Məhkəmə qərarları › İş №1(029)-1/2025

Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-1/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-1/2025 24.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına getmək məqsədi ilə 09 iyul 2019-cu tarixdə saat 23:00-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin Qusar rayonun Samur qəsəbəsi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 18-ci sahəsindən qanunsuz olaraq qəsdən Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən həmin ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 09 iyul 2019-cu il tarixdə Rusiya Federasiyasının Saratov şəhərinə getmək məqsədi ilə Xırdalan dairəsi adlanan ərazidən həmin istiqamətdə hərəkət edən avtobusa minmiş, təxminən 17- 18 radələrində «Samur» sərhəd keçid məntəqəsinə çatmış, Rusiya Federasiyasına keçmək məqsədi ilə özünə məxsus pasportu sərhəd naryadına təqdim etmiş, sərhəd naryadı onun pasportunu yoxladıqdan sonra ölkədən çıxışına qadağa qoyulduğunu bildirərək geri istiqamətdə qaytarmışdır. Sərhəd keçid məntəqəsinin ərazisindən çıxaraq Samur qəsəbəsində kafelərin birində yemək yemiş, daha sonra Rusiya Federasiyasına qanunsuz getmək qərarına gəlmiş, hava qaraldıqdan sonra yol ilə hərəkət etmiş, qarşısına tikanlı məftil çıxmış, tikanlı məftili keçdikdən sonra sərhədçilər tərəfindən dayanmağı barədə komanda verilmiş, komandaya tabe olaraq dayanmış, sərhəd zastavasına aparılmış, ölkədən çıxışına qadağa qoyulduğu üçün geri qaytarıldığını və dövlət sərhıədini qanunsuz keçərək Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 09 iyul 2019-cu il tarixdə saat 22:15-dən saat 23:50-dək sərhəd naryadı başçısı qismində əsgər Şahid2 və əsgər Şahid3 ilə birlikdə “pusqu” xidmətinə təyin olunmuş, saat 23-də bir nəfər şəxsin 18-ci sahədən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətdə hərəkət etdiyini müşahidə etmiş, həmin şəxsə dövlət sərhəd xəttindən 45 metr arxada, mühəndis texniki çəpərdən 70 metr içəridə olarkən ona dayanması ilə bağlı çağırış etmiş, həmin şəxs tabe olaraq dayanmış, sərhəd zastavasına aparılmış, daha sonra sərhəd pozucusunun Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş,09 iyul 2019-cu ildə “Samur” SNM-dən Rusiya Federasiyasına getmək istədiyni, lakin ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün qanunsuz yolla Rusiya Federasiyasına keçmək istədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 və Şahid3 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan N nömrəli hərbi hissənin 5-ci sərhəd zastavasının rəisi vəzifələrini müvəqqəti icra edən baş-leytenant Araz Əzimov raportunda göstəmişdir ki, 09 iyul 2019-cu il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 5-ci sərhəd zastavasının 18-ci sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətdə hərəkət edərkən dövlət sərhəd xəttindən 45 metr arxada, mühəndis texniki çəpərdən 70 metr içəridə saxlanılmışdır. İş materiallarında olan 10 iyul 2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Qusar rayonu, Samur qəsəbəsi ərazsində yerləşən N nömrəli hərbi hissənin 5ci sərhəd zastavasının 18-ci sahəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs maneə çəpərindən 70 metr arxada, dövlət sərhəd xəttindən 50 metr aralı saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərərkən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxstörətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxsn törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onlara təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər Bundan başqa Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, hazırkı cinayət işi 18 iyul 2019-cu il tarixdə başlanmış, 05 avqust 2019-cu il tarixdə cinayət işi üzrə dayandırılmış, 15 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə dayandırımış icraat təzələnmiş, 09 yanvar 2023-cü il tarixdə icraat dayandırılmış, 14 fevral 2023-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2019-cu il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, həbs qətimkan tədbiri seçilməsi, cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsi: 53.7. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. 69.4. Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs 09 iyul 2019-cu il tarixdə inzibati qaydada tutulduğu 01 günü, 24 noyabr 2025-ci il tarixdən hökm elan olunan tarixə kimi, yəni xx.xx.2025-ci il tarixə kimi həbsdə qaldığı 30 (otuz) gün müddəti, cəmi 1 (bir) ay, 01 (bir) gün müddəti, CM-nin 69.4-cü maddəsinə əsasən nəzərə alaraq hesab edir ki həbsdə qaldığı 1 (bir) ay, 01 (bir) gün müddət ona təyin olunacaq cərimə cəzasını yüngülləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində ittiham irəli sürülmüş şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv ediməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə 09 iyul 2019-cu il tarixdə inzibati qaydada tutulduğu 01 gün müddət, 24 noyabr 2025-ci il tarixdən hökm elan olunan tarixə kimi, yəni xx.xx.2025-ci il tarixə kimi həbsdə qaldığı 30 (otuz) gün müddət, cəmi 1 (bir) ay, 01 (bir) gün müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilsin və ona qəti olaraq 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təyin olunmuş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar