Məhkəmə qərarları › İş №1(028)-1/2024

Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-1/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-1/2024 06.03.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X12 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1964-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASCnin X9 təchizatı və satışı idarəsinin X5nin Paylayıcı şəbəkə sahəsində elektrik montyoru vəzifəsində işləyən, məhkumluğu olmayan, İmişli şəhəri, N.ünvan 1 ünvanda qeydiyyata olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə saat 12 radələrində Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsünün yaxınlığında, “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin dəmir dirəklərinin ətrafını otlardan və kol-koslardan təmizləyən zaman siqaret çəkərək kötüyünü söndürmədən yol kənarına, dirəkdən az aralıda quru otlar olan sahəyə atmış, az sonra həmin yerdə tüstülənmə olduğunu müşahidə etmiş, tüstülənmənin açıq alova çevrilərək və alovun yayılıb ətrafda olan meşə fonduna daxil olmayan ağac və kol əkililərini yandıraraq məhv etməsi imkanını görmüş, lakin kifayət qədər əsas olmadan həmin yerin öz-özünə sönəcəyini güman edərək oradan kənarlaşmaqla cinayətkarcasına özünəgüvənmə formasında laqeydlik nümayiş etdirmiş, söndürülməmiş vəziyyətdə atdığı siqaret kötüyünün quru otları alışdırması nəticəsində inkişaf edən yanğın zamanı 1,8 hektar sahədə köküstə yaş, bioloji inkişafda olan hər birinin diametri 12 santimetr, qiyməti isə 120 manat olan 17 ədəd söyüd ağacı, hər birinin diametri 16 santimetr, qiyməti isə 150 manat olan 10 ədəd söyüd ağacı, hər birinin diametri 20 santimetr, qiyməti isə 180 manat olan 6 ədəd söyüd ağacı, hər birinin diametri 24 santimetr, qiyməti isə 200 manat olan 2 ədəd söyüd ağacı, hər birinin qiyməti 80 manat olan 27 ədəd böyürtkən kolu yanaraq məhv olmuş, bununla da ümumilikdə dəyəri 7180 manat olan meşə fonduna daxil olmayan ağac və kol əkililərini məhv edərək ekologiyaya və zərərçəkmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinə külli miqdarda maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdaki sübutlarla təsdiq olunur. Belə ki, Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, "xxxx" ASC-nin X9 təchizatı satışı idarəsinin X5ndə montyor vəzifəsində işləyir. 12 aprel 2023-cü il tarixdə, saat 10:00-dan X5nin montyorları Şahid1, Şahid2, X3, Şahid3 və aparıcı mühəndisi X7 ilə birlikdə Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsünün yaxınlığında, Bərgüşad çayının sol sahilindən başlayaraq Xocahan kəndi istiqamətində “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin dəmir dirəklərinin ətrafını örtmüş otların və kol-kosların təmizlənməsi işlərinə başlamışdır. “Qubadlı- Xocahan” 10 kV-luq hava elektrik verilişi xətti “Vətən” müharibəsindən sonra yenidən təmir olunaraq istismara verilmiş, xətt Qubadlı şəhərində yerləşən “Qubadlı” 110/35/10 kV-luq yarımstansiyadan qidalanır, Qubadlı şəhərindən Xocahan kəndinə qədər yerləşən strateji obyektləri elektrik enerjisi ilə təmin edir və Xocahan kəndi istiqamətində çətin relyefə malik və enişli-yoxuşlu sahədə çəkilmişdir. İşlədikləri zaman bel, dəryaz və dəhrədən istifadə etmişlər və təmizlədikləri kol-kosları kənara atmışlar. Həmin gün, saat 12 radələrində Qəzyan körpüsündən az aralıda “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin dirəyinin ətrafını təmizləyən zaman siqaret çəkərək söndürmədən, yol kənarına dirəkdən az aralıda quru otlar olan sahəyə atmış və işə davam etmişdir. Həmin vaxt iş yoldaşı Arif ondan 50 metr aralıda olan dirəyin ətrafında işləyirmiş. Az sonra siqaret kötüyü atdığı yerdə az miqdarda tüstülənmə olduğunu müşahidə etmişdir. İşini qurtarıb həmin yeri söndürmək istəyəndə tüstülənmənin zəiflədiyini və sönmək üzrə olduğunu gördüyü üçün həmin yerin öz-özünə sönəcəyini düşünərək oradan kənarlaşmış və 100 metr məsafədə olan digər dirəyin ətrafını təmizləmişdir. Saat 15 radələrində həmin yerdən təxminən 5-6 km aralıda işlədikləri zaman onlara polis avtomobili yaxınlaşmış, avtomobildən düşən polis nəfəri onlara Qəzyan körpüsü yaxınlığında işlədikləri yerdə yanğın baş verdiyini bildirmişdir. Qəzyan körpüsünə tərəf geri qayıtdıqda yanğının artıq söndüyünü görmüşdür. Yanğın onun ehtiyatsızlığı nəticəsində söndürmədən yerə atdığı siqaret kötüyünün düşdüyü yeri yandırmasından baş vermişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin baş məsləhətçi müfəttişi Nümayəndə ifadəsində göstərdi ki, 12 aprel 2023-cü il tarixdə Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsü yaxınlığında baş vermiş yanğın hadisəsi barədə 20 aprel 2023-cü il tarixdə məlumatı olmuş, məlumatı alan kimi həmin gün əraziyə baxış keçirmiş, baxış zamanı yanğının Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsü yaxınlığında çay kənarı yaşıllıq sahədə baş verdiyini müəyyən etmiş və yerində 20 aprel 2023-cü il tarixli, 78919 nömrəli akt tərtib etmişdir. Yanğın baş vermiş ərazi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin xidməti ərazisidir. Həmin ərazi meşə fonduna daxil olmayan yaşıllıq sahədir. Yanğın nəticəsində 1,8 hektar sahədə köküstə yaş, bioloji inkişafda olan diametri 12 sm olan 17 ədəd, diametri 16 sm olan 10 ədəd, diametri 20 sm olan 6 ədəd, diametri 24 sm olan 2 ədəd söyüd ağacı və 27 ədəd böyürtkən kolu yanaraq məhv olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası” haqqında qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinə 7180 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanın tutulmasını xahiş etmişdi. Məhkəmədə Şahid1 bildirdi ki, "xxxx" ASC-nin X9 Təchizatı Satışı İdarəsinin X5ndə montyor vəzifəsində işləyir. 12 aprel 2023-cü il tarixdə, saat 10:00-dan X5nin montyorları Təqsirləndirilən şəxs, Şahid2, X3, Şahid3 və aparıcı mühəndisi X7 ilə birlikdə Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsünün yaxınlığından, Bərgüşad çayının sol sahilindən başlayaraq Xocahan kəndi istiqamətində “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin dəmir dirəklərinin ətrafını örtmüş otların və kol-kosların təmizlənməsi işlərinə başlamışdır. O, Şahinlə birlikdə Qəzyan körpüsünün yanından, Vurğun, Elmidar və Pərvin isə onlardan öndə işə başlamışlar. İşlədikləri zaman bel, dəryaz və dəhrədən istifadə etmişlər və təmizlədikləri kol-kosları kənara atmışlar. Saat 12 radələrində Şahinin işlədiyi dirəkdən bir dirək öndə işləmiş və aralarında təxminən 50 metr məsafə olmuşdur. Həmin vaxt Şahinin yaxınlığında quru otlar olan sahədə tüstülənmə görmüşdür. Sonradan həmin tüstü zəiflədiyi üçün oranın sönmək üzrə olduğunu düşünmüşdür. Ona görə də həmin tərəfə fikir vermədən işinə davam etmişdir. Az sonra Şahin onun yanından keçərək 50 metr aralıda olan dirəyin ətrafını təmizləməyə başlamışdır. Daha sonra o, Şahindən irəli keçərək öndəki dirəyin ətrafını təmizləməyə başlamışdır. Saat 15 radələrində işə ilkin başladıqları yerdən təxminən 5-6 km aralıda işlədikləri zaman onlara polis avtomobili yaxınlaşmış, avtomobildən düşən polis nəfəri onlara Qəzyan körpüsü yaxınlığında işlədikləri yerdə yanğın baş verdiyini bildirmişdir. Qəzyan körpüsünə tərəf geri qayıtdıqda yanğının artıq söndüyünü görmüşdür. Hadisədən sonra Şahin ona bildirmişdir ki, Qəzyan körpüsündən az aralıda işlədiyi zaman təmizlədiyi dirəyin yaxınlığında siqaret çəkərək söndürmədən yol kənarına quru otlar olan sahəyə atmış, həmin vaxt siqareti atdığı yerdə az miqdarda tüstülənmə olmuş, sonradan həmin tüstülənmə zəifləmişdir. Tüstülənmə zəiflədiyi üçün Şahin həmin yerin öz-özünə sönəcəyini düşünərək oradan kənarlaşmış və işə davam etmişdir. Yanğın Şahinin ehtiyatsızlığı nəticəsində söndürmədən yerə atdığı siqaret kötüyünün düşdüyü yeri yandırmasından baş vermişdir. Məhkəmədə Şahid2 bildirdi ki, "xxxx" ASC-nin X9 Təchizatı Satışı İdarəsinin X5ndə montyor vəzifəsində işləyir. 12 aprel 2023-cü il tarixdə, saat 10:00-dan X5nin montyorları Təqsirləndirilən şəxs, Şahid1, X3, Şahid3 və aparıcı mühəndisi X7 ilə birlikdə Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsünün yaxınlığından, Bərgüşad çayının sol sahilindən başlayaraq Xocahan kəndi istiqamətində “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin dəmir dirəklərinin ətrafını örtmüş otların və kol-kosların təmizlənməsi işlərinə başlamışdırlar. İşlədikləri zaman bel, dəryaz və dəhrədən istifadə etmişlər. Onlar işləyə-işləyə Xocahan kəndi istiqamətinə hərəkət etmişlər. Həmin yol çətin relyefə malikdir və enişli-yoxuşludur. Saat 15 radələrində işə ilkin başladıqları yerdən təxminən 5-6 km aralıda işlədikləri zaman onlara polis avtomobili yaxınlaşmış, avtomobildən düşən polis nəfəri onlara Qəzyan körpüsü yaxınlığında işlədikləri yerdə yanğın baş verdiyini bildirmişdir. Qəzyan körpüsünə tərəf geri qayıtdıqda yanğının artıq söndüyünü görmüşdür. Məhkəmədə Şahid3 bildirdi ki, "xxxx" ASC-nin X9 Təchizatı Satışı İdarəsi X5 İstismar şöbəsinin montyoru vəzifəsində işləyir. 12 aprel 2023-cü il tarixdə “Qubadlı- Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin trasasının yaşıl örtükdən və kol-kosdan təmizlənməsi işlərinə başlanılmışdır. 12 aprel 2023-cü il tarixdə, saat 10:00-dan X5nin montyorları Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid4 və aparıcı mühəndisi X7 ilə birlikdə Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsünün yaxınlığından, Bərgüşad çayının sol sahilindən başlayaraq Xocahan kəndi istiqamətində “Qubadlı- Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin dəmir dirəklərinin ətrafını örtmüş otların və kol-kosların təmizlənməsi işlərinə başlamışdılarr. İşlədikləri zaman bel, dəryaz və dəhrədən istifadə etmişlər. Onlar işləyə-işləyə Xocahan kəndi istiqamətinə hərəkət etmişlər. İşlədikləri yer dağlıq ərazi olub. Saat 15 radələrində işə ilkin başladıqları yerdən təxminən 5-6 km aralıda işlədikləri zaman onlara polis avtomobili yaxınlaşmış, avtomobildən düşən polis nəfəri onlara Qəzyan körpüsü yaxınlığında işlədikləri yerdə yanğın baş verdiyini bildirmişdir. Qəzyan körpüsünə tərəf geri qayıtdıqda yanğının artıq söndüyünü görmüşdür. Məhkəmədə Şahid4 bildirdi ki, "xxxx" ASC-nin X9 təchizatı satışı idarəsinin X5ndə montyor vəzifəsində işləyir.12 aprel 2023-cü il tarixdə, saat 10:00-dan X5nin montyorları Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, Şahid3 və aparıcı mühəndisi X7 ilə birlikdə Qubadlı rayonu, Qəzyan kəndinin ərazisində, Qəzyan körpüsünün yaxınlığından, Bərgüşad çayının sol sahilindən başlayaraq Xocahan kəndi istiqamətində “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin dəmir dirəklərinin ətrafını örtmüş otların və kol-kosların təmizlənməsi işlərinə başlamışdır. İşlədikləri zaman bel, dəryaz və dəhrədən istifadə etmişlər. Onlar işləyə-işləyə Xocahan kəndi istiqamətinə hərəkət etmişlər. Həmin yol çətin relyefə malikdir və enişli-yoxuşludur. Saat 15 radələrində işə ilkin başladıqları yerdən təxminən 5-6 km aralıda işlədikləri zaman onlara polis avtomobili yaxınlaşmış, avtomobildən düşən polis nəfəri onlara Qəzyan körpüsü yaxınlığında işlədikləri yerdə yanğın baş verdiyini bildirmişdir. Qəzyan körpüsünə tərəf geri qayıtdıqda yanğının artıq söndüyünü görmüşdür. İbtidai istintaq zamanı ifadə vermiş şahid X2 ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, o, xx.xx.2023-cü tarixdə səhər tezdən işə gələn kimi Qubadlı EŞ-nin balansında və istismarında olan “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xəttinin trassasının yaşıl örtükdən təmizlənməsi və müayinə edilməsi üçün sərəncam vermişdir. Sərəncama əsasən aparılan işlərə nəzarət etməsi üçün aparıcı mühəndis X4 iş icraçısı təyin etmiş və montyorlar Şahid1, Təqsirləndirilən şəxs, Şahid4, Şahid3 və Şahid2 ona təhkim etmişdir. Bildirmişdir ki, “Qubadlı-Xocahan” 10 kV-luq hava elektrik verilişi xətti “Vətən” müharibəsindən sonra yenidən təmir olunaraq istismara verilmiş, xətt Qubadlı şəhərində yerləşən “Qubadlı” 110/35/10 kV-luq yarımstansiyadan qidalanır, Qubadlı şəhərindən Xocahan kəndinə qədər yerləşən strateji obyektləri elektrik enerjisi ilə təmin edir. Həmin gün işçilər əraziyə çıxdıqdan sonra o, malmaterial gətirmək üçün X9 Təchizatı Satışı İdarəsi yerləşdiyi Xocavənd rayonu, Hadrut qəsəbəsinə getmişdir. Saat 15 radələrində Qubadlı rayonundan geri qayıdan zaman Zəngilan rayonu, Ağalı kəndi ərazisinə çatanda Qubadlı EŞ-nin rəisi Ramin Quliyev zəng edərək işçilərin işlədiyi Qubadlı rayonu, Qəzyan kəndi ərazisində, Qəzyan körpüsü yaxınlığında yanğın baş verdiyini bildirmişdir. O həmin əraziyə çatanda yanğın artıq sönmüşdür. İbtidai istintaq zamanı ifadə vermiş Şahid6 ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, o, 2006-cı ildən X6 Xidmətində işləyir və hazırda Qubadlı rayon X6 Xidmətində manqa komandiri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə xidmətdə olduğu zaman saat 13:12-də Qubadlı rayon, Qəzyan kəndi ərazisində Bərgüşad çayı kənarında çay qırağı yaşıllıq və kol-kos sahənin yanması barədə məlumat daxil olmuşdur. Məlumat daxil olan kimi dərhal 13:13-də iki ədəd yanğın avtomobili ilə hadisə yerinə gedilmişdir. Saat 13:35-də hadisə yerinə çatmışdırlar. Hadisə yerinə çatanda yanğının Qəzyan kəndi yaxınlığında, Bərgüşad çayı üzərində olan Qəzyan körpüsü kimi tanınan körpüdən başlayaraq çay kənarı ərazisinin yandığını görmüşdür. Dərhal döyüş açılışı verilmiş və yanğının söndürülməsinə başlanılmışdır. Yanğın 16:50-də məhdudlaşdırılmış, saat 17:28-də isə söndürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 aprel 2023cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, yanğın Qubadlı rayonunda yerləşən, Qəzyan körpüsündən Qubadlı şəhəri istiqamətində olan ağaclar və kolluqlar olan ərazidə baş vermişdir. Yanğın baş vermiş ərazidən keçən elektrik dirəklərərində elektrik xətlərinin qırılması və ya texniki nasazlıq müşahidə edilməmişdir. Yanğın baş vermiş ərazidə alışqan, siqaret kötüyü, digər alışan maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş və baxış keçirilmiş 12 aprel 2023-cü il tarixdə Qubadlı rayonunda yerləşən, Qəzyan körpüsündən Qubadlı şəhəri istiqamətində olan ağaclar və kolluqlar bitən ərazidə yanğının baş verməsinə dair video görüntülər şahidlərin yanğına dair olan ifadələrini bir daha təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin 26 aprel 2023-cü il tarixli, 3-14-26/2-033/2023 nömrəli məktubuna əsasən Qubadlı rayonu, Qəzyan kənd ərazisində baxış zamanı müəyyən olunmuşdur ki, Qəzyan kəndində, körpünün yaxınlığında, Bərgüşad çayının sağ sahilində 1,8 hektar ərazinin yanması nəticəsində ərazidə ümumilikdə 35 ədəd ağac və 27 ədəd kol bitkisinin yanaraq məhv olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 sayı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası” haqqında qərarına əsasən təbiətə 7180 (yeddi min yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin 20 aprel 2023-cü il tarixli, 78919 nömrəli aktına əsasən yanğın nəticəsində 1,8 hektar sahədə köküstə, bioloji inkişafda olan diametri 12 sm olan 17 ədəd, diametri 16 sm olan 10 ədəd, diametri 20 sm olan 6 ədəd, diametri 24 sm olan 2 ədəd söyüd ağaclarının və 27 ədəd böyürtkən kolunun yanaraq məhv olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/4868/2023 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən ekspertiza tədqiqatına 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, 78919 nömrəli aktda göstərilən Qubadlı rayonu, Qəzyan kəndində, körpünün yaxınlığında, Bərgüşad çayının sağ sahilində yerləşən torpaq sahəsindən 17 ədəd d=l 2 sm, 10 ədəd d=l 6 sm, 06 ədəd d=20 sm, 02 ədəd d=24 sm söyüd cinsindən olan ağaclar, ümumilikdə köküstə yaş halda normal bioloji inkişafda olan 27 ədəd böyürtkən kolunun və 35 ədəd söyüd cinsindən olan ağacların törədilmiş yanğın nəticəsində yanaraq məhv olmasına görə (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli Qərarına əsasən 7180,00 (yeddi min yüz səksən) manat müəyyən olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli, 10/2809 nömrəli məhkəmə yanğın-texniki ekspert rəyinə əsasən yanar materialların bərabər paylandığı geniş sahələrdə (meşələrdə, otlaq sahələrində, taxıl zəmilərində və.s) yanğının mənbəyini və yayılma ardıcıllığını müəyyən etmək mümkün olmur. Yanğın baş vermiş Qubadlı rayonu, Qəzyan kəndi istiqamətindən Qubadlı şəhəri istiqamətində çay kənarı ərazilərdə mühəndis qurğularından (elektrik xətti, qaz xətti və s.) yalnız hava elektrik xəttinin keçdiyini, xətlərin üzərində hər hansı elektrik təbiətli qəza halı izlərinin aşkar olunmadığını nəzərə almaqla, yanğın - iş materiallarında olan məlumatlarda göstərildiyi kimi, söndürülməmiş vəziyyətdə olan siqaret kötüyünün quru otların üzərinə atılması nəticəsində baş verə bilərdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiya, Novosibirsk vilayət, Lenin Rayon Məhkəmsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Rusiya Federasiya CM-nin 105.1-ci maddəsi ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-ci il tarixdə cəzasının sonu ilə azad edilib. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, təqsirləndirilən şəxsin qeyd edilən cinayət əməlini törətməsi onun özünün törətdiyi cinayəti məhkəmə iclasında etiraf etməsilə yanaşı, iş üzrə tədqiq edilmiş zərərçəkmişin nümayəndəsinin, şahidlərin ifadələri və eləcə də iş materialları ilə tam sübuta yetirildi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 260.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.1-1-ci maddəsinə əsasən həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. Təqsirləndirilən şəxs Rusiya Federasiya CM-nin 105.1-ci maddəsi ilə təqsirli bilinməsi və 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə xx.xx.2004-cü il tarixli Novosibirsk vilayəti, Lenin Rayon Məhkəməsinin hökmü Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanınmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.7-ci bəndinə əsasən, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 7-ci bəndinə uyğun olaraq, xarici ölkələrin məhkəmələrinin hökmlərinə əsasən yaranmış məhkumluqlara görə cinayətlərin residivinin müəyyən edilməsinin mümkünlüyü məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli qərarına əsasən “yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə xarici dövlətin məhkəmə hökmlərinə əsasən yaranmış məhkumluğun Azərbaycan Respublikasının məhkəmələri tərəfindən cəza təyin edilərkən nəzərə alınmasına yol verilir”. Müvafiq olaraq bu qərara görə Azərbaycan Respublikası ilə digər dövlət (dövlətlər) arasında xarici ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluğun birbaşa və yaxud hökmün Azərbaycan Respublikasının ərazisində tanınması prosedurundan sonra nəzərə alınmasını nəzərdə tutan beynəlxalq müqavilə yoxdursa, başqa ölkənin məhkəmə hökmü əsasında yaranmış məhkumluq cinayətlərin residivi məsələsinin həlli zamanı nəzərə alına bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarının 48-ci bəndində qeyd olunmuşdur ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətinin törətməsini CM-nin 59.1.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəza ilə onun islah olunmasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 260.1-1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə mülki iddia təmin olunmalıdır. 7180,00 (yeddi min yüz səksən) manat pul Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveriçiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə mülki iddiaya görə dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəni araşdıraraq hesab edir ki, mülki iddia tələbi təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda mülki iddia tələbi 7180 manat olduğundan mülki cavabdeh Təqsirləndirilən şəxs 91,8 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs AR CM –nin 99.1-1 ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın və cəzasını iş yerində çəksin. Hökmün icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. 7180,00 (yeddi min yüz səksən) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinə ödənilsin. Müki iddianın verilməsinə görə ödənilməli olan 91,8 manat Dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə yanğın və texnolojı partlayışların tədqiqi və məhkəmə əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri - 150 (yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar