Məhkəmə qərarları › İş №1(029)-1/2023

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-1/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-1/2023 11.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X6 və Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, xx.xx.2007-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 9-cu sinif şagirdi, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin CM-nin 29,177.2.1-ci maddəsi ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur, Rusiya Federasiyası vətəndaşı, subay, 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Qusar rayonu Piral kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdə səhər radələrində sinif yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlir olub qrup şəxs təşkil edərək ünvan 2 ünvanda yerləşən, təsisçi X13 olan Zərərçəkmiş şəxs ASC-nin balansındakı müəssəsinin həyətinə hasar olmayan açıq hissədən daxil olaraq, orada dəyəri 3500 manat olan 01 ədəd SSSR istehsalı, işlənmiş və istismara yararlı 75 kilovoltluq sinxron generatoru sökərək, çəkisi 50 kq, dəyəri isə 700 manat olan içindəki mis qırıntılarından ibarət mis hissəsini gizli yolla talamaqla oğurlamağa cəhd edərkən, cəmiyyətin direktoru X14 tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində sinif yoldaşı Romeşlə birlikdə dərsdən çıxıb, evə getmək istəyən zaman məktəbin qarşısında 10-cu sinif şagirdi Muhammədəli ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı Muhammədəli onlara, tanışı İslamın Qusar şəhəri Avtobaza adlanan ərazidə yerləşən açıq, nəzarətsiz vəziyyətdə olan dəyirmandan bir neçə gün əvvəl təxminən 150 metr kabelin mis hissəsini çıxardıb, əridib əmələ gəlmiş mis qırıntıları sinif yoldaşı Pirimlə birlikdə Qusar şəhər bazarında satıb, pul əldə etdiklərini bildirmişdir. Bundan sonra o, sinif yoldaşı Romeşlə birlikdə qeyd olunan əraziyə gedib, dəyirman ərazisinin sol tərəfin açıq, həmçinin dəyirmanın uzun müddət nəzarətsiz və sahibsiz olduğundan əmin olub, növbəti gün oradan mis oğurlamaq qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində onlar məktəbə getməyərək Qusar şəhəri “Avtobaza” adlanan əraziyə getmiş, dəyirmanın ərazisinə kol-kosların arasından daxil olmuşdur. Bundan sonra o, evdən özü ilə gətirdiyi tikinti alətlərlə Romeşlə birlikdə dəyirmanın həyətində yerləşən qapı və pəncərələri açıq olan binaya daxil olmuş, orada olan 01 ədəd SSSR istehsalı 75 kilovotluq işlənilmiş və istismara yararlı olan sinxron generatoru sökməyə başlamışlar. Həmin gün saat 11 radələrində o, Romeşlə birlikdə generatordan çıxardıqları mis sarğısını əridib, əmələ gəlmiş mis qırıntıları təmizləyən zaman Zərərçəkmiş şəxs ASC-nin direktoru Sərvət onlara yaxınlaşmış, oğurluq etməyə cəhd etdiklərini görüb dərhal polisə məlumat vermişdir. Həmin yerə onlar ikisi getmişlər. Muhammədəli özü onlarla gəlməmişdir, onlara bir yerdə getməsini də deməmişdir. Onların həmin yerə getmələri barədə başqa şəxslərə deməmişdir, başqa şəxslərin bundan məlumatı olmamışdır.Onlar özləri ilə gətirdiyi balta ilə binanın içərisində olan marotun içində olan məftili çıxartmışdır.Pirim onların məktəbdə oxuyur, həmin gün Pirim onlarla ora getməmişdir, Pirimin ora getmələrindən xəbəri olmamışdır, Davidi və Xəlili isə tanımır.Onlar həmin yerə birinci də idi getmişlər, ora açıq, mühafizəçi olmayan, qapıları açıqdı, pəncərələri olmayan yer olmuşdur.Onların məqsədi məftili satıb pul qazanmaq olmuşdur.Oranın kiminsə mülkiyyəti olduğunu bilməmişdir, Muhammədəli onlara həmin yerə getməşini təklif etmişdir, Muhammədəlinin özünün ordan məftilin götürməsini bilməmişdir.Məftili bazarda bir kişiyə satacaqdı, məftilin həmin kişiyə satması barədə əvvəlcədən razılaşmaları olmamışdır.İbtidai istintaq zaman ona hər hansı fiziki, psixi zor tətbiq olunmayıb. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Köhnə Xudat kəndində ailəsi ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs1 onun nəvəsidir, nəvəsi İbrahim ünvan 3 ünvanda yerləşən evdə yaşayır. Nəvəsi İbrahim 9-cu sinifdə oxuyur. İbrahim xx.xx.2022-ci il tarixdə Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşənZərərçəkmiş şəxs ASC-yə məxsus dəyirman binasından 01 ədəd SSSR istehsalı 75 kilovotluq işlənilmiş və istismara yararlı olan sinxron generatoru söküb mis sarğısını əridib, əmələ gəlmiş mis qırıntıları təmizləyən zaman saxlanıldığını sonradan bilmişdir. O, nəvəsindən ayrı yaşayır, nəvəsi atası ilə qalır, hazırda atası Rusiya Federasiyasındadır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində sinif yoldaşı İbrahim ilə birlikdə dərsdən çıxıb, evə getmək istəyən zaman məktəbin qarşısında 10-cu sinif şagirdi Muhammədəli ilə görüşüb söhbət etmişdir. Söhbət zamanı Muhammədəli onlara, tanışı İslamın Qusar şəhəri Avtobaza adlanan ərazidə yerləşən açıq, nəzarətsiz vəziyyətdə olan dəyirmandan bir neçə gün əvvəl təxminən 150 metr kabelin mis hissəsini çıxardıb, əridib əmələ gəlmiş mis qırıntıları sinif yoldaşı Pirimlə birlikdə Qusar şəhər bazarında satıb, pul əldə etdiklərini bildirmişdir. Bundan sonra o, sinif yoldaşı İbrahim ilə birlikdə qeyd olunan əraziyə gedib, dəyirman ərazisinin sol tərəfin açıq, həmçinin dəyirmanın uzun müddət nəzarətsiz və sahibsiz olduğundan əmin olub, növbəti gün oradan mis oğurlamaq qərarına gəlmişlər. xx.xx.2022ci il tarixdə saat 08 radələrində onlar məktəbə getməyərək Qusar şəhəri “Avtobaza” adlanan əraziyə getmiş, dəyirmanın ərazisinə kol-kosların arasından daxil olmuşdur. Bundan sonra o, evdən özü ilə gətirdiyi tikinti alətlərlə İbrahim ilə birlikdə dəyirmanın həyətində yerləşən qapı və pəncərələri açıq olan binaya daxil olmuş, orada olan 01 ədəd SSSR istehsalı 75 kilovotluq işlənilmiş və istismara yararlı olan sinxron generatoru sökməyə başlamışlar. Həmin gün saat 11 radələrində o, İbrahim ilə birlikdə generatordan çıxardıqları mis sarğısını əridib, əmələ gəlmiş mis qırıntıları təmizləyən zaman Zərərçəkmiş şəxs ASC-nin direktoru Sərvət onlara yaxınlaşmış, oğurluq etməyə cəhd etdiklərini görüb dərhal polisə məlumat vermişdir. Həmin vaxt orda onlardan başqa adam olmamışdır. Onları saxlamasaydı məftili aparıb bazarda satacaqdılar. Onlar orda misin olduğunu bilməmişdir, Muhammədəli onlara demişdir ki, “orda mis çoxdur, ora get”. Həmin yerə gedib çıxmaq asan olmuşdur, oranın hər tərəfi açıq olub, qapıları açıq olub, pəncərələri isə olmamışdır, dağılmış bir yer olmuşdur. Onlar misin bir kiloqramını 10 manata bazarda satacaqmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zaman Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Piral kəndində yaşayır, Təqsirləndirilən şəxs2 onun oğludur. Oğlu Romeş 9-cu sinifdə oxuyur. Romeş xx.xx.2022-ci il tarixdə Qusar şəhəri “Avtobaza” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs ASC-yə məxsus dəyirman binasından 01 ədəd SSSR istehsalı 75 kilovotluq işlənilmiş və istismara yararlı olan sinxron generatoru söküb mis sarğısını əridib, əmələ gəlmiş mis qırıntıları təmizləyən zaman saxlanıldığını sonradan bilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ekspertiza rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 26 fevral 2022-ci il tarixdə saat 11 radələrində Qusar şəhərin ərazisində xidmətdə olan zaman Sərvət ona zəng edib, “Avtobaza” adlanan ərazidə yerləşən dəyirmadan 2 nəfər azyaşlı şəxslərin oğurluq etməyə cəhd edən zaman saxladığını bildirmişdir. Bundan sonra o, qeyd olunan ünvana getmiş, əvvəllər tanımadığı Qusar rayon sakinləri Romeş və İbrahim adlı şəxslərin ünvan 5 ünvanda yerləşən dəyirmanın ərazisindəki binaların birində olan generatoru söküb, oradan mis hissəsini çıxardıb, əridib mis qırıntıları oğurlamağa cəhd etdiyini müəyyən etmişdir. Bundan sonra o, dərhal hadisə ilə bağlı RPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. İş materiallarında olan 26 fevral 2022-ci il X7 Qusar RPŞ-nin rəisinə ünvanladığı ərizədən görünür ki, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayın 26-na kimi olan müddət ərzində naməlum şəxslər Qusar şəhəri B.Ərəblinski küçəsi 26 ünvanda yerləşən təsisçi olduğu Zərərçəkmiş şəxs ASC-nin binasında olan dəyirman mühərriklərdən mis hissəsini çıxardıb oğurlandığını, mühərriklərin nasaz vəziyyətə salmaqla maddi ziyan vurduğunu, həmin şəxslərin kimliyini müəyyənləşdirməklə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Qusar şəhəri B.Ərəblinski küçəsi 26 ünvanda yerləşən 1.4960 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs ASCnin adına qeydiyyata alınmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, müəssisənin girişində darvaza olması, darvazanın qıfılla bağlı olması, sağ tərəfin mişar daşı ilə hasarlanması müəyyən olunmuşur. Baxış zamanı müəssisənin sol tərəfi Qusar- Köhnə Xudat kənd istiqamətində açıq, hasar olmadığı müəyyən olunmuşdur Baxış zamanı müəssisənin həyətində köhnə qapı və pəncərələr açıq olan tikililərin olduğu, tikililərin köhnə və nəzarətsiz qaldığı aşkar edilmişdir. Baxış zamanı Zəmirə Əskərova qardaşı X19 rayon sakinləri Romeş və İbrahim adlı şəxslərin 01 ədəd SSSR istehsalı 75 kilovotluq istifadə edilmiş və istismara yararlı generatorun olduğunu otağı göstərmişdir. Baxış zamanı generatorun içindən mis hissəsinin sökülərək çıxardığı və həyətdə tonqal qalayıb, mis sarğısının əridib mis qırıntıların olması müəyyən olunmuşdur. Baxış zamanı mis qırıntıların iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 sinif yoldaşı Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs ASCnin müəssisəsindən oğurluğa cəhd edən zaman istifadə edilən 01 ədəd bıçaq, 01 ədəd kəlbətin, 01 ədəd balta, 01 ədəd çəkic, 01 cüt usta əlcəklər, həmçinin generatordan söküb çıxardıqları və əritdikləri misin qırıntıları təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 dəyirmandan ancaq mis oğurlamaq üçün gəldiklərini etiraf etmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ibtida istintaq zamanı “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan rəydən görünür ki, 01 ədəd SSSR istehsalı 75 kilovoltluq işlənmiş və istismara yararlı olan sinxron generatorun mis sarğısının çəkisi 40-50 kq, maksimum 50 kq təşkil edir, 01 ədəd SSSR istehsalı 8,5 kilovoltluq işlənilmiş və istismara yararlı olan sinxron mühərrikin mis sarğısının çəkisi 4,5-5,0 kq, maksimum 5,0 kq təşkil edir və uzunluğu 150 metr en kəsiyi 2x3 mm rus istehsallı kabelin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada 240 manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli 9/2006 saylı rəyindən görünür ki, 01 ədəd SSSR istehsalı 75 kilovoltluq işlənilmiş və istismara yararlı olan sinxron mühərrikin mis hissəsi 45,0 (40-50)kq-1350 (45 kq x 30m) manat, 01 ədəd SSSR istehsalı 75 kilovoltluq işlənilmiş və istismara yararlı olan sinxron mühərrik-3500,00 manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli 9/2007 saylı rəyindən görünür ki, 01 ədəd SSSR istehsalı 8,5 kilovoltluq işlənilmiş və istismara yararlı olan sinxron mühərrikin mis hissəsi 4,75 (4,5-5,0 kq) kq-142,50 (4,75 kq x 30m) manat, 10 ədəd-1425,00 manat, 01 ədəd SSSR istehsalı 8,5 kilovoltluq işlənilmiş və istismara yararlı olan sinxron mühərrik- 400,00 manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 9/4020 saylı rəyindən görünür ki, - 01 ədəd SSSR istehsalı 8,5 kilovoltluq işlənilmiş və istismara yararlı olan sinxron mühərrikin mis hissəsinin bir kiloqramının qırıntı kimi 2021-ci ilin oktyabr ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 13,50 manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 9/4019 saylı rəyindən görünür ki, 01 ədəd SSSR istehsalı 75 kilovoltluq işlənilmiş və istismara yararlı olan sinxron mühərrikin mis hissəsinin bir kiloqramının qırıntı kimi 2022-ci ilin fevral ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 14,00 manat təşkil edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2022-ci il tarixli 9/2006 saylı, 9/2007 saylı, 08 iyun 2022-ci il tarixli 9/4020 saylı, 9/4019 saylı rəylərinə əlavə edilmiş bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 200 (iki yüz) manatdır. İş materiallarında olan ibtidai istintaq orqanının 21 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə X4 yoldaşı Təqsirləndirilən şəxs2 Röşənoviçlə birlikdə ünvan 5 ünvand yerləşən Zərərçəkmiş şəxs ASC-nin inzibati binasında oğurluq etməyə cəhd edən zaman istifadə etdiyi tikinti alətləri, həmçinin generatordan çıxartdıqları mis qırıntıları iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi qiymətləndirilmiş və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılması üçün təhvil verilmiş, 01 ədəd SSSR istehsallı, 75 kilovoltluq, işlənilmiş və istismara yararlı olan sinxron generator, 10 ədəd SSSR istehsallı, 8,5 kilovoltluq, işlənilmiş və istismara yararlı olan sinxron mühərriklərin qalıq qalan hissələri iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi qiymətləndirilmiş və gündəlik tələbatda istifadə olunduğu üçün zərərçəkmiş hüquqi şəxsin şəxsin nümayəndəsi Nümayəndə qaytarılmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 21 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, X10, X11 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 186.1 və 307.1-ci maddələrin tərkib əlamətləri olmadığından, onların barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X15 və X10 əməllərində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələrin tərkib əlamətləri olmadığından, onlar barələrində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X15 və X10 həmin fakt üzrə əməllərində Azərbaycan Respublikası CM-nin 186-cı maddələrin tərkib əlamətləri olmadığından, onlar barələrində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X8 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-ci maddələrin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X5 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 194.1-ci maddələrin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X3 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, və 307.1-ci maddələrin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası Baş Prokurorunun 30 iyun 2020-ci il tarixli 10/82 nömrəli “X24” əmrin tələbinə əsasən bu barədə material ayrılıb, rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilmişdir. İş materiallarında olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 1059/06-22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin publik hüquqi şəxsin Poliklinika Şöbəsində həkim narkoloqun və psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 2019-cu ildə Qusar şəhəri 3 saylı tam orta məktəbin 6-cı sinfinə qəbul olunmuş, kafi qiymətlərlə oxumuş, bəzi fənlərə maraq göstərir, xasiyyətcə sakit şagirddir, sinif şagirdləri ilə mehriban rəftar edir. İş materiallarından olan görünür ki, Təqsirləndirilən şəxs1 2013-cü ildə Qusar şəhəri 3 saylı tam orta məktəbin hazırlıq sinfinə qəbul olunmuş, orta səviyyədə oxuyur, idmanla məşğul olur, xasiyyətcə sakit şagirddir, məktəbin ictimai işlərində iştirak edir və verilən tapşırıqları yerinə yetirir. İş materiallarında olan seriya AZE olan, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmyan şəxsdir. İş materiallarında olan İİ-BD № 849678 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmyan şəxsdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində, babası Qanuni nümayəndə1 təyin edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində, anası Qanuni nümayəndə2 təyin edilmişdir. İş materiallarından görünür ki, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsidən görünür ki, dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir, hazırda həmin maddi ziyanı tələb edir, təqsirləndirilən şəxslər barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 fevral 2022-ci il tarixdə səhər radələrində qabaqcadan əlir olub qrup şəxs təşkil edərək ünvan 2 ünvanda yerləşən, təsisçi X13 olan Zərərçəkmiş şəxs ASC-nin balansındakı müəssəsinin həyətinə hasar olmayan açıq hissədən daxil olaraq, orada dəyəri 3500 manat olan 01 ədəd SSSR istehsalı, işlənmiş və istismara yararlı 75 kilovoltluq sinxron generatoru sökərək, çəkisi 50 kq, dəyəri isə 700 manat olan içindəki mis qırıntılarından ibarət mis hissəsini gizli yolla talamaqla oğurlamağa cəhd edərkən, cəmiyyətin direktoru X14 tərəfindən saxlanılması və bununla da, onların Azərbaycan Respublikasının CM-nin 29,177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 29, 177.2.-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətmələrini CM-nin 59.1.2, törətdikləri əməli səmimi etiraf edərək əməllərindən peşman olmalarını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi hesab edir, oxuduqları məktəblər üzrə müsbət xarakterizə olunmalarını şəxsiyyəti xarakterizə edən hal kimi qəbul edir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 RF-nın vətəndaşıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi istisna edilir. Həmin Məcəllənin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitini, cəzanı yüngülləşdirən halları cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarın 2.2-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə2 Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Məcəllənin 52.2 və 52.2.4-cü maddəsnin tələbinə əsasən valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü tədbiq edilmir. Məhkəmə CM-nin 52.1, 52.2 və 52.2.4-cü maddələrinin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü tədbiq edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd SSSR istehsallı, 75 kilovoltluq, işlənilmiş və istismara yararlı olan sinxron generatorun, 10 ədəd SSSR istehsallı, 8,5 kilovoltluq, işlənilmiş və istismara yararlı olan sinxron mühərriklərin qalıq qalan hissələrinin gündəlik tələbatda istifadə olunduğu üçün zərərçəkmiş hüquqi şəxsin şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan mis qırıntıları dəyəri olduğu üçün zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə qaytarılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni nümayəndələrindən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 3 ünvanda yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getrməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə o 600 (altı yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getrməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Qusar rayon sakinləri Təqsirləndirilən şəxs1 və X12rşı maddi ziyanın ödənilməsinə dair tələbi mülki mübahisəli məsələ olduğundan ona müvafiq məhkəmədə mülki iddia qaldırmaq hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd SSSR istehsallı, 75 kilovoltluq, işlənilmiş və istismara yararlı olan sinxron generatorun, 10 ədəd SSSR istehsallı, 8,5 kilovoltluq, işlənilmiş və istismara yararlı olan sinxron mühərriklərin qalıq qalan hissələrinin gündəlik tələbatda istifadə olunduğu üçün zərərçəkmiş hüquqi şəxsin şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın, Qusar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan mis qırıntıları dəyəri olduğu üçün zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanuni nümayəndələrindən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar