Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-3/2022 25.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi –Sumqayıt Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Saatlı rayonu, Varxankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, traktor sürücü işləmiş, məhkumluğu olmayan, Saatlı rayonu,Qaralar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzərət altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:40 radələrində özünə məxsus 66-T-379 dövlət qeydiyyat nişanlı “Traktor T 150” markalı nəqliyyat vasitəsini ona birləşik olan **-TG-***, **-TG-***, **-TG-***, **-TG-*** dövlət qeydiyyat nişanlı qoşqular ilə birlikdə gübrə ilə yüklü halda Qubadlı rayonu, Xanlıq kəndi ərazisində “Gəyən düzü” adlanan ərazidə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” AR qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni hərəkətin iştirakçıları üçün hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı və 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin, yəni “avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinasından kənarda, yük qoşqusunda, qoşqu yaylaqda, yük motosikleti banında və motosikletin konstraksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə adamın daşınması qadağa tələblərinə riayət etməklə hadisənin qarısını almağa texniki imkanı olmuş, nəticədə traktora birləşik olan **-TG-*** dövlət qeydiyyat nişanlı qoşqunun üzərində dayanmış Zərərçəkmiş şəxs **-TG-*** dövlət qeydiyyat nişanlı qoşqunun aşması nəticəsində həmin qoşqunun altında qalaraq sağ gicgah sümüyünün kəllə əsası sümüklərinə keçən basılmış qəlpəli və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, sağ gicgah nahiyyəsinin əzilmiş yarası, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi xəsarətləri alaraq hadisə yerində ölmüş, bununla da o, ehtiyyatsızlıqdan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir. Bir qız övladı vardır. Traktor sürücüsü kimi işləməklə ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə Qubadlı rayonuna gəlmişdir. Qubadlı rayonuna gəlməyində məqsədi Qubadlı rayonu ərazisində işləmək olmuşdur. Qubadlı rayonunda iş olması ilə bağlı məlumatı kəndlisi Şahid1 ona bildirmişdir. Şahid1 Qubadlı rayonuna gəlməmişdən təxminən 3 gün qabaq ona işin olması haqqında məlumat vermişdir. 6 ədəd traktorla birlikdə xx.xx.2022-ci il tarixdə gündüz saatlarında Saatlı rayonundan Qubadlı rayonu istiqamətinə hərəkətə başlamışlar. Füzuli rayonu Horadiz polis postundan keçdikdən sonra Qubadlı rayonuna gəlib “Dostaqropark” şirkətinə məxsus vaqonlarda gecələmişdirlər. Qubadlı rayonuna getdiyi müddətdən Xanlıq kəndi ərazisində Gəyən düzü adlanan ərazidə özünə məxsus 66-T-379 dövlət qeydiyyat nişanlı T-150 markalı traktorla karbomit gübrəsi daşımaqla məşğul olmuşdur. Onun idarə etdiyi traktor ümumiyyətlə ancaq qoşqu ilə daşıma işinə yaradığından elə ancaq bu işlə məşğul olmuşdur.Qubadlı rayonuna getdiyi müddətdən gübrənin ümumi yerləşdiyi ərazidən gübrəni idarə etdiyi qoşquya fəhlə vasitəsi ilə yükləyib, Xanlıq kəndində Gəyən düzü adlanan ərazidə “Dostaqropark” şirkətinə məxsus olan ərazidə deyilən yerlərə daşımış və fəhlə tərəfindən gübrə lazım olan yerə boşaldılmaqla müəyyən işçilər tərəfindən həmin gübrə əraziyə səpilmişdir. xx.xx.2022-ci il tarixdə gübrəni qeyd etdiyi yerdən fəhlənin köməkliyi ilə qoşqulara yükləyib səpilməli olan ərazi istiqamətində hərəkət edərkən Zərərçəkmiş şəxs onun getdiyi yolun qırağında dayanmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs görən kimi ondan niyə yolun qırağında dayanmasını soruşduqda Zərərçəkmiş şəxs onu gözlədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs traktora birləşik olan birinci qoşqunun üzərinə çıxmış və hərəkətinə davam etmişdir. Bu zaman hava çox küləkli olmuşdur. Hadisə baş verən yerə yaxınlaşanda yolun istiqaməti də aşağı olmuşdur. Bu zaman o, traktoru idarə edərkən hadisə baş verən yerdə yolun istiqaməti aşağı olduğundan və traktora birləşik olan qoşqular ağır yüklü olduğundan traktorun kabinə hissəsindən, yəni sükan arxasından hər şeyin qaydasında olub-olmadığını müşahidə etmək üçün geriyə boylandığında Zərərçəkmiş şəxs özünü qoşqudan qabağa doğru, yəni traktorla ona birləşik olan birinci qoşqu ilə traktorun arasına atdığını müşahidə etmişdir. Və o, bunu görən kimi dərhal traktorun sükanını sol tərəfə burmuş və həmin vaxt Zərərçəkmiş şəxs baş nahiyyəsi qoşqunun təkəri altında qalmışdır. Daha sonra o, traktorun sükanını sol tərəfə burub traktoru saxlamışdır. O, dərhal aşağıya düşüb Zərərçəkmiş şəxs başının qoşqunun qabaq təkərinin altında qaldığını görmüş, bundan sonra dərhal traktordan kvalt adlanan aləti götürüb qoşqunu traktorla birləşən hissəsini ayırmağa çalışsa da, heç cürə buna nail ola bilməmişdir. Bu zaman ərazidə qoşqusu kran olan traktor olduğundan həmin traktorun sürücüsü yaxınlaşıb mərhum Zərərçəkmiş şəxs üzərinə aşan qoşqunu qaldırmışdır. Bu zaman artıq Zərərçəkmiş şəxs ölmüşdür. Əlavə olaraq göstərdi ki, bildiyinə görə bu hadisədən qabaq Saatlı rayonunda iki il bundan qabaq da belə bir hadisə olmuş və həmin hadisə zamanı Zərərçəkmiş şəxs üzərinə qoşqu aşmış, ona görə Zərərçəkmiş şəxs əvvəl də belə bir hadisədə iştirakçı olduğundan qorxub özünü traktorla qoşqunun arasına atmış, yəni istiqamət aşağı olduğu üçün və qoşqular yüklü olduğu üçün mərhum Zərərçəkmiş şəxs özünü qoşqudan irəliyə atmışdır.Mərhum Zərərçəkmiş şəxs ona deyilmədən traktora birləşik olan qoşquya minmiş, yəni, əslində mərhuma qoşqunun üzərinə çıxaraq birlikdə getmələrini təklif etməmiş və buna görə də özünü qismən təqsirli bilir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərər çəkmiş şəxsin hüquqi varisinin şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2010-cu ilin sentyabr ayından rəsmi nikahları vardır. Birgə nikahdan iki övladı vardır. Həyat yoldaşı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 3 radələrində yaşadıqları Saatlı rayonu, Qaralar kəndindən traktor sürənlərlə birlikdə Qubadlı rayonuna gedəcəklərini bildirmişdir. Daha sonra gecə saat 5 radələrində Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb birlikdə Qubadlı rayonuna getdiyi şəxslərin sənədlərində problem olduğunu və işğaldan azad olunmuş rayonlara buraxılmadıqlarını bildirmişdir. Həmin gecə heç özü də evdə yox, qohumunun evində olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Zərərçəkmiş şəxs getməli olduğunu bilib heç onunla əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onunla telefon vasitəsi ilə əlaqə saxlayıb artıq Qubadlı rayonunda olduğunu bildirmiş və daha sonra rəhmətə gedən vaxta kimi telefon vasitəsi ilə əlaqə saxlamışlar. Zərərçəkmiş şəxs Qubadlı rayonunda fəhlə işləmək üçün Qubadlı rayonuna getmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs əmisi Yadigar Güllərov ona həyat yoldaşının ölməsini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi traktorun qoşqunun təkəri altında qalmış və nəticədə həyat yoldaşı hadisə yerində vəfat etmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirərək, növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdi. Məhkəmə baxışında Şahid2 ifadəsi elan olunmuşdur.Öz ifadəsində o, göstərmişdir ki, traktor sürücüsü vəzifəsində işləyir. Əvvəllər də bir neçə dəfə işğaldan azad olunmuş rayonlara icarəyə götürdüyü traktorla birlikdə iş üçün gedib- gəlmişdir. Onun həmin rayonlarda işləməyinə səbəbkar Şahid1 olmuşdur. Bildiyinə görə Zərərçəkmiş şəxs iş qabiliyyəti yüksək olduğundan onu hər yerdə işində mükəmməl olan bir insan kimi tanımışdrılar. Və o, hər dəfə Qubadlı rayonunda eləcə də digər rayonlarda da işləyən zaman mərhum Zərərçəkmiş şəxs həmin ərazilərdə işləmişdir. Hadisə baş verməmişdən təxminən 4-5 gün qabaq Qubadlı rayonuna Şahid1 ilə birlikdə getmişdir. Qubadlı rayonunda gördüyü iş idarə etdiyi traktora birləşik olan səpin üçün istifadə olunan qoşquları traktorla birlikdə idarə etmək olmuşdur. Yəni ümumən işlədiyi bütün rayonlarda əkinçilik işləri ilə məşğulğuldur. Baş vermiş hadisə vaxtı o, əkin sahəsində olmuşdur. Bu zaman Vüsal onunla telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs idarə etdiyi traktoru aşırtdığını və traktora birləşik olan qoşqunun üzərində dayanmış Zərərçəkmiş şəxs qoşqunun altında qalaraq ölməsini bildirmişdir. Bu zaman o, dərhal həmin hadisə baş vermiş yerə gəlmiş və Zərərçəkmiş şəxs başının qoşqunun altında qaldığını və öldüyünü müşahidə etmişdir. Həmin vaxtı traktora birləşik 4 ədəd qoşqu vardır. Həmin traktoru idarə edən şəxs də Təqsirləndirilən şəxsdur. Hadisə baş verən yolun istiqaməti aşağı olmuşdur. Məhkəmədə Şahid1 ifadəsi elan olunmuşdur.Öz ifadəsində o, göstərmişdir ki, traktor sürücüsü vəzifəsində işləyir. Əvvəllər də bir neçə dəfə işğaldan azad olunmuş rayonlara icarəyə götürdüyü traktorla birlikdə iş üçün gedib gəlmişdir.Onun həmin rayonlarda işləməyinə səbəbkar da məhz mərhum Zərərçəkmiş şəxs özü olmuşdur. Zərərçəkmiş şəxs iş qabiliyyəti yüksək olduğundan onu hər yerdə işində mükəmməl olan bir insan kimi tanımışdırlar. Qubadlı rayonuna hadisə baş verməmişdən təxminən 4-5 gün qabaq getmişdir. Elə Qubadlı rayonuna getməyini və orada işləməyi ilə bağlı təklifi mərhum Zərərçəkmiş şəxs özü vermişdir. Qubadlı rayonunda gördüyü iş idarə etdiyi traktora birləşik olan səpin üçün istifadə olunan qoşquları traktorla birlikdə idarə etməkdir. Yəni ümumən Qubadlı rayonunda əkinçilik işləri ilə məşğul olur. Baş vermiş hadisə vaxtı o, hadisə baş vermiş yerdən təxminən 100 metr məsafədə kənarda dayanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi traktora birləşik olan 4 ədəd qoşqulardan traktora birləşik olan birinci qoşqunun üzərində Zərərçəkmiş şəxs ayaq üstə dayandığını görmüşdür. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs onlara tərəf gələndə yolun istiqaməti aşağı olmuşdur. Bu zaman qoşqular bir-birinə dəydiyindən Zərərçəkmiş şəxs qorxmuş və traktorla qoşqunu birləşdirən dəmirin üzərinə ayağını qoyub aşağıya düşmək istəyəndə yerə yıxılmışdır.Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu hərəkətini görüb traktorun sükanını sol tərəfə burmuş və traktora birləşik olan birinci qoşqu aşaraq Zərərçəkmiş şəxs üzərinə aşmışdır.Daha sonra Təqsirləndirilən şəxs traktordan dərhal düşüb qoşqu ilə traktoru ayırmağa çalışsa da, buna nail ola bilməmişdir.Bundan sonra kran qoşulmuş traktorla qoşqunu qaldırmış və artıq Zərərçəkmiş şəxs öldüyünü görmüşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 17-ci bəndinin birinci abzasına edilmiş dəyişiklərdə göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir.Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Həmin qərarın 21-ci bəndinin ikinci abzasına edilmiş dəyişiklərdə göstərilir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8/1042 №-li məhkəmə yol-nəqliyyət hadisələri ekspertizasının rəyindən görünür ki, T-150 markalı 66-T-379 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı sağ gicgah sümüyünün kəllə əsası sümüklərinə keçən basılmış qəlpəli və xətti sınıqları; baş beyin toxumasının əzilməsi; beyin qişa və mədəciklərinə qansızma; sağ gicgah nahiyyəsinin əzilmiş yarası aşkar olunmuşdur. 2.Vətəndaş Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən əvvəl ağır küt təsir mexanizminə malik əşyanın təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.3.Vət. Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə tağı və kəllə əsası sümükərinin sınıqları, baş beyin toxumasının əzilməsi olmuşdur.4.Meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətin tibbi müayinəsinin 09 mart 2022-ci il tarixli,148 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Saatlı X6 Mərkəzinin MİHO/1.2.52-2-2022-101 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyi Qubadlı rayon Polis şöbəsinin kənd təsərrüfatı texnikasının sürücüsü Təqsirləndirilən şəxs aid sürücülük vəsiqəsi və digər məlumatların təqdim edilməsi ilə bağlı məktubuna Saatlı X6 Mərkəzində (DAİM) aidiyyəti üzrə baxılmışdır.Məktubun icrası ilə bağlı bildirilir ki, Saatlı rayon Varxankənd İƏD-nin Qaralar kənd sakini Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixində traktor sürücülük vəsiqəsinin yararsız olduğu üçün DAİM-in Texniki nəzarətin təçkili sektoruna müraciət etmişdir.Təqsirləndirilən şəxs müraciətinə əsasən əvvəlki vəsiqə yararsız olduğu üçün yenisi ilə əvəz olunmuşdur.Əvvəlki və yeni verilmiş vəsiqənin kateqoriyaları T-150 markalı traktoru idarə etmək hüququ verməklə göstərilən traktorun dartı gücü 100 at gücündən çox olması ilə əlaqədar şərait nəzərə alınmaqla bir neçə traktor qoşqusu qoşula bilər. İş materiallarında olan Saatlı rayonu, Varxankənd İ.Ə.D-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədə göstərmişdir ki, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, təyin olunan cəzanı məhkəmənin mülahizəsinə verir. İş materiallarında olan 26 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 26 may 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəza ilə onun islah olunmasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılığı, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağın olmasını, ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayətinin törətməsini CM-nin 59.1.1ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını CM-nin 59.1.12ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair “ 14 noyabr 2011ci il tarixli qərarında göstərilir ki,əlavə cəzalar-müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. CM-nin 263.1-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM-nin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36 maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 56 maddəsinin 9-cu hissəsinin 1-ci bəndinə əsasən avtomobilin (bort platforması olan yük avtomobilinin banında və ya ban-furqonunda daşınmasından başqa), traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti banında və motosikletin konstruksiyasında oturmaq üçün nəzərdə tutulmayan yerlərdə adamların daşınması qadağan edilir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzərət altına vermə haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə dövlət hesabına müdafiəçinin ayrılması barədə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli (İş № 1 (028)-3/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 943/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 04 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma dörə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəsisələrində çəksin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəsisələrində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzərət altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi vaxtadək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 04 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №1(028)-3/2022
Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-3/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver