Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-10/2023 06.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Qusar rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, N.ünvan 1 ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 240.1-ci maddələri ilə, xx.xx.1995-ci ildə Naxçıvan MR Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Babək rayonu Vayxır kəndində qeydiyyada olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, sonuncunun adına Rusiya Federasiyasından ünvan 3 ünvanda yerləşən "xxxx"ASC-nin baş ofisi vasitəsilə 06 iyul 2022-ci il tarixdə saat 13 radələrində göndərilmiş 15300 manat pulu, həmin bankın qarşısında pulun faktiki sahibi Zərərçəkmiş şəxs qaytarmalı olduğu halda, orada özünü polis orqanlarının keçmiş əməkdaşı kimi təqdim edib Təqsirləndirilən şəxs2 axtarışda olan şəxs kimi təqdim etməklə aldadıb sonuncunu çaşqın vəziyyətə salaraq, yaranmış vəziyyətdən istifadə edib, Zərərçəkmiş şəxs məxsus olan 15.300 (on beş min üç yüz) manat nəğd pulu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, 06 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda istintaqa məlum olmayan şəxsdən tərkibində güclü təsiredici maddə hesab edilən “Pregabalin” maddəsi olan külli miqdarda “ALYSE 150 mg Capsule Pregabaline 150 mg” kapsullarını əldə etmiş və tanışı X1 idarə etdiyi “Peugot Khazar” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin saxlanc yerində qanunsuz olaraq saxlamış və daşımış, xx.xx.2022-ci il tarixdə, saat 01:37 radələrində Qusar şəhər ərazisində Qusar RPŞ-nin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılaraq ona baxış keçirilən zaman avtomobilin əlcək qutusundan (bardoçokdan) külli miqdarda olmaqla tərkibində cəmi 6,45 qram güclü təsiredici maddə hesab edilən “Preqabalin” olan cəmi 43 (qırx üç) ədəd kapsul aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 240.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun tanış adamı ona demişdir ki, Rusiya Federasiyasında kartdan pul göndərirlər. Birinci dəfə üç min manat pul göndərmişdir, sonra dörd min manat, ondan sonra on üç min manat, daha sonra on beş min pul göndərmişdir. O, bankın qabağına gəlmiş, görmüşdür ki, gündə 20- 30 nəfərin adına pullar köçürürlər və həmin şəxslər 20-30 manatdan verirlər. Birinci üç min göndərmişdir, həmin pulu sonradan qaytarmışdır. Sonra on üç min səkkiz yüz manat göndərmiş, həmin vaxt Yusif gəlmişdir. O, Yusifə get otur maşına pulu vermə demişdir. Yusif gəlib maşında oturmuşdur. O, Yusifə heç bir problemin olmadığını, pulun böləcəyini, yarısını götürməsini, heç nə olmayacağını, onsuz da nə pulların olduğunu bilinmədiyini demişdir. Daha sonra onlar maşına oturub çıxıb getmişdir. Sonra pulunu qaytarmışdır, zərərçəkmiş şəxs də şikayəti geri götürmüşdür, hazırda zərərçəkmiş şəxslə barışmışdır. Psixotrop maddələrlə bağlı, o, analizin aparılmasını tələb etmişdir. Ondan analiz almışlar və analizin cavablarına görə ondan tək marixuana çıxmışdır. Onun yanında tanışları olmuşdur, psixotrop maddələr də onlara məxsus olmuşdur. Lakin o, məcbur olaraq həmin psixotrop maddələrin özünün olduğunu boynuna götürmüşdür. O, psixotrop maddələrdən istifadə etməyib, ondan ancaq tək marixuana çıxmışdır. Həmin psixotrop maddələr ona aid deyildir, o, həmin maddələrdən heç birini istifadə etməmişdir. Onun üzərindən heç nə çıxmamış, maşından çıxmışdır, həmin maşın da Şahid1 məxsus olmuşdur. İbtidai istintaq zamanı ona ona heç kəs hədə qorxu gəlməmiş, fiziki və ya psixi təsir etməmiş, sərbəst ifadə vermişdir. İbtidai istintaq zamanı ifadəsində psixortop maddələrin ona məxsus olduğunu etiraf etmişdir. Onlar 4 nəfər olmuşdur, psixotrop maddələrin kiməsə məxsus olması bir nəfər boynuna almalı idi. Şahid1, Kərimli Kənan və Yusif də orada olmuşdur. Onların çıxması üçün fədakarlıq etmişdir. Əslində isə narkotik maddə Kənana məxsus olmuşdur. Onları özü gətirmişdir, ona görə dostlarının məsuliyyətdən yayındırması üçün məcbur olaraq etirafedici ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsin iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs1 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdə tanışı Ceyhun onunla əlaqə saxlayıb bir nəfər tanışının olduğunu, adına pul göndərmək üçün adam axtardığını, bu iş üçün 15- 20 manat pul verəcəyini demiş, o, da əvəzində özünün şəxsiyyət vəsiqəsinin vaxtının keçdiyini, lakin qohumu Yusifin şəxsiyyət vəsiqəsini göndərə biləcəyini demiş, sonra isə Yusiflə əlaqə saxlayıb bu barədə məlumat vermiş, sonuncu da onunla razılaşmışdır. O, Yusiflə “Neftçilər” metrostaniyasınm yaxınlığındakı kafedə (pubda) görüşmüş, görüş zamanı Yusifə adına gələcək puldan adam başına 1000 manat çatması şərti ilə 2000 manat pulu pul sahibindən borc istəyib almağı, verməyəcəyi təqdirdə hər hansı yolla onu aldadıb pulu götürüb getməyi təklif etmiş, Yusif də onunla razılaşmışdır. Sonra isə Yusif özünə məxsus olan şəxsiyyət vəsiqəsinin ön və arxa tərəflərinin şəkillərini çəkib ona göndərmiş, o, da həmin şəkilləri Ceyhuna göndərmişdir. 05 iyul 2022-ci il tarixdə axşam saatlarında Ceyhun onunla əlaqə saxlayıb Yusifin adına pul göndərildiyini demiş, bundan sonra yenə Yusiflə “Neftçilər” metrostaniyasınm yaxınlığındakı kafedə(pubda) görüşmüş, görüş zamanı yenə həmin məsələ barədə danışıb Yusifin adına gələcək puldan 2000(iki min) manatını pulu verəcəyi adamdan borc kimi istəyəcəyini, verməyəcəyi təqdirdə isə hər hansı yolla aldadıb pulu ələ keçirəcəkləri barədə bir daha razılaşmışlar. O, Ceyhunla əlaqə saxlayıb Yusiflə birlikdə gələcəyini demiş, bundan sonra 06 iyul 2022-ci il tarixdə, saat 09:30-da bibisi oğlu Yusiflə görüşmüş, sonuncu taksi ilə onun yanına gəlmiş, bu zaman adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs ona zəng vuraraq harada olduqlarını soruşmuş, özünün Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində yerləşən "xxxx"mm qarşısında onları gözlədiyini demişdir. Onlar Yusiflə birlikdə Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində yerləşən "xxxx"ın yaxınlığına gəlmiş, bu zaman o, yolda gələrkən tanışı Şahid1 zəng vurub işə çıxmamasını, işi olduğunu və köhnə“Portafıno” deyilən yerə gəlməsini demişdir. Bir az sonra o, Yusiflə birlikdə köhnə “Portafıno”nun qarşısına çatmış, sonra Elman idarə etdiyi “Peugot Khazar” marakalı avtomobil ilə gəlmiş, həmin vaxt avtomobildə Elmanın əmisi oğlu Şahid2 da olmuş, onlar görüşmüşlər. Sonra isə o, Kənana Yusiflə birlikdə getməsini, bankdan pul götürəcəyini, tək olmamasını demişdir. Kənan da Yusiflə birlikdə getmiş, o, isə kənarda dayanıb baş verənlərə baxmışdır. Yusif Teymurun yanına çatıb kağıza yazılmış şifrəni alıb banka daxil olmuş, sonra isə o, Teymura yaxınlaşıb Yusifi haradan tanıdığını, adına göndərdiyi pulun haradan olduğunu soruşub, ətrafdakı şəxslərin də sonuncuya gətirib pul verdiyini qeyd edib pulun mənbəsini soruşmuşdur. Teymur isə cavabında əmisinin pul göndərdiyini demiş, o, özünü keçmiş polis orqanlarının əməkdaşı kimi təqdim edərək, Yusifin bankdan əldə etdiyi Teymura məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadıb, yalandan Yusifin axtarışda olduğunu bildirmişdir. Sonra Yusifin gələcəyini bildiyi üçün Elmana zəng vurub bankın yaxınlığına gəlməsini demiş, həmin vaxt Yusif bankdan çıxıb onu görərək yanlarına gəlib heç nə demədən Elmanın idarə etdiyi avtomobilə əyləşmiş, sonra isə o, Teymurdan 2000 manat borc pul istəyib verəcəyi təqdirdə qalan pulu qaytaracaqlarını demişdir. Teymur isə cavabında cəmi 15 manat pul verə biləcəyini demiş, bundan sonra o, heç nə demədən avtomobildə ön sağ oturacaqda, Yusif avtomobildə arxa oturacaqda Kənanın yanında əyləşmiş, sonra isə Elmana tez sürməyini qırmızı işığa düşməməyini demiş, avtomobildə olan zaman Yusifdən pulu almış, Elmana avtomobili “Baku Bus”ın yanına sürməsini demişdir. Bu zaman Ceyhun onu yığıb niyə belə hərəkət etdiyini pulu niyə götürüb getdiyini soruşmuş, o, isə cavabında, Sahil qəsəbəsində yerləşən “Həyat” restoranına getməsini demişdir. Həqiqətdə isə orada “Həyat” adlı restoran olmadığını bilmiş, yayındırmaq üçün ora göndərmişdir. Həmin məbləğdən Tural adlı tanışına olan 3000 manat pulu borcunun əvəzi kimi vermiş, sonra isə birgə işlərindəki qazanc kimi 04 ədəd 500 manatlıq əskinaz olmaqla 2000 manat pulu Yusifə vermiş, bir ədəd 500 manatlıq əskinaz olmaqla 500 manat pulu Kənana olan borcunun əvəzi kimi vermiş, həmin məbləğdən digər Tural adlı tanışına olan 4500 manat pulu borcunun əvəzi kimi Əhmədli qəsəbəsində vermiş, daha sonra avtomobildəkilərə Qusar rayonuna istirahətə getməyi təklif etmiş və Elmana avtomobili “Çapayev” istiqamətində sürməsini demişdir. Ora çatdıqda Yusif avtomobildən enmiş və karta pul yükləyəcəyini demiş, bu zaman Kənan da Yusiflə birlikdə avtomobildən enmiş, o, da Elmanla birlikdə yaxınlıqdakı qəssaba yaxınlaşıb 01 ədəd 500 manatlıq əskinaz verərək bu məbləğdə pula ehtiyac sahiblərinə ət verməsini demişdir. Sonra isə Yasamal rayonuna gedərək orada tanımadığı şəxsdən 200 manatlıq qurudulmuş marixuana, 45 ədəd “Alyse 150 mg”, 07 ədəd “Tromodol 50 mg”, 02 ədəd “Dikpofenak” dərmanları almış, bu zaman Ceyhun və Teymur ona zəng etməkdə davam etmiş, o, isə hər dəfə bir söz demişdir. Sonra isə pulun özlərinə göndərildiyini onlara heç bir şey verməyəcəklərini bildirmişdir. Yusif və Kənan gəldikdən sonra Elmana avtomobili Qusar istiqamətində sürməsini demiş, yolda olarkən bir neçə dəfə avtomobilə həmin pula benzin almış, sonra isə yolda gedərkən kəndlərdə avtomobili dayandırıb oradakı dükanalara daxil olaraq satıcıdan nisyə dəftərini alıb bütün pulları hesabladıb həmin pulla ödəmişdir. Yolda gəldikləri zaman “Beşbarmaq dağı”na çatdıqda marixuanadan dördü də istifadə etmişlər. Bu qayda ilə bir neçə kənd dükanında eyni cür etmiş, yolda həmin puldan hamı üçün içki və siqaret almışdır. Sonda Qusar rayonuna çatmış, dönərxanaya daxil olub dönər sifariş etmiş, bir az sonra polis əməkdaşları gəlib onları birlikdə saxlamış, avtomobilə baxış keçirilən zaman bar hissəsindən ona məxsus olan 43 ədəd “Alyse 150 mg”, 07 ədəd “Tromodol 50 mg”, 02 ədəd “Dikpofenak” dərmanları və arxada sürücünün yan oturacağının arxa cibindən 02 ədəd kibrit qutusunda və 01 ədəd kağız bükülüdə narkotik vasitə marixuanalar aşkar edilərək götürülmüşdür. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməllərini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 iyul 2022-ci il tarixdə dayısı oğlu Elvin öz mobil nömrəsindən ona zəng vurub özünə məxsus olan şəxsiyyət vəsiqəsinin ön və arxa şəkillərini çəkib atmağını bildirmişdir. O, Elvindən bunun səbəbini soruşduqda onun adına pul göndərtdirəcəyini ona görə lazım olduğunu demişdir. 04 iyul 2022-ci il tarixdə, axşam saatlarında Elvin onunla əlaqə saxlayıb “Neftçilər” metrostansiyasının yaxınlığında kafedə(pubda) görüşmüş, bu zaman Elvin ona adına gələcək puldan adam başına 1000 manat çatması şərti ilə 2000 manat pulu pul sahibindən borc istəyib almağı, verməyəcəyi təqdirdə, hansı yollasa həmin şəxsi aldadaraq bütün pulu götürüb getməyi təklif etmiş, o, da Elvinlə razılaşmışdır. Sonra isə o, özünə məxsus olan şəxsiyyət vəsiqəsinin ön və arxa tərəflərinin şəkillərini çəkib ona göndərmişdir. 06 iyul 2022-ci il tarixdə, saat 09:20 radələrində o, Elvinlə Bakı şəhəri “Neftçilər” metrostasiyasmın yaxınlığında görüşmüş, onun adına gəlmiş olan pulu ötürmək üçün “Bolt” taksisi ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən "xxxx"ın qarşısına gəlmişlər. Bu zaman orada bir nəfər tanımadığı çiyninə qara rəngli çanta keçirmiş oğlan Elvinlə və onunla görüşmüş, həmin oğlan ona gecikdiyini demiş, Elvinə zəng gəldiyi üçün Elvin telefonla danışaraq onlardan uzaqlaşmışdır. Bu zaman Şahid2 yanlarına gəlmiş, həmin çantalı oğlan ona hesab nömrəsi yazılmış olan bir kağız vermiş və həmin hesab nömrəsini götürüb banka yaxınlaşmışdır. O, banka daxil olan kimi oradakı polis əməkdaşı ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini alaraq onu növbəyə yazmış, təxminən 10 dəqiqə içində adına iki dəfəyə köçürülmüş olan cəmi 15.036 manatı kassadan götürüb bankdan verilən kağıza bükərək bankdan çıxmışdır. Bankın yaxınlığında Elvinlə həmin çantalı oğlanın dayanıb söhbət etdiklərini görmüş, Elvin onu görüb əli ilə işarə edərək yanına gəlməyini bildirmiş və onların yanına getmişdir. Onların yanına çatdıqda Elvin ona Şahid1 idarə etdiyi ağ rəngli “Peugot Khazar” markalı avtomobilə əyləşməyini demiş, o, da avtomobilə əyləşmişdir. Bu zaman Elvinlə çantalı oğlan avtomobildən bir neçə metr uzaqlıqda dayanıb 1-2 dəqiqə söhbət etmiş və Elvin gəlib avtomobildə ön oturacağa əyləşib Elmana avtomobili tez sürməsini yoxsa qırmızı işığın yanacağı halda yolda qalacaqalarmı demişdir. Elman da avtomobili sürətləndirmiş və bu zaman Elvin ondan cibindəki pulu özünə verməsini demiş, o, həmin pulu kağıza bükülmüş halda çıxarıb Elvinə vermiş, Elmana isə avtomobili Yasamala sürməsini demişdir. Bu zaman Elvinə zəng gəlmiş və telefonda danışdığı şəxsə “Sahil” qəsəbəsindəki “Həyat” restoranına, sonra isə “Xəzri” restoranına gəlməsini orada Raul adlı şəxsin onları qarşılayacağını yalandan demişdir. Bu zaman onlar Yasamal rayonu istiqamətində getmiş, Yasamala çatıb oradakı “Asan Xidmət” mərkəzinin yaxınlığında yerləşən məhlələrdən birinə girmişlər. Elvin avtomobildən enib bir neçə dəqiqə sonra geri qayıtmış, avtomobilə əyləşib aldığı narkotik tərkibli dərman listlərini cibindən çıxarıb avtomobilin saxlanc yerinə (bardoçokuna) qoymuşdur. Daha sonra Elvin, Elmana avtomobili “Çapayev” istiqamətində sürməyi demiş, onlar “Təvəkkül” universiteti ilə üzbəüz yerləşən həyət evinin yaxınlığına çatdıqda Elvin avtomobili dayandırıb avtomobildən enərək evə daxil olmuş, bir neçə dəqiqə orada qaldıqdan sonra yenidən avtomobilə əyləşmiş, onlara rayona dincəlməyə getməyi təklif etmiş, sonra Elvin həmin puldan 04 ədəd 500 manatlıq əskinazlarla cəmi 2000 manat pulu avtomobildə ona vermiş, o, da həmin puldan 1000 manatını Aslan adlı dostuna borcunu sonuncunun kartına köçürməklə qaytarmışdır. Bundan sonra Elvin Elmana avtomobili Qusar rayonuna sürməsini demiş, “Beşbarmaq” dağının yaxınlığında olanda Elvin telefonla danışıb kiməsə Masazıra gəlməsini demişdir. Qusar rayonuna çatdıqdan sonra şəhərdə yerləşən dönərxanalardan birində oturan zaman polis əməkdaşları onlara yaxınlaşıb polis şöbəsinə aparmışlar. Baxış zamanı Elvinə məxsus Elmanın avtomobilindən narkotik vasitə marixuana və güclü təsiredici dərmanlar aşkar edilmişdir. Adına gələn pulu bankdan çıxarıb Elvinə vermişdir. İstintaq zamanı müstəntiq və başqa polis əməkdaşları, ona heç kim hədə qorxu və ya başqa psixi təzyiq etməmişdir, sərbəst ifadə vermişdir.Zərərçəkmişlə barışmışdır, maddi ziyanı ödəmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.4, 240.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri, həmçinin aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasından bibisi oğlu X3 ona pul göndərməli olmuş, ancaq onun adına bir neçə dəfə pul göndərdiyinə görə bank vasitəsi ilə pul göndərmə limiti dolmuşdur. Buna görə də o, pulu adına göndərilməsi üçün başqa bir adam axtarmağa başlamış, bu zaman Şamaxıya gedib-gəldiyi taksi sürücüsü tanışı olan Ceyhunla əlaqə saxlayıb bu barədə məlumat vermiş, sonuncu da özünün Şamaxıda olduğunu ona kömək edə bilməyəcəyini lakin, tanıdığı Təqsirləndirilən şəxs2 ona kömək edə biləcəyini demişdir. O, da Ceyhunla razılaşmış, həmin şəxsə 20 manat pul verəcəyini deyib, Ceyhundan həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməsini xahiş etmişdir. 04 iyul 2022-ci il tarixdə Ceyhun Whatsapp vasitəsi ilə Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini ona göndərmiş, o, da həmin şəkli qohumuna Whatsapp vasitəsi ilə göndərmişdir. 05 iyul 2022-ci il tarixdə qohumu Taleh Xancanov onunla əlaqə saxlayaraq 8950 dollar məbləğində pulu iki dəfəyə(4400 dollar və 4550 dollar ) Yusifin adına göndərdiyini demiş, o, dərhal Ceyhun ilə əlaqə saxlayaraq pulun göndərildiyini bildirmiş, 06 iyul 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən "xxxx"a gəlmələrini demişdir. Həmin vaxt Ceyhun ona Yusifin bibisi oğlu ilə birlikdə gələcəyini demişdir. O, bankın qabağında dayanan zaman Yusif yanında tanımadığı bir nəfər şəxslə ona yaxınlaşmış, Yusif onunla salamlaşıb, Yusif olduğunu demiş, o, da həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəyib baxmış, həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu dəqiqləşdirmişdir. O, Yusiflə birlikdə banka tərəf getmiş, Yusif banka daxil olmuş, o, isə içəridə sıxlıq olduğuna görə bankın içində dayanmamış və çölə çıxıb Yusifin gəldiyi adamın yanına qayıtmışdır. Təxminən 2 dəqiqə sonra onun yanına adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 yaxınlaşmış, ona “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi” nin əməkdaşı olduğunu bildirmiş, ona Təqsirləndirilən şəxs2 haradan tanıdığını soruşmuş və Yusifin iki aydır ki, axtarışda olduğunu deyərək aldatmışdır. O, da Elvinə bunun nə demək olduğunu heç nə başa düşmədiyini, Yusifi tanımadığını onun üçün bankdan pul götürüb verəcəyini deyib pulunu götürəndən sonra Yusifi hara istəyirlərsə apara biləcəklərini demişdir. Elvin isə cavabında başına iş açmamağını özünə problem yaratmamağını deyib Yusifi pul ilə birlikdə aparacağını demişdir. Bu zaman Yusif bankdan çıxmış və Elvin əli ilə işarə edərək Yusifi çağırmış, sonuncu onların yanına çatanda, Elvin Yusifə “keç otur maşına” sözlərini demiş və Yusif ona heç bir söz demədən avtomobilə arxa oturacaqda oturarkən, o, daYusifə “hara gedirsən pulu ver” sözlərini demiş, sol əli ilə avtomobilin sağ arxa qapsınm tutacağından tutub dayanmışdır. Bu zaman Elvin də avtomobilə ön oturacaq da əyləşmiş, o, qapının tutacağından tutmaqda davam etmiş, lakin onlar avtomobili hərəkət etdirib getmişlər. Sonra isə DİN-in “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Onlar banka gələndən sonra orada Elvini görmüşdür. Ona on beş min üç yüz manat ziyan dəymişdi. Ona pulu qohumları göndərmişdir. Ona iki dəfə pul göndərilmişdir, ona limitin keçdiyini demişdilər. Ona dörd min manata qədər isə göndərilmişdi. O, gömrük rüsumunda yayınmaq üçün etməmiş, sadəcə onun adına pul göndərilə bilmədiyi üçün Yusifin adına göndərilməsini xahiş etmiş, Yusif də razılaşmış, sonra da pulu götürüb getmişdilər. Həmin pullar Rusiya Federasiyasında ona göndərilmişdir. Birinci dörd min manat, sonra üç min manat göndərmişdir. Onun Rusiyaya qohumları olmuş və onlar azərbaycanda həm toy elətdirəcəkdilər həm də evi təmir etdirəcəkdilər. Onun bibisi oğlu Rusiyada yaşayır. Təqsirləndirilən şəxslər ondan on beş min üç yüz manat götürmüşlər. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş olan maddi ziyan ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, bolt taksi şirkətində işləyir və Elvinlə həmin şirkət vasitəsi ilə tanış olmuşdur. Hadisə günü, Elvin ona səhər-səhər zəng etmiş və ona “bir saata hazır ol, gəl məni Nizami kinoteatrın aşağısından götür gedəcəyik rayona” demişdir. O, da oraya gəlmiş və gözləmişdir. Onlar gəlib avtomobildə oturdular və ona sürməyi bildirmişdir. Sonra onlar Qusara gəlmiş və Qusarda onları polis əməkdaşları saxladılar. Onların saxlama səbəbləri polis idarəsində onlara demişdilər ki, pul Elvinin bibisi oğlunun adına gəlmiş, amma onun olmamışdır. Sonra onları Səbail rayonuna apardılar və izahatlarını aldılar. Avtomobildən aşkar edilmiş narkotik vasitə Elvinə aid olmuşdur. Avtomobil ona məxsus olmuşdur. Avtomobildən aşkar edilmiş xəncər suvenir olmuşdur, avtomobilə narkotik vasitələri Elvin qoymuşdur. Elvinin avtomobilə narkotik vasitənin qoymasını bilmiş, ondan soruşanda özünə məxsus olduğunu demişdir. O, Elvini keçmiş polis əməkdaşı kimi tanımışdır, ona görə heç nə deməmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, Elvin də ona təklif etməmişdir. Onlar Narkotik vasitəni birlikdə əldə etməmişdir. Avtomobildə narkotik vasitənin olduğunu hüquq mühafizə orqanına bildirməyəcəkdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir. Elvinlə o, eyni ərazidə yaşamış, onu çoxdan tanımışdır. Ona demişdir ki, bibioğlunun adına pul gəlmiş, gəzməyə getməyi təklif etmiş və Qusar şəhərinə gəlmişlər. Qusar şəhərində onları polis əməkdaşları saxlamışdılar. O, yolda pulun bibisi oğlunun adına necə gəldiyini bilmişdir. Onların gəldiyi avtomobildə narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə ona məxsus olmamışdır. Onları polisdə üzləşdirdilər, həmin vaxt narkotik vasitələrin Elvinə məxsus olduğunu demişdir. O, avtomobilin arxa oturacağında oturmuşdur, Elvin isə qabaq oturacaqda oturmuşdur. Avtomobili isə Elman idarə etmişdir. Avtomobildə duman olmuş, qabaqda kimsə çəkmişdir, duman sağ tərəfdən gəlmişdir. O, da dumana düşmüş, bir də ayılıb görmüşdür ki, artıq Qusar şəhərindədir. İbtidai istintaqa verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci il tarixdə, saat 23:30 radələrində radio rabitə vasitəsi ilə saxlanılması elan olunmuş “Pejo Xazar” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobil Qusar şəhəri Ç.Qurbanov küçəsində saxlanmış, həmin avtomobilə baxış keçirilməsi məqsədi ilə ora Qusar RPŞ-nin baş müstəntiqi, poli mayoru Xəqani Dadaşov və müdafiəçi ilə birlikdə getmiş, həmin vaxt orada PPXB-nün tağım komandiri polis leytenantı Naim Hüseynov, polis baş serjantı Sofık Dostəliyev və polis serjantı Sedilla Abdullayev də orada olmuşlar. Orada avtomobilin sürücüsü Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qadağan olunmuş əşyalar aşkar olunmamışdır. Daha sonra Elmanın idarə etdiyi avtomobilə baxış keçirilmiş, bu zaman avtomobilin qabaq oturacağının arxa cibindən 2 kibrit qutusunda marixuana, bardoçokdan isə 43 ədəd “Alyse 150 mg”, 07 ədəd “Tromodol 50 mg”, 02 ədəd “Diklofenak” və 01 ədəd bükümdə qurudulmuş marixuana narkotik vasitələr və güclü təsir edən dərmanlar aşkarlanaraq ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Elman aşkar olunmuş narkotik vasitə və güclü təsir edən dərmanların avtomobildə sərnişin qismində olan tanışı Elvinə məxsus olduğunu bildirmişdir. Eləcə də avtomobilin yük hissəsinə baxış zamanı bir ədəd xəncər aşkar olunmuş, Elman həmin xəncəri 10 il bundan əvvəl Bakı şəhərindən tapdığını, bağ evinə aparması üçün avtomobilə qoyduğunu bildirmiş, həmin xəncər də ekpertizaya təqdim olunması üçün götürümüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Baxış zamanı avtomobildə olan şəxslərin heç bir etirazı və ya müqaviməti olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə fıziki-kimyəvi ekspertizasının 07 iyul 2022-ci il tarixli, 6/3712 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, “ Vət.X4 məxsus....” yazı və imzalar olan 1 ədəd üzərində “ALYSE 150 mg Capsule Pregabaline 150 mg” yazılan konvalyutda 4 ədəd üzərində “ALYSE 150 mg Capsule Pregabaline 150 mg” yazılan konvalyutda ümumi sayı 43 ədəd ağ rəngli kapsula güclü təsir edən maddə- preqabalin olub, ümumi sayı 43 ədəd olan kapsulun tərkibində preqabalinin təsiredici maddəsinin ümumi midarı 6,45 qramdır. 1 ədəd üzərində “Tramadol 150 mq” yazılan konvalyutda 7 ədəd ağ-göy rəngli kapsula güclü təsir edən maddə-tramadol olub, ümumi sayı 7 ədəd olan kapsulun tərkibində tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,35 qramdır. 1 ədəd üzərində “Diklofenak” yazılan konvalyutda 2 ədəd çəhrayı rəngli, dairəvi formalı həblər narkotik vasitə, psixotrop maddə, zəhərli və güclü təsir edən maddələrə aid deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2022-ci il tarixli, 4687 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabiodilərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhəl görülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 məxsus avtomobildə baxış keçirilmiş, baxış zamanı avtomobilin bar hissəsində 43 ədəd “ ALYSE 150 mq” dərman preparatı 07 ədəd “Tramadol 50 mq” və “Dirpofenor” 02 ədəd dərman preparatları aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Bundan yanaşı avtomobilin sürücü ilə yanaşı ön oturacağın arxan cibində 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlələr və 01 ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılmışdır. Həmin narkotik vasitəyə bənzər kütlələrin və dərmanların tanışı Elvinə məxsus olduğunu Şahid1 bildirmiş və bundan başqa avtomobilə baxış zamanı avtomobilin yük hissəsindən 01 ədəd xəncər aşkar olunaraq qablaşdırılmışdır. Xəncəri, Şahid1 özünə məxsus olduğunu və suvenir, hədiyyə olduğunu bildirmişdir. Həmin xəncər qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 07 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz əşyaların könüllü surətdə təqdim edilməsi təklif olunmuşdur, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində “ İphone” markalı mobil telefon 01 ədəd alışqan və 2026 manat pul vardır. Şəxsi axtarış nəticəsində 2026 manat pul vəsaiti, 01 ədəd “İphone” telefonu, alışqan, onun üzərindən aşkar edilmişdir. Başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti ilə Nizami küçəsinin kəsişməsində baxış keçirilmişdir. Baxış keçirilən ünvanda yaşayış binaları, iaşə obyektləri və inzibati dövlət binalarının olması müşahidə olunmuşdur. Yaxınlıqda “Avroasiya” adlı bankın olması müşahidə olunmuşdur. Baxış keçirilən küçədən şəhər sakinlərinin və avtomobillərin sıx şəkildə hərəkətdə olmaları müşahidə olunmuşdur. Baxışda iştiraka gəlmiş vətəndaş Zərərçəkmiş şəxs Səbail rayonu, Bül-bül prospekti ilə Nizami küçəsinin kəsişməsini, yəni Bül-bül prospektini göstərərək bildirmişdir ki, Nizami küçəsində yerləşən “Avrasiya” bankından X2 ilə birlikdə çıxan zaman iki nəfər tanımadıqları şəxs, Yusifə yaxınlaşıb və Yusif onlarla birlikdə avtomobilə əyləşib 15000 manat pulu götürərək naməlum istiqamətdə getmişdir. Hadisə yerində TŞ kamerasının olması müşahidə olunmuşdur. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sidiyində THC aşkar edilmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyin məqsədi ilə aparılan xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 sidiyində THC aşkar edilmişdir. İş materiallarında olan Şahid1, Şahid2 Təqsirləndirilən şəxs2 ilə keçirilmiş üzləşdirmə protokollarından görünür ki, Şahid1, Şahid2 Təqsirləndirilən şəxs2 ibtidai və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan maddi sübut kimi tanıma haqqında olan protokoldan görünür ki, ekspertizadan sonra qalıq qalmış -4,080 qram qurudulmuş marixuana, 40 ədəd preqabalin kapsulası, 6 ədəd tramadol kapsulası, 1 ədəd diklofenak həbi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 240.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Zərərçəkmiş şəxs məxsus olan 15.300 (on beş min üç yüz) manat nəğd pulu ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs1 tərkibində güclü təsiredici maddə hesab edilən “Pregabalin” maddəsi olan külli miqdarda “ALYSE 150 mg Capsule Pregabaline 150 mg” kapsullarını əldə etmiş və tanışı X1 idarə etdiyi “Peugot Khazar” markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobilin saxlanc yerində qanunsuz olaraq saxlamış və daşımış, Qusar RPŞ-nin əməkdaşları tərəfindən həmin avtomobil saxlanılaraq ona baxış keçirilən zaman avtomobilin əlcək qutusundan (bardoçokdan) külli miqdarda olmaqla tərkibində cəmi 6,45 qram güclü təsiredici maddə hesab edilən “Preqabalin” olan cəmi 43 (qırx üç) ədəd kapsul aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 240.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Məmmədov X5 rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay, 10 (on) gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən məhkumluq ödənilmiş sayılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmasını və onlara qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmalarını, əməllərindən peşman olmasını isə şəxsiyyəti səciyyələndirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həbs cəzasının təyin edilməsini isə işdə olan yüngülləşdirici hallara görə məqsədə müvafiq hesab etmir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini isə işin hallarına görə məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 240.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında olan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi barədə olan 08 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Qusar RPŞ-nin Müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında olan 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında olan 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş, Səbail RPİ-nin Müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi barədə olan 09 iyul 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi, barəsində polis nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin könüllü gəlib təqdim olunması barədə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Qusar RPŞ-nə könüllü təqdim olunmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri dəyişdirilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 07 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixə kimi Qusar RPŞ-nin Müvəqqəti saxlama yerində qaldığı 2(iki) gün, 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixə kimi Səbail RPİ-nin Müvəqqəti saxlama yerində həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə qaldığı 6(altı) gün cəmi 10(on) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs1 törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “ az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs1 cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli hök elan olunduğu andan yəni, 6 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 71-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, 1. Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir; 2. Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir;3. Bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 9 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs vurulmuş olan maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Dövlət xəzinədarlıq agentliyinə 1879.50 manat ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş olan maddi ziyan 15.300 (on beş min üç yüz) maddi ziyanın zərərçəkmiş şəxsə vurulmasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində faktiki iştirakının xarakteri, dərəcəsi, cinayətkar məqsədə nail olunması, cinayətin törədilməsində iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcmi və xarakteri, cinayət nəticəsində Təqsirləndirilən şəxs2 düşən pay hissəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən dövlət büdcəsinə 1879.50 manat ödənilməlidir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş olan maddi ziyanı ödəməsini, Dövlət xəzinədarlıq agentliyinə hazırkı iş üzrə ona düşən pay üzrə 1879.50 manat ödəməsini, təqsirləndirildiyi maddədə nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətməsini, əvvəllər cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış -4,080 qram qurudulmuş marixuana, 40 ədəd preqabalin kapsulası, 6 ədəd tramadol kapsulası, 1 ədəd diklofenak həbi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPMnin 132-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Şahid1 tutulduqdan sonra şəxsi axtarışını əks etdirən video görüntülər olan 01 ədəd DVD kompakt disk, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra şəxsi axtarışını əks etdirən video görüntülər olan 01 ədəd DVD kompakt disk, Şahid1 məxsus **-PL-*** dövlət qeydiyyat nişanlı, qara rəngli “Peugot Khazar” markalı avtomobilə keçirilmiş baxışı əks etdirən video görüntülər olan 01 ədəd DVD kompakt diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 197,198, 321.2.1, 344-347, 346, 347, 349, 351-353, 356, 381, 384, 385, həmçinin CM-nin 73-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 iyul 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixə kimi Qusar RPŞ-nin Müvəqqəti saxlama yerində qaldığı 2(iki) gün, 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixə kimi Səbail RPİ-nin Müvəqqəti saxlama yerində həbsdə saxlanıldığı 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə qaldığı 6(altı) gün, cəmi 10(on) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11(on bir) ay, 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı Qusar rayon məhkəməsi tərəfindən həbs edildiyi tarixdən 6 iyun 2023-cü il tarixdən hesablansın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə dair cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış -4,080 qram qurudulmuş marixuana, 40 ədəd preqabalin kapsulası, 6 ədəd tramadol kapsulası, 1 ədəd diklofenak həbi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPMnin 132-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Şahid1 tutulduqdan sonra şəxsi axtarışını əks etdirən video görüntülər olan 01 ədəd DVD kompakt disk, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra şəxsi axtarışını əks etdirən video görüntülər olan 01 ədəd DVD kompakt disk, Şahid1 məxsus **-PL-*** dövlət qeydiyyat nişanlı, qara rəngli “Peugot Khazar” markalı avtomobilə keçirilmiş baxışı əks etdirən video görüntülər olan 01 ədəd DVD kompakt diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-10/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-10/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver