Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-11/2022 22.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 279.3.3, 181.3.1, 181.3.2, 181.3.3, 29; 120.2.11, 228.3, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş-məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, 24 sentyabr 2021-ci il tarixdə tutulmuş, 26 sentyabr 2021-ci il tarixdə barəsində Qusar rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 24.09.2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində istintaqa məlum olmayan şəxsdən şəxsi istehlakı üçün narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini 15 manata qanunsuz olaraq satış məqsədi olmadan əldə etmiş, üzərində saxlamış və daşımış, daha sonra isə 25.09.2021-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhərində yerləşən “X14”nin arxa hissəsindən keçən yolda saxlanılaraq idarə etdiyi “X20” markalı, “**-ED-***” dövlət nömrə nişanlı avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirilib avtomobilinə baxış keçirilən zaman həmin təmiz çəkisi -0,182 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, əvvəllər məhkum olunmuş, cəzaçəkmə müəssisəsində narkomaniyadan müalicə almışdır. 24 sentyabr 2021-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən onun idarə etdiyi X20 markalı avtomobildən aşkar olunan heroin onun özünə məxsus olmaqla Sumqayıt şəhərindən 15 manata şəxsi istifadəsi üçün almışdır. Heroini papirosa doldurub çəkir. Hazırda törətdiyi əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqları vardır, ailəsi kirayədə yaşayır, atası xəstədir. Ona görə də, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 279.3.3, 181.3.1, 181.3.2, 181.3.3, 29; 120.2.11, 228.3, 234.4.3 və 66.3-cü maddələri ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkum olmamışdan əvvəl də narkotik vasitələrdən istifadə etmişdir. 16 yanvar 2021-ci il tarixdə isə azadlığa çıxdıqdan sonra yaşadığı Sumqayıt şəhərində tanımadığı şəxslərdən narkotik vasitələr alıb istifadə etmiş, sonuncu dəfə isə 24 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda tanımadığı şəxsdən bir büküm narkotik vasitə olan heroini istifadə etmək məqsədi ilə 15 manata almışdır. Bundan sonra həmin tarixdə axşam saatlarında Sumqayıt şəhərində sinif yoldaşı Rəşadla görüşmüş, ailə üzvləri Qusar rayonu Mucuq kəndində olduqları üçün Qusar rayonuna gəlməli olmuş, ona görə də Rəşadı da götürüb onunla birlikdə idarə etdiyi “X20” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobillə Qusar rayonuna yola düşmüşlər. Yolda olduqları zaman Qusar rayonu Mucuq kəndində yaşayan qonşusu Alxasa zəng edərək kəndə gəlməsini bildirmiş, sonuncu da Quba şəhərində olduğunu bildirmişdir. Quba şəhərinə çatdıqda Alxası dairədən götürmüş və kəndə getmək üçün Qusar şəhərinə gəlmişlər. Bundan sonra o, təbii ehtiyacını ödəmək üçün avtomobili Qusar şəhərində yerləşən X9 arxasından keçən yola sürmüş, bu zaman Rəşad və Alxas da avtomobildən düşmüşlər. Bir neçə dəqiqə sonra həmin yerə polis avtomobili gəldiyini görmüş və o, üzərində narkotik vasitə olduğu üçün qorxaraq avtomobilə minmiş, eyni zamanda Alxas və Rəşad da avtomobilə minib getmək istədikləri zaman polis əməkdaşları onları saxlamışlar. Həmin vaxt Sumqayıt şəhərindən aldığı həmin bir büküm narkotik vasitə olan heroini avtomobilin sərnişinlər əyləşən arxa hissəsinə, yəni Alxas əyləşən yerə atmışdır. Polis əməkdaşları onarın narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirirərək Qusar RPŞ-yə gətirmişlər. Qusar RPŞ-də narkotik vasitədən istifadə etdiyini bildirmiş və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı idarə etdiyi avtomobildə narkotik vasitə olan heroin olduğunu etiraf etmiş, daha sonra idarə etdiyi avtomobilə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş və avtomobilin sərnişinlər əyləşən arxa hissəsində yerdə olan ayaqqabının yanında ora tulladığı bir büküm təmiz çəkisi 0,182 qram narkotik vasitə olan heroin aşkar olunaraq ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılıb, imzalarla təsdiq olunduqdan sonra 106 saylı möhürlə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, materialların məhkəmə ekspertizasının, məhkəmənarkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Qusar RPŞ-nin CAB-ın əməliyyat müvvəkili vəzifəsində işləyir. 24 sentyabr 2021-ci il tarixdə gecə saatlarında sonradan tanıdığı Təqsirləndirilən şəxs RPŞ-nin polis serjantları tərəfindən şöbəyə gətirilmişdir. Şöbədə həmin şəxsin üzərində şəxsi axtarış aparılmış və o, da orada iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmamış və həmin vaxt Elməddin idarə etdiyi avtomobildə heroin olduğunu bildirmişdir. Bundan sonra həmin avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa oturacağından narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Həmin vaxt Elməddin heroinin özünə məxsus olduğunu etiraf etmiş, Sumqayıt şəhərindən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib olunmuş və o, da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qusar RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 24 sentyabr 2021-ci il tarixdə gecə saat təxminən 23 radələrində digər polis əməkdaşları ilə birlikdə xidməti avtomobillə Qusar şəhəri H.Əliyev prospektindən “avtobaza” adlanan əraziyə qalxan yolla hərəkət edərkən yolun kənarında X20 markalı avtomobilin dayandığını və adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs avtomobilin yanında olduğunu görmüşlər. Orada sürücüdən başqa iki nəfər də olmuşdur. Sürücü Təqsirləndirilən şəxsla söhbət edərkən həmin şəxs mebel ustası olduğunu, hansısa kəndə getdiyini bildirmişdir. Həmin şəxs sərxoş kimi danışmış, səlis danışa bilməmişdir. O, spirtli içki qəbil etmədiyini bildirmiş, yanında olan şəxs isə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxsləri Qusar rayon Polis şöbəsinə aparmışlar, orada vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt Elməddin onun idarə etdiyi avtomobildə narkotik vasitə olan heroin olduğunu demiş, bundan sonra vəkilin iştirakı ilə videoçəkilişlə avtomobilə baxış keçirilmiş və avtomobilin arxa hissəsində sərnişin oturacağında olan ayaqqabının altından bir kağız bükümündə heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Digər şəxslərdən isə hər hansı narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində yaşayır, Fərəcov Elməddin Fərəc oğlu onun sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxsla uzun müddət görüşməmişlər, 24 sentyabr 2021ci il tarixdə onunla rastlaşmış və Elməddin Qusar rayonuna getdiyini bildirərək onunla birlikdə getməsini təklif etmişdir. O, bununla razılaşmış və onlar Elməddinin idarə etdiyi X20 markalı avtomobillə Qusar rayonuna yola düşmüşlər. Yolda olarkən Elməddin tez-tez Alxas adlı şəxslə danışmış və Quba şəhərində həmin şəxsi də götürüb Qusara yola düşmüşlər. Qusar şəhərində meşəlik ərazidə Elməddin avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüş, bu zaman Alxas polis əməkdaşlarının gəldiyini bildirərək həyəcanlı şəkildə tez oradan getmələrini demiş, lakin polis maşını onların yanında saxlamış və onlar gedə bilməmişlər. Bundan sonra polis əməkdaşları onların üçünü də Qusar rayon Polis şöbəsinə aparmışlar və orada onların üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı heç birinin üzərindən narkotik vasitə aşkar olunmamış, Elməddinin idarə etdiyi avtomobildən isə heroin aşkar olunmuşdur. Elməddin həmin heroinin özünə məxsus olduğunu bildirmiş və həmin şəxs istintaqa cəlb olunmuşdur. O, özü də narkotik vasitələrdən istifadə edir, əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1.2-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs ilə 2021-ci ilin aprel ayında yaşadığı kənddə tanış olmuş, narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. 24 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində Elməddin mobil telefonla ona zəng edərək harada olduğunu soruşmuş və o da Quba şəhərində olduğunu demişdir. Bundan sonra saat 23 radələrində Elməddin ona zəng etmiş və Quba şəhərində olduğunu demişdir. O, Qusar şəhərinə gedən yolda olduğunu, yəni dairədə olduğunu Elməddinə demiş, Elməddin idarə etdiyi “X20” markalı, **-ED-*** dövlət nömrə nişanlı avtomobillə gəlmiş, birlikdə Qusar rayonu Mucuq kəndinə getmək üçün yola düşmüşlər. Qusar şəhərinə çatdıqları zaman Elməddin ayaq yoluna düşmək üçün avtomobili Qusar şəhərində yerləşən X9 arxasından keçən yola sürmüş, bu zaman o, Rəşadla birlikdə avtomobildən düşmüş, avtomobildən düşdükdən sonra Elməddin ayaq yolu üçün meşə tərəfə getmiş, Rəşad isə siqaret çəkmişdir. Bu zaman yuxarı tərəfdən polis avtomobilinin gəldiyini görmüş, həmin vaxt Rəşad və Elməddin tez avtomobilə minmiş, o da birlikdə avtomobilə minmiş, bu zaman Elməddin əlində olan kağız bükümünü arxa tərəfə onun oturduğu yerə tullamış və həmin büküm də onun ayaqlarının altına düşmüşdür. Bundan sonra polis əməkdaşları onları saxlamış və narkotik vasitələrin istifadəsində şübhəli bildikləri üçün Qusar RPŞ-nə gətirmişlər. Bundan sonra Qusar RPŞ-də Elməddinin idarə etdiyi avtomobildən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 25 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 00:35-dən saat 01:10-dək Qusar RPŞ-nin İBnin müstəntiqi X10 tərəfindən Təqsirləndirilən şəxs, Qusar RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Qusar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, Qusar RPŞ-nin KTQ-nin kiçik inspektor kriminalisti X1, müdafiəçi X3 iştirakları ilə, üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün Qusar rayon polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. İstintaq hərəkətinin iştirakçılarına istintaq hərəkəti aparılan zaman “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılacağı və “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkiləcəyi barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində olan 01 ədəd “SAMSUNG” markalı mobil telefonu, içərisində özünə məxsus “AA*******” nömrəli şəxsiyyət vəsiqəsini, 193 manat pulu, “MERCEDES-BENZ VİTO” markalı avtomobilə məxsus “AE N 141436” nömrəli qeydiyyat şəhadətnaməsini, “BD 008502” nömrəli sürücülük vəsiqəsini, X6 məxsus ”AZE N 01636651” nömrəli şəxsiyyət vəsiqəsini, “**********” nömrəli vergi şəhadətnaməsini, həmin avtomobilə aid öz adına olan etibarnaməni, “COVİD” pasportunu, “AZE C 03601079” nömrəli ümumvətəndaşlıq pasportunu və bank qəbzi olan portmanatı, eləcə də bir ədəd təsbehi və “VİNÇESTER” markalı siqaret qutusunu və bir ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 25.09.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 01:16-dan saat 01:45-dək Qusar RPŞ-nin PB-nin müvəqqəti saxlama duracağında saxlanılmış “MERCEDES-BENZ VİTO” markalı ** ED *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilə Qusar RPŞ-nin İB-nin müstəntiqi X10 tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 və polis əməkdaşlarının iştirakları ilə vidioçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələr izah olunmuşdur. Daha sonra həmin avtomobilin salonuna, yəni arxa sərnişin oturacaqları olan hissəyə baxış keçirilmişdir. Baxış zamanı arxa sərnişin oturacaqları olan hissədə yerdə 01 ədəd siqaret kağızı bükümündə kütlə aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman boz rəngli, toz halında, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu, 24.09.2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mkr-da tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş içərisində narkotik vasitə olan kağız bükümü zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmaqla möhürlənmişdir. Bundan sonra avtomobilin yük hissəsinə baxış keçirilmiş, lakin orada qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra avtomobilin sürücü və qabaq sərnişin oturacaqları olan hissəyə və saxlanc yerlərinə də baxış keçirilmiş, orada da narkotik vasitə və ya digər qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Baxış zamanı fotoşəkillər çəkərək protokola əlavə edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 6/4257 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi X20 markalı ** ED *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş ......” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,182 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi- 0.182 qram, tədqiqata sərf olundu - 0.05 qram, qalıq - 0.132 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli 6/4257 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manatdır. İş materiallarında olan ibtidai istintaq orqanının 26 sentyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0.132 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 26.09.2021-ci il tarixli 168 saylı mədaxil qaiməsindən görünür ki, ********* saylı cinayət işi üzrə 26.09.2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla maddi sübut kimi tanınmış 0.132 qram heroin Qusar RPŞ-nin polis baş serjantı Urfan Aydəmirova təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş 21.10.2021-ci il tarixli 4068 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qusar rayon məhkəməsinin 4(029)-28/2021 saylı 26.09.2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılmaqla həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni 24 sentyabr 2021-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 03 noyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Ədliyyə Nazirliyinin MEMdə aparılmış ekspertizadan sonra qalıq qalmış Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən götürülmüş 01 ədəd zərfdə 0,132 qram narkotik vasitə olan heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmə mənbəsinin müəyyən edilməsi məqsədi ilə material ayrılaraq Sumqayıt ŞPİ-nə göndərilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə görüntüləri əks etdirən iki ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan AE N 141436 saylı 10.06.2021-ci il tarixli “X2 Şəhadətnaməsi”nin surətindən görünür ki, X20 115 CDİ minik markalı 50ED263 dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİ 703234 saylı 10 iyun 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X20 115 CDİ minik markalı 50ED263 dövlət qeydiyyat nişanlı avtomobil X13 tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri üzrə Təqsirləndirilən şəxs idarəçiliyinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30.09.2021-ci il tarixli tələbnamədən və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-222/2010 saylı 17 iyun 2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 279.3, 228.3, 181.3.1, 181.3.2, 181.3.3, 29, 120.2.11, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 16.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli 1203 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda X7, Fərəcov Fərəc Elməddin oğlu və X5 ilə birlikdə yaşayır. İş materiallarında olan AZ-İİİ № 846928 və AZ-İİİ 846927 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 16.09.2016-cı il təvəllüdlü Fərəc və eyni təvəllüdlü Safiyya adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan 12 saylı MKS-nin tərəfindən verilmiş 09.10.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır. Yaşadığı müddət ərzində qonşularla heç bir münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs haqqında 12 saylı MKS-ya heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 08.10.2021-ci il tarixli 3419 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2009-cu ilin dekabr ayından həmin dispanserdə “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 24.09.2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində istintaqa məlum olmayan şəxsdən şəxsi istehlakı üçün narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini 15 manata qanunsuz olaraq satış məqsədi olmadan əldə etməsi, üzərində saxlaması və daşıması, daha sonra isə 25.09.2021-ci il tarixdə Qusar RPŞ-nin əməkdaşları tərəfindən Qusar şəhərində yerləşən “X14”nin arxa hissəsindən keçən yolda saxlanılaraq idarə etdiyi “X20” markalı, “**-ED-***” dövlət nömrə nişanlı avtomobillə birlikdə Qusar rayon polis şöbəsinə gətirilib avtomobilinə baxış keçirilən zaman həmin təmiz çəkisi -0,182 qram narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83, 83.3.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-222/2010 saylı 17 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 279.3, 228.3, 181.3.1, 181.3.2, 181.3.3, 29, 120.2.11, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin vaxtdan altı il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 61.1, 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qəbul edir, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xaraterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərcləri 114,0 (yüz on dörd) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş, aparılmış ekspertizadan sonra qalıq qalmış 01 ədəd zərfdə -0,132 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 24 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilib götürülmüş, aparılmış ekspertizadan sonra qalıq qalmış 01 ədəd zərfdə -0,132 qram narkotik vasitə olan heroin məhv edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə 114,0 (yüz on dörd) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(029)-11/2022
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-11/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver