Məhkəmə qərarları › İş №1(028)-1/2025

Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-1/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-1/2025 05.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu il tarixdə Füzuli rayonu, Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmyan, Füzuli rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Qubadlı rayonunda fəaliyyət göstərən ANAMA-da bağban işləyən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ümumi uzunluğu 228 mm, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici ucu deşici xassəyə malik, tiyənin ucu kəsici və küt tərəfə doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gələn, tiyənin üzərində “ЕРМАК’' yazısı zavod işarəsi həkk ədilən, tiyənin ölçüləri olaraq uzunluğu 95 mm, ortə hissədən eni 34 mm, maksimal qalnılığı 3,8 mrn olan, dəstəyin əsası gümüşü rəngi metal materialdan hazırlanmaqla tiyənin davamı olan və üzərində tünd boz rəngli taxtaya oxşar materialdan üzlük 2 ədəd pərçim vasitəsi ilə bərkidilən, uzunluğu 125 mm, orta hissədən eni 33,5, maksimal qalınlığı 21 mm olan, dəstəyi barmaqaltı oyuq formasında olmaqla oyuqların ölçüləri 13 mm, 4 mm, 5 mm, 11 mm olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinattlı soyuq silah hesab edilən bıçağı istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən əldə edərək bıçağın saxlanması üçün nəzərdə tutulmuş kabrosu ilə birlikdə gəzdirmiş, xx.xx.2024-cü il tarixdə balıqlara verilən yemlərin (sosisiərin) doğranması ilə əlaqədar istifadə etmiş və xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən Qubadlı rayonu, Sarıyataq körpüsü adlanan yerdə Təqsirləndirilən şəxs balıq tutduğu yerdə qanunsuz olaraq qəsdən əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesəb edilən bıçağı aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesab edilən soyuq silahı qanunsuz olaraq əldə edərək gəzdirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdi ki, Füzuli rayonu, Zobucuq kəndində ailəsi ilə birlikdə yaşayır. Qubadlı rayonunda fəaliyyət göstərən ANAMA-da bağban işləyir. xx.xx.2024-cü il tarixdə iş yoldaşı Şahid4la bidikdə Qubadlı rayonu, Sanyataq körpüsü adlanan yerdə balıq tutmaq qərarına gələrək həmin yerə yollanmışdırlar. Balığı qarmaq vasitəsi ilə tutduğu zaman polis əməkdaşları onların olduqları yerə gəlmiş və onlardan nə üçün çay kənarı ərazidə olduqları soruşulduqda o, balıq tutmaq üçün çay kənarı əraziyə gəldiklərini polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları yerdə bıçaq görmüş və bıçağın kimə məxsus olmasını soruşduqda o, polis əməkdaşlarına bıçağı yerdən tapdığını bildirmişdir. Bu zaman polis əməkdaşları bıçağı tapdığı halda bıçağın polis əməkdaşlarına təhvil verməməyinin səbəbini soruşduqda o, polis əməkdaşlarına bıçağı çimdiyi zaman tapıb saxladığını və balıqlar üçün verilən yemləri doğramaq üçün istifadə edəcəyini bildirmişdir. Həmin bıçağı balıqlara sosis verdiyi üçün yemlərin xırda halda doğranması üçün istifadə etmişdir. Bundan sonra polis əməkdaşları qeyd olunanlarla bağlı araşdırma aparılmasından ötrü rayon polis şöbəsinə yaxınlaşmalı olduğunu bildirmiş və bıçağı götürmüşdürlər. Haqqında bəhs olunan bıçağı 08 08 20.24-cü il tarixdə balıq tutmağa gedən zaman balıq ovu etməmişdən qabaq çayda çimən zaman tapdığını, daha sonra tapdığı bıçağı paltarlarının üzərinə qoyduğunu və çayda çimdiyini, çaydan çimib kənara çıxdıqdan sonra bıçağı da özü ilə götürdüyünü və təxminən 20-30 metr məsafə kənarda balıq tutmağa getdiyini, bu zaman balıqlara verilən yemi doğramaq üçün həmin bıçaqdan istifadə etdiyini, daha sonra polis əməkdaşlarına onların olduqları yerə gəldiklərini bildirmişdir. Aşkar edilən bıçağı balıqlara verilən yemi doğramaq üçün istifadə etdiyi, bıçaqdan balıq tutmaq üçün qurd olmadığına görə özü ilə birlikdə gətirdiyi sosisləri doğramaq üçün istifadə etdiyini, həmin bıçağı əldə etdikdən sonra çimdiyi yerdən 20-30 metr məsafə kənara gedən zaman əlində apardığını, çayın içərisində olan balıq torundan məlumatlı olduğunu və balıq torunu çayın içərisinə onların qurmadıqlarını, çay kənarınıa gedən zaman həmin balıq torunun orada mövcud olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xidmət yoldaşları olan polis baş leytenantı Şahid2 və polis baş leytenant Əvəz Əbdullayev ilə birlikdə rayon ərazisində xidməti təşkil edir. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində adlarını qeyd etdiyi əməkdaşlarla birlikdə Qubadlı rayonu, Sarıyataq kəndi ərazisində xidmətdə olarkən iki nəfər şəxsin çay kənarı ərazidə balıq ovu ilə məşğul olduqlarını müşahidə etdmişdirlər. Qubadlı rayonu ərazisində olan çaylarda qanunsuz vasitələrlə balıq tutulmasının qarşısını alınmasından ötrü mütəmadi olaraq polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir və çayın içərisində olan sintetik torlar çıxarılaraq məhv edilir. Bu səbəblə əlaqədar Sarıyataq kəndi ərazisində çay kənarı ərazidə olan iki nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onların dayandığı yerdə çayın içərisində sintetik torların olduğunu görüb bu barədə onlardan soruşduqda həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Şahid4 olaraq təqdim edərək, sintetik torlarla balıq ovu etmədiklərini və çayın içərisində olan sintetik torların onlarla bağlı olmadığını polis əməkdaşlarına bildirmişdilər. Bundan sonra yerdə bıçağın olduğunu görmüş və bıçağın kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs bıçağın ona məxsus olduğunu bildirmişdir. Şahid1 bıçağın saxlanılması üçün nəzərdə tutulan kabronun Təqsirləndirilən şəxs üzərində olduğunu qeyd etmişdir. Bıçağın soyuq silah hesab edilməsi və araşdırma aparılmasından ötrü aidiyyəti üzrə məlumat vermiş və adları qeyd olunan şəxsləri izahatlarının alınmasından ötrü rayon polis şöbəsinin inzibati binasına təmin etmişdir. Onların balıqları qarmaq vasitəsi ilə tutduqlarını və həmin vaxt orada balıq olmadığını və bıçağın nə üçün istifadə edilməsini soruşduqda onların bıçağı balıqlara verilən yemlərin doğranması ilə bağlı istifadə etdiklərini bildirdiklərini qeyd etmişdir. Onların yanında olan zaman yerdə çörək və sosis olduğunu, sosislərin və çörəyin doğranması üçün isə balıqçılar və ya həvəskar balıq ovu ilə məşğul olan şəxslər tərəfindən bıçaqdan istifadə edildiyini, bu cür hallan aşkar edən zaman dərhal bu barədə rayon polis şöbəsinin Növbətçi Hissəsinə rabitə vasitəsi ilə məlumat verdiklərini, daha sonra orada Təqsirləndirilən şəxs və Şahid4 sintetik torun onlara aid olmadığını bildirdiyindən həmin torları çayın içərisindən çıxardaraq məhv etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 Şahid1 ifadəsinə uyğun ifadə verərək, qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə icalsında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Qubadlı rayonunda fəaliyyət göstərən ANAMA-da fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə iş yoldaşı Təqsirləndirilən şəxsla birlikdə Qubadlı rayonu Sarıyataq körpüsü adlanan yerdə balıq tutmaq qərarına gəlmişdirlər və həmin yerə yollanmışdırlar. Balıq ovu etmək üçün balıq yemi, qarmaq və Raməddinə məxsus bıçağı götürüb çay kənarına getdiklərini bildirmişdir. Balığı qarmaq vasitəsi ilə tutduqları zaman polis əməkdaşları onların olduqları yerə gəlmişlər və onlardan nə üçün çay kənarı ərazidə olduqları soruşulduqda onlar balıq tutmaq üçün çay kənarı əraziyə gəldiklərini bildirmişdirlər. Bundan sonra polis əməkdaşları yerdə Təqsirləndirilən şəxs məxsus olan bıçağı görmüş və onlardan bıçağın kimə məxsus olmasınn və nə üçün istifadə edilməsini soruşmuşdurlar. Təqsirləndirilən şəxs bıçağın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən bıçaq yerdən götürülərək izahatlarının alınmasından ötrü rayon polis şöbəsinə təmin edilmişdirlər. Polis əməkdaşları tərəfindən aşkar edilən bıçağın onların balıq tutmağa gədərkən apardıqları bıçaq olduğunu və həmin bıçağın Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bıçağı haradan və nə vaxt əldə etməsi ilə bağlı tam məlumatı yoxdur. X6 bildirdiyinə görə Bakı şəhərindən 20 Yanvar dairəsi yaxınlığında 12 manat məbləğində pul ödəniş etməklə almışdır. O, polis əməkdaşları tərəfindən aşkar edilən və Təqsirləndirilən şəxs məxsus bıçağı çay kənarında balıq ovu ilə bağlı balıqlara verilən yemlərin doğranması ilə bağlı istifadə etdiklərini, həmlə bıçağı Təqsirləndirilən şəxsla birlikdə balıq ovuna gədən zaman Ramaddin Novruzovun öz üzərində kabronun içərisində saxladığını və polis əməkdaşları onların yanına gəldikləri zaman həmin bıçağın onların yanında yerdə olduğunu, çayın içərisində quraşdırılmış balıq torundan məlumatlı olduğunu və balıq torunu çayın içərisində onların qurmadıqlarını, çay kənarına gedən zaman həmin balıq torunun orada mövcud olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 noyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs videogörüntüdə onun özünün olduğunu etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza – hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmışdır. Eyni zamanda Novruzov X2 Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarxili hökmü ilə barəsində olan cinayət işinə CPM-nin 40.2. və CM-nin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 3/1311 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. İş materiallarında olan “Azərovçu” Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 32 saylı xx.xx.2024-cü il tarixli Qubadlı RPŞ-nin İstintaq Qrupuna ünvanladığı cavab məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir. Elektron Məhkəmə sistemindən əldə olunan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqlar vardır. İş materiallarında olan Füzuli RİHB-nin İkinci Zobucuq qəsəbə İƏD-si üzrə nümayəndəliyin Xasiyyətnaməsindən görünür ki, Füzuli rayon Qaraməmmədli kəndindən məcburi köçkün düşmüş İkinci Zobucuq qəsəbəsində ev №314-də müvəqqəti qeydiyyatda olub yaşayan Təqsirləndirilən şəxs barəsində qəsəbədə işlədiyi müddət ərzində onun haqqında nümayəndəliyə nə şifahi, nə də yazılı heç bir ərizə, şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs hər zaman qəsəbə sakinləri ilə isti münasibətdə olub, qəsəbədə keçirilən bütün dövlət tədbirlərində özü və ailəsi ilə birlikdə yaxından iştirak ediblər. Təqsirləndirilən şəxs ümumilikdə müsbət xarakterizə olunur. Elektron Məhkəmə sistemindən əldə olunan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X16 bağban vəzifəsində çalışır. Aylıq gəliri 384 manat təşkil edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olması AR CM-nin 59.1.4-cü maddəsinə əsasən, habelə törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırlan hallar müəyyən edilməmişdir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumi uzunluğu 228 mm, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi (küpü) küt, digər tərəfi (ağzı) kəsici ucu deşici xassəyə malik, tiyənin ucu kəsici və küt tərəfə doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gələn, tiyənin üzərində “ЕРМАК’' yazısı zavod işarəsi həkk ədilən, tiyənin ölçüləri olaraq uzunluğu 95 mm, ortə hissədən eni 34 mm, maksimal qalnılığı 3,8 mrn olan, dəstəyin əsası gümüşü rəngi metal materialdan hazırlanmaqla tiyənin davamı olan və üzərində tünd boz rəngli taxtaya oxşar materialdan üzlük 2 ədəd pərçim vasitəsi ilə bərkidilən, uzunluğu 125 mm, orta hissədən eni 33,5, maksimal qalınlığı 21 mm olan, dəstəyi barmaqaltı oyuq formasında olmaqla oyuqların ölçüləri 13 mm, 4 mm, 5 mm, 11 mm olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinattlı soyuq silah hesab edilən bıçağı istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən əldə edərək bıçağın saxlanması üçün nəzərdə tutulmuş kabrosu ilə birlikdə gəzdirmiş, xx.xx.2024-cü il tarixdə balıqlara verilən yemlərin (sosisiərin) doğranması ilə əlaqədar istifadə etmiş və xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən Qubadlı rayonu, Sarıyataq körpüsü adlanan yerdə Təqsirləndirilən şəxs balıq tutduğu yerdə qanunsuz olaraq qəsdən əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesəb edilən bıçağı aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesab edilən soyuq silahı qanunsuz olaraq əldə edərək gəzdirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 228.4-ci maddəsi ilə düzgün tövsüf edilmiş və o, həmin maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, habelə şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə dövlət hesabına müdafiəçinin ayrılması barədə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli (İş № 1 (028)-3/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1883 saylı orderə əsasən vəkil Müdafiəçi onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin Növbəçi Hissəsində saxlanılan 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov təyinatlı soyuq silah hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın və cəzasını iş yeri üzrə çəksin. Hökmün icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin Növbəçi Hissəsində saxlanılan 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi ov təyinatlı soyuq silah hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə cəmi 90 (doxsan ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar