Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-104/2025 05.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Qusar rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin mart ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını, 2025-ci ilin aprel ayının əvvəllərində Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən istifadə etdiyi bağ sahəsində qanunsuz olaraq əkib və zəruri aqrotexniki qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmin toxumlardan kök üstə bitmiş xeyli miqdarda çətənə bitkilərinin yarpaqlarını dərib, qurudaraq qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan xeyli miqdarda qurudulmuş marixuananı istifadə etdiyi bağ sahəsində satış məqsədi olmadan saxlamış, xx.xx.2025-ci il tarixdə, saat 19:02 radələrində Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən istifadə etdiyi bağ sahəsinin girişində saxlanılması, daha sonra isə istifadə etdiyi bağ sahəsinə baxış keçirilən zaman bağ sahəsində dibçəkdə və yerdə əkdiyi toxumlardan yaş halda əkilib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan ümumi çəkisi 467,0 qram olan cəmi 04 ədəd yaş vəziyyətdə xeyli miqdarda çətənə (kannabis) bitkiləri, həmçinin bağ sahəsindəki talvarın altında olan divanın saxlanc yerindən isə həmin narkotik vasitədən qalıq qalmış bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 440,028 qram xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1-ci maddələri ilə özünü tam təqsirli bilərək və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, bir neçə ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Təxminən 2025-ci ilin mart ayının əvvəllərində Qusar şəhəri ərazisində içərisində çətənə toxumları olan 01 ədəd kibrit qutusu tapıb, özündə saxlamış və 2025-ci ilin aprel ayının əvvəllərində Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən istifadə etdiyi bağ sahəsində çətənə toxumlarını əkib-becərmiş və nəticədə bağ sahəsində 04 ədəd çətənə bitkiləri əmələ gəlmiş, çətənə bitkilərin yarpaqlarını dərib, qurudaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı istifadə etdiyi bağ sahəsində gizlətmişdir. 17 iyul 2025-ci il tarixdə, saat 19 radələrində tək başına Qusar şəhəri, Qusarçay çayının sağ sahilində istifadə etdiyi bağ sahəsinin girişində olan zaman Qusar RPŞ-nin əməkdaşları narkotik vasitələrin saxlanmasında, daşınmasında, həmçinin narkotik tərkibli bitkilərin əkib-bəcərilməsində şübhəli olduğunu bildirərək saxlamışlar. Həmin vaxt ona hüquq və vəzifələri izah olunmuş, video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra isə aqronom mütəxəssisin iştirakı ilə video çəkilişə istifadə etdiyi bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı bağ sahəsindən 04 ədəd çətənə bitkləri, bağ sahəsindəki talvarın altında olan divanın saxlanc yerindən həmin çətənə bitkilərindən əldə etdiyi bir ədəd qara rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar çəkilmiş və götürülmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Amil oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 17 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Qusar rayonun ərazisində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması, həmçinin narkotik tərkibli bitkilətin əkib-bəcərilməsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə ondan, Qusar RPŞ-nin CAB-nin rəisi, polis kapitanı Nicat Qurbanov, Qusar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Qusar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 iyul 2025-ci il tarixdə saat 19:02 radələrində Təqsirləndirilən şəxs Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən bağ sahəsinin girişində olan zaman yaxınlaşıb, sonuncuya özlərini təqdim edib, narkotik vasitələrin istifadəsində, saxlanılmasında və daşınmasında, həmçinin narkotik tərkibli çətənə bitkilərin əkib-bəcərilməsində şübhəli olduğun bildirməklə saxlayaraq, hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişlə onun üzərinə və ona məxsus bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 270 manat puldan başqa qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, X1 Mərkəzinin mütəxəssisi Şahid4 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə baxış keçirilən zaman isə bağ sahəsində 04 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilmiş, mütəxəssis Şahid4 həmin 04 ədəd bitkilərin çətənə bitkiləri olduğunu təsdiq edərək, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Bundan başqa bağ sahəsindəki talvarın altında olan divanın saxlanc bir ədəd qara rəngli bağlamada içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot kütləsi aşkar edilmişdir. Aşkar edilmiş həmin 04 ədəd çətənə bitkiləri və 1 ədəd qara rəngli bağlamada içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar ot kütləsi qablaşdırılaraq, imzalarla təsdiqlənmiş və ekspertizaya təqdim olunması üçün 106 saylı möhürlə möhürlənərək götürülmüş, şəxsi əşyalar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bağ sahəsindən aşkar edilmiş 04 ədəd çətənə bitkilərin və 01 ədəd qara rəngli bağlamada olan narkotik vasitənin ona məxsus olduğunu, çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərdiyini, 1 ədəd bağlamada olan narkotik vasitəni isə həmin çətənə bitkilərini qurutmaqla əldə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərdi ki, 17 iyul 2025-ci il tarixdə Qusar RPŞ-dən daxil olmuş mütəxəssisin dəvət olunması barədə məktuba əsasən Qusar rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən bağ sahəsinə getmiş, orada narkotik vasitələrin saxlanılmasında, daşımasında, narkotik tərkibli bitkilərin əkib-becərilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, əvvəlcə onun üzərinə video çəkilişlə baxış keçirilmiş və onun üzərindən hər hansı narkotik vasitə aşkar edilməmiş, daha sonra onun istifadə etdiyi Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən bağ sahəsindən 04 ədəd narkotik tərkibli çətənə bitkiləri, bağ sahəsindəki talvarın altında olan divanın saxlanc yerindən isə 01 ədəd qara rəngli bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin 04 ədəd çətənə bitkilərə baxış keçirmiş, həqiqətən də həmin çətənə bitkilərinə qulluq göstərilmiş, belə ki, onların dibləri yumşaldılmış, gübrələnmiş, vaxtı-vaxtında sulanmışdır. Aşkar olunmuş cəmi 04 ədəd çətənə bitkiləri və 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrdən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Amil oğlunun ifadəsinə uyğun eyniməzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 18 iyul 2025-ci il tarixli 20/636 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş AR DİN “Zərflər üçün N 106” möhür əksi, əl yazıları olan 01 ədəd bağlamada təmiz çəkisi 440,028 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş AR DİN “Zərflər üçün N 106” möhür əksi, əl yazıları olan 01 ədəd kisədə ümumi sayı 04 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 467,0 qram olan bitki nümunələri eyni növə aid olub əkib-bəcərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2025-ci il tarixli, 4728 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış 17 iyul 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üstünün yoxlanılmasına və bağ sahəsinə baxış keçirilməsinə dair protokoldan görünür ki, 17 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs istifadə etdiyi Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən bağ sahəsində videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs tərəfindən əkib-bəcərilmiş 04 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 467,0 qram olan xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin bağ sahəsindəki talvarın altında olan divanın saxlanc yerindən isə bir ədəd qara rəngli bağlamada təmiz çəkisi 440,028 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Qusar X1 Mərkəzinin 17 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Qusar şəhəri, Qusarçay çayının sağ sahilində yerləşən və Təqsirləndirilən şəxs məxsus bağ-torpaq sahəsində əkilmiş 03 ədəd çətənə bitkisi mümbit torpaqda əkilib və 01 ədəd isə dibçəkdə aqrotexniki qaydada qulluq edilib, alağ otlarından təmizlənmiş və suvarma aparılmışdır, açıq hava şəraitində bəcərilmişdir və bunun nəticəsində çətənə bitkiləri 1.50 m, 1.30 m, 0.70 m və 0.45 m hündürlükdə bitmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 237.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirildiyi CM-nin 234.1, 237.1-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini səmimi ifadə vermə kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs narkotik tərkibli toxumların haradan və kimdən əldə etdiyini bildirməmişdir. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxsin səmimi ifadə verməsinə inanmır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını şəxsiyyəti səciyyənlədirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1, 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini iş materiallarına tədqiqinə və onun şəxsiyyətinə uyğun olaraq ədalətli hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsi cəmiyyətdə mənfi emosiyaların çıxarılmasına və bu növ cinayət əməllərinin çoxalmasına səbəb ola bilər. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial və iqtisadi inkşafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkoman hesab olunan şəxsin olduğu, yaşadığı mühitdə böyüyən və tərbiyə olunan uşaqlara da psixoloji problemlər yaradır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimakn tədbiri seçilmiş, 19 iyul 2025-ci il tarixdə tutulmadan azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli 05 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,978 qram qurudulmuş marixuana və 466,92 qram 04 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197,198, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 17 iyul 2025-ci il tarixdən, 19 iyul 2025-ci il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Qusar rayon Məhkəməsi tərəfindən həbs edildiyi 05 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,978 qram qurudulmuş marixuana və 466,92 qram 04 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, video görüntülər olan 01 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-104/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-104/2025
05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver