Məhkəmə qərarları › İş №1(028)-3/2023

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №1(028)-3/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(028)-3/2023 20.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə 01,03.1962-ci il tarixdə Qubadlı rayonunun Həmzəli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, 4 uşaq anası, Qubadlı rayonunun Həmzəli kəndində qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonunun Ceyranbatan qəsəbəsi, yeni məhəllə adlanan ərazidə yerləşən fərdi yaşayış evində məskunlaşmış, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs yaşa görə pensiya hüququnu xx.xx.2024-cü il tarixdə əldə edəcəyi halda 1995-ci ilin oktyabr ayında həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq himayəsində dörd azyaşlı uşağı olduğuna görə əmək pensiyası almaq üçün Qanunla müəyyən edilmiş yaş həddini yaratmaqdan ötrü tamah niyyəti ilə xx.xx.1962-ci il olan doğum tarixini istintaqla müəyyən edilməsi mümkün olmayan şəraitdə saxtalaşdıraraq 17 il geriyə çəkilməsinə nail olaraq Qubadlı rayon polis şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş XXVİ-JQ 700316 nömrəli doğum tarixi xx.xx.1945-ci il kimi göstərilən saxta pasportu əldə etmişdir.Həmin saxta sənədi ünvan 1 ünvanında müvəqqəti fəaliyyət göstərən Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etməklə, sosial ödənişlər və ya müavinətlər almaq hüququ olmadan müvafiq orqanları aldadaraq qəsdən verdiyi yalan məlumatlar əsasında həqiqəti gizlətmiş və Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.1995-ci il tarixli, 526 nömrəli qərarı ilə vaxtından əvvəl yaşa görə əmək pensiyası almaq hüququ əldə edərək, xx.xx.1995-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş müxtəlif məbləğlərdə əmək pensiyası ödənişlərini alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 37.848,41 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı cinayət işinin icraata qəbul edilərək, işin məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət işinin icraata qəbul edilərək, işin məhkəmə baxışına verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, ittiham üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilərək, cinayət işi aidiyyatı üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, cinayət işi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxlmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 1995-ci ildə Qubadlı rayon Əhalisinin Sosial Müdafiə Mərkəzinə müraciət etdiyi dövrdə həmin mərkəz Sumqayıt şəhərində yerləşmiş, orada ona pensiya təyin edilmiş və o, 1995-ci ilin oktyabr ayından xx.xx.2023-cü il tarixədək vaxtından əvvəl yaşa görə qanunsuz olaraq əmək pensiyası almaq hüququ əldə etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75, 299, 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə cinayət işinin məhkəmə baxışının keçirilməsindən imtina edilsin və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar