Məhkəmə qərarları › İş №1(028)-1/2022

Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-1/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-1/2022 02.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçisi –Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi X3 iştirakları ilə 03.08.1984-cü ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, İran İslam Respublikası, Ərdəbil şəhəri, 17-ci küçə, Xiyabani Madi, ev 67 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd sellofan paketdə, təmiz çəkisi 30,132 qram, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd sellofan paketdə, təmiz çəkisi 4,017 qram, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, 1 ədəd sellofan paketdə, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,160 qram təşkil edən, üzərində ddp/M20 göstəricisi olan 8 həb və tərkibindəki alprazolam psixotrop maddəsinin təsiredici maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edən üzərində “Alprazolam 1mg” göstəricisi olan 2 həb əldə etmiş, içərisində həşiş qətranı olan sellofan paketi idarə etdiyi “Benz Axor” markalı, 66AA203/66AA204 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasının çöl tərəfində yan hissədə yerləşən, əşya qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerində olan şalvarın sağ yan cibində, içərisində tiryək olan sellofan paketi nəqliyyat vasitəsinin salonunda cihazlar panelinin orta hissəsində yerləşən kül qabında, içərisində metadon və alprazolam həbləri olan sellofan paketi isə sürətlər qutusunun yanındakı vizitkart qabının içərisində yerləşdirib saxlamış, daşımış və 11 mart 2022-ci il tarixdə saat 20 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Qubadlı rayonu ərazisində yerləşən “Qubadlı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Qubadlı” gömrük postunda nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı qeyd olunan psixotrop maddə və narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ərdəbil şəhəri, 17-ci küçə, Xiyabani Madi, ev 67 ünvanında yaşayır. Təxminən 8 ildir ki, sürücü kimi işləyir. 3 il olar ki, İran İslam Respublikasının Aslandüz şəhərində yaşayan X8 məxsus olan “Benz Axor” markalı, 66AA203/66AA204 qeydiyyat nişanlı yük avtomobilini idarə edir və aylıq olaraq ******* İran rialı məvacib alır. Belə ki, Kiumərs sifariş əsasında başqa-başqa şirkətlərə və şəxslərə məxsus olan yükləri özünə aid olan yük nəqliyyat vasitəsinə yükləyir və sürücü kimi həmin yükləri təyin olunmuş ünvana çatdırır. Kiumərsin tapşırığı əsasında yükləri ancaq Ermənistan Respublikasına aparmışdır.7 mart 2022-ci il tarixdə Ermənistan Respublikasının İrəvan şəhərinə aparmaq üçün İran İslam Respublikasının Bəndərabas şəhərindən şüşə istehsal etmək üçün avadanlıq yükünü yükləmişdir. Təxminən 1 il olar ki, mütəmadi olaraq narkotik vasitə hesab olunan tiryəkdən, həşişdən, o cümlədən metadon və alprazolam həblərindən istifadə edir. Tiryəki adi qaydada yaxud çaya qarışdırıb udmaqla, həşişi yandırıb çəkməklə istifadə edir. Metadon və alprazolam həblərini isə yuxusu gəlməməsi üçün atmışdır. Bu səbəbdən də İran İslam Respublikasının Bəndərabas şəhərində olan zaman şəxsi istifadəsi üçün tanımadığı bir şəxsdən 200000 İran rialına narkotik vasitə tiryək, həşiş, o cümlədən metadon və alprazalom həblərini almışdır. Ancaq narkotiki aldığı zaman nə onu satmış şəxsin, nə də başqa digər şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni nəqliyyat vasitəsini idarə edən zaman özüylə Azərbaycana aparacağından xəbəri olmamışdır. Aldıqlarını özündə saxlamış, Azərbaycana gələrkən yolda olan zaman tiryəkdən bir dəfə istifadə etmişdir. İranda olan zaman sərhədi keçməzdən əvvəl şəffaf sellofan paketdə qablaşdırılmış tiryəki avtomobilin kabinində ön cihazlar panelinin orta hissəsində yerləşən kül qabında, şəffaf sellofan paketdə qablaşdırılmış 8 ədəd metadon həblərini və üzərində “Alprazolam 1mg” yazısı olan 2 ədəd həbi isə avtomobilin salonunda sürətlər qutusunun yanında olan qəhvəyi rəngli vizitkart qabının içərisində, şəffaf sellofan paketdə qablaşdırılmış narkotik vasitə həşişi isə avtomobilin kabininin çöl tərəfində yan hissədə yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olan mazuta bulaşmış şalvarın sağ yan cibində yerləşdirmişdir. 11.03.2022-ci il tarixdə saat təxminən 16-17 radələrində idarə etdiyi “Benz Axor” markalı, 66AA203/66AA204 qeydiyyat nişanlı yük avtomobili ilə “Qubadlı” gömrük postundan gömrük nəzarətindən keçərkən gömrük əməkdaşları idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermiş, cavabında onlara avtomobilində gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Ancaq gömrük əməkdaşları şübhələndikləri üçün avtomobili yoxlayacaqlarını bildirib gözləməyini bildirmişlər. Bir neçə saat gözlədikdən sonra avtomobil yoxlanılmış və yoxlama zamanı avtomobilin kabininin çöl tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olan mazuta bulaşmış şalvarın cibində qoyduğu şəffaf sellofan paketdə qablaşdırılmış təqribi çəkisi 4 qram təşkil edən qəhvəyi rəngli həşiş qətranı aşkar edilmiş, nə olduğu soruşulanda bərk həyəcanlı olduğundan hətta çaşıb tiryək olduğunu demişdir. Bundan sonra yoxlama davam etdirilmiş, avtomobilin salonunda - sürətlər qutusunun yanında olan qəhvəyi rəngli vizitkart qabının içərisində qoyduğu, şəffaf selofan paketdə qablaşdırılmış, üzərində “ddp/M20” nişanəsi olan 8 metadon həbləri və üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyindəki 2 ədəd alprazolam həbləri, habelə avtomobilin kabinində ön cihazlar panelinin orta hissəsində yerləşən kül qabına qoyduğu şəffaf sellofan paketdəki təxminən 30 qram tiryək aşkar edilmişdir. Sonda aşkar edilmiş psixotrop maddə və narkotik vasitələr gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra onu və həmin aşkar olunmuş maddələri Cənub Ərazi Baş Gömrük İdarəsinə gətirmişlər. Orada hal şahidlərinin iştirakı ilə həmin maddələrə baxış keçirilmiş, maddələrin çəkisi dəqiqləşdirilmiş və yenidən qablaşdırılmış, sonda yenə protokol tərtib olunmuşdur. Qeyd olunan maddələri İran İslam Respublikasının Bəndərabas şəhərində şəxsi istifadəsi üçün əldə etmiş, həmin maddələrin qadağan olunduğunu bildiyi üçün gömrük nəzarətinə bəyan etməmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 2010-cu ildən etibarən gömrük orqanlarında xidmət edir. 2022-ci ilin mart ayından etibarən Qubadlı gömrük postuna ezam olunaraq xidmətini orada davam etdirmişdir. Həmin postda xidməti İran İslam Respublikasından tranzit qaydada keçməklə Ermənistan Respublikasına gedən yük nəqliyyat vasitələrinə gömrük baxışını həyata keçirməkdən ibarətdir. 11 mart 2022-ci il tarixdə Qubadlı gömrük postunda adi qaydada xidmətdə olduğu zaman təxminən saat 20 radələrində İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Benz Axor” markalı, 66AA203/66AA204 qeydiyyat nişanlı yük avtomobili sərhəd nəzarət yoxlamasından keçərək gömrük nəzarəti zonasına daxil olmuş, adi qaydada sürücüyə yaxınlaşaraq özünü təqdim edib hansı yükü aparmasını soruşmuşdur. Sürücü danışanda onun azərbaycan dilində sərbəst danışdığını görmüşdür. Adı Hojjat olan sürücü mal-müşayiət sənədlərini təqdim edərək Ermənistana şüşə məməmulatlarının hazırlanması üçün nəzərdə tululmuş avadanlıq-dəzgah apardığını demişdir. Sənədləri nəzərdən keçirib yoxladıqdan sonra sürücüdən şifahi qaydada sorğu-sual edərək apardığı yükün içərisində, habelə idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli olan əşyaların, həmçinin narkotik vasitə, psixotrop maddə olubolmadığını soruşmuşdur. Həmin vaxt Hojjat həyəcanlanaraq nə apardığı yükdə, nə də ki maşında mütləq bəyan edilməli olan, habelə narkotik vasitə yaxud psixotrop maddələr olmadığını demişdir. Hojjatın qəfil həyəcanlanması və özünü itirməsi idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən keçirilməsi qadağan edilmiş predmet ola biləcəyi barədə şübhə yaratmış, bu səbəbdən də nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmişdir. Hojjata idarə etdiyi nəqliyyat vasitəsinin yanında gözləməyi tapşırıb baxış keçirilməsində kömək göstərilməsi üçün Biləsuvar gömrük postuna telefonla məlumat vermişdir. Təxminən 3 saat sonra Biləsuvar gömrük postundan əməkdaşlar gəlmişdir. Hojjata Gömrük Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edərək onun idarə etdiyi nəqliyyat vasitəsinə videoçəkilişdən istifadə etməklə inspektor Şahid1 iştirakı ilə baxış keçirməyə başlamışdır. Yoxlama zamanı avtomobilin kabininin çöldən sürücü tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olan mazuta bulaşmış şalvarın sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan şəffaf selofan paketdə qablaşdırılmış təqribi çəkisi 4 qram təşkil edən qəhvəyi rəngli narkotik vasitə həşişə oxşar maddə aşkar edilmişdir. Bundan sonra yoxlama davam etdirilmiş və avtomobilin kabinindən - sürətlər qutusunun yanında olan qəhvəyi rəngli vizitkart qabının içərisində gömrük nəzarətinə bəyan olunmayan, şəffaf selofan paketdə qablaşdırılmış cəmi 8 ədəd, üzərində “ddp/M20” nişanəsi olan, açıq qəhvəyi rəngli dairəvi formalı həblər və üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd mavi rəngli həb, avtomobilin kabinində cihazlar panelinin orta hissəsində yerləşən kül qabının içərisindən isə gömrük nəzarətinə bəyan olunmayan şəffaf sellofan paketdə qablaşdırılmış təqribi çəkisi 30 qram təşkil edən tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Baxış zamanı Hojjat özü şəxsən aşkar edilmiş həşiş qətranı, tiryək narkotik vasitələri, habelə metadon və alprazolam həblərini şəxsi istifadəsi üçün İranda olan zaman əldə etdiyini və istifadə etməsi məqsədilə götürdüyünü demişdir. X11 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Benz Axor” markalı, 66AA203/66AA204 nömrə nişanlı yük avtomobilindən aşkar olunmuş tiryəkə və həşişə oxşar maddələr, üzərində “ddp/M20” nişanəsi olan 8 ədəd və üzərində “Alprazolam 1mg” yazısı olan 2 ədəd həbləri götürərək xüsusi qablaşdırma vasitəsi olan, 206183 nömrəli polietilen paketdə qablaşdırmış, faktla əlaqədar tərtib etdiyi sənədləri və aşkar edilmiş predmetləri sürücü Hojjatla birlikə araşdırmanın davam etdirilməsi məqsədilə təhqiqat bölməsinə təqdim etmişdir. Mazuta bulaşmış şalvar həqiqətən də nəqliyyat vasitəsinin sürücü tərəfində olan əşya qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerində aşkar edilmiş, sadəcə olaraq nəqliyyat vasitəsini yoxlamağa başlamazdan qabaq avtomobil ilə qarşı-qarşıya dayanıb qeydiyyat nişanını qeyd edərək yoxlamaya başladığı üçün ona görə sürücü tərəf sağında qaldığından həmin yer müvafiq olaraq sənədlərdə də sağ tərəf kimi qeyd edilmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2018-ci ildən etibarən gömrük orqanlarında xidmət edir. 2022-ci ilin mart ayından etibarən Qubadlı gömrük postuna ezam olunaraq xidmətini orada davam etdirmişdir. Həmin postda xidməti İran İslam Respublikasından tranzit qaydada keçməklə Ermənistan Respublikasına gedən yük nəqliyyat vasitələrinə gömrük baxışını həyata keçirməkdən ibarətdir. 11 mart 2022-ci il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Qubadlı gömrük postunda adi qaydada xidmətdə olduğu zaman təxminən saat 20 radələrində İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Benz Axor” markalı, 66AA203/66AA204 qeydiyyat nişanlı yük avtomobili sərhəd nəzarət yoxlamasından keçərək gömrük nəzarəti zonasına daxil olmuşdur. Həmin vaxt Şahid2 sürücüyə yaxınlaşaraq onunla şifahi qaydada sorğu-sual etməyə başladı.Bir müddətdən sonra Şahid2 onu çağırıb dedi ki, sürücü özünü çox şübhəli aparır və maşına baxış keçirmək lazımdır.Bu məqsədlə Şahid2 sürücüyə idarə etdiyi nəqliyyat vasitəsinin yanında gözləməyi tapşırıb baxış keçirilməsində kömək göstərilməsi üçün Biləsuvar gömrük postuna telefonla məlumat vermişdir. Təxminən 3 saat sonra Biləsuvar gömrük postundan əməkdaşlar gəlmişdir. Hojjata Gömrük Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edərək onun idarə etdiyi nəqliyyat vasitəsinə videoçəkilişdən istifadə etməklə onun iştirakı ilə baxış keçirməyə başlamışdır. Yoxlama zamanı avtomobilin kabininin çöldən sürücü tərəfində yerləşən əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə olan mazuta bulaşmış şalvarın sağ yan cibindən gömrük nəzarətinə bəyan olunmayan şəffaf selofan paketdə qablaşdırılmış təqribi çəkisi 4 qram təşkil edən qəhvəyi rəngli narkotik vasitə həşişə oxşar maddə aşkar edilmişdir. Bundan sonra yoxlama davam etdirilmiş və avtomobilin kabinindən - sürətlər qutusunun yanında olan qəhvəyi rəngli vizitkart qabının içərisində gömrük nəzarətinə bəyan olunmayan, şəffaf selofan paketdə qablaşdırılmış cəmi 8 ədəd, üzərində “ddp/M20” nişanəsi olan, açıq qəhvəyi rəngli dairəvi formalı həblər və üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd mavi rəngli həb, avtomobilin kabinində cihazlar panelinin orta hissəsində yerləşən kül qabının içərisindən isə gömrük nəzarətinə bəyan olunmayan şəffaf sellofan paketdə qablaşdırılmış təqribi çəkisi 30 qram təşkil edən tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Baxış zamanı Hojjat özü şəxsən aşkar edilmiş həşiş qətranı, tiryək narkotik vasitələri, habelə metadon və alprazolam həblərini şəxsi istifadəsi üçün İranda olan zaman əldə etdiyini və istifadə etməsi məqsədilə götürdüyünü demişdir. X11 Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Benz Axor” markalı, 66AA203/66AA204 nömrə nişanlı yük avtomobilindən aşkar olunmuş tiryəkə və həşişə oxşar maddələr, üzərində “ddp/M20” nişanəsi olan 8 ədəd və üzərində “Alprazolam 1mg” yazısı olan 2 ədəd həbləri götürərək xüsusi qablaşdırma vasitəsi olan polietilen paketdə qablaşdırmışdır.Faktla əlaqədar Şahid2 protokol tərtib etmiş və o, həmin protokol ilə tanış olub imza etmişdir. Tərtib edilmiş sənədləri və aşkar edilmiş predmetləri sürücü Hojjatla birlikə araşdırmanın davam etdirilməsi məqsədilə təhqiqat bölməsinə təqdim edilmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 16.03.2022-ci il protokoldan və DVD diskdən görünür ki, “Qubadlı” gömrük postunda nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı video kamera vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu DVD disk “HP” markalı komputerə daxil edilib baxıldıqda məlum olur ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Benz Axor” markalı, 66AA203/66AA204 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı kabinanın çöl tərəfində yan hissədə yerləşən, əşya qoyulması üçün nəzərdə tutulmuş saxlanc yerindəki şalvarın sağ yan cibində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd şəffaf sellofan paketdə narkotik vasitə həşiş qətranına oxşar maddə, nəqliyyat vasitəsinin salonunda, sürətlər qutusunun yanındakı vizitkart qabının içərisində gömrük nəzarətinə bəyan olunmayan, 1 ədəd şəffaf sellofan paketdə ddp/M20 göstəricisi olan 8 həb və üzərində “Alprazolam 1mg” göstəricisi olan 2 həb, cihazlar panelinin orta hissəsində yerləşən kül qabında isə gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd şəffaf sellofan paketdə narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilib götürülmüşdür. Bundan sonra aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddəyə Cənub Ərazi Baş Gömrük İdarəsinin inzibati binasında baxış zamanı video kamera vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu DVD disk “HP” markalı komputerə daxil edilib baxıldıqda məlum olur ki, narkotik vasitələr və psixotrop maddə 206183 nömrəli xüsusi qablaşdırma vasitəsi olan sellofan paketdə qablaşdırılmışdır. Həmin sellofan paket açıldıqda paketin içərisində 3 ədəd şəffaf sellofan paketlərin olduğu görülmüş, 1-ci paketdə qəhvəyi rəngli narkotik vasitə həşişə oxşar maddənin, 2-ci paketdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddənin, 3-cü paketdə isə 8 ədəd üzərində ddp/M20 nişanəsi olan açıq qəhvəyi rəngli dairəvi formalı həblərin və üzərində “Alprazolam 1mg” yazısı olan konvalyut kəsiyində 2 ədəd mavi rəngli həbin olduğu məlum olmuş, 1 və 2-ci paketdə olan maddələr elektron tərəzidə çəkilmiş və 1-ci paketdə olan qəhvəyi rəngli narkotik vasitə həşişə oxşar maddənin təqribi çəkisinin 4(dörd) qram, 2-ci paketdə olan tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddənin isə təqribi çəkisinin 30 (otuz) qram təşkil etdiyi müəyyən edilmiş, yekunda qeyd edilən narkotik vasitələr və psixotrop maddə 206184 nömrəli sellofan paketdə təkrar qablaşdırılmışdır.Bundan sonra videoçəkiliş dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 6 yanvar 2021-ci il tarixli qərzrında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır.Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar.Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, GM-nin 82.5-ci maddəsi və sair ). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12.03.2022-ci il tarixli, 7/246 №-li məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş şəffaf polietilen paketi 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 4,017 qram, olan maddə (bitki mənşəli kütlə) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranıdır. Qeyd: Həşiş qətranının təmiz çəkisi – 4,017 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq 3,997 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12.03.2022-ci il tarixli, 6/1445 №-li materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 206184 №-li bir ədəd polietilen paketdəki bir ədəd bükümdə təmiz çəkisi 30,132 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 8 ədəd üzərində “ddp/M20” göstəricələri olan açıq qəhvəyi rəngli dairəvi formada dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram təşkil edir. Bir ədəd üzərində “Alprazolam 1 mg” göstəricisi olan blister kəsiyində iki ədəd mavi rəngli dərman həbinin əsas təsiredici maddəsi alprazolamdır və həmin həblərin tərkibində alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,002 qram təşkil edir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazısındə dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Alprazolam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazısındə dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İİİ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxs tərəfindən verilmiş 18.04.2022-ci il tarixli, 1889 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş əməliyyat Statistika İnfarmasitya İdarəsindən daxil olmuş 15.03.2022-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan 12 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.03.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəza ilə onun islah olunmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinin tələbinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarmaya dair Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmçinin Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli azadlığı faktiki olaraq məhdudlaşdırılmış gündən, yəni 11 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab Z34CTRE ********************) keçirilməlidir. Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində iş üzrə maddi sübut kimi saxlanılan, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalmış həşiş qətranın 3,997 qram hissəsi, 30,032 qram hissəsi, 7 metadon həbi və 1 alprazolam həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində secilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə dövlət hesabına müdafiəçinin ayrılması barədə Qubadlı Rayon Məhkəməsinin 13.05.2022-ci il tarixli (İş № 1 (028)- 1/2022) qərarını icra edərək, 24.05.2022-ci il tarixli 807/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə taniş olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 04 (dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-cu maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma dörə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək məqsədi ilə ona dövlət hesabına tərcüməçinin ayrılması barədə Qubadlı Rrayon Məhkəməsinin 13 may 2022-ci il tarıixli qərarına əsasən X4 tərcüməçi təyin edilmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, tərcümə üçün 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 99.1-ci maddəsinə əsasən tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Azərbaycan Respublikası CPM-nin 195.1-ci maddəsinə əsasən tərcüməçi tərəfindən görülən işin haqqı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə - Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimidir. Azərbaycan Respublikası CPM-nin 195.2-ci maddəsinə əsasən bu Məcəllənin 195.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda haqq tərcüməçi tərəfindən hesabat təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir. “Müdafiəçılərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 195.1-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət mühakimə icraatı zamanı tərcüməçi tərəfindən görülən işin haqqı bu iş cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə, hər iş saatı üçün 0,35 manat məbləğində müəyyən edilmişdir. Göstərilən tərcüməyə dörə cəmi 1,05 manat dövlət büdcəsindən tutularaq ("xxxx" ASC-nin Korporativ Bankçılıq, Hesablaşma hesabı AZ29AİİB********************, A.S.A. SANAN İBRAHİMOV MAHAMMADALİ, Kart hesabı ********************) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinsin və 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 (dörd) il 6 (altı) altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisələrində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsində iş üzrə maddi sübut kimi saxlanılan, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalmış həşiş qətranın 3,997 qram hissəsi, 30,032 qram hissəsi, 7 metadon həbi və 1 alprazolam həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməklə, azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra tətbiq edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab Z34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs X1nun göstərdiyi 03 (üç) saat tərcümənin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən tərcüməyə görə cəmi 1,05 (bir,05 ) manat dövlət büdcəsindən tutularaq ("xxxx" ASC-nin Korporativ Bankçılıq, Hesablaşma hesabı AZ29AİİB********************, A.S.A. SANAN İBRAHİMOV MAHAMMADALİ, Kart hesabı ********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar