Məhkəmə qərarları › İş №1(029)-102/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-102/2025

18.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-102/2025 18.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2009-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonu Gican oba kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdə, saat təxminən 22:30 radələrində Qusar rayonu Gican oba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin qarşısında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəfildən Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi ilə vuraraq, sonuncuya “burun sümüyünün yerdəyişən sınığı” ilə ifadə olunan küt əşyanın təsirindən, xx.xx.2025-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ biləcək və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisədən iki gün əvvəl ona zəng edib motoblok istəmişdir. O, həmin əşyanın babasına məxsus olduğunu və babasına müraciət etmək lazım olduğunu bildirsə də, Elnur qohumlarının ünvanına söyüşlər söyməyə başlamışdır. Bu səbəbdən o, Elnurla söhbət etmək üçün onun evinə gedib onu küçəyə çağırmış və özündən asılı olmayaraq burnuna yumruqla zərbə vurmuşdur. Hadisə zamanı orada Şahid1 olmuş, başqa şəxslər olmamışdır. Hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ona dəymiş zərər aradan qaldırılmaqla ziyanı ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, onlar barışmışlar. Ona görə də, təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir, məhkəmə iclaslarının onun onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, münasibətləri həmişə normal olmuşdur. 07 iyun 2025-ci il tarixdə səhər radələrində Dövrana zəng edib, babasına məxsus motobloku iş görmək üçün istəmiş, sonuncu isə motoblokun babasına məxsus olduğu üçün babasından icazə almasını məsləhət görmüşdür. Bundan sonra onların yaşadığı evə getmiş, Dövran bağda olmuş, babası isə Qusar şəhərində, buna baxmayaraq Dövranın babasına zəng edib, motobloku istəmiş, lakin Dövranın babası razılıq verməmişdir. 08 iyun 2025-ci il tarixdə axşam radələrində Dövrana zəng edib, babasının motobloku niyə vermədiyini soruşmuş və söhbət zamanı aralarında narazılıq yaranmışdır. Bu zaman o, əsəbləşib Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. 09 iyun 2025-ci il tarixdə, axşam saat 22:30 radələrində evdə olan zaman Dövran Eltacla birlikdə yaşadığı ünvana gəlib, onu küçəyə dəvət etmiş, Dövran ondan təhqir etmə səbəbini soruşub, kənar dəvət edən zaman, o, razı olmamışdır. Həmin vaxt Dövran, qəfildən 2 dəfə yumruq zərbəsi ilə onu vurmuş, yumruq zərbələrin biri ona dəyməmiş, digər yumruq zərbəsi isə onun burun nahiyyəsinə dəymiş və burnundan qan gəlməyə başlamışdır. Bu zaman Dövran və Eltac qorxub qaçmış, o isə evə qayıdıb, atasına məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun oğludur. Hadisə baş verən gün evdə olarkən Dövran oğlu Elnuru küçəyə çağırmış, geri qayıdanda isə oğlu Enur burnundan qan axdığını görmüşder. O, bunun səbəbini soruşanda oğlu Dövranın yumruqla onu vurduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 240 saylı ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərdə qeyd olunan məlumatlara və rentgenoloji müayinəsinin cavablarına əsaslanaraq, hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq belə nəticəyə gəlinmişdir ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun sümüyünün yerdəyişən sınığı küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yumruq zərbəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir (i/v: 14). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 21). İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməməsi və onun əməlinin CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli olması barədə dəlillərini müzakirə edərək qeyd edir ki, yuxarıda sadalanan sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin özünün ifadəsi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə baş verən Zərərçəkmiş şəxs yaşadığı evə gedərək onu küçəyə çağırmaqla və həmin şəxslə mübahisə etməklə münaqişənin yaranmasının səbəbkarı məhz özü olmuşdur. Başqa sözlə, Zərərçəkmiş şəxs hadisədən bir müddət əvvəl Təqsirləndirilən şəxs söysə də və bu hal həmin şəxsin Zərərçəkmiş şəxs qisas almaq niyyətini formalaşdırsa da, Təqsirləndirilən şəxs sonradan həmin şəxsin evinə gedərək onu küçəyə çağırmaqla və küçədə onu vurmaqla onun hərəkətləri sonradan cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymamazlıqda ifadə olunan, yəni ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. Odur ki, məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə razılaşmayaraq bu barədə dəlillərini qəbul etmir. CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-nin 87.2-ci maddəsinə əsasən nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin, yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. CM-nin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 88.2, 88.2.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2021-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin edilməsi məsələsini həll edərkən, ilk növbədə, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir, onun törətdiyi cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayətdir, o, ilk dəfə cinayət törətmiş, müstəqil qazancı yoxdur, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmiş və sonuncunun ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, törədilmiş cinayət əməlinin ictimaitəhlükəlilik dərəcəsini, dəymiş zərərin aradan qaldırılmasını, onun gələcəkdə psixi, əxlaqi və mənəvi inkişafını və işin digər hallarını nəzərə alaraq barəsində CM-nin 88-ci maddəsi tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 88.2.2-ci maddəsinə əsasən onun barəsində müvafiq dövlət orqanının, yəni Qusar rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilməli və CM-nin 87.2-ci maddəsinə əsasən həmin orqanın üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində valideynlərin nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 87.2-ci maddəsinə əsasaən Təqsirləndirilən şəxs vaildeynlərinin üzərinə Təqsirləndirilən şəxs tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar