Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(028)-7/2023 13.12.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Quliyeva Reyhan Cəmil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı il tarixdə Laçın rayonu, Bozdağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtomobil təmiri ilə məşğul olan, məhkumluğu olmayan, Laçın rayonu, Bozdağan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şinçi düşərgəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının istintaqa məlum olmayan günündə qohumu Şahid3 istintaqa məlum olmayan mənbədən 55 manat məbləğində satın almaq yolu ilə əldə etdiyi bıçağı sonuncunun Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən yaşadığı evinin qarşısında Şahid3 55 manat məbləğində pul vermək yolu ilə qanunsuz olaraq sonuncudan satın aldığı zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq, idarə etdiyi Niva markalı **-TL-*** qeydiyyat nişanlı avtomobilin salonunda əlavə olaraq quraşdırılmış dik adlanan ehtiyyat hissəsinin sol yönümlü üst hissəsində göy rəngli örtüyün altında gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs özünə məxsus Niva markalı **-TL-*** qeydiyyat nişanlı avtomobil ilə Laçın-Qubadlı rayonları istiqamətində hərəkətdə olarkən Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Qubadlı rayonu, Balasoltanlı kəndində yerləşən stasionar polis postunda onun idarə etdiyi Niva markalı **-TL-*** qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilərkən avtomobilin salonunda əlavə olaraq quraşdırılmış dik adlanan ehtiyyat hissəsinin sol yönümlü üst hissəsində göy rəngli örtüyün altında 01 ədəd tiyə və dəstək hissədən ibarət olmaqla, ümumi uzunluğu - 389 mm, tiyənin orta xətdən uzunluğu - 260 mm, orta hissədə eni - 43 mm, maksimal qalınlığı - 3 mm, kəsici tərəfi hər iki üzdən itilənmiş, dəstəyin uzunluğu -129 mm, orta hissədə eni - 36 mm, orta hissədə qalınlığı - 21 mm olan kustar üsulla hazırlanmış, soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus **-TL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qardaşı Samir Qasımov və qohumları Şahid4, Şahid5 ilə birlikdə Bakı şəhərindən Laçın rayonuna getmişdirlər. Laçın rayonunda bir neçə gün qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə geriyə qayıdarkən Qubadlı rayonu, Balasoltanlı kəndində yerləşən stasionar polis postunda polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsi dayandırılmışdır. Həmin zaman müvafiq icazələri yoxlanıldıqdan sonra adını bilmədiyi polis əməkdaşı nəqliyyat vasitəsinin yük yerinin açılmasını bildirdikdə o, idarə etdiyi nəqliyyat vasitəsinin yük yerini açmışdır. Bu zaman polis əməkdaşı yük yerində saxladığı 01 ədəd bıçağı görmüş və həmin bıçağı hansı məqsədlə nəqliyyat vasitəsində gəzdirdiyini soruşduqda o, polis əməkdaşına heyvan kəsimində istifadə etdiyini bildirmişdir. Daha sonra həmin polis əməkdaşı bu barədə öz rəhbərliyinə məruzə etmişdir. Ona məxsus **-TL-*** qeydiyyat nişanlı Niva markalı nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdə aşkar olunan bıçaq onun özünə məxsusdur və özünə məxsus nəqliyyat vasitəsində gəzdirdiyi həmin bıçağı ona dayısının oğlu Şahid3 hədiyyə etmişdir. Həmin bıçağı Samiqə almağı üçün də özü demişdir. Yəni bıçağın pulunu özü vermişdir. Bildiyinə görə də Samiq həmin bıçağı Sədərək ticarət mərkəzindən almışdır. Həmin bıçağı əldə etməkdə məqsədi dayısının oğlu Şahid3 hədiyyə etdiyinə görə götürmüşdür. Aşkar olunan bıçağı heç bir mübahisə və ya digər mənfi formada istifadə etməmişdir. Özünü təqsirli bilməməyinə səbəbin isə nəqliyyat vasitəsində daşıdığı bıçağın soyuq silah olmasını bilməməsi və həmin bıçağın cinayət məsuliyyəti yaratmayacağını düşünməməsi olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə Şahid3 göstərdi ki, 2022-ci ilin mart ayı ərzində dəqiq xatırlamadığı vaxtda bibisi oğlu Təqsirləndirilən şəxs onun üçün ət kəsimindən ötrü bıçaq almasını ondan xahiş etmişdir. O da Təqsirləndirilən şəxs bıçağın satıldığı yer qarşısına çıxacağı təqdirdə bıçaq alacağını bildirmiş və aralarında olan bu danışıqdan təxminən 1 həftə sonra Sədərək ticarət mərkəzində qarşısına bıçaq satılan yer çıxdığından Təqsirləndirilən şəxs bıçaq almış və aldığı günün axşamı da həmin bıçağı sonuncuya vermişdir. Bıçağı Sədərək ticarət mərkəzindən 55 manata aldığından Nicat da onun müqabilində elə 55 manat pul vermişdir. Nicatın həmin bıçağı əldə etməkdə məqsədi heyvan kəsimi üçün istifadə etmək olmuşdur. Əlavə olaraq bildirmişdir ki, bıçaq alanda ondan hər hansı sənəd tələb etməmişlər. Məhkəmədə Şahid4 göstərdi ki, əvvəllər Azərbaycan Respublikası DİN-də işləsə də, hal-hazırda həmin qurumda işləmir. Avtomobil təmiri ilə məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun dayısının oğludur. Təqsirləndirilən şəxs Qubadlı rayonu ərazisində nəqliyyat vasitəsində soyuq silah hesab olunan bıçağın aşkar edildiyi vaxtdan, yəni 25 iyul 2023-cü il tarixdən təxminən 7-10 gün əvvəl o, Laçın rayonunda olmuşdur. Laçın rayonunda olduğu vaxt Təqsirləndirilən şəxs özünə məxsus nəqliyyat vasitəsi ilə Laçın rayonuna gəlməsini və Bakı şəhərinə qayıdacağını bildiyindən onunla birlikdə qayıdacağı qərarına gəlmişdir. 25 iyul 2023- cü il tarixdə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsi Qubadlı rayonu, Balasoltanlı yerləşən stasionar polis postunda dayandırılmışdır. Bu zaman polis əməkdaşı nəqliyyat vasitəsinə baxış keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsində bıçaq aşkar etmişdir. Bıçağın kimə məxsus olması soruşulan zaman Təqsirləndirilən şəxs bıçağın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsində aşkarlanan bıçaqla bağlı müvafiq qaydada məruzə edilmiş və həmin bıçaq qablaşdırılaraq ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. Məhkəmədə Şahid2 göstərdi ki, Qubadlı RPŞ-nin Konvoy Hissəsinin konvoy polis nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət edir. Müvafiq əmrlə Qubadlı rayonu, Balasoltanlı kəndində yerləşən stasionar polis postunda xidmət aparır. Xidməti stasionar polis postundan keçən nəqliyyat vasitələrinin sürücülərinin və nəqliyyat vasitəsində olan sərnişinlərin işğaldan azad olunmuş rayonlara giriş-çıxışını yoxlamaqdan və hərəkətdə olan nəqliyyat vasitələrinin yük hissələrinə sürücünün iştirakı ilə baxış keçirtməkdən ibarətdir. Nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirtməkdə məqsəd qənimət sayılan əşyaların şəxslər tərəfindən işğaldan azad olunmuş rayonlardan çıxarılmasının qarşısını almaqdır. xx.xx.2023-cü tarixdə Qubadlı rayonu, Balasoltanlı kəndində yerləşən stasionar polis postunda xidmətdə olarkən Laçın-Qubadlı rayonları istiqamətində hərəkətdə olan **-TL-*** qeydiyyat nişanlı Niva markalı nəqliyyat vasitəsi tərəfindən dayandırılmışdır. Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsünün Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra ona idarə etdiyi **-TL-*** qeydiyyat nişanlı Niva markalı nəqliyyat vasitəsinin yük hissəsini göstərməsi tərəfindən tələb edilmiş, Təqsirləndirilən şəxs da nəqliyyat vasitəsinin yük hissəsini açdıqda vizual baxış zamanı yük hissədə gündəlik tələbat üçün istifadə olunan əşyalar görünmüşdür. Bu zaman nəqliyyat vasitəsinin yük hissəsində sol üst hissədə dəri örtüklə əhatə olunmuş predmet şübhə yaratdığından həmin əşya haqqında Təqsirləndirilən şəxs polis əməkdaşı tərəfindən soruşulduqda Təqsirləndirilən şəxs həmin əşyanın heyvan kəsimi üçün istifadə edilən bıçaq olduğunu bildirmişdir. Bundan sonra həmin bıçağın iri olması aşkar şəkildə göründüyündən bu barədə o, post rəhbəri Şahid1 bildirmiş və Şahid1 göstərişi ilə Təqsirləndirilən şəxs məxsus **-TL-*** qeydiyyat nişanlı Niva markalı nəqliyyat vasitəsinin yük hissəsində soyuq silaha bənzər predmetin olması barədə şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Məhkəmədə Şahid1 göstərdi ki, Qubadlı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində, polis kapitanı rütbəsi ilə xidmət edir. Müvafiq əmrlə Qubadlı rayonu, Balasoltanlı kəndində yerləşən stasionar polis postunda xidmət aparır. Xidməti stasionar polis postunda xidmət edən polis nəfərlərinin xidməti fəaliyyətinə nəzarət etməkdir. Polis nəfərlərinin vəzifəsi isə stasionar polis postundan keçən nəqliyyat vasitələrinin sürücülərinin və nəqliyyat vasitəsində olan sərnişinlərin işğaldan azad olunmuş rayonlara giriş-çıxışını yoxlamaqdan və hərəkətdə olan nəqliyyat vasitələrinin yük hissələrinə sürücünün iştirakı ilə baxış keçirtməkdən ibarətdir. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin yük hissəsinə baxış keçirtməkdə məqsəd qənimət sayılan əşyaların şəxslər tərəfindən işğaldan azad olunmuş rayonlardan çıxarılmasının qarşısını almaqdır. xx.xx.2023-cü il tarixdə Qubadlı RPŞ-nin Konvoy Hissəsinin polis nəfəri, Şahid2 Qubadlı rayonu, Balasoltanlı kəndində yerləşən stasionar polis postunda xidmətdə olarkən Laçın-Qubadlı rayonları istiqamətində hərəkətdə olan **-TL-*** qeydiyyat nişanlı Niva markalı nəqliyyat vasitəsini yoxlamaq üçün dayandırmışdır. Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsünün Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs onun idarə etdiyi **-TL-*** qeydiyyat nişanlı Niva markalı nəqliyyat vasitəsinin yük hissəsini göstərməsi tələb edilmişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin yük hissəsini açdıqda vizual baxış zamanı yük hissədə gündəlik tələbat üçün istifadə olunan əşyalar görünsə də, gündəlik tələbat üçün istifadə olunan əşyalardan əlavə olaraq nəqliyyat vasitəsinin yük hissəsində sol üst hissədə dəri örtüklə əhatə olunmuş predmet şübhə yaratdığından həmin əşya haqqında Təqsirləndirilən şəxs soruşulduqda Təqsirləndirilən şəxs həmin əşyanın heyvan kəsimi üçün istifadə edilən bıçaq olduğunu stasionar polis postunda xidmət aparan polis əməkdaşına bildirmişdir. Bundan sonra həmin polis nəfəri, yəni Şahid2 müşahidə olunan bıçağın iri olması şübhə yaratdığından bu barədə ona bildirmişdir. Daha sonra o, həmin bıçağa baxarkən bıçağın iri ölçülü olması və həmin bıçağın soyuq silaha oxşar olmasına görə Təqsirləndirilən şəxs məxsus **-TL-*** qeydiyyat nişanlı Niva markalı nəqliyyat vasitəsinin yük hissəsində soyuq silaha bənzər predmetin olması barədə şöbə rəhbərliyinə raportla məruzə edilməsi ilə bağlı Şahid2 göstəriş vermişdir. Daha sonra həmin bıçaq müvafiq qaydada sənədləşdirilməklə ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Qubadlı rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə şahidlərin ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nun Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1217 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı regional ekologiya və təbii sərvətlər İdarəsi tərəfindən Qubadlı rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin «Azərbaycan Respublikası ərazisində 2023-2024-cü illərin pv mövsümünün açılışı, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normalarına dair «2023-cü il 13 sentyabr tarixli 299/Ü saylı Əmrinin 10-cu bəndinə uyğun olaraq işğaldan azad olunmuş bütün ərazilərdə ov qadağan edilir. Beləliklə, təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsini etiraf etməsə də, onun təqsiri iş üzrə tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və eləcə də iş materialları ilə tam sübuta yetirildi.Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşır və özünü müdafiə xarakteri kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqların olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayətinin törətməsini CM-nin 59.1.1., 59.1.4, 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CMnin 228.4-ci maddəsi ilə düzgün tövsüf edilmiş və o, həmin maddəsilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəza ilə onun islah olunmasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edib, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.4-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində secilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 74 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** hesab AZ34CTRE ********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə dövlət hesabına müdafiəçinin ayrılması barədə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (İş № 1 (028)-7/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1400 saylı orderə əsasən vəkil Müdafiəçi onun müdafiəçi təyin edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə barəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün 04 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişiklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saat üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma dörə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin növbətçi hissəsində saxlanılan bir ədəd bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349, 351-353, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın və cəzasını iş yerində çəksin. Hökmün icrası Xətai rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ballistik ekspertizası tədqiqatının dəyəri - 74 (yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq və Qubadlı RPŞ-nin növbətçi hissəsində saxlanılan bir ədəd bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah məhv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 04 (dörd) saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №1(028)-7/2023
Qubadlı Rayon Məhkəməsi Hökm — İş №1(028)-7/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver