Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-10/2021 03.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçıs: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi: Qusar rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS: Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşaqlartı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, onun Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinir ona görə ki, o, Qusar rayonu Kuzun kəndi ərazisində yerləşən “X12” QSC-nin nəzdində fəaliyyət göstərən, Bakı şəhər sakini Zərərçəkmiş şəxs qeyri-rəsmi sahibi olduğu “Avalanche by X13” gecə klubu iaşə obyektində xx.xx.2019-cu il tarixdən qeyri-rəsmi olaraq menecer vəzifəsində işləyərkən, işinin xarakterinə görə faktiki olaraq ona inanılıb həvalə edilmiş, gecə klubunun fəaliyyətindən əldə etdiyi pul vəsaitlərini hər ayın sonunda həmin gecə klubunun daxil olduğu “Eleven” restoranlar şəbəkəsində mühasib işləyən Şahid1 ilə hesabat apararaq ona təhvil verməli olduğu halda, bunu etməyərək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə həmin iaşə obyektinə aid olan, ona etibar edilmiş 33.618 manat məbləğində nağd pul vəsaitlərini qumar oynamaq məqsədilə “X5” və Qusar şəhərində yerləşən bankomatlar vasitəsi ilə özünə məxsus “xxxx” ASC tərəfindən verilən **********869700 nömrəli plastik ödəmə kartına daxil etməklə həmin pul vəsaitlərindən 33.400 manatını internet üzərindən köçürmə əməliyyatı həyata keçirib “lxBET” onlayn mərc oyununda oynayıb uduzmuş, qalan 218 manatını isə öz şəxsi məqsədləri üçün xərcləyərək Zərərçəkmiş şəxs məxsus, ona etibar edilmiş cəmi 33.618 manat məbləğində pul olan xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 179.2.4-cü maddəsi ilə elan olunmuş ittiham aktı üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəvi tanışı Zərərçəkmiş şəxs 2011-ci ilin yanvar-fevral aylarından etibarən rəhbərlik etdiyi “Eleven” restoranlar şəbəkəsində nəzarətçi işləmiş, sonradan həmin restoranlar şəbəkəsinin tərkibində Bakı şəhərində yerləşən “People livebar”, “Nur by eleven”, “Roof by eleven”, “Buddhabarbaku”, “Catwalk by eleven” restoranları fəaliyyət göstəməyə başlamışdır. xx xxxxxx 2019-cu il tarixdən isə Qusar rayonu Kuzun kəndi ərazisində yerləşən “X12”nin nəzdində “Avalanche by eleven” gecə klubu fəaliyyət göstəməyə başlamış və həmin vaxtdan etibarən də orada menecer kimi işləmişdir. “Avalanche by eleven” gecə klubunda fəaliyyəti həmin klub üçün nəzərdə tutulmuş içki və digər qida məhsullarını almaq, onların satışına nəzarət etmək, eyni zamanda işçilərin fəaliyyətinə nəzarət etmək və ayın sonunda hesabat aparmaqdan ibarət olmuşdur. Kluba məxsus bütün içkilər Bakı şəhərindən gətirilmiş, ərzaq məhsullarını isə özü şəxsən Qusar şəhər bazarında ayrı-ayrı şəxslərdən almışdır. Hər dəfə “Eleven” restoranlar şəbəkəsində mühasib işləyən Şahid1 ilə hesabat aparmış və işçilərin əmək haqlarını vermişdir. Hər bir masa xidmətçisi daxili kassa aparatına sifarişləri qeyd etmiş, müştərilərdən alınmış məbləği isə masa xidmətçiləri ona təqdim etmiş və həmin pulları kassaya özü yerləşdirmişdir. Həmin aparata baxıb pul məbləğini saymaqla gündəlik dövriyyəni hesablamış, Şahid1 ilə bu qaydada hesabat aparmışdır. xx xxxxxx 2020-ci il tarixdə ailə üzvləri ilə görüşmək üçün Bakı şəhərinə getmiş, azyaşlı uşağını xəstəliyi ilə bağlı xəstəxanaya aparıb müayinə etdirmiş, iki gün Bakıda qalmış, xx xxxxxx 2020-ci il tarixdə isə Qusar rayonuna qayıtmış, təxminən saat 21 radələrində “X2” “Avalanche by eleven” gecə klubuna gəlmiş, orada mühasib Şahid1 ilə görüşmüş, o da hesabat aparmaq üçün gəldiyini bildirmiş, lakin kluba aid olan onda toplanmış 33.618 manat pulun 33.400 manatını telefon vasitəsilə “1xBET” onlayn oyununda uduzduğundan, qalan 218 manatını isə öz şəxsi məqsədləri üçün xərclədiyinə görə çıxılmaz vəziyyətdə qalmış, pulu verməyə də imkanı olmamışdır. Ona görə də, Ağamuradla hesabat apara bilmədiyi üçün məcbur olub ona yalan danışmağa başlamış, özünə məxsus olan “Mersedes-Benz” markalı, **- OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi olduğu üçün polis əməkdaşları tərəfindən Quba rayonu ərazisində saxlanılaraq cərimə meydançasına aparıldığını, qaldığı otağın və seyfin açarlarının da avtomobilində qaldığını bildirmiş, səhəri gün gedib avtomobilinin cəriməsini ödəyəcəyini və avtomobili cərimə meydançasından çıxaracağını bildirmiş, Ağamurad da ona heç nə deməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında isə yalandan özünə məxsus olan avtomobili cərimə meydançasından çıxarmaq üçün Quba rayonuna gedəcəyini Ağamurada bildirmişdir. Qusar şəhərinə gəlib bir müddət orada vaxt keçirdikdən sonra təxminən saat 16 radələrində iş yerinə gedərək avtomobilinin 1000 manat cəriməsi olduğunu, həmin cərimənin 500 manatını ödədiyini, qalan cəriməni isə ödəyə bilmədiyini, ona görə də, avtomobilini cərimə meydançasından götürə bilmədiyini, səhəri gün qalan 500 manat cəriməni ödəyərək avtomobilini cərimə meydançasından götürəcəyini bildirmişdir. Əslində isə həmin vaxt avtomobili “X12”nin duracağında saxlamışdır. Cəmilə məxsus olan pulları uduzduğu üçün nə edəcəyini bilməmiş, ona görə də, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə çıxıb getmək qərarına gələrək həmin gün, günorta saatlarında oradan çıxıb taksi ilə Qusar şəhərinə gəlmiş, həmin vaxt üstündə təxminən 1100 manat məbləğində pul olmuş və bu pulun 218 manatı kluba məxsus olmuşdur. Qusar şəhərinin girişində taksidən düşdükdən sonra başqa bir taksiyə minərək “Avtovağzal dairəsi” adlanan yerə getmiş, oradan da başqa bir taksi ilə Quba şəhərinə getmiş, sonra isə Quba şəhərindən Bakı şəhərinə getmişdir. Bakı şəhərinə getdikdən sonra təxminən 15 gün ərzində gündüzlər Bakı şəhərindəki çayxanalarda çay içmiş, gecə saatlarında isə rayonlara gedən avtobuslara minib avtobusda gecələmiş, səhəri gün də rayondan Bakı şəhərinə qayıtmış, bir neçə gün isə Neftçala rayonu Bankə qəsəbəsinə gedərək orada rəhmətlik babası Sadıxa məxsus olan evdə qalmışdır. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 01 radələrində isə Bakı şəhərinə gələrək valideynlərinin yaşadığı evə getmiş, baş verənlər barədə valideynlərinə məlumat vermiş, sonra isə Qusar rayon polis şöbəsinə gəlmişdir. “xxxx” ASC tərəfindən verilən **********869700 nömrəli plastik kart özünə məxsusdur və həmin plastik kartı 2019-cu ilin avqust-sentyabr aylarında “xxxx” ASC-nin Xətai rayonunda olan filialından almışdır. Kartı almaqda məqsədi “1xBET” onlayn mərc oyunu oynamaq olmuşdur. Həmin “1xBET” onlayn mərc oyununun proqramını mobil telefonuna yükləmişdir. Kartı əldə etdikdən sonra həmin proqrama daxil olaraq futbol oyunlarına pul qoymuşdur. Kartdan “1xBET” onlayn oyununa pul yükləyən zaman 3% faiz xidmət haqqı avtomatik çıxılmış, o cümlədən, həmin xidmət haqqından başqa mərc oyunu oynadığı üçün aylıq 5 manat pul çıxılmışdır. “1xBET” onlayn proqramına daxil olmaqla müəyyən qrafalarda ilk öncə özünə məxsus plastik kartın önündə olan 16 rəqəmli kodu, daha sonra isə kartın arxasında olan 3 rəqəmli kodu və sayta yükləyəcəyi məbləği yazaraq “ok” düyməsini basmışdır. Daha sonra isə mobil telefonuna kod gəlmiş və həmin kodu yazandan sonra “Royalpay.ru” və bunun kimi xatırlamadığı saytlar açılmışdır. Həmin saytlarda 30 saniyə gözlədikdə pul yüklənmiş və yenidən avtomatik olaraq “1xBET” saytına qayıdılmışdır. İlk olaraq, oyuna 100 manatla başlamış, bundan sonra isə həmin oyunu davamlı olaraq oynamışdır. Bəzi hallarda mərc oyunundan pullar udmuş, bəzi hallarda isə həmin pulları uduzmuşdur. Maksimum udduğu pul 3000-4000 manat pul olmuşdur. Lakin yekunda həmin oyundan qazanclı çıxmamışdır. “Avalanche by eleven” gecə klubuna aid olan onda toplanmış 33.618 manat pulun 33.400 manatını telefon vasitəsilə “1xBET” onlayn oyununda uduzmuş, qalan 218 manatını isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə klubdan çıxıb gedən zaman üzərində təxminən 1100 manat pul olmuşdur, həmin pulun bir hissəsi, yəni 218 manatı isə klubun pulu olmuşdur. Pulları xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan vaxt aralığında uduzmuşdur. “Avalanche by eleven” gecə klubunun kassasından götürdüyü pullar cəmi olaraq 33.618 manat təşkil etmişdir. Klubun sahibi Zərərçəkmiş şəxs 33.618 manat məbləğində pulunu 2020-ci ilin avqust ayının axırlarında Cəmilin yaşadığı evin qarşısında özü və atası X3 ilə nağd formada ona qaytarıb vermişlər. O, törətdiyi əməldən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağları vardır, zərər şəkmikş şəxs Zərərçəkmiş şəxs oğlunun ondan heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənlərin nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı zərər şəkmikş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlunun məhkəmə iclasında tədqiq edilərək araşdırılmış ifadəsindən görünür ki, 2010-cu ildən Bakı şəhərində yerləşən və fəaliyyət göstərən “People livebar”, “Nur byeleven”, “Roof byeleven”, “Buddhabarbaku”, “Catwalk byeleven” restoranları da daxil olmaqla “Eleven” restoranlar şəbəkəsinə rəhbərlik edir. 2019-cu ilin əvvəllərində Qusar rayonu Kuzun kəndi ərazisində yerləşən “X12”nin rəhbərliyi tərəfindən onunla əlaqə saxlanılmış və orada gecə klubunun fəaliyyət göstərilməsi üçün təşkilatçılıq etməsi xahiş olunmuşdur. Həmin Mərkəzin rəhbərliyinin xahişini nəzərə alaraq orada çalışan klubu işlətməyi öhdəsinə götürmüşdür. 2019-cu fevral ayından isə “X12”nin nəzdində, rəhbəri olduğu “Avalanche by eleven” gecə klubu fəaliyyət göstəməyə başlamışdır. Həmin gecə klubunun rəhbəri özü olmuş və orada olan gəlir, yığılmış pullar ona məxsus olmuşdur. Həmin vaxtdan etibarən də orada menecer kimi əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs işləməyə başlamışdır. Onu həmin vəzifəyə qeyri-rəsmi olaraq özü təyin etmişdir. Ramin isə klubda olan digər işçiləri onun razılığı ilə işə götürmüşdür. Belə ki, “Avalanche by eleven” gecə klubunda Raminin fəaliyyəti həmin klub üçün nəzərdə tutulmuş içki və digər qida məhsullarını almaq, onların satışına nəzarət etmək, eyni zamanda işçilərin işinə nəzarət etmək və ayın sonunda hesabat aparmaqdan ibarət olmuşdur. Ramin hər dəfə “Eleven” restoranlar şəbəkəsində mühasib işləyən Şahid1 ilə hesabat aparmış və əldə olunmuş qazanc Ağamurad tərəfindən ona verilmişdir. Klubun daxili kassa aparatı mövcud olmuş, restoranlara gələn müştərilərə özlərinin sifarişləri əsasında menyuda olan yemək və içki çeşitləri verilmiş, müştəri sonda sifariş etdiklərinin hesabını istədikdə restoranın masa xidmətçisi daxili kassa çekində göstərilən yekun hesabı müştəriyə təqdim etmiş, müştəri tərəfindən nağd qaydada ödənilmiş məbləği masa xidmətçisi kassir vəzifəsini həyata keçirdiyi üçün Raminə təqdim etmişdir. Günün sonunda isə əldə olunmuş daxili kassa aparatında olan gəlirlər Raminin özündə saxlanılmışdır. X6 hesabat apardıqdan sonra əldə olunmuş gəliri ona vermişdir. Həmin gecə klubu xx xxxxxx 2019-cu ildən xx xxxx 2019-cu ilə kimi fəaliyyət göstərmiş, daha sonra isə fəaliyyətinə xx xxxxxx 2019-cu il tarixdə davam etmişdir. xx xxxxxx 2020-ci il tarixdə mühasib Ağamuradı Təqsirləndirilən şəxsla klubun gəlirləri ilə bağlı hesabat aparmaqdan ötrü “Avalanche by eleven” gecə klubuna göndərmişdir. Lakin xx xxxxxx 2020-il tarixdə Ağamurad onunla əlaqə saxlayaraq Raminə məxsus “Mersedes-Benz” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi olduğu üçün polis əməkdaşları tərəfindən Quba rayonu ərazisində saxlanılaraq cərimə meydançasına aparıldığını, Raminin qaldığı otağın və seyfin açarlarının da avtomobilində qaldığını bildirdiyi üçün, bu səbəbdən hesabat apara bilmədiyini qeyd etmişdir. Həmin vaxtdan sonra xx xxxxxx 2020-ci il tarixdə Ağamurad onunla əlaqə saxlayaraq Raminin telefonlara cavab vermədiyini, kluba, yəni ona məxsus 33.618 manat pulun kassada olmadığını bildirmişdir. Bundan sonra isə Ağamuraddan Bakı şəhərinə qayıtmasını xahiş etmiş, daha sonra isə Təqsirləndirilən şəxs barəsində məlumat əldə edə bilməmişdir. Qısa müddət sonra Raminin yeri müəyyən edilmiş və istintaqda ifadəsi alınmışdır. Ramin ona məxsus 33.618 manat pulu internet vasitəsi ilə mərc oyununda uduzduğunu etiraf etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs oğlu məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs dəymiş ziyanın tam olaraq qaytarıldığından ona qarşı heç bir şikayətin və tələbin olmadığını bildirmiş, həmçinin səhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclaslarına gələ bilmədiyini bildirərək ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2020-ci ilin əvvəllərində “X12”ndə olan “Avalanche by Eleven” gecə klubunda masa xidmətçisi işləmişdir. Bu klub Zərərçəkmiş şəxs məxsusdur. Klubun daimi işçisi olmasa da, hər həftədə iki dəfə, xüsusilə də 5-ci və 6-cı günlər dostu Şahid4 təklifi ilə ora gedərək masa xidmətçisi kimi xidmət göstərmişdir. İşlədiyi hər günə görə ona 20 manat məbləğində əmək haqqı verilmişdir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək isə “Avalanche by Eleven” gecə klubunda masa xidmətçisi kimi daimi olaraq işləmiş və əlbəəl aylıq 200 manat məbləğində əmək haqqı almışdır. Bu gecə klubunun meneceri kimi əvvəllər Təqsirləndirilən şəxs, ondan sonra isə dostu Şahid4 işləmişdir. İşdə olarkən eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs menecer kimi işlədiyi vaxtlarda kluba məxsus olan, ona etibar edilmiş 33.618 manat məbləğində pulun 33.400 manatını onlayn qumar oyunlarında oynayaraq uduzmuş, qalan 218 manatını özü üçün xərcləmiş, bundan sonra isə gecə klubundan çıxıb getmişdir. Bu səbəbdən də onu dostu Rəşid əvəz etmişdir. Ramin qumar oyunlarına qurşandığından kluba məxsus olmuş pulları kassa aparatından götürərək öz plastik kartına yükləmiş və bu yolla həmin pulları onlayn qumar oyunlarında sərf etmişdir. O, “Avalanche by Eleven” gecə klubuna məxsus pulları uduzduğuna görə nə edəcəyini bilmədiyindən çıxıb getmişdir. Ramin qumara qurşandığından “X12”ndə olan “Avalanche by Eleven” gecə klubuna məxsus olmuş 33.618 manat məbləğində pulun 33.400 manatını onlayn qumar oyunlarında oynayaraq uduzmuş, qalan 218 manatını özü üçün xərcləmişdir. O, həmin klubda menecer kimi işlədiyindən kassa aparatına özü nəzarət etmiş, bu yolla da kassadan pulları götürərək özünə məxsus plastik kartın hesabına yükləmiş və həmin pulları onlayn qumar oyunlarında oynayaraq uduzmuşdur. “Avalanche by Eleven” klubunun daxil olduğu “Eleven” restoranlar şəbəkəsində mühasib işləyən Şahid1 Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra klubda hesabat apararkən Raminin klubun kassasından 33.618 manat məbləğində pul mənimsəməsi müəyyən etmişdir. “Avalanche by Eleven” gecə klubunun vergi orqanlarında qeydiyyatda olması və bank hesabının olub-olmaması haqqında heç bir məlumatı yoxdur. Lakin klubun daxili kassa aparatı mövcud olmuşdur. Restoranlara gələn müştərilərə özlərinin sifarişləri əsasında menyuda olan yemək və içki çeşitləri verilmiş, müştəri sonda sifariş etdiklərinin hesabını istədikdə restoranın masa xidmətçisi daxili kassa çekində göstərilən yekun hesabı müştəriyə təqdim etmiş, müştəri tərəfindən nağd qaydada ödənilmiş məbləğ kassir vəzifəsini həyata keçirdiyi üçün əvvəllər Təqsirləndirilən şəxs, o, getdikdən sonra isə onu əvəz edən Şahid4 təqdim edilmiş, pul kassa aparatına onların özləri tərəfindən yerləşdirilmişdir. Hesabat isə mütəmadi olaraq mühasib Şahid1 ilə aparılmışdır. Klubda masa xidmətçisi kimi işləyərək qonaqlara sifarişlərini çatdırmaqla xidmət göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2013-cü ildən etibarən “Eleven” restoranlar şəbəkəsində mühasib vəzifəsində işləyir, həmin restoranlar şəbəkəsinə Bakı şəhərində yerləşən “People livebar”, “Nur by eleven”, “Roof by eleven”, “Buddhabarbaku”, “Catwalk by eleven” restoranları və Qusar rayonu Kuzun kəndi ərazisində yerləşən “X12”ndə olan “Avalanche by eleven” gecə klubu da daxildir. Bütün bu klubların rəhbəri Zərərçəkmiş şəxsdur. Əmək funksiyaları Zərərçəkmiş şəxs məxsus obyektlərdə olan gəlirlər və xərclərin aparılmasına nəzarət etməkdən və əldə olunmuş gəlirləri bir yerə cəmləyib müdir Zərərçəkmiş şəxs təqdim etməkdən ibarətdir. “Avalanche by eleven” gecə klubu xx xxxxxx 2019-cu il tarixdən fəaliyyət göstərməyə başlamış, fəaliyyəti xx xxxx 2019-cu ilə qədər davam etmiş, fəaliyyət göstərdiyi vaxtdan həmin kluba Cəmilin göstərişi ilə qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs nəzarət etmişdir, özü də ayda iki dəfə fəaliyyət göstərdiyi müddət ərzində həmin kluba gedərək Təqsirləndirilən şəxs ilə hesabat aparmışdır. “Avalanche by eleven” gecə klubu mövsümə uyğun olaraq ikinci dəfə xx xxxxxx 2019-cu il tarixdən faəliyyət göstərməyə başlamış, həmin vaxtdan ora nəzarəti qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs həyata keçirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla hesabat aparmaq üçün Qusar rayonu Kuzun kəndi ərazisində yerləşən “X12”ndəki “Avalanche by eleven” gecə kulubuna gəlmiş, ancaq həmin vaxt Ramin Bakı şəhərində olduğu üçün onunla görüşə bilməmiş və telefon əlaqəsi saxlayan zaman o, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərindən qayıdıb gələcəyini bildirmişdir. Bundan sonra Ramin xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21 radələrində Qusar rayonu Kuzun kəndi ərazisində yerləşən “X12”ndəki “Avalanche by eleven” gecə klubuna gəlmiş, onunla görüşüb söhbət edən zaman hesabat aparmaq istədiyini bildirmiş, ancaq həmin vaxt Ramin özünə məxsus olan “Mersedes-Benz” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi olduğu üçün polis əməkdaşları tərəfindən Quba rayonu ərazisində saxlanılaraq cərimə meydançasına aparıldığını, yaşadığı otağın və seyfin açarlarının da avtomobilində qaldığını, səhərisi gün gedib avtomobilinin cəriməsini ödəyəcəyini və avtomobilini cərimə meydançasından çıxaracağını bildirmiş, özü də Raminə heç nə deməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saatlarında isə Ramin özünə məxsus olan avtomobili cərimə meydançasından çıxartmaq üçün Quba rayonuna gedəcəyini bildirməklə çıxıb getmiş, həmin gün, təxminən saat 16 radələrində isə iş yerinə gələrək avtomobilinin 1000 manat cəriməsi olduğunu, həmin cərimənin 500 manatını ödədiyini, qalan cəriməni isə ödəyə bilmədiyini, ona görə də avtomobilini cərimə meydançasından götürə bilmədiyini demiş, səhəri gün qalan 500 manat cəriməni ödəyərək avtomobilini cərimə meydançasından götürəcəyini bildirmişdir. Özü isə açarları nəyə görə avtomobildən götürmədiyini soruşanda, Ramin cavab olaraq bunun üçün icazə verilmədiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 11 radələrində isə Ramin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona mesaj yazaraq artıq avtomobilini cərimə meydançasından götürdüyünü, bir neçə dəqiqə ərzində iş yerinə çatacağını bildirmişdir. Lakin Ramini gözləsə də, o, iş yerinə gəlməmiş və sonradan onun istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefona zəng etmiş, ancaq onun telefonuna zəng çatmamışdır. Bundan sonra Raminin bu hərəkətləri onda şübhə yaratmış, ona görə də onun otağına baxış keçirtmək istəmiş və onun qaldığı yerdə nəzarətçi işləyən şəxsə yaxınlaşmış, o da açarlardan birinin özlərində olduğunu bildirmişdir. Sonra isə nəzarətçilərin iştirakı ilə Ramin qalan otağa daxil olmuş, otaqda seyf olmadığını müşahidə etmiş, sonradan isə Raminə məxsus olan “Mersedes-Benz” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X12”nin avtomobil parkında olduğunu, onun kimsə tərəfindən saxlanılmadığını öyrənmiş, Raminin bir neçə gün ərzində ona yalan dediyini başa düşmüşdür. xx xxxxxx 2020-ci il tarixdə “Avalanche by eleven” gecə klubunda hesabat aparmış, həmin vaxt da Raminin dövriyyədə olan 33.618 manat pulu özü ilə götürərək çıxıb getməsi məlum olmuşdur. Hesabat apardıqdan sonra 33.618 manat məbləğində pulun olmaması ilə bağlı hər hansı akt tərtib olunmamışdır. Mühasib kimi işi gəlirlərin və xərclərin idarə olunmasından ibarətdir. Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq Cəmil müəllimin göstərişi ilə günlük kassaya nəzarət etmiş, kassadan əldə olunan pulu Ramin özündə saxlamış və kluba gələndə onunla hesabat aparmışdır. “Avalanche by eleven” gecə klubunda daxili kassa aparatı mövcud olmuşdur. Restoranlara gələn müştərilərə özlərinin sifarişləri əsasında menyuda olan yemək və içki çeşitləri verilmiş, müştəri sonda sifariş etdiklərinin hesabını istədikdə restoranın masa xidmətçisi daxili kassa çekində göstərilən yekun hesabı müştəriyə təqdim etmiş, müştəri tərəfindən nağd qaydada ödənilmiş məbləği masa xidmətçisi kassirə təqdim etmiş, günün sonunda isə əldə olunmuş daxili kassa aparatında olan gəlirləri Təqsirləndirilən şəxs özündə saxlamışdır. Özü ayda iki dəfə olmaqla Raminlə həmin klubun gəlirləri barədə yoxlamalar aparmış, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Raminlə hesabat aparmış, həmin vaxt hər hansı çatışmazlıqlar olmamışdır. Klub fəaliyyət göstərdiyi zaman hər bir masa xidmətçisi daxili kassa aparatına sifarişləri qeyd etmiş, özü həmin aparata baxıb gündəlik dövriyyəni hesablayaraq ümumi məbləği müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs cəmləşmiş pul məbləğini saymaqla əldə olunmuş gəliri götürüb Cəmilə vermiş, digər məbləği isə kassada saxlamışdır. Təqsirləndirilən şəxs ilə hesabat apararkən hər hansı sənədə imza edilməmiş, hesabat şifahi şəkildə aparılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Şahid1 məhkəməyə teleqram göndərərək şəhərlər arası sərnişin daşınmanını işləməməsi və pandemiya ilə əlaqədar təyin olunmuş məhkəmə iclaslarına gələ bilmədiyini bildirərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini, heç bir əlavənin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhərində bir neçə barda “barmen” işləmiş, ancaq 2019-cu ilin sonlarında heç bir yerdə işləməmişdir. 2019-cu ilin noyabr ayında Bakı şəhərində yerləşən gecə kulubunda işləyən İbrahim adlı dostu mobil telefonla ona zəng edərək iş yerinə getməsini xahiş etmiş, özü də onun iş yerinə getmişdir. Həmin vaxt İbrahim onu Təqsirləndirilən şəxslə tanış etmiş, aralarında olan söhbət zamanı da Ramin Qusar rayonunda yerləşən “X7”ndəki “Avalanche” gecə klubunda menecer işlədiyini və həmin kluba barmen axtardığını bildirmiş, özü də onunla bir az söhbət etdikdən sonra həmin yerdə barmen kimi işləməyə razılıq vermişdir. Həmin vaxtdan sonra Raminlə bir neçə dəfə telefon əlaqəsi saxlamış, aralarında olan söhbət nəticəsində xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonuna gəlmiş, orada Raminlə görüşmüş, xx xxxxxx 2019-cu il tarixdən “X7”ndəki “Avalanche” gecə klubunda barmen kimi işləməyə başlamış və orada işçilər üçün nəzərdə tutulmuş evdə qalmışdır. Qaldığı bina ilə qonşu binada Ramin yaşamış, onunla ancaq iş yerində görüşmüşdür, aralarında səmimi münasibət olmuş, ancaq onunla yaxın münasibəti olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə də həmişə olduğu kimi təxminən saat 16 radələrində iş yerinə getmişdir, həmin vaxt mühasib Murad adlı şəxs Raminin işə gəlmədiyini və telefona da cavab vermədiyini bildirmiş, sonra isə özü ***-***-**-** nömrəli mobil telefonundan Raminin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, ancaq həmin nömrəyə zəng çatmadığı üçün Raminlə əlaqə saxlaya bilməmiş, həmin gün, gecə saatlarında isə işçilərdən Raminin iş yerinə aid olan hansısa məbləğdə pulu özü ilə götürərək qaçıb getdiyini və onun tapılmadığını eşitmiş, həmin vaxtdan sonra Ramini bir daha görməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “X12”ndə olan “Avalanche by Eleven” gecə klubunun açıldığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən həmin klubda əvvəlcə masa xidmətçisi, sonra isə supervayzer kimi işləmişdir. Bu klub Zərərçəkmiş şəxs məxsusdur. İşlədiyi müddətdə klubun meneceri Təqsirləndirilən şəxs olmuşdur. Klubun daxil olduğu “Eleven” restoranlar şəbəkəsinin mühasibi isə Şahid1dur. “Avalanche by Eleven” gecə klubu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək fəaliyyət göstərmiş, xx.xx.2019cu il tarixdə isə fəaliyyətinə yenidən davam etmişdir. Bu klubda menecer kimi işləyən Təqsirləndirilən şəxsla arasında dostluq münasibətləri yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 23 radələrində iş yerində olarkən Ramin olduqca bikef olmuşdur. Bu barədə ondan soruşduqda isə ona heç bir probleminin olmadığını demişdir. Bundan sonra işdən çıxmışlar, özü Qusar şəhərində yerləşən yaşadığı evə gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 15 radələrində yaşadığı evdə olan zaman mühasib Şahid1 ona zəng edərək Raminin işə gəlmədiyini, telefona da cavab vermədiyini bildirmişdir. Özü də ***-***-**-** nömrəli mobil telefonu ilə Raminin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, ancaq həmin nömrəyə zəng çatmadığı üçün Raminlə əlaqə saxlaya bilməmişdir. Həmin gün, gecə saatlarında isə işçilərdən Raminin iş yerinə aid olan 33.618 manat məbləğdə pulu kassadan götürdüyünü eşitmişdir. Təqsirləndirilən şəxs menecer kimi işlədiyi vaxtlarda kluba məxsus olmuş 33.618 manat məbləğində pulun 33.400 manatını onlayn qumar oyunlarında oynayaraq uduzmuş, 218 manatını öz şəxsi mənafeləri üçün xərcləmiş, bundan sonra isə gecə klubundan çıxıb getmişdir. Bu səbəbdən də o, çıxıb getdikdən sonra onu özü əvəz etmişdir. Ramin qumar oyunlarına qurşandığından kluba məxsus olmuş pulları kassa aparatından götürərək öz plastik kartına yükləmiş və bu yolla həmin pulları onlayn qumar oyunlarında sərf etmişdir. O, “Avalanche by Eleven” gecə klubuna məxsus pulları uduzduğundan nə edəcəyini bilmədiyindən heç kimə xəbər vermədən çıxıb getmişdir. O, həmin klubda menecer kimi işlədiyindən kassa aparatına özü nəzarət etmiş, bu yolla da kassadan pulları götürərək özünə məxsus plastik kartın hesabına yükləmiş və həmin pulları onlayn qumar oyunlarında oynayaraq uduzmuşdur. “Avalanche by Eleven” klubunun daxil olduğu “Eleven” restoranlar şəbəkəsində mühasib işləyən Şahid1 Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra klubda hesabat apararkən Raminin klubun kassasından 33.618 manat məbləğində pul mənimsəməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs futbol həvəskarı olmuş, daim futbol oyunları ilə maraqlanmış və onlayn mərc oyunlarında qumar oynamışdır. Ramin qumara qurşanması səbəbindən kluba məxsus olmuş 33.618 manat məbləğində pulun 33.400 manatını onlayn qumar oyunlarında oynayaraq uduzmuş, 218 manatını isə öz şəxsi mənafeləri üçün xərcləmişdir. Klubda daxili kassa aparatı mövcud olmuşdur. Restoranlara gələn müştərilərə özlərinin sifarişləri əsasında menyuda olan yemək və içki çeşitləri verilmiş, müştəri sonda sifariş etdiklərinin hesabını istədikdə restoranın masa xidmətçisi daxili kassa çekində göstərilən yekun hesabı müştəriyə təqdim etmiş, müştəri tərəfindən nağd qaydada ödənilmiş məbləğ kassir vəzifəsini həyata keçirdiyi üçün əvvəllər Təqsirləndirilən şəxs, o, getdikdən sonra isə onu əvəz etdiyi üçün özünə təqdim edilmiş, pul kassa aparatına yerləşdirilmişdir. Hesabat isə mütəmadi olaraq mühasib Şahid1 ilə aparılmışdır. Klubda masa xidmətçisi kimi işləyərkən xidməti qonaqlara sifarişlərini çatdırmaqdan, supervayzer kimi işləyərkən kassa xaric olmaqla bar, mətbəx və zala nəzarət etməkdən ibarət olmuşdur. Menecer Təqsirləndirilən şəxs getdikdən sonra isə onu əvəz edərək 2020-ci ilin mart ayınadək orada işləmişdir. İş materiallarında olan Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2101 nömrəli rəyindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus “xxxx” ASC tərəfindən verilən **********869700 nömrəli plastik karta 60.736,06 manat məbləğində pul vəsaiti mədaxil olmuş, eyni zamanda həmin plastik kartdan 60.734,67 manat məbləğində pul vəsaiti məxaric olmuşdur; həmin məxaric olunmuş pul vəsaitlərinin 8250,00 manatı bankomat vasitəsi ilə nağd şəkildə götürülmüş, digər 52.484,67 manatının isə köçürmə yolu ilə məxaric olunması (mobil şəbəkələrdə danışıqlara görə ödənişlər, Rusiya Federasiyasına köçürmələr – Royalpay.ru və sair köçürmələr) müəyyən olunmuşdur; xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus “xxxx” ASC tərəfindən verilən **********869700 nömrəli plastik karta 44.089,07 manat məbləğində pul vəsaiti mədaxil olmuş, eyni zamanda həmin plastik kartdan 44.028,51 manat məbləğində pul vəsaiti məxaric olmuşdur; həmin məxaric olunmuş pul vəsaitlərinin 617,00 manatı bankomat vasitəsi ilə nağd şəkildə götürülmüş, digər 43.411,51 manatının isə köçürmə yolu ilə məxaric olunması (mobil şəbəkələrdə danışıqlara görə ödənişlər, Rusiya Federasiyasına köçürmələr – Royalpay.ru və sair köçürmələr) müəyyən olunmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin xx xxx 2020-ci il tarixli, 157000/2-1691 saylı məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs məxsus **********869700 nömrəli kartdan xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək aparılan bütün maliyyə əməliyyatlarını, o cümlədən maliyyə vəsaitlərinin mədaxili və məxarici barədə məlumatları özündə əks etdirən sənədə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, plastik kart vasitəsi ilə “Moskva.ru”, “Birbank.az”, “Royalpay.ru” kimi saytlara, mərc oyunlarına daxil olmaqla nağd, nağdsız və kartdan karta pul əməliyyatları həyata keçirilmiş, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxx 2020-ci il tarixədək olan müddət ərzində həmin plastik karta mədaxil 60.736.06 AZN (altmış min yeddi yüz otuz altı manat altı qəpik), plastik kartdan məxaric isə 60.734.67 AZN (altmış min yeddi yüz otuz dörd manat altmış yeddi qəpik) təşkil etmiş, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddəti əhatə edən dövr ərzində həmin plastik kartdan məxaric isə 44089.07 AZN (qırx dörd min səksən doqquz manat yeddi qəpik) təşkil etmiş, eləcə də xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək vaxt aralığında plastik karta “X15” ərazisində müxtəlif məbləğlərdə mədaxillər edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “X12” QSC-nin xx xxx 2020-ci il tarixli, 113-20/TM saylı məktubundan görünür ki, “Avalanche by X13” tərəfindən iaşə obyektinin istifadəyə götürülməsi məqsədi ilə Təqsirləndirilən şəxs həmin şirkətin nümayəndəsi olaraq, imzalanacaq müqavilə şərtlərin razılaşdırılması ilə əlaqədar “X12” QSC-yə gəlmiş, lakin tərəflər arasında müqavilə bağlanmamışdır, Təqsirləndirilən şəxs “Avalanche by X13”-un işçisi olduğundan, onunla “X12” QSC arasında hüquq münasibətləri yaranmamışdır və həmin şəxsin “X12” QSC qarşısında əmək və maliyyə öhdəlikləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin xx xxxx 2020-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə “xxxx” ASC tərəfindən işə götürülmüş, xx xxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx xxxxxx 2012-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən işə götürülmüş, xx xxxx 2018-ci il tarixdə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbayjan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Komunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-i 19 mart 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Eminə Mailovadan, xx xxxxxx 2009-cu il təvəllüdlü qızı İnarə Mailovadan və xx xxxx 2017-ci il təvəllüdlü oğlu Yusuf Mailovdan ibarətdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Komunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-i 19 mart 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, M.Rüstəmov küçəsi, ev 2, mənzil 178-də yaşayır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Komunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-i xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 93 saylı MKİS-yə sahə müfəttişi və qonşuları tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş vəsiqə və diplomların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs otüstü xokkey idman növü üzrə Azərbaycan Respublikasının “İdman ustası” dərəcəsi verilmiş, otüstü xokkey idman yarışlarında iştirak etməklə bir neçə dəfə 1-ci yeri tutduğuna görə təltif olunmuşdur. İş materiallarında olan AZ-İİİ 545688 və AZ-İV 149049 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2009-cu il təvəllüdlü X9 və xx xxxx 2017-ci il təvəllüdlü X10 adlarında iki uşağı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx xxx 2020-ci il, xx xxxxxxx 2020-ci il və 15 oktyabr 2020-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs “X12”ndə yerləşən “Avalanche by eleven” gecə klubunun kassasından götürdüyü ona məxsus olmuş 33.618 (otuz üç min altı yüz on səkkiz) manat pulu atası X3 ilə birlikdə tam şəkildə ona qaytarıb ödəmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ekspert rəyi, eləcə də işdə olan digər mötəbər sübutlarla ona tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbayjan Respublikasının CM-nin 179.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqların olması cəzasını, iş üzrə dəymiş maddi zərərin tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbin olmamasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində hansı cəzanın təyin edilməsini müəyyən edərkən törədilmiş cinayətin xarakterini, içtimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin ona təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini və Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki 2 saylı evin 178-ci mənzilini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Xətai rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. İş üzrə 33,618 (otuz üç min altı yüz on səkkiz) manat maddi zərərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia olmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm icraya yönəldilənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsindəki 2 saylı evin 178-ci mənzilini axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Xətai rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə 33,618 (otuz üç min altı yüz on səkkiz) manat maddi zərərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tam ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs alınıb VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAR (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesaba ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(029)-10/2021
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-10/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver