Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(028)-5/2025 25.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X7 və X3 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 və X5 xüsusi ittiham qaydasında şikayətlə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147.1 və 148-1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 məxsus olan "xxxx" MMC ilə Məhəmməd Abdullayev arasında xidmət müqaviləsi bağlanmış, həmin müqavilədən sonra bilinməyən səbəblərdən Məhəmməd Abdullayev münasibətləri korlamış, onları rüsvay edəcəyini bildirmişdir. Bundan sonra sosial şəbəkələrdə xüsusilə “tik-tok” sosial şəbəkəsində saxta profil açaraq hər gün barəsində qeyri-əxlaqi, şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldacaq fikirlər səsləndirmiş, canlı yayım açaraq kütləni üzərinə yönəltmiş, canlı yayımlarda, statuslarda Şahnaz Məmmədova ilə birgə şəkillərini afişa kimi qoyaraq barələrində təhqiredici fikirlər yazmış, ağır korrupsiya cinayətlərində ittiham etmişdir. Bununla bağlı şəxsin özü ilə dəfələrlə söhbət etməyə çalışsalar da, sonuncu onları təhqir etmiş, etikadan kənar ifadələr səsləndirmişdir. Ərizəyə əlavə etdiyi CD diskdə barələrində söylədiyi söyüşlər, təhqirlər ətraflı şəkildə göstərilmişdir. Şikayətçi olduğu şəxsin, yəni Məhəmməd Abdullayevin CM-nin 147.1 və 148-1-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərar qəbul edilməsi xahiş edir. Şikayətçilərin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə ərizələrlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında vermiş olduqları şikayət üzrə barəsində şikayət verilən şəxs Məhəmməd Abdullayev edilmiş sorğulardan da göründüyü kimi hazırda ölkə xaricindədir. Bu halda adıçəkilən şəxsin ölkəyə daxil olmasına qədər yersiz uzantıların qarışısının alınması məqsədi ilə etmiş olduqları xüsusi ittiham qaydasında şikayətin və ona əlavə edilən sənədlərin münasibət bildirilmədən qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 3-38- 33/2-2292/25 saylı xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1967-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumata görə o, xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, -122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2.3-cü maddədə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından-məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. -122.3-cü maddəyə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərindən və qərarlarından şikayət yazılı, bu Məcəllə ilə ərizənin yazılı forması xüsusi nəzərdə tutulmadıqda isə şifahi ola bilər (cinayət prosesini həyata keçirən orqan şifahi şikayəti bu zaman aparılan prosessual hərəkət protokolunda və ya ayrı protokolda qeyd edir). -122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayəti geri götürməyə hüququ olan şəxs qismində eyni zamanda şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər) hüququnun olduğu göstərilmişdir. Məhkəmə qanunun yuxarıda qeyd edilən normasını nəzərə alaraq hesab edir ki, X7 və X5 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 və X3 nümayəndələri və vəkillləri Nümayəndə1 və Nümayəndə2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət geri qaytarılsın. Qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. X11
Məhkəmə qərarları › İş №1(028)-5/2025
Qubadlı Rayon Məhkəməsi Qərar — İş №1(028)-5/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver