Məhkəmə qərarları › İş №1(028)-6/2025

Qubadlı Rayon Məhkəməsi Qərar — İş №1(028)-6/2025

11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(028)-6/2025 11.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Yadigar Şirinov adlı şəxslə 2025-ci ilin mart ayından qeyri-rəsmi sevgili münasibətindədir. Tanış olduğu vaxtdan bir neçə gün sonra ona bəlli olmuşdur ki, Yadigar adlı şəxs ailəlidir və iki övladı var. Aprel ayında Yadigarın həyat yoldaşı Nuridə Şirinova onun həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olduğunu öyrəndikdə, onun mobil nömrəsinə zəng edib bu barədə bildirdikdə, Yadigarın ailəsində problem olmaması üçün onu tanımadığını demişdir. Sonradan Nuridə xanım ona mesaj yazaraq Yadigarın şəklini göndərib, tanıyıb-tanımadığını soruşduqda problem yaşanmaması üçün inkar etmişdir. Bir neçə dəqiqə sonra Yadigarın onunla birgə olan şəklini göndərdikdə, inkar edə bilməmiş və bu məsələni həyat yoldaşı ilə aydınlaşdırmağını istəmişdir. Mesajlar yazaraq onu söyüb təhqir etmiş, lakin o, hörmət əlaməti olaraq cavab verməmişdir. Həmin günün axşamı tanımadığı bir nömrədən ona “Siz özünüz mənə nömrənizi “Tik-Tok” sosial şəbəkəsində verərək pul qarşılığında görüşəcəyinizi dediniz” məzmununda mesaj yazılmışdır. O, həmin şəxsdən hansı səhifədə olduğunu soruşmuş, səhifəni aldıqdan sonra ona məlum olmuşdur ki, Nuridə adlı şəxs onun nömrəsini sosial şəbəkələrdə paylaşıb haqqında “əxlaqsız qadın və pul qarşılığında görüşməsi” barədə elan yaymışdır. Həmin səhifəyə yenidən daxil olduqda azyaşlı qızı İradənin səhifədə paylaşılaraq haqqında “bic doğulmuşam, atası kim olar?” deyə yazılar yazıb onun və qızının şərəf və ləyaqətini alçaltmışdır. Bu cür hərəkətlərlə onun və övladı haqqında davamlı şəkildə paylaşımlar edilmişdir. Sonradan Nuridə adlı şəxs ona “Whatshap” sosial şəbəkəsindən səsli sms-lər göndərib, şərəf və ləyaqətini alçaldıcı sözlərdən istifadə etmişdir. Nuridə adlı şəxsin anası da, onun eyni şəkildə şərəf və ləyaqətini alçaldıcı sözlər göndərməklə təhqir etmişdir. Ərizədə qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə saat 09:40-da DİN-in 102 xidmətinə və eləcə də Səbail RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət edərək, “Tik-Tok” sosial şəbəkəsində təhqir edildiyini bildirmiş, lakin Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilərək, ona təhqir edilməsi ilə bağlı xüsusi itdiham qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Nuridə adlı şəxs barəsində böhtan və təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyətdə işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Sosial şəbəkdə Nuridə tərəfindən onlara qarşı yazılmış böhtan və təhqir xarakterli yazıları şahidlər təsdiq edir. Onlara qarşı bu cür əsli olmayan, qərəzli, böhtan və təhqiramiz xarakterli məlumatların yayılmasını özünə qarşı yol verilmiş böhtan və təhqir kimi qiymətləndirir, şərəfinin, ləyaqətinin alçaldılması, nüfuzunun ləkələnməsi kimi qəbul edir. Bu cür əməlləri qəsdən törətmiş Nuridə adlı şəxs barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılmasını və məsuliyyətə cəlb olunmasını zəruri hesab edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun ifadə verərək bildirdi ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 müdafiəçisi Müdafiəçi bildirdi ki, şikayət ərizəsi CPM-nin normalarına uyğun şəkildə tərdib olunmamışdır. Şikayətdə xüsusi ittihamçı və şahidlər barəsində məlumatlar götərilməmişdir. Bu səbəbdən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayətdə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əlavə edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının CPM-nin tələblərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübüt edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı iərəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığı, o cümlədən şikayətin əsassız olduğu, şikayət vermiş şəxslərin dəlillərini əks etdirən sübutların şikayətə əlavə edilmədiyini müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar