Məhkəmə qərarları › İş №1(029)-1/2022

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-1/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-1/2022 13.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1968-ci ildə Qusar rayonu Ləzə kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1, 188.2 və 188.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1, 188.2 və 188.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadığı ən azı xx.xx.2019-cu il tarixdə ona məlum olmasına baxmayaraq, Zərərçəkmiş şəxs tələblərinə məhəl qoymadan həmin tarixdən etibarən Zərərçəkmiş şəxsnə məxsus Ləzə kəndində “X=258254.0002, Y=4575646.9804; X=258235.9792, Y=4575648.9715; X=258221.9992, Y=4575673.0000; X=258223.9980; Y=4575703.0005; X=258227.9769; Y=4575710.0190; X=258271.0004 və Y=4575694.9973” GPRS koordinatları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı örüş torpaqları kateqoriyasına aid olan 0,21 ha torpaq sahəsini və həmin kənddə “X=258377.9841, Y=4575635.0259; X=258406.0062, Y=4575621.0002; X=258368.9747, Y=4575563.9720; X=258359.0050; Y=4575575.0228; X=258359.9932 və Y=4575579.9945” GPRS koordinatları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,15 ha torpaq sahəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan özbaşına dəmir dirəklər basdıraraq məftillə çəpərləməklə ələ keçirib tutduğu həmin torpaq sahələrini buraxmamış, həmçinin kənd təsərrüfatı təyinatlı örüş torpaqları kateqoriyasına aid olan həmin 0,21 ha torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına 2020-ci ilin sentyabr ayının əvvəllərində fərdi yaşayış evi tikmək məqsədi ilə tikinti işlərini aparmaqla, zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.1, 188.2 və 188.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, qeyd olunan torpaq sahələrinə dair onlara 2013-cü ildə şəhadətnamələr verilmişdir. Belə ki, 2010-cu ilin iyun ayının əvvəllərində Qusar rayonu Kuzun kənd bələdiyyəsinin sədri işləmiş Şahid2 bildirmişdir ki, ev tikmək üçün həyətyanı torpaq sahələri almaq istəyir. Şahid2 da Qusar rayonu Ləzə kəndində yerləşən ümumi sahələri 0.12 ha, 0.12 ha və 0.06 ha olan Kuzun Bələdiyyəsinin balansında olan həyətyanı torpaq sahələrini təklif etmiş, o, da bu təkliflə razılaşmışdır. Yaşar həmin 3 həyətyanı torpaq sahəsinə görə cəmi 4500 manat pul verməli olduğunu demişdir. Bundan bir müddət sonra Yaşar Ləzə kəndində yerləşən 0.12 və 0.06 ha həyətyanı torpaq sahələri üçün iki ədəd torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr vermiş, 0.12 ha həyətyanı torpaq sahəsi üçün şəhadətnaməni isə bir həftə ərzində verəcəyinə söz vermişdir. Həmin vaxt Yaşar ona “bu şəhadətnamələr ilə hər şey etmək olar, hamı bu sənədlərlə ev tikir” deyərək ona həmin torpaq sahəsində ev tikmək mümkün olduğunu bildirmişdir. Yaşarın bu sözlərindən sonra o, da həmin torpaq sahəsində ev tikmək qərarına gəlmiş, şəhadətnamələr verildikdən xeyli vaxt keçdikdən sonra həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Tikintini aparan zaman bələdiyyə sədri gələrək tikilini saxlamağını, əvvəl həmin torpaq sahəsinə çıxarış çıxarmağını ona bildirmişdir. Bundan sonra o, Yaşara bu barədə demiş və Yaşar çıxarış çıxarmaq üçün ondan on min manat pul istəmişdir. Sonradan evinə polis əməkdaşları gələrək uşaqlarını, arvadını aldadaraq “Sizin xeyrinə olacaq” deyib izahatlarını almış və qol çəkdirmişlər. O, arvadının əvvəlki ərindən olan oğlunun şəhid olduğunu bildirəndə “bizə şəhid lazım deyil, Siz lazımsız” deyərək yalandan imza etdirmişlər. O, polis əməkdaşlarına həmin torpaq sahəsində arvadının şəhid olmuş oğluna ev tikmək istədiyini bildirmişdir. Tikinti apardığı yer arvadının adınadır. Onlara verilmiş şəhadətnamələrin saxta olduğunu əvvəl bilməmişdir. Digər torpaq sahəsi isə uzun illərdir ata-babadan onların istifadəsindədir, ata babadan istifadədə olan yerdir. Polis əməkdaşları həmin tikintini dayandırmasını ona demişlər və o, da dayandırmışdır. Polis şöbəsindən ona zəng edib torpaq sahəsinə dair sənədləri niyə gəlib götürmədiyini demişlər və bundan sonra o, sənədləri almışdır. O, ev tikməyə icazə almaq üçün icra hakimiyyətinə müraciət etmiş, lakin ona icazə verməmişlər. Ev tikmək istədiyi torpaq sahəsi kəndin içindədir, orada başqa şəxslər də evlər tikmiş, örüş sahəsi deyil. Həmin torpaq sahəsini o, zəbt etməmiş, ona verilmiş şəhadətnaməyə əsasən orada tikinti aparmışdır. Həmin şəhadətnamələrə görə o, Yaşara pulu 2010-cu ildə vermiş, ancaq şəhadətnamələri ona 2013-cü ildə vermişdir. Torpaq sahələrinə görə o, 8 baş qoyun və bir baş inəyi 1500 manata satıb əldə etdiyi 4500 manat pulu Yaşara vermişdir. Polis şöbəsində birinci dəfə izahat verəndə evi oğlu Təbrik üçün tikəcəyini demişdir. Şəhadətnamələr saxta olduğuna görə həmin sənədləri 2019-cu ildə Polis şöbəsində ondan almışlar, şəhadətnamələrin saxta olduğunu da həmin vaxt bilmişdir. O, Qoşqar adlı polis əməkdaşına şəhadətnamələrin ona verilməsi barədə danışmamış, 2020-ci ildə Qoşqar özü ona zəng edib “sənədləri burda niyə saxlamısan gəl apar” demişdir. O, da Qoşqarla görüşərək ona bir baş quzu vermiş və şəhadətnamələri ondan almışdır. Tikiliyə eskiz layihəsi almış, daşı, sementi isə arvadının şəhid olan oğlunun öz anasına göndərdiyi pulla almışdır. İstifadə etdikləri 15 sota dair sənədi yoxdur, həmin torpaq sahəsini atasının atasıyəni babası çəpərləmiş, həmin torpaq sahəsində kartof əkirlər. 15 sot torpağın zəbt olunmasına dair hissədə-yəni CM-nin 188.1-ci maddəsi ilə özünü təqsirli bilir, məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə həmin hissədə barəsində olan cinayət təqibinə xitam verilməsinə razıdır. Qalan hissədə isə o, özündə günah görmür, ailəsi böyükdür, uşaqlarına ev tikmək istəmişdir. O, həmin şəhadətnamələrin düz olduğunu hesab etmişdir. 2020-ci ilin sentyabr ayında polis əməkdaşları və bələdiyyə işçiləri ondan tikintini dayandırmasını demişlər və o, tikintini dayandırmışdır. Hazırda da orada heç bir tikinti işləri aparmır, hazırkı işin nəticəsini gözləyir. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun qismən etirafı ilə, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayından Zərərçəkmiş şəxs sədri vəzifəsində işləyir. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs Ləzə kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid örüş sahəsini və yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahələrini zəbt edərək fərdi yaşayış evi tikdiyi barədə məlumat almışdır. Bundan sonra müavini Samir Baləhmədovla birlikdə Tofikin tikinti apardığı yerə getmişlər. Həmin vaxt o, Tofikdən torpaq sahəsinə dair sənədləri istəmiş, Tofik həmin torpaq sahəsinə dair şəhadətnaməni təqdim etmişdir. O, şəhadətnaməni görən kimi saxta olduğunu bilmiş və Tofikə tikintini dayandırmasını demiş, Tofik də tikintini saxlamışdır. Polis şöbəsində DƏDRX-nin məktubunu görəndən sonra ona məlum olmuşdur ki, Tofikin ev tikmək istədiyi torpaq sahəsi bələdiyyənin örüş sahəsidir. Sonra Tofik bələdiyyəyə müraciət edərək ev tikmək istədiyi torpaq sahəsini almaq istədiyini bildirmiş, o, da Tofikə izah etmişdir ki, həmin torpaq sahəsi bələdiyyənin örüş sahəsi olduğundan satıla bilməz. Təqsirləndirilən şəxs istifadə etdiyi 15 sot torpaq sahəsi yaşayış məntəqələri katerqoriyasına aid bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Həmin torpaq sahəsi Tofikin ata-babadan istifadə edilən torpaq sahəsidir. O, Tofikə torpaq sahəsini qanuni şəkildə almasını təklif etmiş, lakin indiyə kimi Tofik bələdiyyəyə rəsmi müraciət etməmişdir, örüş sahələri isə satıla bilməz. Torpaq sahələrinin istifadə edilməsi barədə Tofik ona heç bir sənəd təqdim edə bilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs bələdiyyəyə məxsus torpaq sahələrini buraxmamış, lakin 2020-ci ildən tikinti işlərini dayandırmışdır. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən Qusar RİHB-nın Qusar rayonu Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş və xidməti ərazisinə Qusar rayonu Ləzə, Zindan Muruq, Kuzun, Cağar və Çətkün kəndləri daxil olmuşdur. 09 iyul 2019-cu il tarixdə polis sahə rəisi polis mayoru Şahid5la birlikdə Təqsirləndirilən şəxs tikinti işləri apardığı Ləzə kəndində yerləşən əraziyə gedərək ondan torpaq sahəsinin və tikinti ilə bağlı sənədləri tələb etmişlər. Tofik onlara sənədlərin qaydasında olduğunu demiş və onlara şəhadətnaməni təqdim etmişdir. Şəhadətnamə möhürlü olmuş, bazada olubolmamasını bilməmişdir. Tikiliyə icazə olub-olmamasını soruşmuşlar, Tofik tikiliyə icazə almadığını demiş, həmin vaxt orada Tofik və onun oğlu olmuşlar. Tofik torpaq sahəsinin öz adında olduğunu, oğlu üçün ev tikdiyini demişdir. Həmin zaman həmin şəhadətnamələrin Yaşar tərəfindən Tofikə verilməsi onlara məlum olmuşdur. Daha sonra Polis şöbəsində araşdırma zamanı məlum olmuşdur ki, Tofikin təqdim etdiyi şəhadətnamə saxtadır. Tofikin tikili tikdiyi yerdən 70-80 metr aralıda başqa şəxslərə məxsus evlər var. Bundan təxminən 1 il sonra Tofik yenidən həmin yerdə fərdi yaşayış evinin tikintisini davam etdirməyə başlamış və sahə rəisi Şahid5la birlikdə yenidən həmin yerə getmişlər, Tofikdən icazə sənədi, həmçinin torpaq sahəsinə dair sənədləri tələb etmişlər. Lakin, Tofik heç bir sənəd təqdim etməmiş, sənədlərinin qaydasında olduğunu demişdir. Tofik heç bir sənəd təqdim etmədiyi üçün tikintini saxlamasını ondan tələb etmişlər. Bundan başqa Tofik kənd ərazisində əlavə olaraq təxminən 0,12 ha torpaq sahəsini də dəmir dirəklər və məftillə hasara alaraq zəbt etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. O, 2009-cu ildən 2020-ci ilə kimi Zərərçəkmiş şəxs sədri vəzifəsində işləmişdir. 2010-cu ildə Təqsirləndirilən şəxs ona müraciət edərək uşaqlarına ev tikmək üçün torpaq sahəsi almaq istədiyini demişdir. Tofiklə iki torpaq sahəsini 4500 manat pula razılaşmışlar. Tofik torpağı özünün gözdən əlil uşaqlarına ev tikmək üçün almaq istədiyini demişdir. Daha sonra o, Tofikə 0.12 və 0.06 ha torpaq sahələrinə görə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr təqdim etmişdir. Həmin şəhadətnamələri Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsindən almış, onların saxta olduğunu sonradan bilmişdir. Həmçinin, həmin torpaq sahələrinin bələdiyyəyə məxsus örüş sahəsi olduğunu da bilməmişdir. Şəhadətnamələrin saxta olması faktı ilə bağlı müddət keçdiyinə görə barəsində cinayət işi başlanılmamışdır. Tofikə satılmış torpaq sahələrinə çıxarış çıxara bilmədiyi üçün ona 4500 manat pulu qaytarmışdır. O, Tofikə həmin torpaq sahəsində ev tikməsini deməmişdir. Bundan sonra Tofik həmin şəhadətnamələrin saxta olduğunu bilsə də, şəhadətnamələri kiminsə vasitəsi ilə Qusar RPŞ-dən əldə etmiş və yenidən tikintini davam etdirmişdir. Dəfələrlə Tofikə əvvəlcə çıxarış almasını, icra hakimiyyətindən razılıq almasını, bundan sonra tikili aparmasını demişdir. Tofikin aldığı eskiz layihə başqa evə məxsusdur, hazırda həmin ev başqa yerdə yerləşir. Tofikin istifadəsində 12 sot ata-babadan qalmış torpaq sahəsi var, həmin yerə də Tofikin adına heç bir sənəd yoxdur. Həmin tikilini öz uşaqlarına tikib, arvadının birinci ərindən olan şəhid olmuş oğluna tikməsi yalandır. Tofik tikintini ailəsi ilə birlikdə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun uç ögey oğlu var, doğma oğlu Sərraf şəhid olmuşdur. 2010-cu ilin yay aylarında Zərərçəkmiş şəxsndən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq istəmişlər, buna görə də əri Tofik həmin zaman bələdiyyə sədri işləmiş Şahid2 müraciət etmiş və Yaşar torpaq sahəsi olduğunu bildirmişdir. Sonradan bələdiyyədən torpaq sahəsini almışlar və Yaşar onlara Ləzə kəndində yerləşən 0.12 və 0.06 ha həyətyanı torpaq sahələrinə dair 2 ədəd torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr təqdim etmiş və onlara həmin torpaq sahələrində ev tikə biləcəklərini demişdir. Onlar Yaşara inanıb həmin torpaq sahəsində bünövrə atıb ev tikməyə başlamışlar. Sonradan polis əməkdaşları gəlib Yaşarın təqdim etdiyi şəhadətnamənin saxta olduğunu deyib tikintini dayandırmasını demiş, onlar da tikintini dayandırmışlar. O, torpağı şəhid oğluna ev tikmək üçün almışdır ki, oğlu gələndə qalmağa ev olsun. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlar ailədə 4 qardaşdırlar. O, atası ilə birlikdə yaşayır və onun evi yoxdur. Sözügedən torpaq sahəsi o, əsgəri xidmətdə olanda valideynləri tərəfindən Qusar rayonu Ləzə kəndində Kuzun Bələdiyyəsinin balansında olan həyətyanı torpaq sahələri kimi alınmış və Yaşar tərəfindən 12 sot və 6 sot torpaq sahələrinə dair şəhadətnamələr verilmişdir. Tikili aparılmış torpaq sahəsi ögey anası Elnarənin adına, digər torpaq sahəsi Tofikin adınadır. Həmin torpaq sahəsi onların ailəsi üçün ev tikmək məqsədilə alınmışdır. O, usta işləyir, həmin evi o, tikmişdir. Evin tikintisinə 2019-cu ilin yay aylarında başlamışlar. Evin bünövrəsini tikmişlər, daha sonra bir az mişar daşından tikdikdən sonra polis əməkdaşları və bələdiyyənin əməkdaşları gəlib torpağa dair sənədin saxta olduğunu bildirərək tikintinin dayandırmasını bildirmişlər, o, da həmin vaxt tikintini dayandırmışdır. O, ailəlidir, usta kimi işəyir, ev tikə bilir, evi o özü tikmiş, başqa şəxs olmamışdır. Mişar daşını və tikinti materiallarını o və qardaşları alıb gətirmişlər. Birinci dəfə sahə müvəkkili Elnur gəlmiş, sənədə baxıb evi tikə bilərsiz demişdir. Tikintini bir il saxlamışlar, İcra Hakimiyyətinə məktublar yazmışlar, lakin cavab gəlməmiş, sonra tikintini davam etdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, ifadəsində göstərdiyi xüsusatları təsdiq edir. O, Qusar RPŞ-nin Şahdağ PB-nin polis sahə rəisi vəsifəsində işləyir. xx.xx.2019-cu il tarixdə Qusar rayonu Ləzə kənd sakini Təqsirləndirilən şəxs Ləzə kəndinin giriş hissəsində evin təməlini qoyub tikinti işləri apardığını görüb ondan torpaq sahəsinə və tikintiyə icazə sənədlərini tələb etmişdir. Həmin vaxt Tofik torpağa dair şəhadətnaməni təqdim edib torpaq sahəsinin özünə məxsus olduğunu, ev tikmək üçün İcra Hakimiyyətinə müraciət etdiyini bildirmişdir. Həmin vaxt o, şəhadətnaməyə baxmış, şəhadətnamədə möhür olmuş, lakin tarix olmamış və buna görə də İƏÜ nümayəndəliyinə müraciət etmiş və bu barədə ona bildirmişdir. Sonradan Qusar RPŞ-də araşdırma aparılmış, Tofikin təqdim etdiyi şəhadətnamə saxta olduğuna görə tikintini dayandırmasını, həmin torpaq sahəsinin örüş sahə olduğunu demişdir. Bundan təxminən 1 il sonra Tofik yenidən həmin yerdə fərdi yaşayış evinin tikintisini davam etdirdiyini görmüşdür. Həmin vaxt Tofikdən torpaq sahəsinə və tikintiyə dair sənədləri tələb etmiş, lakin Tofik heç bir sənəd təqdim etməmişdir. Şəhadətnaməni Tofikə qaytardığına görə Qusar rayon polis şöbəsinin dəftərxana müdiri işdən çıxarılmışdır. Tofikin məqsədi həmin torpaq sahəsinə çıxarış çıxarmaq olmuşdur. Tofikin 4 uşağı var, tikinti gedən yerə nə vaxt getsə də tikintini Tofikin oğlu Təbrik aparmışdır. Həmin evi Tofik oğlu Təbrik üçün tikdirdiyini dəfələrlə demiş və bunu hamı bilmişdir. X26 müharibəsindən sonra məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə həmin evin Elnarənin şəhid olmuş oğlu Sərrafa tikildiyini bildirmişlər. Halbuki, həmin günə kimi hamı bilmişdir ki, ev Təbrik üçün tikilir. 2019-cu ildə tikinti aparan yerə gedəndə Tofik orada olmuş, 2020-ci ildə gedəndə isə Tofik orda olmamış, oğlu Təbrik tikintini tikmiş, həmin şəxs onlara “mən tikintini tikirəm, atamın göstərişidir” demiş, sonra ora Tofik gəlmiş və onlara “mən ölməliyəm? 4 uşağım var, Sizin əlinizdən mən hara gedim” demişdir. Həmin vaxtdan sonra Tofik tikinti işlərini dayandırmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin Şahdağ PBnin polis sahə rəisi, polis mayoru Şahid5 Qusar RPŞ-nə verdiyi xx.xx.2020-ci il tarixli raportundan görünür ki, Qusar rayonu Ləzə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində, Zərərçəkmiş şəxsnə məxsus olan örüş sahəsində, kəndin daxili yolunun hərəkət hissəsini məhdudlaşdıraraq təxminən 20 sot ərazidə bələdiyyə mülkiyyətinə məxsus olan sahəni qanunsuz zəbt etməklə tikinti işləri aparır. Həmin şəxs tikinti işlərinin razılaşdırılması üçün 2019-cu ildə Qusar rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin müraciətə əsasən tikinti işlərinin aparılmasına icazə verilməməsi barədə rəsmi qaydada məlumatlandırılmış, tərəflərindən ona qanunsuz əməllərinə son qoymaq barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanuni tələblərə məhəl qoymayaraq öz əməllərini davam etdirir. Odur ki, raportla əlaqədar aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin TB-nin təhqiqatçısı X16 tərəfindən Şahdağ PB-nin sürücü polis nəfəri X12, Qusar rayonu Ləzə kəndində yaşayan Şahid3, hal şahidləri X7 və X15 iştirakları ilə tərtib edilmiş 12 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:00-dan saat 11:04-dək Qusar rayonu Ləzə kəndində yerləşən, zəbt edilmiş yerə və tikiliyə baxış keçirilmişdir. Baxış zamanı izahatı alınmış Şahid3 həmin torpağa sənədinin olduğunu bildirib həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən tikili və hasarlama işlərinin aparıldığını, həmin yeri özünün tikdirdiyini və hasarlamaq üçün dirəklər basdırdığını demişdir. Baxış zamanı yerin hasarlanması üçün dəmir borularla dörd tərəfdən yerə basdırıldığı müşahidə edilmişdir. Baxış zamanı Ləzə kəndində şimal hissədə kənd yolunun kənarında dirəklər basdırılmış yerdə 56 metr qərb hissədən, 58 metr şimal hissədən, 53 metr şərq hissədən, 55 metr isə cənub hissədən hasarlanma üçün dirəklər basdırıldığı, həmin yerin mərkəzində hündürlüyü 1,90 metr olan yarı tikili (mişar daşı) olduğu müşahidə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X17 tərəfindən Təqsirləndirilən şəxs, hal şahidləri X8 və X9 iştirakları ilə tərtib olunmuş 25 sentyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:30-dan saat 16:10-dək Qusar RPŞ-nin İB-nin xidməti otağında Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs adına verilmiş şəhadətnamədə JN-158F KOD 30113058 yazıları vardır. Bundan əlavə, şəhadətnamədə 605 nömrə ilə kitabda qeyd olunduğu və Kuzun bələdiyyəsinin 25 iyul 2005-ci il tarixli 14 saylı qərarı ilə satıldığı göstərilmişdir. Şahid3 adına verilmiş şəhadətnamədə JN-157F, KOD 30113058 nömrələri qeyd olunmuşdur. Bundan əlavə 604 nömrəsi ilə kitabda qeydiyyata alınması və Kuzun bələdiyyəsinin 25 iyul 2005-ci il tarixli 14 saylı qərarı ilə 0.12 hektar torpaq sahəsinin verilməsi qeyd olunmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Qusar RPŞ-nin İB-nin müstəntiqi X17 tərəfindən Təqsirləndirilən şəxs, mütəxəssis X5, ekspert X10, hal şahidləri X3 və X18 iştirakları ilə tərtib olunmuş 09 oktyabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 10:15-dən saat 12:45-dək Qusar rayonu Ləzə kəndində yerləşən, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş torpaq sahələrinə baxış keçirilmişdir. Baxış keçirilən zaman mütəxəssis X1 Baləliyevin zəbt edərək fərdi yaşayış evi inşa etdirdiyi torpaq sahəsinin X=258254,0002, X=258235,9792, X=258221,9998, X=258223,9980, X=258227,9769, X=258271,0004, Y=4575646,9804, Y=4575648,9715, Y=4575673,0000, Y=4575703,0005, Y=4575710,0190, Y= 4575694,9973 GPRS koordinatlarında yerləşən torpaq sahəsinin 0,21 ha ölçüdə bələdiyyə mülkiyyətinə məxsus örüş sahəsi olduğunu bildirmişdir. Həmçinin, həmin torpaq sahəsinin ətrafı dəmir dirəklərlə hasara alınmışdır. Daha sonra həmin kənd ərazisində yerləşən dəmir dirəklər və məftillə hasara alınmış, Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş digər torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı İlham Əlixlalov həmin torpaq sahəsinin X=258377,9841, X=258406,0062, X=258368,9747, X=258359,0050, X=258359,9932, Y=4575635,0259, Y=4575621,0002, Y=4775563,9720, Y=4575575,0228, Y=4575579,9945 GPRS koordinatlarında yerləşməklə bələdiyyə mülkiyyətinə məxsus yaşayış məntəqə torpaq sahəsinə aid olduğunu bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 2192-149- 20 saylı əmrinin surətindən görünür ki, tanışı Təqsirləndirilən şəxs xahişi ilə sonuncudan götürdüyü bir baş xırda buynuzlu heyvan müqabilində Təqsirləndirilən şəxs maddi sübut kimi götürülərək RPŞ-nin dəftərxanasında saxlanılan HK-1/23 saylı rədd materialına maddi sübut kimi əlavə edilmiş JN-158F, KOD 30113058 və JN-157F, KOD 30113058 nömrəli “torpağa mülkiyyət hüququna dair” Şəhadətnamələri dəftərxana müdiri Yaqut Yüzbəyovanın vasitəsi ilə götürüb Təqsirləndirilən şəxs verdiyinə görə Qusar rayon X22 Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri, polis baş serjantı X11 “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan olunmuşdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 2128 ş/h- 149-20 saylı əmrinin surətindən görünür ki, Qusar rayon Polis Şöbəsinin dəftərxana müdiri X14 tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25 yanvar 2021-ci il tarixli **********36 saylı məktubundan görünür ki, Qusar rayonu Ləzə kəndində yerləşən mübahisəli torpaq sahəsi iki hissədən ibarət olmaqla 0,36 ha təşkil edir. 0.21 ha olan hissə kənd təsərrüfatı təyinatlı örüş sahəsi, 0,15 ha olan hissə isə yaşayış məntəqəsinin torpaqlarıdır. Hər iki torpaq sahəsi bələdiyyə mülkiyyətinə məxsusdur. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin 14 iyun 2019-cu il tarixli 3- 547 saylı məktubunun surətindən görünür ki, Şahid3 14 may 2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Qusar rayonu Ləzə kəndi ərazisində ona məxsus torpaq sahəsi turizm zonasında olduğuna görə hələlik həmin ərazidə tikiləcək fərdi yaşayış evinin eskiz layihəsi razılaşdırılmadan geri qaytarılır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin xx.xx.2022-ci il tarixli **********76 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən iki hissədən ibarət olmaqla ayrı-ayrılıqda 0.15 ha və 0.16 ha (ümumilikdə 0.31 ha) torpaq sahələri istifadə olunur. Sxem tərtib olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən evin bünövrəsi qoyulmuş torpaq sahəsi 0.16 ha təşkil edir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş ərazisidir. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən istifadə olunan torpaq sahələri bələdiyyə mülkiyyətinə aid torpaq sahələridir. Sxem tərtib olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən istifadə olunan torpaq sahəsinin tikinti işləri aparılmış hissəsi 0.16 ha (tikili olan hissə 0.0126 ha təşkil edir) təşkil etməklə kənd təsərrüfatı təyinatlı örüş ərazisidir və boş qalan digər hissəsi isə 0.15 ha təşkil etməklə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 may 2022-ci il tarixli 10/3261 saylı ekspert rəyindən görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən iki hissədən ibarət olmaqla ayrı-ayrılıqda 0.15 ha və 0.16 ha (ümumilikdə 0.31 ha) torpaq sahələrinin istifadə olunduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən evin bünövrəsi qoyulmuş torpaq sahəsinin 0.16 ha təşkil etdiyi, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş ərazisi olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən istifadə olunan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid torpaq sahələri olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun tərəfindən istifadə olunan torpaq sahəsinin tikinti işləri aparılmış hissəsinin 0.16 ha (tikili olan hissə 0.0126 ha təşkil edir) təşkil etməklə kənd təsərrüfatı təyinatlı örüş ərazisi olduğu və boş qalan digər hissəsinin isə 0.15 ha təşkil etməklə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarına aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 may 2022-ci il tarixli 10/3261 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-torpaqşünaslıq ekspertizalarının 25 may 2022-ci il tarixli 10/3261 saylı rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının 04 fevral 2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 04 fevral 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsinin tərkib əlamətlərinin olubolmaması araşdırılmış və müəyyən olunmuşdur ki, sonuncu yuxarıda qeyd olunan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələri Şahid2 əldə etdiyi zaman həmin şəhadətnamələrin saxta olmasını bilməmiş və həmin şəhadətnamələrdən istifadə etməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şahid2 tərəfindən saxta sənəd hazırlanması xüsusatına dair onun barəsində xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi nəzərə alınmışdır. Şahid4 əməllərində Azərbaycan Respublikasının CM-nin 188ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması araşdırılmış və müəyyən olunmuşdur ki, sonuncu yuxarıda qeyd olunan torpaq sahələrinin zəbt olunmasında iştirak etməmiş və bu barədə məlumatı olmamışdır. Ona görə də, Şahid4 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Qusar rayon İHB-nın Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 391 saylı arayışdan görünür ki, Qusar rayonu Ləzə kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid3, xx.xx.1994-cü il təvəllüdlü oğlu Ramik Baləliyevdən, xx.xx.1995-ci il təvəllüdlü oğlu Radik Baləliyevdən, xx.xx.1998-ci il təvəllüdlü oğlu Şahid4, xx.xx.2001-ci il təvəllüdlü gəlini Səadət Baləliyevadan və xx.xx.2018-ci il təvəllüdlü nəvəsi Naida Baləliyevadan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Zindan Muruq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qusar rayonu Ləzə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 23 dekabr 2020-ci il tarixli 1708/12-20 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin publik hüquqi şəxsin X2 həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Mühübəliyeva (Baləliyeva) Elnarə Xeyrulla qızının ünvan 1 ünvanlandığı xx.xx.2000-ci il tarixli ərizəsindən görünür ki, o, ərə getməyi ilə əlaqədar olaraq öz uşaqları Natəvan İmaməliyevanı və Sərraf İmaməliyevi saxlamaqdan, böyütməkdən imtina etdiyini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qusar rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 32 saylı arayışın surətindən görünür ki, Qusar rayon İHB-nın Əniğ kənd İƏ üzrə nümayəndəliyinin 10 noyabr 2000-ci il tarixli 17 saylı sərəncamı ilə Sərraf İmaməliyev babası və nənəsi Muradhasil İmaməli oğlu və X4 qəyyumluğuna verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Abdurzqa oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilir, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Odur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə CM-nin 188.1-ci maddəsi ilə barəsində başlanılmış cinayət təqibinə xitam verilməsinə razıdır və bu barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini çəpərləyərək oradan istifadə edərkən, o cümlədən orada fərdi yaşayış evi inşa edərkən həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını bilməməsi barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə tam təkzib edilir. Belə ki, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, eləcə də iş materialları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şahid2 0.12 ha və 0.06 ha torpaq sahələrinə dair ona təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında 2019-cu ildə həmin torpaq sahələrini çəpərləyərək onlara sahiblənmiş və orada tikinti işlərinə başlamışdır. Bundan sonra həmin şəhadətnamələrin saxta olması xüsusatı üzrə Qusar RPŞ-də araşdırma aparılmış, həmin şəhadətnamələrin həqiqətən də, saxta olması müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə şəhadətnamələri həmin şəxsə verən Şahid2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı şəhadətnamələrin saxta olduğu Təqsirləndirilən şəxs məlum olsa da və torpaq sahələrinə görə Şahid2 verdiyi pulu ondan geri alsa da, özünün hesab etdiyi, lakin bələdiyyə mülkiyyətinə aid olan, üzərində fərdi yaşayış evinin inşasını həyata keçirdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahəsini buraxmamış, əksinə torpaq sahəsinə olan qanunsuz sahibliyini və istifadəsini, qanunsuz tikinti işlərini davam etdirmiş, yalnız 09 sentyabr 2020-ci il tarixdə Qusar RPŞ-nin X24 polis sahə rəisi Şahid5 raportundan sonra polis əməkdaşlarının və bələdiyyə işçilərinin tələbi ilə tikinti işlərini dayandırmışdır. Bu isə Təqsirləndirilən şəxs həmin torpaq sahələrinin Zərərçəkmiş şəxs mülkiyyətinə aid olduğunu bilə-bilə həmin torpaq sahələrini qanunsuz zəbt etməsini və orada tikinti işlərini aparmasını təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Bundan başqa, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət təqibinin istisna olunduğunu göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Müdafiəçi həmin vəsatətinin dəlillərini müzakirə edərək hesab edir ki, həmin vəsatət əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini törətməkdə təqsirli olması və əməlində cinayət tərkibinin olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə Müdafiəçi vəsatəti ilə razılaşmayaraq rədd edir. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan görünür ki, həmin şəxsin Zərərçəkmiş şəxs mülkiyyətinə aid olan 0.15 ha yaşayış məntəqələrinin torpaq sahəsini və 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etdiyi göstərilmişdir. Lakin, iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 25 may 2022-ci il tarixli 10/3261 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs zəbt etdiyi və tikinti işlərini apardığı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahəsi 0.21 ha deyil, 0.16 ha təşkil edir. Odur ki, həmin hal nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs həqiqətən də, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadığı ən azı xx.xx.2019-cu il tarixdə ona məlum olmasına baxmayaraq, Zərərçəkmiş şəxs tələblərinə məhəl qoymadan həmin tarixdən etibarən Zərərçəkmiş şəxsnə məxsus Ləzə kəndində “X=258254.0002, Y=4575646.9804; X=258235.9792, Y=4575648.9715; X=258221.9992, Y=4575673.0000; X=258223.9980; Y=4575703.0005; X=258227.9769; Y=4575710.0190; X=258271.0004 və Y=4575694.9973” GPRS koordinatları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı örüş torpaqları kateqoriyasına aid olan 0,16 ha torpaq sahəsini və həmin kənddə “X=258377.9841, Y=4575635.0259; X=258406.0062, Y=4575621.0002; X=258368.9747, Y=4575563.9720; X=258359.0050; Y=4575575.0228; X=258359.9932 və Y=4575579.9945” GPRS koordinatları daxilində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan 0,15 ha torpaq sahəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan özbaşına dəmir dirəklər basdıraraq məftillə çəpərləməklə ələ keçirib tutduğu həmin torpaq sahələrini buraxmaması, həmçinin kənd təsərrüfatı təyinatlı örüş torpaqları kateqoriyasına aid olan, ekspert rəyinə uyğun 0,16 ha torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına 2020-ci ilin sentyabr ayının əvvəllərində fərdi yaşayış evi tikmək məqsədi ilə tikinti işlərini aparmaqla, zərərçəkmiş şəxsin torpaq üzərində mülkiyyət hüququnu pozması məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.3-cü maddələri ilə düzgün tövsif edilsə də, CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması, CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətini isə həmin əməlin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə törədilməsi təşkil edir. Bununla da, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti və ya quraşdırma işlərinin aparılması CM-nin 188.3-cü maddəsi ilə tam əhatə olunur və bu halda, əməlin həm CM-nin 188.2-ci, həm də 188.3-cü maddəsi ilə tövsif edilməsi təqsirkar şəxsin bir cinayət əməlinə görə əsassız olaraq CM-nin iki müxtəlif maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına və nəticədə həmin şəxsin hüquqlarının pozulmasına səbəb ola bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan CM-nin 188.2-ci maddəsi xaric edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət uzanan cinayət olmaqla 2019-cu ilin avqust ayında başlamış, uzun müddət davam etmiş və Qusar RPŞnin X24 polis sahə rəisi Şahid5 tərəfindən xx.xx.2020-ci il tarixdə aşkar olunmuş və bundan sonra həmin torpaq üzərində şəxsin qanunsuz istifadəsi dayandırılmış və başa çatmışdır. Qanunvericiliyin tələbi baxımından bu da onu deməyə əsas verir ki, uzanan cinayət olan hazırkı cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Həmin cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin cinayət əməlinin aşkar edildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi əsası ilə barəsində CM-nin 188.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsinə razı olduğunu göstərmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 188.3-cü maddəsi ilə cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Ləzə kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 318, 344- 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə xitam verilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 188.1, 188.2 və 188.3-cü maddələri ilə elan edilmiş ittihamdan CM-nin 188.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Ləzə kəndindəki evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar