Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-2/2025 05.02.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hal-hazırda işsiz, məhkumluğu olmayan, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, cinayət işi üzrə ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs açıq vəziyyətdə ümumi uzunluğu 225 mm, tiyəsi boz rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki üzdən itilənmiş, tiyəsinin ucu küt və kəsici tərəfə doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gələn, tiyənin sağ səthində “BROWNİNG” yazıları zavod işarəsi həkk edilmiş, tiyənin üzərində 16 mm ölçüdə sahəsi dalğavari olan, tiyənin uzunluğu 100 mm, orta hissədən eni 28,5 mm, maksimal qalınlığı 3,7 mm, dəstəyin əsası qara rəngli və tiyənin davamı olmayan, dəstəyin əsasına hər iki tərəfdən boz rəngli metaldan və qara rəngli rezinəoxşar üzlük 6 ədəd pərçimlə bərkidilmiş, dəstəyin yuxarı hissəsində dəstək taylarının arasında metal hissə yerləşdirilən, həmin hissənin tiyənin açıq vəziyyətdə möhkəmliyini təmin edən, dəstəyin uzunluğu 125 mm, orta hissədən eni 28 mm, orta hissədən qalınlığı 14,5 mm olan, dəstəyi barmaqaltı oyuq formasında və üzərinə kəmərə keçirmək üçün asılqanı olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesab edilən bıçağı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq qəsdən əldə edərək xx.xx.2024-cü il tarixdə balıq ovu etmək məqsədi ilə istifadə etdiyi və özünə məxsus üzərində EFES yazısı olan mavi rəngli əl çantasında saxlamaqla Qubadlı rayonu, Muradxanlı kəndində qəsdən gəzdirmiş və balıq ovu ilə əlaqədar istifadə etmiş, həmin tarixdə saat 18:00 radələrində Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində Həkəri çayının sahilində balıq tutduğu zaman qanunsuz olaraq qəsdən əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesab edilən bıçağı aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası CM-in 228.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək, yuxarıda qeyd edilən əlamətlərə malik ümumi ov təyinatlı soyuq silahı qanunsuz olaraq əldə etmiş və gəzdirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdi ki, bıçağın tutulduğu zaman Laçın rayonunda fəaliyyət göstərən Azərinşaat TQŞ-də qaynaqçı işləmiş, hal-hazırda isə işsizdir. O, 11,08.2024-cü il tarixdə təxminən saat 16:30 radələrində Laçın rayonundan Qubadlı rayonu, Muradxanlı kəndi ərazisinə balıq ovu etmək üçün gəlmiş və balıq ovu edən zaman polis əməkdaşları ona yaxınlaşmış və ondan balıq ovu ilə bağlı balıq tutubtutmadığı polis əməkdaşları tərəfindən soruşulduqda o, 02 ədəd balıq tutduğunu və bunu qarmaq vasitəsi ilə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları yerdə ona məxsus olan mavi rəngli üzərində EFES yazısı olan çantanın yanında bıçaq olduğunu görmüş və bıçağın kimə məxsus olduğu soruşulduqda o, polis əməkdaşlarına bıçağın özünə məxsus olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona bıçağın soyuq silah olması ehtimalı ilə bağlı rayon polis şöbəsinə təmin edilməli və izahatının alınmalı olduğunu bildirdikdə o, buna etiraz etmədən rayon polis şöbəsinin inzibati binasına yaxınlaşmışdır. O, həmin bıçağı təxminən 3-4 il bundan əvvəl xatırlamadığı yerdən həvəskar balıqçı olduğu üçün almış, balıq ovu edərkən istifadə etmiş və bıçağı özünə məxsus balıq çantasında saxlamaqla gəzdirmiş və Qubadlı rayonunda balıq ovu edərkən polis əməkdaşları tərəfindən müəyyən edildiyini bildirmişdir. Bıçağı balıq ovu ilə bağlı çörəyi doğramaq və qarmağa keçirmək üçün istifadə etmişdir. Onu aldığı vaxtdan balıq tutmaq üçün istifadə etdiyi və hal-hazırda da saxladığı mavi rəngli üzərində EFES yazılan balıq tutmaq üçün istifadə etdiyi çantasında saxlamışdır. O, ovçu olmadığını və ovçuluq biletinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qubadlı RPŞ-nin PPXB-nün komandiri vəzifəsində polis baş leytenantı rütbəsi ilə xidmət edir. Xidməti rayon ərazisində ictimai qaydanın qorunması və cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Qubadlı rayonu ərazisində axar çaylar olduğundan müxtəlif vaxtlarda çayların içərisində balıq ovu üçün istifadə edilən sintetik torlar aşkar edilməklə həmin sintetik torlar polis əməkdaşları tərəfindən məhv edilir. Bu cür halların qarşısının alınmasından ötrü polis əməkdaşları tərəfindən çay kənarı ərazilərdə tədbirlər davam etdirilir. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində xidmət yoldaşları Şahid3 və Şahid2 ilə Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən çay kənarı ərazilərə baxış keçirilərkən bir nəfər şəxsin balıq ovu ilə məşğul olduğunu müşahidə etmişdirlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs olaraq təqdim etmiş və qarmaq vasitəsi ilə balıq ovu etdiyini bildirmişdir. Bu zaman onun dayandığı yerdə özünə məxsus olan üzərində EFES yazısı olan çantasının yanında bıçaq olduğunu görüb bıçağın kimə məxsus olmasını soruşduqda Təqsirləndirilən şəxs bıçağın ona məxsus olduğunu bildirmişdir. Bıçağı hansı məqsədlə istifadə etdiyi ondan soruşulduqda o, balıqlara verilən çörək növündə yemin doğranması üçün həmin bıçaqdan istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bıçağın soyuq silah olub - olmaması ilə bağlı müvafiq araşdırma aparılmalı olduğu bildirilmiş və bıçaq ondan götürülməklə izahatının alınmasından ötrü rayon polis şöbəsinə təmin edilmişdir. Təqsirləndirilən şəxs balıqları ovlamaq üçün yem olaraq çörəkdən istifadə etdiyini, çörəyin də qarmağa səliqəli şəkildə keçirilməsindən ötrü bıçaqdan istifadə edildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs videogörüntüdə onun özünün olduğunu etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli, 3/1370 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. İş materiallarında olan “Azərovçu” Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 33 saylı xx.xx.2024-cü il tarixli Qubadlı RPŞ-nin İstintaq Qrupuna ünvanladığı cavab məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarında olan İmişli RİHB-nin Qaralar kənd İƏD Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli Xasiyyətnaməsindən görünür ki, İmişli rayon Qaralar kəndində xx.xx.1982-ci il tarixdə anadan olmuş azərbaycanlı, orta təhsilli Təqsirləndirilən şəxs İmişli rayon Qaralar kəndində yaşadığı müddət ərzində heç bir qanun pozğunluğuna yol verməmişdir. Ailəlidir. İki övlad atasıdır. Orta məktəbdə oxuduğu müddətdə müəllimləri tərəfindən heç bir cəza almamışdır. Müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdır. Özünəməxsus xüsusiyyətləri vardır. Ailə üzvləri ilə mehriban, qonşularla münasibəti normaldır. Təbiəti və idmanı sevir. Nümayəndəlikdə keçirilən ictimai işlərdə fəal iştirak edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırlan hallar müəyyən edilməmişdir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs açıq vəziyyətdə ümumi uzunluğu 225 mm, tiyəsi boz rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, kəsici tərəfi hər iki üzdən itilənmiş, tiyəsinin ucu küt və kəsici tərəfə doğru qövsvari formada əyilərək birləşməsi nəticəsində əmələ gələn, tiyənin sağ səthində “BROWNİNG” yazıları zavod işarəsi həkk edilmiş, tiyənin üzərində 16 mm ölçüdə sahəsi dalğavari olan, tiyənin uzunluğu 100 mm, orta hissədən eni 28,5 mm, maksimal qalınlığı 3,7 mm, dəstəyin əsası qara rəngli və tiyənin davamı olmayan, dəstəyin əsasına hər iki tərəfdən boz rəngli metaldan və qara rəngli rezinəoxşar üzlük 6 ədəd pərçimlə bərkidilmiş, dəstəyin yuxarı hissəsində dəstək taylarının arasında metal hissə yerləşdirilən, həmin hissənin tiyənin açıq vəziyyətdə möhkəmliyini təmin edən, dəstəyin uzunluğu 125 mm, orta hissədən eni 28 mm, orta hissədən qalınlığı 14,5 mm olan, dəstəyi barmaqaltı oyuq formasında və üzərinə kəmərə keçirmək üçün asılqanı olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesab edilən bıçağı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq qəsdən əldə edərək xx.xx.2024cü il tarixdə balıq ovu etmək məqsədi ilə istifadə etdiyi və özünə məxsus üzərində EFES yazısı olan mavi rəngli əl çantasında saxlamaqla Qubadlı rayonu, Muradxanlı kəndində qəsdən gəzdirmiş və balıq ovu ilə əlaqədar istifadə etmiş, həmin tarixdə saat 18:00 radələrində Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində Həkəri çayının sahilində balıq tutduğu zaman qanunsuz olaraq qəsdən əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi ov təyinatlı soyuq silah hesab edilən bıçağı aşkar edilərək götürülmüş, bununla da o, Azərbaycan Respublikası CM-in 228.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək, yuxarıda qeyd edilən əlamətlərə malik ümumi ov təyinatlı soyuq silahı qanunsuz olaraq əldə etmiş və gəzdirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 228.4-ci maddəsi ilə düzgün tövsüf edilmiş və o, həmin maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, habelə şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilməlidir. Sumqayıt 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə dövlət hesabına müdafiəçinin ayrılması barədə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli (İş № 1 (028)-4/2024) qərarını icra edərək, 09 dekabr 2024-cü il tarixli 2054 saylı orderə əsasən vəkil Müdafiəçi onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma dörə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin Növbəçi Hissəsində saxlanılan 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov təyinatlı soyuq silah hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın və cəzasını iş yeri üzrə çəksin. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin Növbəçi Hissəsində saxlanılan 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov təyinatlı soyuq silah hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №1(028)-2/2025
Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-2/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver