Azərbaycan Respublikası adından HÖKM Quba şəhəri İş № 1(027)-99/2024 01.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi – Quba rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1973-cü ildə Quba rayonu Rük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu Rük kəndində qeydiyyatda olan və Quba rayonu Zərdabi qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə onu Xaçmaz X1 işləyən vəzifəli tanışı olmasına inandıraraq həmin komisiya vasitəsilə azyaşlı oğlunun adına əlillik dərəcəsi düzəltmək adı ilə yalan vədlər verməklə Zərərçəkmiş şəxs1 aldadadıb Quba şəhərində yerləşən “Oskar Hotel” adlanan mehmanxananın ərazisində ondan 2023-cü ilin fevral ayının əvvəllərində 1700 manat, 2023-cü ilin mart ayının əvvəllərində 300 manat və 2023-cü ilin iyun ayında Quba şəhərində yerləşən bazar ərazisində 100 manat olmaqla ümumilikdə 2100 manat pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə onu Xaçmaz X1 işləyən vəzifəli tanışı olmasına inandıraraq həmin komisiya vasitəsilə sonuncunun adına əlillik dərəcəsi düzəltmək adı ilə yalan vədlər verməklə onu aldadadıb Quba şəhərində yerləşən “Oskar Hotel” adlanan mehmanxananın ərazisində ondan 06 fevral 2023-cü il tarixdə 2500 manat pul vəsaitini alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə onu Xaçmaz X1 işləyən vəzifəli tanışı olmasına inandıraraq həmin komisiya vasitəsilə sonuncunun adına əlillik dərəcəsi düzəltmək adı ilə yalan vədlər verməklə onu aldadadıb Quba şəhərində yerləşən “Oskar Hotel” adlanan mehmanxananın ərazisində ondan 18 fevral 2023-cü il tarixdə 1500 manat pul vəsaitini alıb ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 onun bacısı Zabitənin və sonuncunun əri Mübarizin vasitəsilə tanışmışdır. 2023-cü ilin fevral ayininin əvvəllərində İftixar onunla Quba şəhərində yerləşən “Oskar hotel” adlı mehmanxanada görüşmüşdür. Söhbət zamanı İftixar ona azyaşlı oğlu Əmraha astma xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi düzəltmək istədiyini bildirdikdə, pula ehtiyacı olduğu üçün sonuncunu aldatmaq qərarına gəlmişdir. Həmin vaxt o, İftixara Xaçmaz şəhərində yerləşən X1 tanışının işlədiyini bildirib, oğluna əlillik dərəcəsi verilməsi üçün ondan bu işin həlli müqabilində özünə 3000 manat pul istəmişdir. Həmin vaxt İftixar 3000 manatı birdəfəlik düzəltməsinin mümkün olmayacağını bildirdikdə o İftixarı yola gətirmək üçün 1700 manat qabaqcadan verməsinin vacib olduğunu bildirib, pulun qalanın hissə-hissə verməsi şərti ilə onunla razılaşmışdır. Bir neçə gündən sonra, 2023-cü ilin fevral ayının əvvəllərində “Oskar hotel” mehmanxanasında onunla təkrar görüşüb istədiyi 1700 manatı ona vermişdir. Bir müddət sonra o, İftixara zəng ederek ona pulun qalanın hissəsini də verməsini tələb etmişdir. Bundan bir müddət sonra, yəni 2023-cü ilin mart ayının əvvəllərində İftixar onunla “Oskar hotel” mehmanxanasında görüşərək 300 manat ona vermişdir. Həmin pulu İftixardan alarkən 2023-cü ilin iyun ayına kimi oğlunun əlillik dərəcəsi alması ilə bağlı işini yoluna qoyacağına söz vermiş, ondan sonra yerdə qalan 1000 manat pul da verməli olacağını bildirmişdir. 2023-cü ilin iyun ayı olduqda isə o, İftixarla telefonda danışanda onu arxayın edib demişdir ki, “işin düzəlibdir, hər şey hazırdır. Uzağı iki günə əlillik dərəcəsi alması ilə bağlı ona sənəd çatmalıdır”. Lakin həmin sənədi götürməsi üçün Bakıya getməsi lazımdır, buna görə ona əlavə 100 manat verməsini istəmişdir. Bundan sonra 2023-cü ilin iyun ayının ortalarında Quba şəhərində bazar ərazisində İftixarla görüşərək istədiyi 100 manatı da İftixardan götürmüşdür. Bununla da İftixarın azyaşlı oğluna əlillik dərəcəsi düzəltmək adı ilə ondan 2023-cü ilin fevral ayından iyuna ayına kimi ümumilikdə 2100 manat məbləğində pul almışdır. Hələ, 2023-cü ilin fevral ayının əvvəllərində İftixar, onu yeznəsi Fəxrəddinlə və qaynatası Elmanla da tanış etmişdir. İlkin olaraq İftixar onu Quba şəhərində yerləşən Mədəniyyət evinin yaxınlığındakı çayxanada Fəxrəddinlə görüşdürüb ona da əlillik dərəcəsi düzəltməsinə köməklik etməsini xahiş etmişdir. Həmin görüş zamanı o, Fəxrəddinə də X1 işləyən tanışı vasitəsilə əlillik dərəcəsi düzəltməyi həll etməyə söz vermiş və bu işində həll olunması müqabilində də sonuncudan ona 3000 manat “hörmət” etməsini istəmişdir. Axırda Fəxrəddinlə belə razılaşmışdır ki, sonuncu “2500 manatını qabaqcadan versin. Qalanını sonra versə də olar”. 06 fevral 2023-cü il tarixdə, saat 11 radələrində “Oskar hotel” mehmanxanasında Fəxrəddinlə görüşdüklərində ondan 2500 manat almışdır. Bundan sonra İftixar, 2023-cü ilin fevral ayında asma xəstəsi olan qaynatası Elmanı da əlillik dərəcəsi düzəltməsi üçün “Oskar hotel” mehmanxanasında onunla görüşdürmüşdür. O, Elmanla danışdıqda onun xəstəliyinin real olduğuna əmin olub sonuncunun işinin yüngül həll oluna biləcəyini söyləyərək X1 işini düzəltməsi müqabilində isə ondan 1500 manat verməsini istəmiş, elə həmin günü Elman “Oskar hotel” mehmanxanasının çayxanasında ona 1500 manat vermişdir. Elmanın pulunu aldıqda da, onun işini 2023-cü ilin iyun ayına kimi yoluna qoymağa söz vermişdir. Sonrakı dövrdə, o həmin şəxslərdən aldığı pulları öz ehtiyacları üçün xərcləyib qurtarmışdır. Fəxrəddin və Elman ondan pullarını geri istədikdə bir müddət pullarını qaytaracağı bəhanəsi ilə onları yola versə də bir gün ona məlum olmuşdur ki, həmin şəxslər onun barəsində quba rayon polis şöbəsinə şikayət etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən peşiman olduğunu bildirərək, məhkəmə istintaqı zamanı vurmuş olduğu maddi ziyanın bir qismini, yəni ümumilikdə 2000 min manat olmaqla 800 manatı Zərərçəkmiş şəxs1, 500 manatı Zərərçəkmiş şəxs2, 700 manatı Zərərçəkmiş şəxs3 ödəməsini bildirərək məhkəmədən ona yüngül, cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin dekabr ayında bacısının vasitəsi ilə ona övladı üçün əlillik dərəcəsi almaqda köməklik göstərməyə söz vermiş Mahir adlı şəxsə tanış olmuşdur. Oğlu Əmrah asma xəsətəliyindən əziyyət çəkdiyi üçün sonuncuya əlillik dərəcəsi düzəltmək üçün o, 2023-cü ilin fevral ayininin əvvəllərində Mahirlə telefonda danışıb onunla Quba şəhərində yerləşən “Oskar hotel” adlı mehmanxanada görüşmüşdür. Həmin görüş zamanı yanlarında başqa adam olmamışdır. İkisi söhbət edərkən Mahir ona əlillik dərəcəsi verilən Xacmaz şəhərində yerləşən Regional Tibb Komissiyasında həkim işləyən Pərviz adlı qohumunun işlədiyini, onun vasitəsilə əlillik dərəcəsinin alınması ilə bağlı işləri həll edə biləcəyini bildirərək ondan bu işin həlli müqabilində 3000 manat pul istəmişdir. Lakin Mahir onun işini həll edəcəyi Pərviz adlı qohumu barədə danışmış olsa da, sonuncunun familyası, harada yaşaması və hansı vəzifə tutması barədə heç nə bildirməmişdir. Buna baxmayaraq danışıqları zamanı Mahirə istədiyi 3000 manatı birdəfəlik düzəltməsinin mümkün olmayacağını söyləmişdir. Həmin vaxtı Mahir onu yola gətirmək üçün heç olmasa 1700 manat pulunun qabaqcadan verməsinin zəruri olduğunu ona söyləmiş, “pulun qalanını isə sonra da hissə-hissə versə olar” deyə ona dedikdə Mahirlə razılaşmışdır. Bir neçə gündən sonra, 2023-cü ilin fevral ayının əvvəllərində Mahirlə həmin “Oskar hotel” mehmanxanasında görüşüb ona 1700 manat pul vermişdir. Həmin dövrdə yəni, 2023-cü ilin fevral ayının əvvəllərində yeznələri Fəxrəddinlə görüşəndə ona Mahirin vasitəsilə oğluna əlillik dərəcəsi düzəltmək istəyindən və Mahirə pul verdiyindən danışdıqda Fəxrəddində özünə əlillik dərəcəsi düzəltmək istəyini bildirərək onu da Mahirlə tanış etməsini xahiş etmişdir. Bundan sonra, 2023-cü ilin fevral ayının əvvəllərində o, yeznələri Fəxrəddini Quba şəhərində yerləşən Mədəniyyət evinin yaxınlığındakı çayxanada Mahirlə görüşdürmüşdür. Həmin görüş zamanı Mahir, Fəxrəddini dinlədikdən sonra, ona da Xaçmaz şəhərində yerləşən X1 işləyən qohumunun vasitəsilə əlillik dərəcəsi almaqda köməklik göstərəcəyini bildirib həmin işin həlli üçün Fəxrəddindən 3000 manat pul istəmişdir. Bir qədər söhbət etdikdən sonra, Mahir Fəxrəddinlə belə razılaşmışdır ki, sonuncu ondan istənilən pulun “2500 manatını qabaqcadan versin. Qalanını sonra versə də olar”. Bundan sonra, 06 fevral 2023-cü il tarixdə, saat 11 radələrində “Oskar hotel” mehmanxanasında o, Fəxrəddinlə birlikdə Mahirlə görüşmüş və onun yanında Fəxrəddin ona əlillik dərəcəsi düzəltmək üçün 2500 manat pul vermişdir. Pulu aldıqdan sonra, Mahir Fəxrəddinə uzağı 3-4 aya əlillik dərəcəsi ala biləcəyinə söz vermişdir. Bir neçə gündən sonra, Mahir onun telefonuna zəng edərək ona verməli olacağı pulun qalanını da düzəldib gətirməsini istəmişdir. Telefon danışığından sonra 2023-cü ilin mart ayının əvvəllərində “Oskar hotel” mehmanxanasında Mahirlə təklikdə görüşərək ona daha 300 manat məbləğində pul vermişdir. Pulu aldıqdan sonra, Mahir uzağı 2023-cü ilin iyun ayına kimi oğlunun əlillik dərəcəsi alması ilə bağlı işini yoluna qoyacağına söz vermiş, ondan sonra yerdə qalan 1000 manat pul da verməli olacağını bildirmişdir. 2023-cü ilin iyun ayı olduqda o, Mahirlə telefonda danışanda sonuncu onu arxayın edib demişdir ki, “işin düzəlibdir, hər şey hazırdır. Uzağı iki günə ona sənəd çatmalıdır”. Lakin həmin sənədin götürmək üçün Bakı şəhərinə getməsi lazımdır, buna görə ona əlavə 100 manat verməsini istəmişdir. Bundan sonra 2023-cü ilin iyun ayının ortalarında Quba şəhərində bazar ərazisində Mahirlə görüşərək təklikdə ona istədiyi 100 manatı da vermişdir. Bununla da o, azyaşlı oğluna əlillik dərəcəsi düzəltmək adı ilə Mahirə 2023-cü ilin fevral ayından iyuna ayına kimi ümumilikdə 2100 manat məbləğində pul vermişdir. Bundan başqa o, 2023-cü ilin fevral ayında asma xəstəsi olan qaynatası Elmana da əlillik dərəcəsi düzəltməsi üçün “Oskar hotel” mehmanxanasında Mahirlə Elmanı tanış etmişdir. Mahir qaynatası Elmanın işinin yüngül həll oluna biləcəyini söyləyərək X1 işləyən vəzifəli tanışı vasitəsilə sonuncunun işini düzəltməsi müqabilində isə ondan 1500 manat verməsini istəmiş, həmin günü qaynatası Elman onun yanında “Oskar hotel” mehmanxanasının çayxanasında Mahirə 1500 manat pul vermişdir. Pulu Elmandan aldıqdan sonra, Mahir onun işini 2023-cü ilin iyun ayına kimi yoluna qoymağa söz vermişdir. Lakin 2023-cü ilin iyun ayının axırlarında o, yeznələri Fəxrəddin və qaynatası Elman ayrı-ayrılıqda Mahirlə telefonda danışaraq işləri ilə maraqlandıqda sonuncu onları yola verməyə başlamış, müxtəlif bəhanələr gətirməklə işlərini yoluna qoyacağını bildirmişdir. Axırda hər biri Mahirin onları aldatdığını anladığından pullarını ondan geri istəmişlər. Lakin Mahir onların pullarını qaytarmadığından ondan şikayət etmişlər. Bundan başqa Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, yeznəsi Fəxrəddini və qaynatası Elmanı Mahirlə o tanış etsə də sonuncunun onları axırda aldatmaq niyyətini qabaqcadan bilməmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 800 manat hissəsi ödənildiyini, qalan 1300 manat hissəsi ödənilmədiyini bildirib ona qanunla nəzətdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. 2023-cü ilin fevral ayının əvvəllərində qaynı İftixarla söhbət edərkən sonuncu ona Mahir adlı tanışının vasitəsi ilə oğluna əlillik dərəcəsi düzəltmək istədiyini bildirdikdə, özünə əlillik dərəcəsi almaq istədiyini bildirərək onu da Mahirlə tanış etməsini xahiş etmişdir. Bundan sonra, 2023-cü ilin fevral ayının əvvəllərində qaynı İftixarl Quba şəhərində yerləşən Mədəniyyət evinin yaxınlığındakı çayxanada Mahirlə onun görüşdürmüşdür. Həmin görüş zamanı Mahir, onu dinlədikdən sonra, ona da Xaçmaz şəhərində yerləşən X1 işləyən qohumunun vasitəsilə əlillik dərəcəsi almaqda köməklik göstərəcəyini bildirib həmin işin həlli üçünondan 3000 manat pul istəmişdir. Bir qədər söhbət etdikdən sonra, Mahirlə belə razılaşmışdır ki, lazım olan 3000 manat pulun 2500 manat hissəsini əvvəlcədən ona versin qalan məbləği isə iş həll olunduqdan sona oan versin. Mahir onunla razılaşdıqdan sonra, 06 fevral 2023-cü il tarixdə, saat 11 radələrində “Oskar hotel” mehmanxanasında o, İftixarla birlikdə Mahirlə görüşüb onun yanında əlillik dərəcəsi düzəltmək üçün Mahirə 2500 manat pul vermişdir. Pulu aldıqna sonra Mahir ona bildirmişdir ki, 2023-cü ilin iyun ayına kimi onun işi həll olunacaq. Lakin deyilən vaxt çatsada Mahir əlillik dərəcəsi almaq üçün ona hər hansı bir köməklik göstərməmişdir. Mahirdən verdiyi pulu qaytarmağı tələb etsədə Mahir müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra, aldadıldığını başa düşüb Mahirin barəsində Quba rayon polis şöbəsinə ərizə yazmışdır. Mahir onunla bərabər qaynı İftixarı və sonuncunun qaynatası Elmanı da aldadıb onlardan da pul almışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 500 manat hissəsinin ödənildiyini, maddi ziyanın qalan 2000 manat hissəsi ödənilmədiyini bildirib ona qanunla nəzətdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs qızının əri Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Belə ki o, 2023-cü ilin fevral ayında İftixarla söhbət edən zaman sonuncu ona Mahir adlı tanışının vasitəsi ilə oğluna, yəni onun nəvəsi Əmraha əlillik dərəcəsi düzəltmək istədiyini bildirdikdə, özünündə asma xəstəliyindən əziyyət çəkdiyi üçün əlillik dərəcəsi almaq istədiyini bildirərək onu da Mahirlə tanış etməsini İftixardan xahiş etmişdir. Bundan təxminən bir iki gün sonra, yəni 18 fevral 2023-cü il tarixdə İftixar onu Quba şəhərində yerləşən “Oskar hotel” mehmanxanasında Mahirlə görüşdürmüşdür. Mahir onu dinləyib həqiqətəndə asma xəstəliyyindən əziyyət çəkdiyini öyrəndikdən sonra, onun işinin yüngül həll oluna biləcəyini söyləyərək Xaçmaz şəhərində yerləşən X1 işləyən qohumunun vasitəsilə onun işini düzəldəcəyini, bu işin həlli üçün ondan 1500 manat pul istəmişdir. İstənilən məbləğ uyğun olduğu üçün o, həmin vaxt İftixarın yanında Mahirə 1500 manat pul vermişdir. Pulu aldıqdan sonra Mahir onun işini 2023-cü ilin iyun ayına kimi yoluna qoymağa söz vermişdir. Lakin 2023-cü ilin iyun ayının axırlarında o, Mahirlə telefonda danışaraq işləri ilə maraqlandıqda sonuncu onu yola verməyə başlamış, müxtəlif bəhanələr gətirməklə işlərini yoluna qoyacağını bildirmişdir. Həmin vaxtlar ona məlum olmuşdur ki, Mahir İftixarın vasitəsi ilə tanış olduğu sonuncunun qohumu Fəxrəddini də aldadıb onada əlillik dərəcəsi almaqda köməklik göstərəcəyini vəd verib ondan 2500 manat məbləğində pul almışdır. Axırda onlar Mahirin onları aldatdıqlarını başa düçüb verdikləri pulu ondan geri istəmişlər. Lakin Mahir onların pullarını qaytarmadığından ondan şikayət etmişlər. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın 700 manat hissinin ödənildiyini, maddi ziyanın qalan 800 manat hissəsinin ödənilmədiyini bildirib ona qanunla nəzətdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mehbalı oğlu ifadəsində göstərmişdir ki, Quba rayon sakini Təqsirləndirilən şəxs təxminən iki il olar ki tanıyır. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt qızı Zabitəyə əlillik dərəcəsi almaq üçün ona öz məsləhətləri ilə köməklik etmişdir. Qaynı Zərərçəkmiş şəxs1 da həmin məsələni bildiyi üçün, oğlu Əmraha əlilik dərəcəsi almaq üçün onun vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Mahir qaynı İftixarın uşağına əlillik dərəcəsinin verilməsində köməklik göstərəcəyinə vəd verib ondan 2100 manat məbləğində pul almışdır. İttiham aktının siyahısında şahid kimi göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Şahid2 ifadəsi məhkəmədə elan olunan zaman məlum oldu ki o,Şahid1 Mehbalı oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndiriləni, zərərçəkmiş şəxsləri və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafından başqa, zərərçəkmiş şəxslərlərin ifadələri, şahid ifadələri və məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə iqtidarında olmadığı işi görəcəyi ilə bağlı yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxslərdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə mümkün qədər çox məbləğdə pul şəklində əmlaklarını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərdən pul vəsaitini ələ keçirməklə, o, təkrarən dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə maddi ziyan vurmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxsnın barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Quba RİHB-nın Rük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2024-cü il tarixli arayış və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu Rük kəndində qeydiyyatda olmaqla Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli səmimi etiraf edib, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və vurmuş olduğu maddi ziyanın bir qismini zərərçəkmiş şəxslərə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. 58.3-cü maddəsinə görə “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. 41.2-ci maddəsinə əsasən “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”. 58.1-ci maddəsinin tələblərindən görünür ki, “cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, “məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər”. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalır. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hazırki cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilindiyi üçün ona bu əməlin törədilməsi əlaqədar mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 800 manatın, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 500 manatın və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 700 manatın ödənilməsi nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 1300 (bir min üç yüz manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, 2000 (iki min manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və 800 (səkkiz yüz manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə tutulmalıdır. Mülki iddialar qalan hissədə təmin edilməməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Quba rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Quba rayon Vəkil Bürosunun hesabına (H/h AZ62İBAZ********************, VÖEN: **********, Bank rekvizitləri: ABB Quba filialı, VÖEN: **********, Kod: 805476) köçürülsün. Hökmün icrası Quba rayon polis şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 1300 (bir min üç yüz manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, 2000 (iki min manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və 800 (səkkiz yüz manat) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə tutulsun. Mülki iddialar qalan hissədə təmin edilməsin. Müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(027)-99/2024
Quba Rayon Məhkəməsi Hökm — İş №1(027)-99/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver