Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-4/2023 18.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – 1 saylı Sumqayıt Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Minatəmizləmə X2 Mərkəzi agentliyində sürücü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv zavodu, А/Yat ünvanında qeydiyyatda olan və Zəngilan rayonu, Ağalı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını idarə etdiyi Opel Astra markalı **-FF-*** qeydiyyat nişanlı avtomobilin salonunda gəzdirmiş, 04 yanvar 2023-cü il tarixdə saat 18:45 radələrində Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində özünə məxsus həmin avtomobili idarə edib Qubadlı rayonu, Zilanlı kəndi ərazisində giriş üçün nəzərdə tutulmuş stasionar polis postunu keçməyə çalışarkən Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Qubadlı RPŞ-ə dəvət edilib polis şöbəsinin həyətində onun idarə etdiyi Opel Astra markalı **-FF-*** qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilərkən ön sağ tərəfdə yerləşən saxlanc yerində 01 ədəd tiyə və dəstək hissədən ibarət olmaqla tiyəsinin uzunluğu 148 mm, orta hissədə eni 34 mm, maksimal qalınlığı 3,6 mm, dəstəyin uzunluğu 112 mm, orta hissədən eni 30 mm, qalınlığı 25 mm olan zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs oqlu özünü təqsirli bilərək göstərdi ki, X3 Azərbaycan Respublikası Sərhəd Qoşunlarında leytenant rütbəsi ilə xidmət edir. Oğlunun xidmət yeri Xızı rayonu, Sitalçay kəndində yerləşir. X3 özünün polis şöbəsinə gətirildiyi gündən təxminən 2-3 gün qabaq Qubadlı rayonuna ezam olmuşdur. xx.xx.2023-cü il tarixdə oğlu onunla əlaqə saxlayıb özü üçün Qubadlı rayonuna yemək gətirməyini demişdir. Həmin vaxt evdə spirtli içki qəbul edib və oğluna evdə yemək hazırlanandan sonra özünə məxsus **-FF-*** qeydiyyat nişanlı, Opel Astra markalı nəqliyyat vasitəsi ilə Zəngilan rayonu, Ağalı kəndindən Qubadlı rayonu, Xanlıq kəndinə yola düşmüşdür. Bu zaman yol asfalt olduğundan yüksək sürətlə hərəkət edərək Qubadlı rayonu, Zilanlı kəndində giriş üçün nəzərdə tutulan stasionar polis postuna yaxınlaşmağını spirtli içkinin təsirindən hiss etməmiş, daha sonra geri qayıtmış və giriş üçün nəzərdə tutulan postdan keçən zaman onu DYPB-nin əməkdaşı tərəfindən dayandırılmış və sənədləri DYPB əməkdaşı tərəfindən yoxlanılarkən ondan spirtli içki qəbul etməsi soruşulduqda o spirtli içki qəbul etdiyini etiraf etmişdir. Daha sonra həmin yol polisi əməkdaşı qeyd olunan xüsusatla bağlı ona rayon polis şöbəsinə təmin ediləcəyini bildirmişdir. O, həmin vaxt oğluna yemək gətirdiyindən həmin yol polisi əməkdaşına yalnız yeməyi oğluna verdikdən sonra şöbəyə gedəcəyini bildirsə də, həmin əməkdaş bununla razılaşmamışdır. Bu zaman özünü PPXT-nin komandiri kimi təqdim edən əməkdaş da ona məxsus nəqliyyat vasitəsində arxa oturacaqda əyləşmişdir. O, nəqliyyat vasitəsində qabaq sağ tərəfdə, yəni sərnişin qismində əyləşməklə DYPB-nin əməkdaşının nəqliyyat vasitəsini idarə etməsi ilə yola düşmüşdürlər. Yolda hərəkətdə olarkən onunla birlikdə olan polis əməkdaşlarından nə qədər xahiş etsə də, polis əməkdaşları ona gətirdiyi yeməkləri oğluna aparmağa icazə verməmişdirlər. Bundan sonra polis əməkdaşları onu danışdıra-danışdıra şöbəyə gətirmişdirlər. Daha sonra polis əməkdaşları şöbədə nəqliyyat vasitəsinə baxış keçirtmiş, ona məxsus nəqliyyat vasitəsində təxminən 3-4 il bundan qabaq Bakı şəhəri, Yasamal rayonunda yerləşən ovçular mağazasından aldığı açılıb-bağlanan ucu deşici, bir tərəfi kəsici olan turist bıçağını və təxminən 2022-ci ilin yay aylarında Zəngilan rayonu ərazisində yerləşən Həkəri çayı ətrafından tapdığı ucu deşici, bir tərəfi kəsici olan bıçağı götürərək qablaşdırmışdırlar. O, qeyd etmişdir ki, həmin bıçaqlar ona məxsusdur və həmin bıçaqlar qablaşdırılarkən video çəkiliş də aparılmışdır. Əlavə olaraq turist bıçağını üzərində saxlamaq üçün aldığını, normal bıçağa bənzəyən iri bıçağı tapdığından Qubadlı rayonunda balıq tutduqdan sonra təmizləmək üçün istifadə etdiyini, bıçaqları özünü müdafiə məqsədi ilə öz şəxsi istifadəsində olan nəqliyyat vasitəsində gəzdirdiyini, həmin bıçaqlardan hər hansı xəsarətli mübahisələrdə və ya özünə məlum olan digər hallarda istifadə etmədiyini, ovçu olmadığına görə ovçuluqla bağlı hər hansı sənədləşməsinin mövcud olmadığını bildirmişdir. Bundan başqa həyat yoldaşı ilə birgə mülkiyyətində olmaqla öz şəxsi istifadəsində olan **-FF-*** qeydiyyat nişanlı Opel markalı nəqliyyat vasitəsinin ön sağ hissəsində saxlanc yerindən aşkar olunaraq götürülmüş soyuq silahın onun iştirakı ilə qablaşdırıldığını və həmin soyuq silahı həmişə nəqliyyat vasitəsində saxladığını və gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Şahid1 göstərdi ki, Qubadlı RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Qubadlı RPŞ-nin PPXT-nın komandiri Şahid2 ilə birlikdə Qubadlı rayonu ərazisində xidmətdə olarkən **-FF-*** qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vasitəsinin Qubadlı rayonu ərazisində giriş üçün nəzərdə tutulmuş Zilanlı kəndində yerləşən stasionar polis postundan kənar yol ilə keçməsini müşahidə etmişdirlər. Daha sonra qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü geriyə qayıdaraq giriş üçün nəzərdə tutulan postdan keçmiş, bu zaman o, sürücünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələnib sərxoşluğu müəyyən edən cihazla onun sərxoşluğunu yoxlamış və **-FF-*** qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sərxoş idarə etməsi müəyyən olunduğundan sürücüyə nəqliyyat vasitəsinin duracağa təmin edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz edərək heç bir yerə getməyəcəyini, oğlu üçün Qubadlı rayonuna gətirdiyi ərzaqları mütləq şəkildə oğluna verəcəyini bildirmiş, lakin polis əməkdaşları Təqsirləndirilən şəxs sərxoş olduğundan rayon polis şöbəsinə təmin edilməsindən ötrü qismən onun fikri ilə razılaşmış və oğluna ərzaq verildikdən sonra nəqliyyat vasitəsini duracağa təmin edəcəklərini bildirmişdirlər. Zilanlı kəndindən Qubadlı rayonu istiqamətində hərəkətdə olarkən Təqsirləndirilən şəxs təhlükəli davranışlarla, əsəbi halda onlarla danışaraq rayon polis şöbəsinin inzibati binasına getməyəcəyini bildirmiş, lakin onlar Təqsirləndirilən şəxs mütləq şəkildə rayon polis şöbəsinin inzibati binasına getməli olduqlarını bildirilmişdir. Onlar da Təqsirləndirilən şəxs danışdıra-danışdıra rayon polis şöbəsinə təmin etmişdirlər. O, rayon polis şöbəsinin inzibati binasına çatdıqda baş verənlər barədə rəhbərliyə yazılı qaydada müraciət etmiş və nəqliyyat vasitəsinə baxış müvafiq əməkdaş tərəfindən onların iştirakçılığı ilə keçirilərkən nəqliyyat vasitəsinin saxlanc yerindən turist bıçağına bənzər 01 ədəd bıçaq və adi mətbəx bıçağına bənzər, lakin iri ölçülü olan 01 ədəd bıçaq aşkar olunaraq qablaşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs sərxoş olduğundan nəqliyyat vasitəsində birlikdə hərəkətdə olarkən soyuq silahı gəzdirməsi ilə bağlı heç nə danışmamış, danışdığı mövzu yalnız oğluna yemək aparması ilə bağlı mövzular olmuşdur. Məhkəmədə Şahid3 göstərdi ki, Qubadlı RPŞ-də məsul növbətçi köməkçisi vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Qubadlı RPŞ-nin Qubadlı şəhərində yerləşən inzibati binasında xidmətdə olmuşdur. Növbətçi Hissədə xidmət etdiyi üçün inzibati binaya daxil olan nəqliyyat vasitələri və şəxslərlə bağlı dərhal məlumatı olur. xx.xx.2023-cü il tarixdə də DYPB-nin əməkdaşı Şahid1 və PPXT-nın komandiri Şahid2 **-FF-*** qeydiyyat nişanlı Opel markalı nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi üçün rayon polis şöbəsinin inzibati binasına gətirmişdirlər. Təqsirləndirilən şəxsa məxsus nəqliyyat vasitəsində hər hansı şübhəli əşya olduğundan bu barədə DYPB-nin əməkdaşı Şahid1 şöbə rəhbərliyinə yazılı sürətdə araşdırma aparılmasından ötrü müraciət etmiş, bundan sonra RPŞ-nin təhqiqatçısı Səbuhi İslamlı onun videoçəkiliş aparmağı ilə Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinə baxış keçirtmişdir. Həmin zaman video çəkilişi özü apardığından Təqsirləndirilən şəxs məxsus **-FF-*** qeydiyyat nişanlı Opel markalı nəqliyyat vasitəsinin qabaq sağ tərəfdə yerləşən saxlanc yerindən 01 ədəd açılıb-bağlanan ucu deşici və kəsici olan bıçağın və 01 ədəd kəsici və deşici olan iri bıçağın aşkarlandığını görmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bıçaqların ona məxsus olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs həmin bıçaqların ona məxsus olduğunu təsdiq etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin bıçaqlar Təqsirləndirilən şəxs də iştirakı ilə zərflərə qoyularaq qablaşdırılmış və məhkəmə ekspertiza mərkəzinə göndərilmişdir. Əlavə olaraq nəqliyyat vasitəsini rayon polis şöbəsinə Şahid1 gətirdiyini və inzibati binaya təmin edilən zaman sərnişin qismində ön sağ oturacaqda nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxs, arxa oturacaqda isə PPXT-nın komandiri Şahid2 əyləşdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Qubadlı rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə şahidlərin ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli, 3/73 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə az ağır cinayətinin törətməsini CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan 13 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 13 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 228.4-ci maddəsi ilə düzgün tövsüf edilmiş və o, həmin maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəza ilə onun islah olunmasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilməlidir. 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə dövlət hesabına müdafiəçinin ayrılması barədə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (İş № 1 (028)-4/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 401 saylı orderə əsasən vəkil Müdafiəçi onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 04 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma dörə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah məhv edilməlidir. 1 (bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın və cəzasını iş yerində çəksin. Hökmün icrası Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ballistik ekspertizası tədqiqatının dəyəri - 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah məhv edilsin. 1 (bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 1 saylı Sumqayıt Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 04 (dörd) saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd ) manat dövlət büdcəsindən tutularaq 1 saylı Sumqayıt Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №1(028)-4/2023
Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-4/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver