Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-11/2023 01.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Qusar rayonu Həzrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş (Qusar rayon məhkəməsinin xx.xx.2020-ci hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 02 il, 03 ay, 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş), məhkumluğu ödənilməmiş, Qusar rayonu Həzrə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə, saat 03-04 radələrində sərxoş vəziyyətdə Qusar şəhəri Xamətov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın qapısının şüşəsini dəmir boru ilə sındırmaqla qapını açaraq həmin mağazaya qanunsuz daxil olaraq, həmin mağazadan 400 manat pulu, hadisə gününün məzənnəsi ilə cəmi 18,70 manat olan 01 ədəd 10 ABŞ dolları və 01 ədəd 1 ABŞ dolları, eləcə də hadisə gününün məzənnəsi ilə cəmi 16,44 manat olan 06 ədəd 100 rus rublunu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 435,14 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 01 avqust 2022-ci il tarixdə, saat 13-14 radələrində həmkəndlisi Orxana zəng edərək, birlikdə Qusar şəhərinə pivə içməyə getməyi təklif etmiş, sonuncu da bu təkliflə razılaşmışdır. Tanışı Orxana mobil telefonu satıb pul əldə edəcəyini və bundan sonra yeyib-içməyə gedə biləcəyini demiş, “Samsung A12” markalı mobil telefon arvadı Vüsaləyə məxsus olmuşdur. Orxanla görüşüb Qusar şəhər avtovaqzalına gəlmişlər, mobil telefonu bazarda yerləşən mağazaya 150 manata satmış, həmin vaxt telefonu alan adını bilmədiyi şəxs 100 manat nağd pulu ona vermiş, telefonun qutusunu da, gətirib versə əlavə olaraq 50 manat pulu da ona verəcəyini bildirmişdir. O pulu aldıqdan sonra Orxanla birlikdə Qusar şəhərində yerləşən “038” kafeyə gedib orada sifariş verib 4-5 bakal pivə içmişlər. Bundan sonra onlar 02 avqust 2022-ci il tarixdə, saat 01 radələrində Qusar-Balaqusar yolunda yerləşən adını bilmədiyi digər kafeyə gedib orada da pivə içməyə başlamışlar. Onlar həmin kafedən təxminən saat 03 radələrində çıxmışlar, piyada Qusar şəhər avtovaqzal dairəsinin yaxınlığına gəldikdə Orxan yaşadığı kəndə qayıtmaq istədiyini demiş, o isə kəndə qayıtmaq istəmədiyini deyib Orxandan uzaqlaşıb X5 Kompleksi istiqamətində getməyə başlamışdır. Orxandan hələ ayrılmamış artıq hansısa mağazaya girib oğurluq etmək niyyətinə düşmüş, fikirləşən zaman daxil olacağı mağazanı da, özündə qərarlaşdırmışdır. Belə ki, əvvəllər Qusar şəhər bazarının daxilində yerləşən paltar satışı mağazasında olmuş, həmin mağazaya rahat daxil ola biləcəyini düşünmüşdür. 02 avqust 2022-ci il tarixdə, saat 03-04 radələrində bazarın daxilində yerləşən paltar satışı mağazasının qarşısına gəlmiş, yaxınlıqda yerdən dəmir borunu götürən vaxt ətrafda kimsə olmamış, hava qaranlıq olmuşdur. Həmin dəmir boru ilə mağazanın qapısındakı ikiqat şüşəni vurub sındırmış, əlini içəri salaraq qapını içəridən açmış, bundan sonra mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra sağ tərəfdə yerləşən şkafın siyirməsini axtaran zaman həmin yerdə pul ola biləcəyini bilmiş, şkafın üst siyirməsini açanda orada beş manatlıq və bir manatlıq əskinazların olduğunu görüb pulları götürmüşdür. Bundan başqa həmin siyirmədə bir ədəd bir ABŞ dolları, bir ədəd on ABŞ dolları, altı ədəd yüz rus rublu kağız pulları olmuş, həmin pulların da hamısını götürüb oğurladığı bir manatlıq və beş manatlıq əskinazlar cəmi 400 manat təşkil etmişdir. Bundan sonra o həmin mağazadan çıxmış, pullardan başqa mağazadan hər hansı əşya, geyim oğurlamamışdır. Bazarın içindən keçib “Mars” mağazasının qarşısından yola çıxan zaman dairənin yaxınlığında olan adının Farid olduğunu sonradan bildiyi mühafizəçi onu görüb çağırmış, Faridə çatmağına 5-6 metr qədər qalmış sonuncu orada nə etdiyini soruşmuş, o Faridə yalandan orada yatıb qaldığını və yaşadığı evə qayıtdığımı bildirmişdir. Bu zaman Farid post patrul xidmətinin əməkdaşlarını çağırıb məsələni aydınlaşdıracağını demiş və mobil telefonla zəng etməyə başlamışdır. Farid telefonla danışan zaman o oğurluq etdiyinə görə tutulacağını başa düşüb, anidən Qusar çayı istiqamətində qaçmağa başlamışdır. Farid də onun arxasınca qaçmış, amma o daha sürətlə qaçıb qaranlıqda gizlənmiş, Farid onu tapa bilməmişdir. Sonra isə sakitlik olduğunu görüb, çayın digər tərəfinə keçmiş, meşə yolları ilə yaşadığı kənddə yerləşən özünə məxsus bağ sahələrinə gedib orada gizlənmişdir. 03 avqust 2022-ci il tarixdə evə gələndə anası polis əməkdaşlarının onun axtardığını demiş və bu barədə polis əməkdaşlarına məlumat vermiş, bir müddət sonra polis əməkdaşları gəlib onu Qusar rayon Polis Şöbəsinə aparmışlar. Saxlanılıb polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödədiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Qurban əvvəllər də oğurluq cinayəti törətdiyinə görə iki dəfə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 13-14 radələrində Qurban yaşadığı evdən çıxaraq Qusar şəhərinə getmiş, bundan sonra həmin gecə Qurban evə gəlməmişdir. Səhərisi gün isə xx.xx.2022-ci il tarixdə Qusar rayon Polis Şöbəsinin əməkdaşları onlara gəlmiş və Qurbanı axtardıqlarını, harada olduğunu soruşmuş, həmin vaxt Qurban ayağında qolbaq olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə axşam Qurban evə gəlmiş, o da dərhal bu barədə polis orqanına məlumat vermiş və polis əməkdaşları gəlib Qurbanı aparmışlar. Sonradan məlum olmuşdur ki, Qurban Qusar şəhər bazarında yerləşən mağazadan oğurluq hadisəsi törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13-14 radələrində həmkəndlisi Qurban ona zəng edərək, birlikdə Qusar şəhərinə pivə içməyə getməyi təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Qurban ona mobil telefonu satıb pul əldə edəcəyini və bundan sonra yeyib-içməyə gedə biləcəklərini demiş, onunla görüşüb yoldan keçən, tanımadığı avtomobillə Qusar şəhər avtovaqzalma gəlmiş, bundan sonra mobil telefonu bazarda yerləşən mağazaya Qurban 150 manata satmışdır. Həmin vaxt telefonu alan adını bilmədiyi şəxs 100 manat nağd pulu Qurbana vermiş, telefonun qutusunu da gətirib versə əlavə olaraq 50 manat pulu da verəcəyini bildirmişdir. Qurban pulu aldıqdan sonra onunla birlikdə Qusar şəhərində yerləşən “038” kafeyə getmiş, orada sifariş verib 4-5 bakal pivə içmişlər. Bundan sonra onlar xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Qusar- Balaqusar yolunda yerləşən adını bilmədiyi digər kafeyə getmiş, orada da pivə içməyə başlamışlar. Onlar həmin kafedən təxminən saat 03 radələrində çıxmış, piyada Qusar şəhər avtovaqzal dairəsinin yaxınlığına gəlmişlər. Həmin yerə çatan zaman o, yaşadığı kəndə qayıtmaq istədiyini demiş, bu zaman Qurban ondan aralanaraq İdman Kompleksi tərəfə getmiş, o, isə yol maşını ilə kəndə qayıtmışdır. Polis əməkdaşların Qurbanın saxlamasından xəbəri olmamış, 2-3 gündən sonra bilmişdir ki, Qurban mağazadan oğurluq edib. Kafedə olan vaxt Qurban ona oğurluq edəcəyini deməmişdir. Məhkəmə iclasında tədqiq edilərək araşdırılmış sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq oqranına vermiş olduğu ifadədən görünür ki, Qusar şəhər bazarında, Xanmətov küçəsində yerləşən paltar satışı mağazası vardır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o, mağazanı bağlayıb yaşadığı evə getmişdir. Mağazanı bağlayan zaman həmişə kassada adətən 300 manat pul saxlamışdır. Qalan pulu isə özü ilə aparmışdır. Pulu saxladığı şkafın siyirməsində manatlarda saxlamışdır ki, xırda pul kimi lazım olur. Həmçinin qəpik pulları da həmin yerdə saxlamış, 300 manat pulun hamısı beş manatlıqlar olmuşdur. Ayrıca 100 manata qədər isə bir manatlıqlar da saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində evdə yatdığı zaman polis əməkdaşları gəlib evin qapısını vuraraq onu qapıya çağırmış və ona mağazasına naməlum şəxsin daxil olduğunu bildirmişlər. Həmçinin onu birgə mağazaya baxış keçirməyə dəvət etmişlər. O, polis əməkdaşları ilə mağazaya gəldikdə mağazanın çöl qapısının şüşəsinin sındırıldığını və qapının açıldığını görmüşdür. Yoxlayan zaman ona məlum olmuşdur ki, naməlum şəxs şkafın siyirməsində saxladığı ümumilikdə 400 manat pulu oğurlamışdır. Qəpik pullar isə olduğu kimi qalmış, oğurlanmamışdır. Bundan başqa mağazaya ümumi baxış keçirdikdə oğrunun mağazadan 01 ədəd 10 ABŞ dolları, 01 ədəd 1 ABŞ dolları və 06 ədəd 100 rus rublu da oğurladığını aşkar etmiş, hər hansı paltar, geyim əşyası oğurlanmamışdır. Məhkəmə iclasında tədqiq edilərək araşdırılmış sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq oqranına vermiş olduğu ifadədən görünür ki, vəzifəsi mühafizəçi olmuşdur. xx.xx.2022-ci il tarixdə növbəni təhvil almış, səhər saat 09-dək ərazidə xidmət aparmalı olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 03:45 radələrində bazarın daxilində gəzən zaman şüşənin sındırılma səsi eşitmiş, dərhal həmin səs gələn tərəfə qaçmış, mağazanın qarşısına gələndə kiminsə mağazanın qapısındakı şüşəni sındırdığını və mağazanın qapısını açıb içəri daxil olduğunu aşkar etmiş, amma içəridə kimsə olmamışdır. Həmin vaxt o, dərhal mühafizəçi yoldaşlarına bu barədə məlumat vermiş, bazarın ərazisini birgə axtarmış, lakin bazar ərazisində kimisə tapa bilməmişlər. Bundan sonra avtovaqzal dairəsi tərəfində həmin şəxs bazardan çıxsa tutmaq məqsədi ilə dayanmışdır. Bir neçə dəqiqə sonra tanımadığı, arıq, cavan, saqqalı oğlan adının Qurban olduğunu sonradan bildiyi şəxs bazardan çıxmış, həmin şəxsə dayanmasını bildirmişdir. Bu zaman Qurban onu görən kimi qaçıb ərazidən uzaqlaşmış, həmin şəxsin əlində hər hansı əşya olmamışdır. Əynində isə yaşıl rəndə qısaqol köynək, qara rəngli şalvar olmuşdur. Başında geyim olmamış, ayyaqqablanna isə fikir verməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 3/1182 saylı rəyindən görünür ki, təqdim edilmiş 1, 3, 4, 5, 6, 7, 8 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, ahbelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş l”a” saylı daktilolentin səthindəki əl-barmaz izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, l”b” saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin şəhadət barmağından, 2 saylı daktilolentin səthindəki əlbarmaq izi isə onun sol əlinin orta barmağından, 3 saylı daktilolentin səthindəki ovuc izi onun sol ovucunun hipotenar hissəsindən, 4 saylı daktilolentin səthindəki ovuc izi onun sağ ovucunun hipotenar hissəsindən, 5 saylı daktilolentin səthindəki ovuc izi isə onun sol ovucunun hipotenar hissəsindən qalmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qusar RPŞ-nin xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixdə Qusar şəhəri, Xamətov küçəsi ərazisində vətəndaş Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. həmin əl ziləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərinin 04 ədədi (ADİS-in məlumat bankına Qusar RPŞ-dən daxil olan) xx.xx.1994-cü il tarixdə Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc, şəhadət sol əlinin isə ovuc və şəhadət barmağının əksləri ilə eynilik müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olunmuş məlumat əsasında Qusar şəhəri Xanmətov küçəsində, bazar ərazisində yerləşən paltar satışı mağazasına gəlmişdir. Mağazanın qapısına baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs mağazanın qapısından şüşəni dəmir boru ilə vuraraq sındırmış və qapını içəridən açaraq mağazaya daxil olmuşdur. mağazaya daxil olub baxış keçirən zaman hər hansı digər əmlakların geyimlərin oğurlanmadığı məlum olmuşdur. qapıdan sağda yerləşən şkafın siyirməsinə baxış zamanı mağaza sahibi Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin siyirmədə 400 manat pul saxlamış və həmin pul oğurlanmışdır. Qəpik pullara baxış zamanı məlum olmuşdur ki, hamısı yerindədir və oğurlanmamışdır. Baxış zamanı Zərərçəkmiş şəxs 300 manat pulun 5 manatlıq əskinaslardan, 100 manat pulun isə 1 manatlıq kağız əskinaslardan ibarət olduğunu bildirmişdir. Əməli törətmiş şəxs mağazanın girişindəki qapıdakı 1,3X0,3 ölçüdə ikiqat şüşəni sındıraraq mağaza sahibinə maddi ziyan vurmuşdur. Mağazanın qıfılı sındırılmamışdır. Digər hər hamsı əşya sındırılmamışdır. Hadisə yerinə baxış zamanı kriminalist Məlik Məmmədov iştirak etmişdir və əl-barmaq izlərini götürmüşdür. Baxış zamanı aşkar edilmiş dəmir boru iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə ediləcəkdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış şübhəli və ya təqsiriləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyini etiraf etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon X3 Hüquqi şəxsin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş olan maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Qusar şəhəri Xamətov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın qapısının şüşəsini dəmir boru ilə sındırmaqla qapını açaraq həmin mağazaya qanunsuz daxil olaraq, həmin mağazadan 400 manat pulu, hadisə gününün məzənnəsi ilə cəmi 18,70 manat olan 01 ədəd 10 ABŞ dolları və 01 ədəd 1 ABŞ dolları, eləcə də hadisə gününün məzənnəsi ilə cəmi 16,44 manat olan 06 ədəd 100 rus rublunu gizli yolla talamaqla oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 435,14 manat maddi ziyan vurmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4; zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin onların barışmasını CM 59.1.12; Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməsini CM 59.1.13; törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitini, cəzanı yüngülləşdirən halları, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməsini, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin etməyi əsaslı, qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, əvvəllər talama cinayətlərinə görə barəsində ittihamedici hökm çıxarılmış, azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, həmin cəza verildiyi təqdirdə cəzanın təyin edilməsinin ədalət və humanizm prinsiplərinə zidd olar. CM-nin 41.2- maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yuxarıda göstərilənlərə nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəza təyin edilməsini məhkəmə məqsədə müvafiq hesab etmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2020-ci hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 02 il, 03 ay, 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinin 05 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 1(029)- 33/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm xx.xx.2021-ci il tarixində qüvvəyə minmiş, xx.xx.2021-ci il tarixdə Qusar rayon İcra və Probasiya şöbəsində icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixində Qusar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq əməli törətməyə şübhəli şəxs qismində saxlanılmış, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(029)-15/2022 nömrəli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində saat 16:30 radələrində məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş 35634908 seriya nömrəli “Attenti” markalı mobil nəzarət qurğusu və adoptoru geri təhvil alınmış, 078CE 17444 seriyalı elektron qolbaq, X1 məruzə edilməklə deaktivasiya edilərək çıxarılmışdır. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinin məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi məqsədilə Qusar rayon məhkəməsinə təqdimat verilmiş və Qusar rayon məhkəməsinin 7(029)-72/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsi 01 (bir) il azaldılmış, cəzasının sonu xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsəni əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsənin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olsa Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin 68; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il, 03 ay, 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkməli olduğu 20 gün müddət Cinayət Məcəlləsinin 68; 68.1.1- 1-ci maddəsinə əsasən 10 gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, həmin cəza Qusar rayon məhkəməsinin hazırkı hökmü ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilməlidir. Təqsirləndirilən şəxs hazırkı törətdiyi cinayət əməli CM-nin 15.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd zərfdə Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri olan daktilolent cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə o 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il, 03 ay, 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkməli olduğu 20 gün müddət Cinayət Məcəlləsinin 68; 68.1.1-1-ci maddəsinə əsasən 10 gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza Qusar rayon məhkəməsinin hazırkı hökmü ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilsin və qəti olaraq ona 9 (doqquz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 01 ədəd dəmir boru hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhv edilsin, 01 ədəd zərfdə Təqsirləndirilən şəxs məxsus əl-barmaq izləri olan daktilolent cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəti olan 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-11/2023
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-11/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver