalmış və bir yerə yığılmış içərisində dəmir-metal, mis, alüminium əşyalar toplanmış 04 ədəd kisələri də götürüb obyektin qapısının ağzına çıxartmışlar. Oğurladıqları əşyaları daşımaq üçün onlara maşın lazım olduğu üçün Tahir taksi fəaliyyəti ilə məşqul olan Sənan adlı tanışına zəng edib onu həmin obyektin olduğu yerə çağırmışdır. 15-20 dəqiqədən sonra Sənan idarə etdiyi VAZ 2106 markalı avtomobillə obyektin qarşısına gəlmişdir. Onlar Sənana oğurluq etmələri barədə məlumat vermədikləri üçün Sənan onların oğurluq etmələrindən şübhələnməyərək 8 kisəyə yığılmış metal qırıntılarını və iki ədəd generator matorunu maşınına yükləyib Xaçmaz rayonunun Qusarçay kəndində fəaliyyət göstərən metal qəbulu məntəqəsinə aparmağa razılıq vermişdir. Bundan sonra onlar oğurladıqları 8 kisə melal qırıntılarını və 2 ədəd generatoru Sənanın idarə etdiyi avtomaşına yükləyib Xaçmaz rayonu Qusarçay kəndinə getmişlər. Metal qəbulu məntəqəsində işləyən adını sonradan öyrəndiyi Rövşən adlı şəxs onların kisələrdə apardıqları metalları tərəzisində çəkdikdə transformatorun alüminium hissələri 200 kq, iki ədəd mühərrik cihazları hər biri 120 kq, diğər dəmir-metal, mis və aluminum qırıntıların olduğu 04 ədəd kisə isə 95 kq olması müəyyən edilmişdir. Rövşən çəkilmiş əşyaları “metalalom” kimi qiymətləndirib onlara cəmi 245 manat pul vermişdir. Oğurladıqları dəmirmetal əşyaların satışından əldə etdikləri 245 manat puldan 30 manat taksi fəaliyyəti ilə məşqul olan Sənana yol pulu verib qalan pulu öz aralarında bölmüşlər. Metal alqı satqısı ilə məşqul olan Camal və Rövşən adlı şəxs satdıqları metalalomun oğurluq olması barədə məlumatları olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əmlindən peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, O, 2022-ci ilin may ayında Nihadla tanış olmuş və Nihad ona Quba rayon Ağbil kəndi ərazisində yerləşən yiyəsiz və fəaliyyət göstərməyən obyekt olmasını bildirmişdir. Obyekti sahibinin yəhudi olduğunu, rayonda yaşamadığını və obyektin uzun müddət fəaliyyətsiz olduğunu, ərazisində çoxlu sayda dəzgah və dəmir-metal material gördüyünü söyləyib bu obyektin ərazisindən dəmir-metal materialları onunla birlikdə oğurlayıb satmağı təklif etmişdir. Onun pula ehtiyacı olduğu üçün Nihadla oğurluq etmək barədə sonuncunun təklifi ilə razılaşmış, sonra onun idarə etdiyi “Vaz 2107” markalı **-KK-*** qeydiyyat nişanlı avtomaşında Ağbil kəndindəki həmin obyektin olduğu yerə getmişlər. O və Nihad obyekt darvazasının bağlı olmamasından istifadə edərək onun sahəsinə daxil olmuşlar. Orada üzərində altı-açıq, köhnə tikilinin kənarında xırda-xırda doğranaraq kisələrə toplanmış dəmir-metal, mis və aluminum əşyaları diqqətlərini cəlb etmişdir. Kisələrin hər birinin tutumu təxminən 20 kq olmuşdur. İdarə etdiyi avtomobilinin yük yerinə yalnız 04 ədəd kisə yerləşdiyi üçün onlar həmin gün işərisində dəmirmetal qırıntıları olan 4 ədə kisəni onun maşınına yükləyib metal qırıntılarını satmaq üçün Quba rayonunun Ağbil kəndi ərazisində getmişlər. Kənddə olan pirin yanında onlar respublikanın şimal bölgəsində kəndlərə gedərək metal əhalidən metal yıgan Camal adlı şəxsi görüb özlərində satılıq “metalalom” olduğunu ona bildirmişlər. Camal adlı şəsx kisələrdə olan metal qırıntılarına baxdıqdan sonra, həmin metalalomu almaq istədiyini bildirdikdə, razılaşmışlar. Bundan sonra Camal onların oğurladıqları kisələri tərəzidə çəkdikdə hər bir kisə 20 kq metal qırıntısı olması müəyyən olunmuşdur. Həmin vaxt Camal onlar cəmi 28 mant pul vermişdir. Pulu aldıqdean sonra, onlar Camala sabah yenidən Ağbil kəndində olacaqsa əlavə metalalom satmaq istədiklərini bildirmişlər. Həmin vaxt Camal onlara bildirmişdir ki, bir neçə gün Ağbil kəndinin mərkəzində yerləşən pirin yaxınlığında əhalidən metal yığacaq. Əldə etdikləri 28 manat puldan 18 manatı Nihad özünə götürmüş, qalan 10 manat isə ona vermişdir. Bundan sonra o, səhəri gün Nihadla birlikdə idarə etdiyi “Vaz 2107” markalı **-KK-*** qeydiyyat nişanlı avtomaşınla yenidən həmin obyektə gedib oradan dəmir-metal, mis və alüminium əşyalarla dolu kisələrdən 04 ədədini maşınının yük yerinə yığıb Quba rayonu Ağbil kəndi ərazisindəki “pirin” yanına gələrək həmimn vaxtı orada metal qəbul edən Camala satmışlar. Oğurladıları 4 ədəd kisə ümumilikdə 75 kq olmuşdur. Camal onlara 4 kisə metalalomun müqabilində 24 manat pul vermişdir. Əldə etdikləri 24 mant pulu Nihadla aralarında bölmüşlər. İstər həmin gün istərsədə ondan əvvəlki gün Camal onlardan metalalom alarkən həmin kisələrdə olan metalalomun oğurluq olmasını bilməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 əmlindən peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2022-ci ilin avqust ayında əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 Quba rayonun Ağbil kəndi ərazisində yerləşən fəaliyyət göstərməyən obyekdən metalalom oğurlayıb sataraq pul qazanmağı təklif etmişdir. O Nihadla razılaşdıqdan sonra, Quba rayonunun Ağbil kəndindəki həmin obyektin olduğu yerə gəlmişlər. Obyektin giriş qapısının bağlı olmamasından istifadə edərək onlar obyektin ərazisinə daxil olmuşlar. Həmin obyektin sahəsində dolaşıb aynaları sınmış yarımtikilinin içərisinə girərək oradakı köhnə, işləməyən transformatorun alüminium hissələrini və iki ədəd generator mühərriki cihazlarını oğurlamaq qərarına gəlmişlər. Sonra özlərində olan balta ilə transformatorun alüminium hissələrini doğrayıb həmin obyektin sahəsindən tapdıqları 04 ədəd boş kisəyə yığmışlar. Mühərriklər isə ağır olduğundan onları doğraya bilməyib ayrıca götürmüşlər. Sonra obyektin ərazisində altı-açıq tikilidə bir yerə yığılmış içərisində dəmir-metal, mis, alüminium əşyalarla toplanmış 04 ədəd kisələri də götürüb obyektin kiriş qapısının ağzına çıxartmışlar. Oğurladıqları əşyaları daşımaq üçün maşın lazım olduğu üçün o, taksi fəaliyyəti ilə məşqull olan Sənan adlı tanışına zəng edib onu həmin obyektin qarşısına çağırmışdır. Bir müddət sonra, Sənan idarə etdiyi VAZ 2106 markalı avtomobilində obyektin qarşısına gəlmişdir. Bundan sonra, onlar həmi obyektdən oğurladıları içərisində aliminium, dəmir və digər metal qırıntıları olan 8 kisəni və iki ədəd generator mühərrikini Sənanın avtomaşınına yükləyib Xaçmaz rayonu, Qusarçay kəndinəndə fəaliyyət göstərən metal qəbulu məntəqəsinə getmişlər. Metal qəbulu məntəqəsində fəhlə işlyən adını sonradan öyrəniyi Rövşən adlı şəxsə yaxınlaşıb özlərinə məxsus olan metal qırıntılarını və iki ədəd mühərriki satmaq istədiklərinin billdirmişlər. Rəvşən onların apardıqları kisərdə olan metal qırıntılarını və ki ədəd mühhərrikə baxdıqdan sonra həmin malların oğurluq olmamasını onlardan soruşduqdan sonra almaq istədiyini ollara bildirmişdir. Bundan sonra, Rövşən kisələrdə olan metal qırıtılarını tərəzidə çəkdikdə 4 ədəd kisədə olan transformatorun alüminium hissələrinin 200 kq, 2 ədəd mühərrik cihazlarının hər biri 120 kq, 4 ədə kisədə olan dəmir-metal, mis və alüminium qırıntılarının isəm 95 kq olması müəyyən olunmuşdur. Rövşən ümumi olaraq onlar onlara 245 manat pul vermişdir. Nihad əldə olunmuş puldan 30 manatı taksi pulu kimi Sənana, 70 manatı ona qalan pulu isə özünə gütürmüşdür. Onların oğurluq etmələrindən Sənanın və Rövşənin məlumatı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 əmlindən peşiman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsinin xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da, Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün məhkəmə iclaslarına gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəmənin rəsmi mail ünvanına məktubla müraciət edərək, məhkəmə iclasına gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315.2-ci maddəsini rəhbər tutaraq məhkəmə baxışının zərər çəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Quba rayonu Ağbil kəndi ərazisində, ailəsinə məxsus 20 ha-lıq sahəsi olan yüngül sənaye obyekti vardır. Həmin obyekt, təxminən 20 il bundan əvvəl fəaliyyətini dayandırmışdır. Rəsmi sənədlərlə həmin obyekt atası Yuriy Rabayevin adına olsa da, sonuncu yaşlı və xəstə olduğundan, eləcə də İsrailin Xayfa şəhərində yaşadığından qeyd olunan obyektə gedib gələ bilmir. Bu səbəbdən də, atası etibarnamə əsasında həmin obyektə aid mülkiyyətini onun sahibliyinə vermişdir. Daim Rusiya Federasiyasında yaşadığı üçün Quba rayonuna az-az gəlib-gedir. O, Ağbil kəndindəki obyektə baxmağı X9 tapşırmışdır. 2023-cü ilin fevral ayından ona məlum oldu ki, həmin obyektin ərazisinə müxtəlif vaxtlarda bir qrup şəxslər girməklə oradan metal qırıntıları kimi kisələrdə bir yerə yığılmış dəmir-metal, alüminium, mis əşyaları və “Dvijok adlanan generatorun 02 ədəd mühərrik cihazlarını oğurlamışlar. Oğurluq nəticəsində ona böyük məbləğdə maddi ziyan dəymişdir. Obyektə nəzarət edən Cəfərdən oğurluq olunması barədə məlumat aldıqdan sonra, Cəfərə tapşırmışdır ki, Quba RPŞ-nə gedib yazılı ərizə versin. Quba rayon polis şöbəsində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus olan obyektdən oğurluq edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adlı şəxslərdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, milliyətcə yəhudi olan Zərərçəkmiş şəxs Quba rayon Ağbil kəndi ərazisində yerləşən yüngül sənaye təyintlı obyektinə nəzarət atməklə məşğul olur. Həmin obyekt əvvəllər fabrika kimi fəaliyyət göstərmişdir. Orada müxtəlif çeşidli mebel əşyalar təmir olunmuşdur. Obyekt 20 il olar ki, fəaliyyət göstərmir. Onun sahibi Zərərçəkmiş şəxs cox vaxt Rusiya Federasiyası Moskva şəhərində yaşayır. Obyektin iki ədəd darvazası olmaqla, ərazisi mişar daşlarında tikilmiş hasarla əhatə olunmuşdur. Hər gün olmasa da vaxtaşırı həmin obyektə gedərək nəzarət etmişdir. Bir müddət qabaq Eduardın tapşırığı ilə həmin yerdə ümumi iməçlik işləri görmüş və oradakı xırda dəmir, metal, mis və alüminium əşyalarını bir yerə toplayıb altıaçıq tikilinin yanında 12 ədəd ayrı-ayrı kisələrə yığaraq səliqə səhman yaratmışdır. 02 fevral 2023-cü il tarixdə obyektdə baxmağa getdikdə görmüşdür ki, darvazanın qıfılı qırılmışdır. Oradan oğurluq olmasından şübhələnərək Quba rayon polis şöbəsinə məlumat vermişdir. Obyektin ərazisini gəzib nələrin oğurlandığını yoxlamağa başlayanda yalnız diqqətini, ərazinin altı-açıq tikilisində 12 ədəd kisələrə toplanmış dəmir-metal əşyaların olmadığı cəlb etmişdir. Onda bilmişdir ki, onları oğurlayıblar. Sonradan ona məlum olmuşdur ki, obyektin ərazisində olan tikilinin içərisindəki transfarmatorun təqribən 200 kq çəkidə alüminium hissələri və iki ədəd hər birisi 120 kq olan generator mühərriki də oğurlanmışdır. Nəticə də həm 01 ədəd transformator, həm də 02 ədəd generatorlar sıradan çıxmışdır. İlkin araşdırma zamanı ona məlum oldu ki,obyektdən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3dur. O, həmin şəxsləri tanımır. Əvvəllər onların obyektə gəlib-getdiklərini müşahidə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki özünə məxsus “Vaz 2106” markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin avqust ayında əvvəllərində Tahir adlı tanışı ona zəng edib bildirmişdir ki, ona və bir nəfər tanışına Ağbil kəndi ərazisində yerləşən köhnə, işləməyən obyektdən dəmir əşyalar daşımaq üçün maşın lazımdır. Həmin vaxtı Tahir onu taksi kimi çağırmışdır ki, gəlib onları aparsın. Tahirlə danışdıqdan təxminən 15-20 dəqiqə sonra o, idarə etdiyi avtomobillə Tahirin olduğu yerə getmişdir. Həmin yerə çatıb görmüşdür ki, Tahir və adını sonradan öyrəndiyi Nihad adlı şəxs onu çağrıldığı obyektin giriş qapısının qarşısında gözləyirlər. Həmin vaxtı onların yanında yerdə bir neçə ədəd içi dolu kisə və iki ədəd mator olmuşdur. Həmin vaxt Tahir ona bildirmişdir ki, kisələrin içində dəmir-metal əşyalar var və onlar həmin metal qırıntılarını “metalalom” kimi yığıblar. Həmin vaxt o, Nihad adlı şəxs bildirmişdir ki, “obyekt onun qohumunundur və oraya baxmağı da qohumu ona tapşırıbdır”. Tahiri əvvəldən tanıdığı üçün onlara inanıb həmin kisələri və matorları müəyyən pul məbləğində Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən metal qəbulu məntəqəsinə aparmağa razılıq vermişdir. Bundan sonra Tahir və Nihad həmin kisələri və ikin ədəd mühərriki onun idarə etdiyi avtomaşının yük yerinə və salonuna yükləmişlər. Sonra o, onların sifarişləri əsdasında onları Xaçmaz rayonunun, Qusarçay kəndində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Tahir və Nahid onun maşınında apardıqları kisələrdəki metal qırıntılarını və iki ədəd mühərriki həmin məntəqədə işləyən şəxsə satmışlar. Nihad zəhmət haqqı olaraq ona 30 manat pul vermişdir. Sonradan Quba rayon polis şöbəsində çağırıldıqda ona məlum olmuşdur ki. Tahirlə Nihad oğurluq etmişlər. Onun Tahirgilin oğurluq əşyalar aparmasından xəbəri olmamışdır. Tahirlə Nihad həmin obyektdən oğurluq etmişər. O, oğurluq etməmiş və həmin obyektin ərazisinə də girməmişdir. Yalnız taksi xidməti göstərib Tahir və Nihadın yükünü metal qəbulu məntəqəsinə aparmışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki o. Xaçmaz rayonu Xudat şəhərində yaşamaqla yanaşı ozünə məxsuss olan avtomaşınla respublikanın müxtəlif rayon və şəhərlərinə gedərək əhalidən metalalom qəbul edib metal qəbulu məntəqələrinə sataraq ailəsini dolandırır. 2022-ci ilin may ayında Quba rayonu Ağbil kəndi ərazisində olarkən Quba rayon sakini Nihad adlı tanışı və adını sonradan bildiyi Ruslan adlı şəxs ona yaxınlaşaraq onlarda metal qırıntıları olduğu bildirərək həmin qırıntıları metalalom kimi qəbul etməyi ondan xahş etmişlər. Onların təklifi ilə razılaşaraq Ruslanın idarə etdiyi VAZ 2107 markalı avtomaşının yük yerində olan dörd ədəd kisənin içərisində olan xırdalanmış dəmir-metal, mis, alüminium qırıntılarını almağa razılıq vermişdir. O, həmin kisələri tərəzi də çəkdikdə kisələrdə olan metal qırıntılarının ümümi çəkisi 80 kq olmasını müəyyən etmişdir. O, həmin vaxt hesablayıb metal qırıntıları üçün Nihada 28 manat pul ödəmişdir. Pulu verdikdən sonra, Nihad və Ruslan ona bildirmişlər ki, sabahda eyni qaydada metal qırıntıları gətirib satacaqlar. Səhəri günü Quba rayonunun Ağbil kəndinin ərazisində olan pirin yaxınlığında olarkən Nihad və Ruslan sonuncunun idarə etdiyio avtomaşınla yenidən ona 4 kisə metal qırıntıları gətirib satmışlar. Onların ikinci dəfə gətirdikləri metal dörd kisə metal qırıntılarının ümümi çəkisi 75 kq olmuşdur. 75 kq metal qırıntısı üçün o, Nihada 24 manat pul vermişdir. Nihad və Ruslanın ona satdıqları metal qırıntılarının oğurluq olması barədə onun məlumatə olmamışdır. Sonradan Quba rayon polis şöbəsinə çağırıldıqda ona məlum olmuşdur ki, Nihad və Ruslanın ona satdıqları metal qırıntıları oğurluq olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir İş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 25 aprel 2023-cü il tarixli 9/2084 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş şəraitdə 2021-ci ilin may və 2022-ci ilin avqust aylarına olan dövrə, hər bir kiloqramının qiyməti 02 manatdan olmaqla 01 ədəd 600 kv-lıq (keçmiş SSRİ istehsalı) transformatorun 200 kq-lıq çəkidə alüminium hissələrinin (alüminium qırıntısı kimi) orta bazar qiyməti 400 manat, hər bir kiloqramının qiyməti 01 manatdan və hər birisinin çəkisi 120 kq-lıq olan 02 ədəd (keçmiş SSRİ istehsalı) “Dvijok adlanan generatora” aid mühərrik cihazlarının (istifadəyə yararlı olub-olmaması məlum deyil) orta bazar qiyməti 240 manat, hər bir kiloqramının qiyməti 05 manatdan olmaqla 12 ədəd kisədə “metalalom” kimi toplanmış 250 kq-lıq çəkisi olan dəmir, mis və aluminum tərkibli metal materiallarının orta bazar qiyməti cəmi 1250 manat təşkil edir və onların ümumi dəyəri isə hesablama yolu ilə 1890 manat müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə saxlanc yerlərinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs əmlakını təkrarən gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrilə nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs kimi saxlanc yerlərinə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs əmlakını gizli talamaqla Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların qeyd edilən cinayət əməllərini törətmələri öz etirafedici ifadələrilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəməəmtəəşunaslıq ekspertizasının rəyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər subutlara tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri qeyd edilən maddələrlə düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişlər, Təqsirləndirilən şəxs3 isə əvvəllər Quba rayon məhkəməsinin 20 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Quba rayon İcra və Probasiya şöbəsinin 04 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Qub arayon məhkəməsinin təyin etdiyi qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasını cəzasını tam çəkdiyi üçün xx.xx.2023-cü ildə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarında olan Quba rayon İcra hakimiyyəti Başçısının Aşağı Atuc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 85 №-li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Quba rayonu Aşağı Atuc kəndində pasport qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur İş materiallarında olan X5 xx.xx.2009-cu il tarixli xəstəlik tarixindən görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X1 iflic diaqnozu qoyulmuşdur. İş materiallarında olan Quba rayon İcra hakimiyyəti Başçısının Vladimirovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həmin nümayəndəliyin inzibati ərazisindəki Quba rayonunun Dəlləkli kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən məlumatdan göründüyü kimi, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı iki azyaşlı övadı vardır. İş materiallarında olan “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 qardaşı X8 “Fizulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Quba rayon İcra hakimiyyəti Başçısının Alekseyevka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixl arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həmin nümayəndəliyin inzibati ərazisindəki Quba rayonunun Zizik kəndində qeydiyyatda olmaqla hazırda həmin kənddə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Quba rayon məhkəməsinin rəsmi mail ünvanına yazmış olduğu ərizədən görünür ki o, təqsirləndirilən şəxsləri bağışlamışdır və onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onların əməllərindən səmimi peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərər çəkmiş şəxin onlara qarşı şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı övladlarının olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailəyə yeganə qazanc gətirən şəxs olmalarını, Təqsirləndirilən şəxs1 qardaşının serebral iclic xəstəsi olması, Təqsirləndirilən şəxs3 qardaşının Vətən müharibəsi iştirakçısı olmasını və onların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 17.2.2-ci və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq, onların cəmiyyətdən təcrid edilmədən islah olunmalarını mümkün hesab edərək, onlara ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. İş materiallarında olan şübhəli şəxsin tutulmaları haqqında 18 fevral 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs kimi tutulmuş, barələrində Quba Rayon Məhkəməsinin 20 fevral 2023cü il tarixli qərarları ilə həbs etmənin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə, Quba Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə, Quba Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarında olan Quba rayon prokurorunun 18 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev qustaqlığı qətimkan tədbirinin müddəti bitdiyi üçün onların barələrində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduqları, həbsdə və ev dustaqlığında olduqları cəmi 03 ay müddət müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla onlara təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasının təyin ediləcəyi nəzərə alınmalı və barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatına görə 30 (otuz) manat, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğin Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, hökmün icrası Quba rayon İcra və Probasiya şöbəsnə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və müsadirə olunası əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə olduğu və ev dustaqlığında olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Quba rayonu və Qusar rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə olduğu və ev dustaqlığında olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Quba rayonu və Qusar rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu, həbsdə olduğu və ev dustaqlığında olduğu 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Quba rayonu və Qusar rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 05:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 30 (otuz) manat və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla, 5 (beş) iş saatına görə 30 (otuz) manat dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar