Məhkəmə qərarları › İş №1(028)-2/2022

Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-2/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-2/2022 03.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi –Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi –Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1972-ci il tarixdə Ağsu rayonu, Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “PolatYolYapı Sənayə və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialında briqada rəhbəri vəzifəsində işləyən, əvvəllər məhkum olunmayan, Ağsu rayonu, Ağsu şəhəri,Babək küçəsi,ev 3/12 -də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1998-ci il tarixdə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “PolatYolYapı Sənayə və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialında qaynaqçı işləyən, əvvəllər məhkum olunmayan, Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1, 2022ci ilin fevral-mart ayları ərzində tanışı, onunla birlikdə “Polatyolyapı Sənaye və Ticarət Anonim” şirkətində işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup halında birləşərək Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən və X4 Təchizatı və Satış İdarəsinə məxsus ümumi 9357,50 (doqquz min üç yüz əlli yeddi manat, əlli qəpik) manat dəyərində A-25, AS-50, AS-70, AS-95 markalı dövlət və ya ictimai əhəmiyyətli elektrik xətlərini, həmin xətlərin dirəklərdə izolyasiya olunan hissələrindən mis və sərt polad kəsmək üçün istifadə olunan yan kəsici kəlbətin ilə gizli yolla kəsməklə idarə etdiyi «Kamaz» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinə yığmaqla X4 Təchizatı və Satış İdarəsinə 9357,50 (doqquz min üç yüz əlli yeddi manat, əlli qəpik) manat miqdarda xeyli miqdarda ziyan vurmaqla, gizli talamaqla oğurluq etmişdir. İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2, 2022ci ilin fevral-mart ayları ərzində tanışı, onunla birlikdə “Polatyolyapı Sənaye və Ticarət Anonim” şirkətində işləyən Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup halında birləşərək Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən və X4 Təchizatı və Satış İdarəsinə məxsus ümumi 9357,50 (doqquz min üç yüz əlli yeddi manat, əlli qəpik) manat dəyərində A-25, AS-50, AS-70, AS-95 markalı dövlət və ya ictimai əhəmiyyətli elektrik xətlərini, həmin xətlərin dirəklərdə izolyasiya olunan hissələrindən mis və sərt polad kəsmək üçün istifadə olunan yan kəsici kəlbətin ilə gizli yolla kəsməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kamaz» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinə yığmaqla X4 Təchizatı və Satış İdarəsinə 9357,50 (doqquz min üç yüz əlli yeddi manat, əlli qəpik) manat miqdarda xeyli miqdarda ziyan vurmaqla, gizli talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Lakin Qubadlı rayonunda olduğu müddətdə PolatYolYapı şirkətində briqada rəhbəri vəzifəsində işləmişdir. Həmin şirkətdə 10 il müddət olardı ki, işləmişdir.X3 əlaqə saxlayıb kənddə Əmrah adlı şəxsin işsiz olduğunu və iş olarsa, ona Qubadlı rayonunda hər hansı işə düzəltməyini demişdir. O da uzun müddətdir ki, eyni şirkətdə işlədiyindən və şirkətdə olan etibarından Əmrahı işə düzəldə biləcəyini qohumuna bildirmiş və Əmrahı adını qeyd etdiyi şirkətdə fəhlə kimi işə düzəltmişdir. Əmrah 2022-ci ilin yanvar ayı Qubadlı rayonuna gəlmişdir. Əmraha işlərinin Laçın rayonunda atelye düzəldilməsi ilə bağlı olduğunu bildirmişdir. Bundan sonra Əmrahla aralarında münasibət daha da yaxşılaşdıqdan sonra Əmrah ilə birlikdə çayda balıq tutmağa getməyi planlaşdırmışdır. Elə birinci dəfə Qubadlı rayonu, Muradxanlı kəndi ərazisindən çaya balıq tutmaq üçün getdikdə çayın ortasında tam aşmamış vəziyyətdə dirəyin olduğunu və həmin dirəkdən onun yaxınlığında olan dirəklərin izolyasiya olunan hissəsinə elektrik xətlərinin birləşdiyini görmüşdürlər. Daha sonra həmin elektrik naqillərini kəsərək işğaldan azad olunmuş rayonlardan ona məxsus Kamaz markalı nəqliyyat vasitəsinin yük hissəsində çıxartmaq qərarına gəlmişdirlər. Bundan sonra təxminən bir ay müddətində onlar həmin elektrik xətlərini kəsərək, elə kəsdikləri yerə yaxın olan yerlərdə gizlətməyi qərara almışdırlar. Məqsədləri yekunda hamısını birlikdə yığıb rayon ərazisindən çıxardaraq həmin elektrik xətlərini əlvan metal alınan hissələrə satmaq olmuşdur. İlk dəfə polis orqanlarında işi olduğundan həyəcanlı olduğunu və özünü müdafiə məqsədi ilə ilkin dindirilmədə istintaqa səhv ifadə və izahatlar vermiş, lakin hal-hazırda həmin elektrik xətlərini çayın içərisində torpaqlı ərazidə tam aşmamış vəziyyətdə olan dirəkdən ona yaxın olan digər dirəyin yaxınlığında olan digər dirəyə birləşik olan hissədən də kəsdiklərini, qeyd etdiyi sonuncu dirəkdən də təxminən ondan sonra 20 dirək olan və aralarında əlçatan halda olan elektrik xətlərini də Əmrah ilə birlikdə kəsmişlər.Həmin vaxt dirəklər arasında olan elektrik xətlərini kəsərkən yerdə də elektrik xətləri qarşılarına çıxdıqca həmin elektrik xətlərini də yaxın olan ərazilərdə gizlətdiklərini, şirkət rəhbərliyi lazımlı işləri ona həvalə etdiyindən bəzi işləri heç şirkətə demədən belə etmişdir.Dəmir dam örtüklərini şirkətin ərazisində sahibsiz qalmasın deyə atelye tikintisi zamanı istifadə edilməsindən ötrü özünə məxsus nəqliyyat vasitəsinə yerləşmişdir. Əslində dəmir dam örtüklərini xəbərsiz götürsə də, şirkəti bu barədə ona heç nə deməmişdir. Həmin dam örtüklərini elə şirkətin öz işlərindən ötrü istifadə etmiş, sadəcə elektrik xətləri çox olduğundan polis postundan keçə bilməsi üçün həmin dəmir dam örtüklərini elektrik xətləri görünməsin deyə yığdığı elektrik xətlərinin üstünə atmışdır.Qubadlı rayonu ərazisindən çıxmamışdan qabaq dəmir dam örtüklərini şirkətə təhvil verib çıxmalı idi.Lakin polis postunda dəmir dam örtüklərini görüb elə bildilər ki, həmin dam örtüklərini də oğurlamışdır.Bundan başqa o, elektrik xətlərinin hamısını biryerdə işlərini bitirdikdən sonra həmin elektrik xətlərini rayon ərazisindən çıxardaraq satmaq niyyətlərinin olmuş, lakin heç birini heç kimə satmamışlar. Muradxanlı postundan sürətlə keçdiyindən və hava yağışlı olduğundan həmin postda ona dayan əmri verilməsindən xəbəri olmamışdır. Balasoltanlı stasionar polis postunda çatdıqda polis əməkdaşı onun hərəkətini dayandırmışdır.Dirəklərdən elektrik xətlərini kəsərkən həmin dirəklərdə 3 ədəd xətt olmuş, yerdə isə bir ədəd xətt olmuşdur.Onlar elektrik xətlərini birlikdə yığdıqdan sonra həmin elektrik xətlərindən olan gəliri aralarında birlikdə böləcəkdirlər. Qazanılan məbləğin artıq hissəsi ona çatsa da, müəyyən hissəsi Əmraha çatacaqdır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq elektrik xətlərindən çox az hissəsini nəqliyyat vasitəsinə yükləmişlər.Əsasən xx.xx.2022-ci il tarixdə axşam saatlarında gizlətdikləri elektrik xətlərini yığıb xx.xx.2022-ci il tarixdə gecə saatlarında rayon ərazisindən çıxmaq planlaşdırmışlar. Həmin xətlərə məftil atıb elektrik cərəyanının olub-omadığını yoxlamış, həmin vaxtı xətdə elektrik cərəyanı olmamışdır.Həmin xətlərin istifadəsiz olmasını güman etmişlər və həmin xətlərin üzərindən yeni xətlər keçmiş, lakin həmin xətlərə toxunmamışdır.Kəsilən xətlər əl çatan nahiyyədə olması onlarda istifadəyə yararsız olması təsüratı yaratmışdır.Əməlindən səmimi peşman olduğunu və dəymiş ziyanı ödədiklərini bildirərək barasində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Lakin Qubadlı rayonunda olduğu müddətdə PolatYolYapı şirkətində fəhlə kimi işləmişdir. Həmin şirkətdə kəndçi Təqsirləndirilən şəxs1 10 il müddət olardı ki, işləmişdir.X5 Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb onun işsiz olduğunu və iş olarsa, ona Qubadlı rayonunda hər hansı işə düzəltməyini demişdir. 2022-ci ilin yanvar ayında Qubadlı rayonuna gəlmişdir. Təqsirləndirilən şəxs1 ona işlərinin Laçın rayonunda atelye düzəldilməsi ilə bağlı olduğunu bildirmişdir. Bundan sonra Arazla aralarında münasibət daha da yaxşılaşdıqdan sonra Araz ilə birlikdə çayda balıq tutmağa getməyi planlaşdırmışdır. Elə birinci dəfə Qubadlı rayonu, Muradxanlı kəndi ərazisindən çaya balıq tutmaq üçün getdikdə çayın ortasında tam aşmamış vəziyyətdə dirəyin olduğunu və həmin dirəkdən onun yaxınlığında olan dirəklərin izolyasiya olunan hissəsinə elektrik xətlərinin birləşdiyini görmüşdürlər. Daha sonra həmin elektrik naqillərini kəsərək işğaldan azad olunmuş rayonlardan Təqsirləndirilən şəxs1 məxsus Kamaz markalı nəqliyyat vasitəsinin yük hissəsində çıxartmaq qərarına gəlmişdirlər. Bundan sonra təxminən bir ay müddətində onlar həmin elektrik xətlərini kəsərək, elə kəsdikləri yerə yaxın olan yerlərdə gizlətməyi qərara almışdırlar. Məqsədləri yekunda hamısını birlikdə yığıb rayon ərazisindən çıxardaraq həmin elektrik xətlərini əlvan metal alınan hissələrə satmaq olmuşdur. İlk dəfə polis orqanlarında işi olduğundan həyəcanlı olduğunu və özünü müdafiə məqsədi ilə ilkin dindirilmədə istintaqa səhv ifadə və izahatlar vermiş, lakin hal-hazırda həmin elektrik xətlərini çayın içərisində torpaqlı ərazidə tam aşmamış vəziyyətdə olan dirəkdən ona yaxın olan digər dirəyin yaxınlığında olan digər dirəyə birləşik olan hissədən də kəsmişlər.Qeyd etdiyi sonuncu dirəkdən də təxminən ondan sonra 20 dirək olan və aralarında əlçatan halda olan elektrik xətlərini də Araz ilə birlikdə kəsmişlər.Həmin vaxt dirəklər arasında olan elektrik xətlərini kəsərkən yerdə də elektrik xətləri qarşılarına çıxdıqca həmin elektrik xətlərini də yaxın olan ərazilərdə gizlədirdilər.Həmin xətlərin istifadəsiz olmasını güman etmişlər və həmin xətlərin üzərindən yeni xətlər keçmiş, lakin həmin xətlərə toxunmamışdır. Kəsilən xətlər əl çətan nahiyyədə olması onlarda istifadəyə yararsız olması təsüratı yaratmışdır.Təqsirləndirilən şəxs1 həmin xətlərə məftil atıb elektrik cərəyanının olub-omadığını yoxlamış, həmin vaxtı xətdə elektrik cərəyanı olmamışdır. Dəmir dam örtüklərini şirkətin ərazisində sahibsiz qalmasın deyə atelye tikintisi zamanı istifadə edilməsindən ötrü Təqsirləndirilən şəxs1 məxsus nəqliyyat vasitəsinə yerləşdirmişlər. Muradxanlı postundan sürətlə keçdiyindən və hava yağışlı olduğundan həmin postda onlara dayan əmri verilməsindən xəbəri olmamışdır. Balasoltanlı stasionar polis postunda çatdıqda polis əməkdaşı onların hərəkətini dayandırmışdır. Dirəklərdən elektrik xətlərini kəsərkən həmin dirəklərdə 3 ədəd xətt olmuş, yerdə isə bir ədəd xətt olmuşdur.Onlar elektrik xətlərini birlikdə yığdıqdan sonra həmin elektrik xətlərindən olan gəliri aralarında birlikdə böləcəkdirlər.Qazanılan məbləğin artıq hissəsi Araz çatsa da, müəyyən hissəsi ona çatmalı idi. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq elektrik xətlərindən çox az hissəsini nəqliyyat vasitəsinə yükləmişlər.Əsasən xx.xx.2022-ci il tarixdə axşam saatlarında gizlətdikləri elektrik xətlərini yığıb xx.xx.2022-ci il tarixdə gecə saatlarında rayon ərazisindən çıxmaq planlaşdırmışlar. Əməlindən səmimi peşman olduğunu və dəymiş ziyanı ödədiklərini bildirərək barasində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərdi ki, Qarabağ RETSİ-də baş mühəndis vəzifəsində işləyir. İşlədiyi regional idarənin tərkibində Ağdam və Füzuli rayonlarından başqa işğaldan azad olunan digər ərazilərin elektrik şəbəkələri mövcuddur. Həmin elektrik şəbəkələrin yerləşdiyi rayonların müxtəlif ərazilərində dayaqlara birləşik olan elektrik veriliş xəttləri (hava xətləri) vardır. Baş vermiş hadisə ilə əlaqədar onlara Qubadlı rayonunda stasionar polis postunda Qubadlı elektrik şəbəkəsinə məxsus olan elektrik veriliş xətlərinin rayon ərazisindən çıxarılması və polis postunda saxlanılması haqqında məlumat verilmişdir. Onlara təxmini 4 ton elektrik veriliş xətlərinin Qubadlı rayonundan çıxarılması haqqında məlumat verildikdə, onlar təxmini 20500 manat miqdarda ziyan dəyməsi ilə bağlı polisə məlumat vermişdirlər. Daha sonra onun iştirakı ilə qeyd olunan məlumatla bağlı rayon ərazisinə baxış keçirtdikdə Qubadlı rayonunun Muradxanlı kəndi ərazisindən xeyli elektrik veriliş xətlərinin elektrik dayaqlarından kəsildiyini müşahidə etmişdirlər.İşğaldan azad olunmuş rayonlarda olan elektrik veriliş xətləri vasitəsi ilə dövlət əhəmiyyətli obyektlərə işıq verilir və onların xidməti ərazilərinə məxsus ərazilərdə olduğundan bəzi elektrik xətləri idarənin balansındadır, bəziləri isə idarənin balansında deyil. İdarənin balansında olmayan elektrik xətlərinə cavabdeh şəxslər elektrik şəbəkəsinin işçiləri, hər bir elektrik xəttinin istismar müddəti var. Qubadlı rayonunda yerləşən elektrik xətlərinin istismara yararlı olub-olmaması haqqında Qubadlı rayonu işğalda olduğuna görə istismar müddətini dəqiq deyə bilmir. Lakin Qubadlı elektrik şəbəkəsi tərəfindən Qubadlı rayonunda dövlət əhəmiyyətli obyektlər üçün lazım olan dağılmış elektrik xətlərinin müəyyən hissəsi bərpa edilib istifadə olunacaq vəziyyətə gətirilmişdir. Qubadlı rayonunda - konkret olaraq Muradxanlı kəndi ərazisində elektrik xətləri kəsilmişdir.İdarə tərəfindən elektrik yükünə uyğun olaraq elektrik naqilləri seçilmişdi və istifadə olunmuşdu.Qubadlı rayonu ərazisində AS-95, AS-70, AS-50, A-25 markalı elektrik naqqiləri olmuşdur.Hazırda həmin şəxslər tərəfindən dəymiş ziyan tam ödənilmiş və onlardan şikayətçi deyirdilər və barışmışdılar.Şəxlərə yüngül cəza verilməsini xahiş edir. Məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Onlara verilən cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Qubadlı RPŞ-nin İTB-də polis sahə rəisi vəzifəsində polis mayoru rütbəsi ilə xidmət edir. Qubadlı rayonunda yerləşən postlardan Balasoltanlı stasionar polis postunda ay ərzində müxtəlif vaxtlarda xidmət aparır. xx.xx.2022-ci il tarixdə Qubadlı rayonu Balasoltanlı kəndində yerləşən polis postunda xidmətdə olarkən ** BG *** dövlət qeydiyyat nişanlı Kamaz markalı nəqliyyat vasitəsinin posta yaxınlaşdığını görmüş, bu zaman müvafiq tapşırıqlara görə o, nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirtmiş və yük hissədə xeyli sayda elektrik naqillərinin və bir neçə ədəd dam örtüklərinin olduğunu müşahidə etmişdir. Həmin vaxtı sürücü Təqsirləndirilən şəxs1 bu barədə suallar soruşduqda Təqsirləndirilən şəxs1 ona yük hissədə olan elektrik naqillərinin və dam örtüklərinin işlədiyi Polatyolyapı şirkətinə məxsus olduğunu bildirmişdir. Daha sonra o, həmin malların oğurluq olduğuna şübhə etdiyindən dərhal bu barədə şöbə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra şöbənin xidmət üzrə rəis müavini Balasoltanlı polis postuna gəlmiş və Təqsirləndirilən şəxs1 rayon polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 yanında həmin vaxtı Əmrah adlı iş yoldaşı olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Qubadlı RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsində polis polkovnik leytenantı rütbəsi ilə xidmət edir. Rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi Şahid2 xx.xx.2022-ci il tarixdə xidmət etdiyi Balasoltanlı stosionar polis postunda yük hissəsi elektrik naqilləri və dam örtükləri ilə dolu olan Kamaz markalı nəqliyyat vasitəsini dayandırmış və həmin naqillərin və dam örtüklərinin oğurluq mal olduğunu güman etmişdir. Bu zaman o, dərhal hadisə yerinə getmiş və həmin vaxtı nəqliyyat vasitəsinin içərisində olan Təqsirləndirilən şəxs1 adlı şəxsi və Təqsirləndirilən şəxs2 adlı şəxsi ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə izahatının alınmasından ötrü rayon polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona həmin malların guya işlədikləri Polatyolyapı şirkətinə məxsus olduğunu bildimişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Qubadlı RPŞ-nin Konvoy hissəsində polis sahə nəfəri vəzifəsində işləyir. Xidməti zərurət ilə əlaqədar ayın müəyyən günlərində Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən stasionar polis postunda xidmət aparır. 13 mart 2022-ci il tarixdə gecə saat 01 radələrində adını qeyd etdiyi postda xidmətdə olmuşdur.Bu zaman posta Kamaz markalı nəqliyyat vasitəsinin yaxınlaşdığını müşahidə etmişdir. Müvafiq tapşırığa uyğun olaraq nəqliyyat vasitələrinin yük hissələrinə baxış keçirilməli və icazəsiz işğaldan azad olunmuş rayonlara daxil olmanın qarşısını almaq üçün həmin nəqliyyat vasitəsinə baxış keçirtməli olduğundan, həmin nəqliyyat vasitəsinin sürücüsünə xidmət apardığı posta yaxınlaşan zaman dayan əmri versə də, həmin nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi Kamazı postda saxlamadan onun olduğu yerdən uzaqlaşmışdır. Bu zaman o, sonrakı posta, yəni Balasoltanlı stosionar polis postunda olan Xəlil adlı iş yoldaşına bu barədə məlumat vermişdir. Daha sonra öyrənmişdir ki, Kamazın yük hissəsində xeyli miqdarda elektrik naqilləri və dəmir dam örtükləri vardır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərdi ki, Qubadlı RPŞ-nin post patrul xidməti tağımının polis nəfəri vəzifəsində işləyir. Xidməti zərurət ilə əlaqədar ayın müəyyən günlərində Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən stasionar polis postunda xidmət aparır. 13 mart 2022-ci il tarixdə gecə saat 01 radələrində adını qeyd etdiyi posta yaxın olan ərazidə dayanmışdır. Bu zaman xidmət yoldaşı Şahid3 posta sürətlə yaxınlaşan Kamaz markalı nəqliyyat vasitəsini saxlamaq istədiyini görmüşdü.Həmin nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi Kamazı postda saxlamadan uzaqlaşmışdır. Bu zaman Şahid3 sonrakı posta, yəni Balasoltanlı stasionar polis postuna bu barədə məlumat vermişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli qərərına 30 aprel 2021-ci il tarixdə edilmiş dəyikliklərdə qeyd olunmuşdur ki, özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin.Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmin qərarının 48-ci bəndində qeyd olunmuşdur ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli 9/2544 nömrəli məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 4 adda üzəri izolyasiyasız, alüminium əsaslı ərintidən hazırlanmış naqillərin istifadə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 9357,50 manat müəyyən olunur. Cinayət işi materiallarında olan zərərçəkmiş hüquqi şəxs X4 Təchizatı və Satış İdarəsi tərəfindən Qubadlı rayon Polıs Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri başlanmış və istintaqı aparılan cinayət işi üzrə idarəyə dəymiş ziyan tamamilə ödənilmişdir.Hal-hazırda dəymiş ziyan tamamilə ödənildiyindən heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarında olan 15 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 15 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 15 mart 2022-ci il tarixli qətimkan tədbirin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirin seçilmişdir. Cinayət işi materiallarında olan 15 mart 2022-ci il tarixli qətimkan tədbirin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirin seçilmişdir. Cinayət işi materiallarında olan 12 aprel 2022-ci il tarixli həbs qətimkan tədbirinin ev dustaqlıqı əvəz edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlıqı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarında olan 12 aprel 2022-ci il tarixli həbs qətimkan tədbirinin ev dustaqlıqı əvəz edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlıqı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarında olan 09 may 2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş əməliyyat Statistika İnfarmasitya İdarəsindən daxil olmuş xx.xx.2022-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işi materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kəndoba kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Ələkbərov X2 əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə 2-ci Qarabağ müharıbəsində fəal şəkildə iştirak etmiş və xx.xx.2021-ci il tarixdə təxris edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş əməliyyat Statistika İnfarmasitya İdarəsindən daxil olmuş xx.xx.2022-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işi materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, üç övladı var.Himayəsində 1937-ci il təvəllüdlü anasıdır.2017-ci il təvəllüdlü bacısı oğlu Əzizxanlı Əli oğlu uşaq evindən götürülmüşdür.Serebral uşaq iflici xəstəsidir. Əzizxanlı Əli oğlunun müalicəsi Təqsirləndirilən şəxs1 üzərindədir. Təqsirləndirilən şəxs1 İİ qrup əlildir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri özlərinin tam etirafedici ifadələri ilə, zərərçəkmişin nümayəndəsi və şahidlərinin ifadələri ilə, baxış istintaq hərəkətləri, ekspertiza rəyi, maddi sübut və cinayət işinə əlavə edilmiş digər rəsmi sənədlərlə tam sübuta yetirmişdir. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş hüquqi şəxsə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsi və şikayətçi olmaması CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən yaşadığı yeri üzrə müsbət xarakterizə olmasını, Səfərbərliklə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsində fəal şəkildə iştirak etməsi, əməlindən səmimi peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən, ilk dəfə az ağır cinayət törətməsi CM-nin 59.1.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs2 barəsində 15 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirin seçilməsi, 12 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlıqı qətimkan tədbiri ilə əvəz edilməsinin bir gününün azadlığın məhdudlaşdirilmasının iki gününə bərabər tutmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 19 gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş hüquqi şəxsə cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödənilməsi və barışıq əldə etməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən, yaşasığı yeri üzrə müsbət xarakterizə olmasını, İİ qrup əlil olmasını, əməlindən səmimi peşman olması və “serebral uşaq iflici ” xəstəsi olan bacısı oğlu Əzizxanlı Əli oğlunun müalicəsinin onun üzərində olması CM-nin 59.2-ci maddəsinə əsasən, ilk dəfə az ağır cinayət törətməsi CM-nin 59.1.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdirilması növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs1 barəsində 15 mart 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirin seçilməsi, 12 aprel 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlıqı qətimkan tədbiri ilə əvəz edilməsinin bir gününün azadlığın məhdudlaşdirilmasının iki gününə bərabər tutmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Ona görə də Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 19 gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlıqı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs1 barəsində secilmiş ev dustaqlıqı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrlması barədə Qubadlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 852/2022 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 5 (beş) saat vaxt sərf etmişdir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrlması barədə Qubadlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 851/2022 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 5 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-cu maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəsislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçi2 göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülməlidir. Müdafiəçi1 göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 354, 356, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 mart 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək həbsdə və ev dustağlığında saxlanıldığı 4 (dörd) ay 19 (on doqquz) gün müddət bir günə iki gün hesablamaqla təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Ağsu şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəzasının əvvəli Ağsu şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Ağsu şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün sat 07:00-dək yaşadığı Ağsu rayonu, Ağsu şəhəri ünvan 2 ünvanını tərk etməmək, Ağsu, Göyçay, Kürdəmir, İsmayılı və Şamaxı rayonların hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində secilmiş ev dustaqlıqı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-2 və 177.2.4-cü maddələri təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15 mart 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək həbsdə və ev dustağlığında saxlanıldığı 4 (dörd) 19 (on doqquz) gün müddət bir günə iki gün hesablamaqla təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ağsu şəhər Probasiya Şöbəsinə tapşırılsın. Cəzasının əvvəli Ağsu şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Ağsu şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün sat 07:00-dək yaşadığı ünvan 4i ünvanını tərk etməmək, Ağsu, Göyçay, Kürdəmir, İsmayıllı və Şamaxı rayonların hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində secilmiş ev dustaqlıqı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 ( əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar