Məhkəmə qərarları › İş №1(028)-1/2023

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №1(028)-1/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(028)-1/2023 13.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində etibarnamə və sürücülük hüququ əsasında idarə etdiyi “UAZ-3962” markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qubadlı rayonu, Xanlıq kəndi ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni hərəkətin iştirakçıları üçün hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında yerinə yetirməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, bunlara riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, nəticədə “UAZ-3962” markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan sağ bazu oynağının çıxığı, sağ bazu sümüyü başının qapalı sınığı, sol diz nahiyyəsinin səthi əzilmiş yarası xəsarətləri alaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuş, bununla da o, ehtiyyatsızlıqdan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir. Azad adlı dostu özünün şəxsi istifadəsində olan “UAZ-3962” markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini ona sürə bilmək üçün etibarnamə əsasında vermişdir. Sürücülük vəsiqəsi də vardır.Qeyd etdiyi nəqliyyat vasitəsini Azad adlı dostunun tapşırığı ilə Laçın rayonuna aparmalı idi, həmin nəqliyyat vasitəsini Laçında Azadın ona bildirdiyi şirkətə aparılan nəqliyyat vasitəsinə baxış keçirməsi üçün verməli imiş. O, nəqliyyat vasitəsini Laçın rayonuna apararkən Zəngilan rayonunda olan stasionar polis postlarının birində bir nəfər hərbçinin yolun kənarında olduğunu görmüş və həmin şəxsi piyada qalmaması üçün idarə etdiyi nəqliyyat vasitəsində sərnişin qismində götürmüşdür. Bundan sonra birlikdə Laçın rayonu istiqamətində hərəkət edərkən yolda həmin şəxslə tanış olub onun adının Rəşid olduğunu öyrənmişdir. Hərəkətdə olan zaman Qubadlı rayonu ərazisində nəqliyyat vasitəsinin sağ tərəfə meyilli hərəkət etdiyini müşahidə edən zaman nəqliyyat vasitəsinin sükanını sol tərəfə burmaqla idarəetməni itirmiş və nəqliyyat vasitəsi iki dəfə sağ tərəfi üstə fırlanmaqla aşmışdır. Bundan sonra o, bu barədə Azada məlumat vermək üçün telefonunu axtarsa da, telefonunu tapa bilməmişdir. Daha sonra telefonunu tapıb bu barədə Azada məlumat vermişdir. Bundan sonra bir neçə nəfər hərbçi onlara yaxınlaşaraq dərhal təcili tibbi yardıma müraciət etmişdirlər. Təcili tibi yardım onu Rəşidlə birlikdə Füzuli rayonunda yerləşən xəstəxanaya aparmış, Rəşidin xəsarətləri ciddi olduğundan həkimlər Rəşidi xəstəxanada saxlamışdırlar. Ciddi xəsarətləri olmadığından o, yenidən Qubadlı rayonuna qayıtmışdır. Baş verən hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Nəqliyyat vasitəsini idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuşdur.Hadisə baş verən zaman özü də xəsarət aldığından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tam köməklik edə bilməsə də, mümkün olan köməkliyi hadisə zamanı etmişdir.Hadisə baş verməmişdən qabaq nəqliyyat vasitəsinin sürət həddinin 40-50 km/saat olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəməyə ünvanlanmış və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli teleqramından görünür ki, xidmətdə olduğu üçün məhkəmə iclasına gələ bilmədiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi elan edilmiş ifadəsindən görünür ki, Laçın rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandirinin müavini vəzifəsində baş leytenant rütbəsi ilə xidmət edir. xx.xx.2022-ci il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsindən Laçın rayonu istiqamətində yola düşməli olmuşdur.Həmin vaxt öz nəqliyyat vasitəsi olmadığı üçün yol ilə hərəkət edən avtomobillərdən hər hansı biri ilə Laçın rayonuna getməli və hərəkətinə davam etdiyi nəqliyyat vasitəsində texniki nasazlıq olduğundan Cəbrayıl rayonu ərazisində dayanmışdır. Bu zaman Cəbrayıl rayonu ərazisində “UAZ-3962” markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, sonradan adını Arif olaraq tanıdığı şəxs ona Laçın rayonuna getdiyini bildirdikdə o, nəqliyyat vasitəsinin sürücüsündən onu da Laçın rayonuna aparmasını xahiş etmişdir. Həmin vaxt yorğun olduğundan “UAZ-3962” markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşdikdən sonra yatmışdır. Hadisə baş verəndə, nəqliyyat vasitəsi iki dəfə fırlanaraq aşmışdır. Bundan sonra onun bədən səthində xəsarətlər olduğundan həmin yolda hərəkət edən SQ-nın hərbi qulluqçuları onu təcili olaraq Zəngilan rayonu, Ağalı kəndində yerləşən tibb məntəqəsinə aparmış, lakin xəsarətləri az ağır olduğuna görə təcili tibbi yardım onu Füzuli rayon mərkəzi xəstəxanasına aparmışdır. Əlavə olaraq göstərdi ki, hadisə baş verən zaman “UAZ-3962” markalı **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsində yalnız o və sürücü olmuşdur.Hadisə baş verdikdən sonra sürücü Təqsirləndirilən şəxs onu xəstəxanaya çatdımaq üçün əlindən gələni etdiyini də bildirmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Xudafərin-Laçın avtomagistral yolun Qubadlı rayonu, Xanlıq kəndi ərazisindən keçən 10-cu km.Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 18 metrdir. (i. v. 7-8) İş materiallarında olan BD 221578 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “UAZ-3962” minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. (i.v.23) İş materiallarında olan və Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyaları nəqliyyət vasitələrini idarə etmək hüququ vardır. (i.v.22) İş materiallarında olan ƏN-Vİ №301239 etibarnamənin kserosurətindən görünür ki, X3 özünə məxsus UAZ-3962 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu Təqsirləndirilən şəxs etibar edir. (i.v.24) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8/3239 №-li məhkəmə yol-nəqliyyət hadisələri ekspertizasının rəyindən görünür ki, UAZ-3962 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1838 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazu oynağının çıxığı, sağ bazu sümüyü başının qapalı sınığı, sol diz nahiyyəsinin səthi əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. “Bakı Baş Səhiyyə Mərkəzi” X6 9 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 193 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1998-ci ildən poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 02 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyinin dərk etmək və əməlini idarə etmək qabiliyətində olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1,21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7206 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bakı Şəhər Narkoloji Mərkəzi” X6 narkoloji qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Binəqədi RİH başçısının M.Ə.Rasulzadə QİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli 2 №-li qərarının 21-ci bəndə edilmiş əlavədə göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən CM-in 263.1 və 263.1-1-ci maddələri ilə nəzərdə tutulmuş şəxs zərərçəkmiş şəxslə barışmaqla yanaşı ona vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Barışığın əldə edilməsi və ziyanın ödənilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalı, habelə belə ərizənin təqdim edilməsi və bunun CM-in 263-cü maddəsinin “Qeyd”inin 2-ci bəndinə əsasən hansı nəticəyə səbəb olmasının zərər şəkmiş şəxsə izah olunması məhkəmə iclas protokolunda əksini tapmalıdır. Beləliklə Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanununun tələblərini və yuxarıda qeyd olunları nəzərə alaraq Təqsirləndirilən şəxs hadisələrin təsədüfi axarı zəminində ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanın tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1,59.1.12,59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin barışdıqları barədə ərizəni nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 263-cu maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Qubadlı rayon Polis İdarəsinə göndərilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt regional vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 04 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma dörə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43.3, 321, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Qubadlı rayon Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt regional vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Döblət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) köçürülsün. Qərardan 20 gün müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar