Məhkəmə qərarları › İş №1(029)-101/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-101/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-101/2023 21.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü il tarixdə Qusar rayonu Quxur-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödəniıməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qusar rayon məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları daxil olmuşdur. Məhkəməyə 21 noyabr 2023-cü il tarixdə daxil olmuş “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 18-1-54/2- 816/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:50-də “Beyin daxilinə qansızma. Komatoz vəziyyət” diaqnozu ilə həmin publik hüquqi şəxsin Reanimasiya-Anesteziologiya və intensiv terapiya şöbəsinə stasionar müalicəyə daxil olmuşdur. Aparılan tədbirlərə baxmayaraq xəstə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli 45 saylı meyitin ekspertizası rəyinin surətindən görünür ki, 1963-cü il təvəllüdlü X1 ölümünə səbəb baş-beyinə qansızma olmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması iş materiallarında olan şahidlərin ifadələri ilə, məhkəmə-tibbi ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 39.1, 39.1.5-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Həmin Məcəllənin 300.1, 300.1.7-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduğunu bildirmiş və bu barədə müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə, bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 39, 299, 300, 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, öldüyünə görə Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti, iş materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, Təqsirləndirilən şəxs yaxın qohumlarına göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar