Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-11/2024 16.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X24 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 nümayəndəsi-vəkil Nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli-himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar şəhəri, Həkim Mirzəxanov küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan, 16 iyul 2023-cü il tarixdə tutulmuş, Qusar rayonu Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2021-ci ilin noyabr ayında Qusar rayonu Qilahoba kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs12 əlillik pensiyası düzəltmək adı ilə öz aralarında şifahi razılıq əldə etmiş, daha sonra sonuncunun etibarından sui-istifadə edərək ondan Xaçmaz rayonu Xudat şəhərində yerləşən “ELİT” adlanan çayxanada 1500 (min beş yüz) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2022-ci ilin aprel ayının əvvəlində Qusar rayonu Urva kənd sakini Zərərçəkmiş şəxs5 həmin dövürdə mühafizə xidmətinin rəisi vəzifəsində işlədiyi Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinə mühafizəçi qismində işə düzəldəcəyi adı ilə öz aralarında şifahi razılıq əldə etmiş, daha sonra sonuncunun etibarından sui-istifadə edərək ondan 2500 (iki min beş yüz) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib xx.xx.2022-ci il tarixdə onunla birlikdə xəstəxanada sanitar işləyən Qusar şəhər sakini Zərərçəkmiş şəxs1 oğlu X2 Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinə mühafizəçi qismində işə düzəldəcəyi adı ilə öz aralarında şifahi razılıq əldə etmiş, daha sonra Zərərçəkmiş şəxs1nm etibarından suiistifadə edərək ondan 2000 (iki min) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2022-ci ilin dekabr ayında Qusar rayonu, Cibir kənd sakini Zərərçəkmiş şəxs10 ilə sonuncunun doğma oğlu Əkbər Paşayevi, Qusar rayon MXPHŞ-də 2000 (iki min) manat müqabilində mühafizəçi qismində işə düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında Zərərçəkmiş şəxs10 ilə danışığı davam etdirərək, etibarından sui-istifadə edib ondan Qusar rayon MXPHŞ-nin yaxınlığındakı kafedə 2000 (iki min) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2022-ci ilin dekabr ayında Qusar rayonu, Cibir kənd sakini Zərərçəkmiş şəxs10 ilə sonuncunun gəlini Şahid7, Qusar rayon MXPHŞ-də 3000 (üç min) manat müqabilində tibb bacısı qismində işə düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında Zərərçəkmiş şəxs10 ilə danışığı davam etdirərək, etibarından sui-istifadə edib ondan Qusar rayon MXPHŞ-nin yaxınlığındakı kafedə 3000 (üç min) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2022-ci ilin dekabr ayında Qusar rayonu, Cibir kənd sakini Zərərçəkmiş şəxs11 Minətull oğlu ilə sonuncunu Qusar rayon MXPHŞ-də 2000(iki min)manat müqabilində mühafizəçi qismində işə düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında onunla danışığı davam etdirərək həmkəndlisi Şahid8 vasitəsi ilə, etibarından sui-istifadə edib ondan Qusar rayon Cibir kəndində 2000(iki min)manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib xx.xx.2022-ci il tarixdə Qusar şəhər avtovaqzalmda Qusar şəhər sakini Zərərçəkmiş şəxs4 ikinci iş olaraq, eləcə də sonuncunun doğma qızı Şahid2 Qusar rayon MXPHŞ-nə porter vəzifəsinə işə düzəldəcəyi adı ilə öz aralarında şifahi razılıq əldə etmiş, daha sonra Zərərçəkmiş şəxs4nm etibarından sui-istifadə edərək ondan 6000 (altı min) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2022-ci ilin oktyabr ayında Qusar rayonu, Atluxan kənd sakini Zərərçəkmiş şəxs3 ilə sonuncunun doğma dayısı oğlu X5 Qusar rayon MXPHŞ-nin “Acil şöbəsinə” 13.000(on üç min) manat müqabilində sürücü qismində işə düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında Şixmət Balamətovla danışığı davam etdirərək, etibarından sui-istifadə edib ondan Qusar şəhər “Avtovağzal” ərazisində 4000 (dörd min) manat pulu, daha sonra isə eyni sövdələşmənin davamı olaraq vahid niyyətlə Zərərçəkmiş şəxs3 aldadaraq, ondan "xxxx" ASC-nin Qusar rayon filialının yaxınlığında 2023cü ilin yanvar ayında 9055 (doqquz min əlli beş) manat pulu, cəmi isə vahid niyyətlə 13055 manat pulu qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2023-cü ilin yanvar ayında Qusar rayonu Yasab kənd sakini Zərərçəkmiş şəxs7 ilə sonuncunu Qusar rayon MXPHŞ-də 2000(iki min)manat müqabilində tibb bacısı qismində işə düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında Zərərçəkmiş şəxs7 ilə danışığı davam etdirərək, etibarından sui-istifadə edib ondan Qusar rayon MXPHŞ-nin yaxınlığında 2000 (iki min) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Qusar RMXPHŞ-nin xx.xx.2023-cü il tarixdə Qusar rayonu Hil kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs13 sonuncunu Qusar rayon MXPHŞ-də 2500(iki min beş yüz) manat müqabilində sanitar işçi qismində işə düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında onunla danışığı davam etdirərək etibarından sui-istifadə edib ondan Qusar RMXPHŞ-də 2500 (iki min beş yüz) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə Quba rayonu, Dağlı kənd sakini Zərərçəkmiş şəxs9 ilə sonuncunun doğma qızı, Şahid6 Qusar rayon MXPHŞ-də 2000(iki min) manat müqabilində tibb bacısı qismində işə düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında Zərərçəkmiş şəxs9lə danışığı davam etdirərək, etibarından sui-istifadə edib ondan Quba şəhəri ərazisində 2200 (iki min iki yüz) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə Qusar rayonu, Hil kənd sakini Zərərçəkmiş şəxs8 Ələddin oğlu ilə sonuncunun doğma qızı, Şahid3 Qusar rayon MXPHŞ-də porter vəzifəsinə 2000 (iki min) manat müqabilində düzəldəcəyi barədə razılığa gəlmiş, həmin razılıq əsasında Zərərçəkmiş şəxs8la danışığı davam etdirərək, etibarından sui-istifadə edib ondan Qusar rayonu Hil kəndi ərazisində 2000 (iki min) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs12 əlillik pensiyası düzəltmək adı ilə “Elit” adlı çayxanada 1500 manat pul almış, həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs5 Hüseynbala oğlundan mühafizəçi qismində işə düzəltmək adı ilə 2500 manat pul almış, həmin puldan 1000 manat qaytarmışdır. X1 2000 manat pulu sonuncunu mühafizəçi qismində işə düzəltmək adı ilə almış, həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs4 onu 2-ci iş qismində işə düzəltmək adı ilə və onun qızını xəstəxanada işə düzəldəcəyi adı ilə 6000 almış, həmin puldan 1000 manat qaytarmışdır. Zərərçəkmiş şəxs10 onun oğlu Əkbər Paşayevi mühafizəçi qismində işə düzəltmək adı ilə 2000 manat almış, həmin pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs10 onun gəlini Şahid7 tibb bacısı qismində işə düzəltmək adı ilə 3000 manat almış, qaytarmamışdır. Zərərçəkmiş şəxs11 mühafizəçi qismində işə düzəltmək adı ilə həmin şəxsdən 2000 manat, Zərərçəkmiş şəxs7 xəstəxanada işə düzəltmək adı ilə həmin şəxsdən 2000 manat, Zərərçəkmiş şəxs13 sanitar işçi qismində işə düzəltmək adı ilə həmin şəxsdən 2500 manat, Zərərçəkmiş şəxs9 Şahid6 tibb bacısı qismində işə düzəltmək adı ilə 2500 manat, Zərərçəkmiş şəxs8 Ələddin oğlundan sonuncunun qızı Şahid3 porter vəzifəsində işə düzəltmək adı ilə 2000 manat pul almış, aldığı pulları qaytarmamışdır. Zərərçəkmiş şəxs3 dayısı oğlu X6 Acil şöbəsinə sürücü qismində işə düzəltmək adı ilə 13000 manat deyil 4000 manat pul almamışdır. 13000 manat pulun 9000 manat hissəsini İlkin iş yoldaşı olduğundan, onunla yaxın münasibətləri olduğundan və həmin vaxt problemləri olduğundan həmin şəxsdən borc kimi almışdır. Aldığı bütün pulları şəxsi problemlərini həll etmək üçün xərcləmişdir. Lakin, onun həmin vaxt olmuş şəxsi problemlərini sübut edəcək heç bir sübutu yoxdur. Ona möhlət verilsə şəxsi mülkünü satıb zərəri qaytaracaqdır. Zərərçəkmiş şəxs6 dair hissədə isə özünü təqsirli bilmir və həmin şəxsdən 31000 manat pulu xaricdən avtomobil hissələrinin alqı-satqısı üçün deyil, borca almışdır. O, Zərərçəkmiş şəxs6 bir nüçə dəfə fazilə borc pul götürmüş, həmin borcları qaytarmış, hazırda həmin şəxsə 3000 manat borcu qalmışdır. O, heç vaxt Zərərçəkmiş şəxs6 xaricdən avtomobil ehtiyat hissələrini gətirib satmağı və gəlir əldə etməyi təklif etməmiş, bununla bağlı aralarında razılaşma olmamışdır. Zərərçəkmiş şəxs6 onun əvvəllərdən tanıdığı şəxs olmuş, ona görə də, özünün iş görməsi adı ilə Tamilladan borc pul istəmiş, həmin şəxs isə ona faizlə pul vermişdir. O, hər həftə Tamilladan aldığı pula görə həmin şəxsə pul qaytarmışdır. Sonradan onun problemləri olduğuna görə borcunu qaytara bilməmişdir. Bu barədə ibtidai istintaq zamanı da bildirmiş, hazırda həmin hissədə istintaqa verdiyi ifadəni təsdiq edir. O, Tamilladan pulu borclarını qaytarmaq üçün almışdır. Aldığı pulu isə bir həftəyə, 10 günə qaytarırdı. Zərərçəkmiş şəxs6 ilə aralarında olan “What’s up” proqramı vasitəsilə aparılan danışıqlar zamanı “18000 problem deyil, onu demirəm, 13000 sənə verəcəm, bu gün səhər, ya da sabah, 13000 verdim, 18000 isə doktor həftənin üçüncü günü 1250, həftənin 6-cı günü 1250, onlar hamısı mənim yadıdımdadır, birinci gün 1250, yenə həftənin 3-cü günü 1250” sözləri ilə bağlı bildirir ki, verilməli olan 1250 manatlar faiz pullardır, o, həftənin 1, 3 və 6-cı günləri 1250 manat olmaqla Tamillaya faiz pul verirdi. O, bu şəkildə Tamillaya təxminən 28000 manata kimi pul qaytarmışdır. Tamilladan axırıncı dəfə yanvar ayında 3000 manat almışdır. O, hər həftə, həftədə 3 dəfə olmaqla faizləri Tamillaya qaytarmışdır. Hətta elə olub ki, pul çatmayıb, bir gün keçdiyi üçün üzərinə 50 manat pul gəlib. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ittiham üzrə özünü hansı epizodlara görə təqsirli bilirsə, mülki iddiaları da həmin hissədə qəbul edir, dəymiş zərərləri ödəmək niyyətindədir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla Mərkəzi Xəstəxanada bir yerdə işləmişdir. Onun dolanışığı çətin olmuş, oğlu da işsiz olmuşdur. O, Teymura inanmışdır ki, həmin şəxs oğlunu işə düzəldə bilər. Bununla bağlı Teymura 2000 manat pul vermiş, lakin Teymur onun oğlunu heç bir işə düzəltməmiş, pulunu da qaytarmamışdır. Teymurun iş düzəltmə ilə məşğul olmasını başqa şəxslərdən eşitməmiş, Teymurla bu barədə məsləhətləşəndə həmin şəxs özü ona təklif etmişdir. Teymur pulu aldıqdan sonra 1 həftə ərzində oğlunu işə götürəcəklərini demiş, lakin həmin şəxs tutulandan sonra bilmişdir ki, verdiyi pul batmışdır. O, Teymurdan tez bir zamanda pulunu qaytarmasını tələb edir. Ona dəymiş ziyan ödənildiyi təqdirdə şikayəti olmayacaqdır. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Mülki iddiaçı qismində izahatında Zərərçəkmiş şəxs1 qaldırılmış iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, qızını işə düzəltmək üçün xəstəxanaya getmiş, orada Teymuru görüb ona yaxınlaşmış, həmin şəxs qızını işə düzəldə biləcəyini demişdir. Teymur kimisə adını çəkməmiş, onun qızını özünün işə düzəldəcəyini demişdir. Bundan sonra o, bankdan kreditlə 6000 manat pul götürüb Teymura vermişdir. Pulu verdikdən sonra Teymur onları özünün göy rəngli nivası aparıb evə düşürmüşdür. Bundan sonra işlə bağlı heç bir xəbər çıxmamış, o, Teymurdan qzının adının qeydiyyata alınması ilə bağlı şəkil istəmiş, Teymur ona şəkil atmış, lakin Teymur ona yalan deyirmiş. Teymuru əvvəllər tanımamış, onu təsadüfən tanımışdır. Teymurdan heç bir xəbər gəlmədiyinə görə onun anasına müraciət etmiş, Teymurun anası ona 1000 pul vermiş, 5000 manat isə qalmışdır. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Mülki iddiaçı qismində izahatında Zərərçəkmiş şəxs4 qaldırılmış iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, onun qızı Şahid6 Qusarda tibb kurslarında oxumuşdur. Qızı Elvanə bir gün gəllib ona demişdir ki, xəstəxanaya işə düzəlmək üçün Teymur adlı şəxsə müraciət etmək lazımdır. Xəstəxanada iki ədəd vakansiya olmuşdur. O, fevral ayının 14-də xəstəxananın mühafizə xidmətinin rəisi işləyən Teymurla görüşmüş və sonuncu qızının qeydiyyat şöbəsində işləyə bilib-bilməyəcəyini soruşmuş, o isə işləyə biləcəyini demişdir. O, həmin işin düzəlməsi üçün nə qədər pul verməli olduğunu soruşmuş, Teymur isə ondan 2200 manat pul istəmişdir. Bundan sonra o, evə qayıtmış, 15 dəqiqədən sonra ona zəng gəlmişdir ki, iş düzəlir, pulu çatdırmaq lazımdır. Evdə onun bir az pulu olmuş, 2200 manat pul tam olmamış, evdə olan paltaryuyan maşını satmış, həmçinin 400 manat da borc alıb 2200 manat pulu düzəldib Teymura vermişdir. Həmin pulu Quba şəhərində yerləşən “Megastor”un qabağında görüşüb vermişdir. Teymur ona demişdir ki, 1 həftəyə qızını xəstəxananın mühasibatlıq şöbəsinə çağıracaqlar. Həmçinin bildirmişdir ki, əgər çağırsalar, onsuz getməsinlər. Həmin vaxtdan 1-2 həftə vaxt keçmiş, lakin heç bir xəbər gəlməmişdir. Nəhayət özü Teymura zəng edib iş barədə soruşmuş, həmin şəxs ona narahat olmamağı, işin düzələcəyini demişdir. Sonra iş yenə uzanmış, bir müddət sonra isə Teymur onun telefon zənglərinə cavab verməmişdir. Bir müddət sonra Teymur özü ona zəng edib bildirmişdir ki, əgər narahatdırsa ona kart nömrəsi göndərsin, ki, pulu həmin karta köçürsün. O, elə də etmiş, lakin Teymur pulu göndərməmişdir. Teymura zəng etmiş, lakin telefonuna zəng çatmamışdır. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Mülki iddiaçı qismində izahatında Zərərçəkmiş şəxs9 qaldırılmış iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, o, X9 işə düzəlmək istəmiş, bununla bağlı xəstəxanada işləyən uzaq qohumu Ulduz adlı şəxsin yanına getmiş, həmin şəxsdən xəstəxanaya necə işə düzələ biləcəyini soruşmuş, Ulduz isə onu Teymur adlı şəxsin işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, Teymura müraciət edib onunla danımşış, Teymur ondan pul istıəmiş, o, isə işə düzəlmək üçün Teymura gətirib xəstəxanada 2500 manat pul vermişdir. Lakin, Teymur onu nə işə düzəltməmiş, nə də pulunu qaytarmamışdır. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Mülki iddiaçı qismində izahatında Zərərçəkmiş şəxs13 qaldırılmış iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Teymurla bir yerdə işləmiş, onunla iş yoldaşı olmuşlar. O, 2-ci qrup əlildir, travması var, ona görə Teymura pul verdiyi tarixlər dəqiq yadında qalmamışdır. Teymur ondan 9055 manat pul almışdır. Belə ki, 2022-ci ilin oktyabr ayında Teymur 2023-cü ildə xəstəxanada sürücülüyə vakansiya açılacağını bildirmiş o isə dayısı oğlunu sürücü kimi işə düzəltmək üçün Teymura pul vermişdir. Dayısı oğlu da kredit götürmüş və Teymura 4000 manat pul vermişdir. Həmin pul kifayət etmədiyinə görə o, da kredit götürmüş və ümumilikdə Teymura 13055 manat məbləğində pul verilmişdir. Əvvəlcə Teymur həmin məsələyə görə 8000 manat pul istəmiş, sonradan demişdir ki, həmin vakansiyaya müraciət çoxdur, ona görə əlavə yenə pul vermişdir. Teymura verdiyi pulu 7500 manat hissəsini “Kapital Bank”dan kredit alıb vermişdir. O, Teymura verdiyi pulu borc kimi verməmiş, ona borc verəcək 9000 manat pulu olmamışdır. İstintaq zamanı Teymurla üzləşərkən həmin şəxs hər şeyi boynuna almışdır. O, 2023-cü ilin yanvar ayında Teymura 9055 manat pul vermişdir. O, krediti iki il müddətinə götürmüş, sonradan krediti ödəmək üçün imkanı olmamış, Teymur da pulu qaytarmamış, bankda adı gecikməyə düşmüşdür. Kreditin ödənilməsi vaxtı gələndə Teymur 200 manat ödəmiş, o, da 100 manat ödəmişdir. O, Teymura demişdir ki, kreditin hamısını o özü ödəsin, lakin Teymur pulunun olmadığını demişdir. Pulun qaytarılması ilə bağlı o, Teymurun evinə getmiş, pulu qaytarmasını demiş, Teymur maşınını satıb qaytaracağını demişdir. Teymuru maşını satmış, lakin onun pulunu qaytarmamışdır. Sonra Teymur evi satıb pulu qaytaracağını demiş, lakin evin sənədləri düzəlməmişdir. Hazırda o, pulunun qaytarılmasını tələb edir, bununla bağlı Teymura vaxt verilməsini istəyir. Onun Teymurdan tələb etdiyi məbləğ 9055 manatdır. Qalan 4000 manat dayısı oğlunun puludur. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Mülki iddiaçı qismində izahatında Zərərçəkmiş şəxs3 qaldırılmış iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, taksi sürücüsü işləyir. Onun Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətində işləyən dostları olmuş, o, da mühafizədə işləmək istəmiş, bu məqsədlə 2022-ci ilin aprel ayında xəstəxanaya getmişdir. Orada tanışları Teymuru çağırmış, Teymur ona bildirmişdir ki, onu mühafizəyə işə düzəltmək olar. O, evə gedib bu barədə danışmış, 2500 manat pul düzəltmiş və aparıb Teymura vermişdir. Bundan sonra iş düzəlməmiş, pulu Teymurdan geri istəyəndə həmin şəxs maşının, evinin satılmağından danışmış, bəhanələrlə pulu qaytarmağı yubatmışdır. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 Ələddin oğlu ifadəsində göstərmişdir ki, onun qızının həyat yoldaşı vəfat etmiş və qızı iki uşaqla tək qalmışdır. Qızını bir neçə dəfə işə düzəltmək istəmiş, lakin alınmamışdır. Sonra bir nəfər ona demişdir ki, Teymur adlı bir nəfər şəxs var, o, qızını işə düzəldə bilər. O, Teymurla əlaqə saxlamış, onunla görüşmüş və Teymur qızını işə düzəldə biləcəyəni bildirib ondan 2000 manat pul istəmişdir. O, həmin pulu Teymura vermiş, bundan 2-3 ay vaxt keçmiş, lakin Teymur onun qızını işə düzəltməmişdir. O, bununla bağlı bir neçə dəfə Teymurun evinə getmiş, hər dəfə anası evdə olmadığını demişdir. Axırda məcbur olub polisə müraciət etmişdir. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki, o, əvvəllər əlilliyə görə pensiya almış və sonradan pensiyasını kəsmişlər. Bununla bağlı o, Xaşçmaz rayonu Xudat şəhərində bir nəfər şəxslə görüşmüş və həmin şəxs ona Teymur adlı şəxsin kömək edə biləcəyini demişdir. Bundan sonra o, pensiya məsələsinin düzəlməsi üçün Teymura 1500 manat pul vermiş, lakin pensiya məsələsi alınmamış, Teymur pulunu da qaytarmamışdır. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs10 adlı şəxs ona zəng edib onları Qusar şəhərinə aparmağı xahiş etmiş, o da razılaşıb onları Qusara xəstəxanaya aparmışdır. X13 görüşmüşlər, iş barədə danışmışlar, həmin vaxt Teymur ona işə düzəlməyi təklif etmiş, o da razılaşmışdır. Teymur ondan bunun üçün 2000 manat pul istəmiş və o, axşam Teymurun göndərdiyi adama 2000 manat pul vermiş, həmin şəxs də pulu aparıb Teymura vermişdir. Lakin, Teymur onu işə düzəltməmiş, pulunu da qaytarmamışdır. Odur ki, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qusar rayon Mərkəzi Xəstəxanasında mühafizənin rəisi işləmişdir. O, Teymuru alicənab insan kimi tanımışdır. Geyimi və danışığı ilə özünü çox alicənab göstərmişdir. Teymur bir gün ona yaxınlaşmış və demişdir bir iş var, avtomobil hissələrini xaricdən ikisi pul qoyub gətirsinlər. O, demişdir ki, niyə bu barədə ona deyir, Teymur isə demişdir ki, o, bir çox insana demiş və indi də ona deyir. O, əvvəlcə Teymurla razılaşmamış və onun imkanının olmadığını demişdir. Həmçinin, bildirmişdir ki, o, bu cür işlərlə məşğul olmur. Amma Teymur onu dilə tutub razı salmışdır. Teymur bildirmişdir ki, Gürcüstan gömrüyündə general var, onun qohumudu və 1-2 aya təqaüdə çıxır. Bu ara yaxşı vaxtdı, orda TİR dayanıb və həmin TİR-a ehtiyat hissələri vurub gətirsinlər. Teymur demişdir ki, əldə olunan satış puldan 40% onun, 60% isə özünüə qalacaqdır. O, Teymurdan nə qədər pul lazım olduğunu soruşmuş, Teymur isə hələ ki, bilinmədiyini, ordan xəbər gələn kimi nə qədər pul lazım olduğunu ona deyəcəyini bildirmişdir. O, da bununla razılaşmışdır. Sonradan isə hər dəfə zəng edib 2-3 saat ərzində pul vermək lazım olduğunu bildirmişdir. Bu dəfələrlə təkrarlanmışdır. Teymur tələsməməsini, hər şeyin yaxşı olacağını və orada yaxşı iş getdiyini, Xudatda, Qubada və Qusar rayonu Hil kəndində onunla ortaq olan şəxslərin namaz qılan şəxslər olduqlarını demişdir. O, Teymura cəmi 31000 manat pul vermiş, Teymur hissəhissə olmaqla bu pulu ondan almışdır. O, ilk dəfə Teymura 3000 manat pul vermişdir. Həmin 3000 manatın gəlirini götürməmişdir. Teymur demişdir ki, satış olanda onun pulunu da qaytaracaq, qalan xeyri isə böləcəklər. Teymur ondan aldığı pulu qaytarmadlığı halda yenidən ona pul verməsinin səbəbini izah edə bilmir, hesab edir ki, səhv edib. Dekabr ayında Teymur ona 2400 manat pul vermiş, lakin bir-iki saat keçdikdən sonra Teymur ona zəng etmiş və təcili pul lazım olduğunu bildirib verdiyi 2400 manatı geri istəmişdir. O, həmin puldan Teymura 1000 manat vermişdir. Teymur ona cəmi 1400 manatı qaytarıb, qalanı qalıb. O, Səbinə və Natəvan adlı şəxsləri tanımır. Teymur hər dəfə tez-tez onların adını çəkmiş, onlarla da iş qurduğunu demişdir. Lakin, o, həmin şəxslərin kimliyi ilə maraqlanmamışdır. Teymur bir-iki dəfə ona zəng edərək və yazışma zamanı “sən pulu mənə faizlə vermədin?” sözlərini qəsdən, sonradan şantaj etmək məqsədilə demişdir. Teymur sonradan faiz söhbətini başqa mənaya çevirmişdir. Teymurla avtomobil ehtiyat hissələrinin gətirilməsi adı ilə aralarında hər hansı müqavilə olmamış, hansı mağazadan almasını və təhvil verməsini təsdiq edən sənədlər olmamışdır. Zərərçəkmiş şəxs6 həmçinin bildirmişdir ki, Teymura cəmi 31000 manat pul vermiş, həmin pulun 27000 manatını bacısından almışdır. Səs yazılarında qeyd olunan “mən bilirəm faiz puldur, sən məndən əsas məbləği almısan, indi məni şantaj edirsən”, “mən bilirəm faiz puludur” deməklə gələn gəliri nəzərə tutmuşdur. Protokolda qeyd olunan “ümumi nə qədər oldu, 6000, 6000, 6000”, “19600 manat”, “Bəs bizim çörək yediyimiz pullar nə oldu” sözləri ilə bağlı bildirir ki, “6000, 6000, 6000 və 1600” ona borclu olan pullardır. Bu pulları sənə guya verəcəyəm deməkdir, o biri qalan hissəni də verəcəyəm, özgənin pullarıdır, heç olmasa özgənin olan pulları ver, qalan pulu da sonra verərsən demək istəmişdir. O, Teymurun yalan danışdığını bilib aparılan danışıqlarda başqasının pulu olduğunu deyib pulun qaytarılmasını tezləşdirmək istəmişdir. Əslində İradə adlı şəxs yoxdur. Həmçinin, səs yazısında “biz buna nə qədər borcluyuq, 13600+6000” sözləri o deməkdir ki, həmin məbləğ başqa şəxsdən götürdüyü pullardır. Səs yazısında Teymurun “bundan üç dəfə 6000 aldıqmı” deməsi, onun da “6000 üç dəfəyə aldıq. 1 dəfə 1600, 3000 mən sənə verdimmi, 1600 mənimdir, 1400 onundur” deməsi ilə bağlı bildirir ki, Teymur 3000 manatı hissə-hissə götürmüşdür. Hətta, polisdə də Teymur etiraf etmişdir ki, ondan pul almış və demişdir ki, qaytaracaqdır. Sonra isə Teymur ifadəsini dəyişmişdir. O, Teymura 2022-ci il oktyabr ayında 9000, 2022-ci il dekabr ayında 13000 manat, yanvar ayında da 9000 manat pul vermişdir. Oktyabr ayında verdiyi 9000 manatdan sonra dekabr ayında verdiyi 13000 manata kimi Teymur ona cəmi 2400 manat pul qaytarıb, bir az sonra da gəlib pulu yenidən ondan almışdır. Teymurla aralarında olan danışıqlar yanvar ayında aparılıb. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 eyni zamanda Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia təmin edilməklə həmin şəxsdən 31000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 Sabir qızı ifadəsində göstərdi ki, onun atası onu işə düzəltməsi üçün Teymura müraciət etmiş, Teymur onu xəstəxanada porter vəzifəsinə düzəldəcəyini demiş və atası həmin işə görə Teymura 2000 manat pul vermişdir. Teymur onu işə düzəltməmiş, pulu da qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Quba rayon sakinidir, bacısı ilə birlikdə Qusar şəhərində yerləşən “Edu Qrant” tibb kursuna hazırlığa gedib orada təhsil almışdır. Həmin hazırlıq kursunda Heydər adlı müəllim olmuş, həmin şəxs ona xəstəxanada iş təklif etmiş, o, isə işləməyə razı olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra Heydər zəng edib demişdir ki, xəstəxanaya gəlsin, orada iş barədə onunla danışacaqlar. Sonra dərsə gələndə Heydər yenə bu barədə danışmış, işə düzəlmək üçün müəyyən məbləğdə pul verilməli olduğunu, həmin pulu verdikdən sonra onu işə götürəcəklərini demişdır. O, bu barədə evdə atasına demiş, atası pulu düzəldib verməyə razılaşmışdır. Bundan sonra Heydər səhər vaxtı zəng edib atası ilə xəstəxanaya gəlməsini demiş və o, atası ilə xəstəxanaya getmişdir. Orada onlar Heydərlə görüşmüşlər, işi düzəldən adamı soruşmuşlar, bir az keçdikdən sonra Heydər onları Teymur adlı şəxslə görüşdürmüşdür. Teymur onun atasına demişdir ki, onu xəstəzanada qeydiyyat şöbəsinə düzəldəcək, əmək haqqı 600 manat olacaqdır. Buna görə Teymur onlardan 2200 manat pul istəmiş, həmin pulu 2 saata çatdırmalı olduqlarını demişdir. Atası bununla razılaşmış və onlar Qubaya qayıtmışlar. Onun özünün yığdığı pul olmuş, evdəki paltaryuyan maşını satmışlar, 400 manat borc almışlar və 2200 manatı düzəltmişlər. Bundan sonra Teymur Qubaya gəlmiş, orada atası ilə görüşmüş və atası 2200 manat pulu Teymura vermişdir. Bundan sonra xeyli müddət keçmiş, lakin Teymur onu işə düzəltməmiş, pulu da qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, onun qayınatası ona demişdir ki, Teymur adlı şəxs var və həmin şəxs müəyyən məbləğdə pul müqabilində onu xəstəxanaya tibb bacısı vəzifəsinə düzəldəcəkdir. Həmçinin, bildirmişdir ki, Teymur adlı şəxs onun həyat yoldaşını da işə düzəldəcəkdir. Lakin, həyat yoldaşını hansı işə düzəldəcəyini bilməmişdir. Onun işə düzəlməsi üçün Teymura 3000 manat, həyat yoldaşının işə düzəlməsi üçün isə 2000 min pul verilmişdir. Məsələnin detalları olan məlum deyil, çünki o, söhbətlərdə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, əvvəllər Teymuru tanımamış, həyat yoldaşının işə düzəldilməsi məsələsinə görə həmin şəxsi tanımışdır. Həyat yoldaşının işə düzəldilməsi üçün o, Teymura 2500 manat pul vermişdir. Həmin pulu o, şəxsən Teymura verməmiş, xəstəxanada işləyən Ulduz adlı qohumu var, pulu həmin şəxsə vermiş, o, da pulu Teymura vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 qızı ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də təsərrüfat başçısı işləmiş, hazırda isə bufetçi işləyir. Leyla onun həyat yoldaşının bibisi nəvəsidir. Leyla xəstəxanaya onun yanına gələndə orada işləmək istədiyini demişdir. O, da sonradan bu barədə xəstəxananın mühafizə xidmətinin rəisi Teymura demişdir. Belə ki, Teymurun 1-2 dəfə bir-iki şəxsi işə düzəltdiyini eşitmiş və ona görə də bu barədə ona demiş və Teymurla özünün danışmasını demişdir. Daha sonra isə Leyla işə düzəlmək adı ilə Teymura 2500 manat məbləğində pul vermişdir. Lakin, sonradan Teymur verdiyi sözünün üstündə durmamış və Leylanı işə düzəltməmişdir. Pulunu da bildiyinə görə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Teymur Laçınovu tanıyır və onunla hər hansı ədavəti yoxdur. Onu bilir ki, Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə bəzi şəxslərdən pul almış, lakin sonradan pullarını qaytarmamış, verdiyi vədinə əməl etməmişdir. Şahid6 ona müraciət edərək işə düzəlmək istədiyini bildirmişdir. O, da Teymuru “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-də mühafizənin rəisi kimi tanıdığından Elvanəyə bildirmişdir ki, işə düzəlmək üçün Teymura müraciət etsin. Bundan 10-15 gün sonra isə Elvanə işinin düzəlmədiyini ona demiş və o, da Teymura niyə belə etdiyini demişdir. Teymur isə “mənlikdir” deyərək cavab vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v 102). İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 1925 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, xx.xx.2006-cı il təvəllüdlü qızı Aysel Laçinovadan və xx.xx.2009-cu il təvəllüdlü oğlu Nadir Laçinovdan ibarətdir. İş materiallarında olan Qusar rayon İHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Laçinov X12 yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş AZ-İ 807590 və AZ-İİ 242859 saylı doğum haqqmda şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2006-cı il təvəllüdlü Aysel və 24 yanvar 2009-cu il təvəllüdlü Nadir adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Göründüyü kimi Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 Minətull oğluna, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 Ələddin oğluna münasibətdə ittiham olunduğu cinayət əməllərini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Bununla belə məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qarşı dələduzluq cinayətini törətməsi barədə irəli sürülmüş ittiham təsdiq olunmadı. Belə ki, dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui- istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. Eyni zamanda qeyd olunamlıdır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən "yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1 -ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 qarşı dələduzluq etməsi barədə elan olunmuş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, təkrarən Qusar RMXPHŞ-nin Təhlükəsizlik Bölməsinin müdiri vəzifəsində olmaqla öz qulluq mövqeyindən istifadə edib 2022-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə Qusar şəhər sakini Zərərçəkmiş şəxs6 ilə xaricdən avtomobil hissələri gətirib satmaqla qazanc əldə edəcəkləri adı ilə öz aralarında şifahi razılıq əldə etmiş, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək vahid niyyətlə ondan 2022-ci ilin oktyabr ayında 9000 manat, dekabr ayında 13000 manat və 2023-cü ilin yanvar ayında isə 9000 manat olmaqla, ümumilikdə 31000 (otuz bir min) manat pul almaqla özgənin əmlakını qanunsuz ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ilə xaricdən avtomobil hissələri gətirib satmaqla qazanc əldə edəcəkləri adı ilə öz aralarında şifahi razılıq əldə etməsi, həmçinin onun Zərərçəkmiş şəxs6 aldığı pulları əvvəlcədən həmin şəxsi aldatma niyyəti ilə alması ona istinad olunan cinayətin subyektiv cəhətinin formalaşması və bununla da əməlində cinayət tərkibinin mövcudluğu baxımından əsas sübutetmə predmetidir. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 aldığı pul vəsaitlərini ələ keçirmək niyyətinin, həmin pul vəsaitlərinin ona verilməsinədək mövcud olması və buna müvafiq olaraq məqsədinin məhz pul vəsaitlərinin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi sübuta yetirilməlidir. İttiham tərəfi Təqsirləndirilən şəxs ona istinad olunan həmin cinayət əməlini törətməsini təsdiq edən sübut kimi Zərərçəkmiş şəxs6 ifadəsinə və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ilə telefon danışığı zamanı qeydə alınmış səs yazısı olan diskə baxış keçirilməsi haqqında 25 aprel 2023-cü il və 26 aprel 2023-cü il tarixli protokollara istinad etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda pul vəsaitlərinin verilməsi təsdiq olunsa da, həmin pulun Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında xaricdən avtomobil hissələrinin gətirilib satılması barədə əvvəlcədən əldə olunmuş razılıq əsasında verilməsi öz təsdiqini tapmamış və Zərərçəkmiş şəxs6 bu barədə verdiyi ifadəsindən başqa, həmin halı təsdiq edən digər sübut isə mövcud deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda onun Zərərçəkmiş şəxs6 üç dəfə olmaqla, cəmi 31000 manat məbləğində pul alması göstərilsə də, Zərərçəkmiş şəxs6 özünün məhkəmə iclasında vermiş olduğu ifadəsində “Təqsirləndirilən şəxs 6-8 və hətta daha artıq dəfə pul verdiyini, pulu verdikdən sonra Təqsirləndirilən şəxs avtomobil ehtiyat hissələrini gətirib-gətirməməsindən, onları satıb gəlir əldə edib-etməməsindən xəbəri olmadığını, bu barədə Teymurdan hər hansı sənəd tələb etmədiyini və bununla maraqlanmadığını” bildirmişdir. Bu, isə Təqsirləndirilən şəxs əvvəlcədən Zərərçəkmiş şəxs6 ilə avtomobil ehtiyat hissələrinin gətirilib satılması və gəlir əldə olunması barədə razılıq əldə etməsi halının mövcudluğunu əsaslı şəkildə şübhə altına alır. Halbuki, Təqsirləndirilən şəxs əvvəlcədən Zərərçəkmiş şəxs6 aldatmaq niyyətinin mövcud olması, həmin şəxslərin arasında qeyd olunan razılaşmanın mövcud olması halı ilə birbaşa əlaqəlidir və bu, Təqsirləndirilən şəxs bununla bağlı elan olunmuş ittihamın mahiyyətini təşkil edən əsas hallardan biridir. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamı təsdiq edən sübutlardan biri kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ilə telefon danışığı zamanı qeydə alınmış səs yazısı olan diskə baxış keçirilməsi haqqında 25 aprel 2023-cü il tarixli protokol tədqiq edilərkən aşağıdakılar müəyyən olunur: Təqsirləndirilən şəxs “K-1” bildirir: Doktor, faiz pulunu qaytarmıram deyəcəklər? Zərərçəkmiş şəxs6 “K-2” bildirir: Faiz sualını verməyəcək, borcludur qaytarmır. Təqsirləndirilən şəxs “K-1” bildirir: Sən bilirsən bu faiz puludur, mən də bilirəm faiz puludur, bəs necə olacaq? Zərərçəkmiş şəxs6 “K-2” bildirir: Mən bilirəm faiz puludur, sən məndən əsas məbləği almısan, indi məni faizlıə şantaj edirsən? Təqsirləndirilən şəxs “K-1” bildirir: Bunlar faiz pulunu istəyəcəklər? Zərərçəkmiş şəxs6 “K-2” bildirir: Öz pulunu istəyir. Təqsirləndirilən şəxs “K-1” bildirir: Biz buna nə qədər borcluyuq? Zərərçəkmiş şəxs6 “K-2” bildirir: 13,600 üstə gəl 6000 manat. Təqsirləndirilən şəxs “K-1” bildirir: Bundan 3 dəfə 6000 aldıqmı? Zərərçəkmiş şəxs6 “K-2” bildirir: 6000, 3 dəfəyə aldıq, bir dəfə də 1600, mən də sənə 3000 verdimmi? 1600 mənimdir, 1400 onundur. Təqsirləndirilən şəxs “K-1” bildirir: Ümumi nə qədər oldu? 6000, 6000, 6000 Zərərçəkmiş şəxs6 “K-2” bildirir: 19,600 manat Təqsirləndirilən şəxs “K-1” bildirir: Bəs bizim çörək verdiyimiz və digər pullar nə oldu? Zərərçəkmiş şəxs6 “K-2” bildirir: Sən İradədən 2 dəfə 6000 aldın, 6000 də ondan aldınmı? Təqsirləndirilən şəxs “K-1” bildirir: Mən İradədən 12000 aldım. Zərərçəkmiş şəxs6 “K-2” bildirir: 12000 də, sən ona 13600 verməlisən. Təqsirləndirilən şəxs “K-1” bildirir: Hə, 13600 onun pulu, həftədə hər dəfə İradəyə 1200 manat pul vermişik. Zərərçəkmiş şəxs6 “K-2” bildirir: Sən verib yenə almısan da. Təqsirləndirilən şəxs “K-1” bildirir: Mən bir iki dəfə almışam, ona 10 dəfə 12000 manat pul vermişəm. Zərərçəkmiş şəxs6 “K-2” bildirir: Sonra qaytarıb almısan. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamı təsdiq edən sübutlardan biri kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 ilə telefon danışığı zamanı qeydə alınmış səs yazısı olan diskə baxış keçirilməsi haqqında 26 aprel 2023-cü il tarixli protokol tədqiq edilərkən aşağıdakılar müəyyən olunur: Təqsirləndirilən şəxs (K-l), Zərərçəkmiş şəxs6 (K-2) K-l : “ O gün bibinin yanında demədim, yeznəmin ,„„Rəşid generalın tikindisinə prorablıq edir, zəng elədi bacım heçnə deməmiş, and aman edir hamısı getməlidir Bakıya, kimsə xeyri tutmasın, birdə o oğlanlar vara ha onlarla bu gün saat 4-də bizim görüşümüz var” K-2 : “Dünən niyə görüşmədiniz ” K-l: “Dünən sən mənim vəziyyətimi görmədin? K-2 : “Qulaq as 3000, 18000 oldumu can, ” K-l : “18000 problem deyil onu demirəm, 13.000 mən sənə verəcəm ya bu gün səhər ya da sabah, 13000 verdim, 18.000 isə doktor həftənin 3-cü günü 1250, həftənin 6-cı günü 1250 onlar hamısı mənim yadımdadır, 1-ci gün 1250, yenə həftənin 3-cü günü 1250” K-2: “ Varmı? Verə biləcək” K-l: “Hə ye hə pul qazanmaq mənlikdir, sabah həftənin 6-cı günü” K-2: “Sabah həftənin 5-ci günüdür” K-l: “'Dayan, dayan başqa şeyə baxıram, 4 sabah 5 olur 5 vuraq 1250- yə 6250 oldumu, üstünə yazaq 18000, 24250 manat bu onun puludur, mənim pulum 10000 və 3000, 13000 oldu, 1000-də belə belə ayrı-ayrı vaxtlarda buda 14000” K-2: “Can Teymur sənə mən zəng edərək telefonda demək istəmirdim,” K-l: “Yaxşı-yaxşı bu gün saat 4-də” K-2: “Keçən gecə yatmamışam oturub ya Allah deyərək „„, uşaqlar da o insanlar da” K-l: “Mən sənə qarşı pis olmuşam ki? ” K-2: “Son vaxtlar biraz vredni olmusan, amma belə normalnı, bilirəm sən stress keçirirsən, mən bilirəm sən dələduz deyilsən,” K-l: “Doktor” K-2: “ Can Teymur mənim adımı tutanda ağzından vururam” K-l: “Hər şeyi danışım sənə?” K-2: “Hə, mən heç kəsə heçnə deyən deyiləm, səndən nə almışam, nə vermişəm heç kəsə deyən deyiləm” K-l: “Mübariz tutulmazdan iki ay əvvəl mənə dedi ki, təzə ştatlar açılır noyabr ayında xadimələr, mühafizəçilər və.s bir 15 adam var məndə götürüb gətirdim, 3500 manatdan götürüb, 2000 Mübarizindir, 1500 də mənim pulumdur, demək olar ki, 2000-dən Mübarizə 20.000 qazandırdım” K-2: “Bəs sən bu yaxınlarda da kimdənsə almısan axı ” K-l: “Necə?” K-2: “Mən sənə olduğu kimi deyirəm, guya biz indidə bu işlərlə məşğuluq” K-l: “O vaxtı” K-2: “Balamın canına and içirəm,......................o birisindən götürdü o uşağın institut pulu idi, gizli vermişik, kişidən gizli vermişik, kişi deyir ki, o kimdir nəçidir, mən tanıyıram deyirəm” K-l: “Vallah 3 nəfər maşınımı göstərmişəm, bir dayı istədi götürsün, sonra fikirini dəyişdi, dedi ki, mənim o yaşım deyil, o biri fikirləşərəm dedi. Sonra o biridə zəng etmişdir ” K-2: “Sən ona son qiymət nə demisən ” K-l: “11.000 amma, 2000 disqlər üstündə 100 manat radiator təptəzə və pionerə 1500 manat pul xərcləmişəm. Bu nivaları kayfla versəm 14000 qiyməti var ” K-2: “Sən istiyirsən” K-l: “Qulaq as bir dəqiqə bu söhbətlər hamısı həll olsun, mənim canım sağ olsun mən çox fikir edirəm, mən başqasından pul götürməyim” K-2: “Vallah yoxdur. ” K-l: “Cibimdə siqaret puluda yoxdur ” K-2: “Başqasından al məndən daha götürmə” K-l: Telefonda kimləsəd danşır...“Dayan gözlə, getmə mən də gəlirəm ora” K-2: “Tima,” K-l: “Hay can 40 manat götürüm” K-2: “'Gözləsin heçnə olmaz, sən mənə 6-cı günə kimi söz ver, verəbilərsən? K-l: “ İnşallah” K-2: “Mən dünən dedim” K-l: “ Mən sənə hə deyirəm, bir 100 kimsə istəyir” K-2: “Hamı istəyirdə, 1-ci də axırıncı da, hamı öz pulunu istəyir, sənin maşının niyə satılmır” K-l “Doktor Vallah” K-2: “Şəkillər çəkdilər, o gün, ucuz istəyir?” Kİ: “Yoxe yenə bir nəfər gəlir” K-l: “Kimin adınadır torpaq, rəhmətə gedən qardaşımın adındadır indi isə anamın adma keçməlidir, sənə göndərilib axı” K-2: “Mənə heçnə göndərilməyib bilmirəm. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin protokollardan göründüyü kimi, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs6 arasında pul vəsaitlərinin borc olaraq alınması, həmin pulun bir hissəsinin İradə adlı şəxsdən alındığı, Təqsirləndirilən şəxs tərəfindən bir neçə dəfə pulun alınıb-qaytarılması, yenidən alınması barədə danışıqlar olmuş, lakin həmin pul vəsaitlərinin məhz avtomobil ehtiyat hissələrinin gətirilib satılması və gəlir əldə olunması məqsədi ilə alınması barədə danışıqlar olmamışdır. Eyni zamanda həmin danışıqlarda Təqsirləndirilən şəxs aldığı pul vəsaitlərinin bir hissəsini qaytardıqdan sonra onun 19600 manat borcunun olmasını Zərərçəkmiş şəxs6 bildirdikdən sonra, sonuncu həmin halı təsdiq etmiş, dolayısı ilə həmin pulun borc olaraq götürüldüyünü və pulun İradə adlı şəxsə qaytarılmalı olduğunu bildirmişdir. Bu, isə onu təsdiq edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qarşısında pulun ödənilməsi ilə bağlı öhdəliyi, yəni mülki məsuliyyəti yaransa da, onun əvvəlcədən Zərərçəkmiş şəxs6 aldatmaqla onun pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirmək niyyətinin olması barədə əsaslı şübhələr vardır. Çünki, yuxarıda qeyd olunan protokollarla müəyyən olunur ki, həmin şəxs dəfələrlə Zərərçəkmiş şəxs6 pul almış, bir neçə dəfə onun bir hissəsini qaytarmış, qaytardıqdan sonra yenidən pul almış, aldığı pulları qaytarmaq barədə öhdəliyinin olduğunu bildirməklə danışıqlar zamanı həmin pul vəsaitlərinin qaytarılması yollarını da Zərərçəkmiş şəxs6 ilə müzakirə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs hər həftədə 3 dəfə olmaqla Zərərçəkmiş şəxs6 1250 manat məbləğində pul verməsini bildirməsinə, o cümlədən səs yazılarında olan bu barədə danışıqlara Zərərçəkmiş şəxs6 ətraflı izah verə bilməmiş, yalnız həmin pulların Təqsirləndirilən şəxs qaytarmalı olduğu pullar olduğunu bildirməklə kifayətlənmişdir. Bundan başqa, səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “Doktor, faiz pulunu qaytarmıram deyəcəklər?” bildirməsinə, sonuncunun “Faiz sualını verməyəcək, borcludur qaytarmır” deyə cavab verməsi də onu təsdiq edir ki, Təqsirləndirilən şəxs aldığı pullar məhz borc məqsədi ilə götürülmüşdür. Bundan başqa, Qusar rayon RPŞ-nin İB-nin baş müstəntiqi Xəqani Dadaşovun Zərərçəkmiş şəxs6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 aprel 2023-cü il tarixli qərarını ləğv edən Qusar rayon prokurorunun 01 iyul 2023-cü il tarixli qərarında material üzrə müstəntiq tərəfindən araşdırmanın səthi aparıldığı, materialın hərtərəfli, tam və obyektiv araşdırılması üçün səlahiyyətləri daxilində bütün tədbirlərin həyata keçirilmədiyi, “Qusar RMX PHŞ-də işləyən Səbirə və Natavanın kimliyi müəyyən edilərək izahatlarının alınmadığı, eləcə də əlavə şahidlərin dairəsi müəyyən edilərək izahatlarının alınmadığı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təqaüdıə çıxmış general qohumunun olub-olmaması, Gürcüstan Respublikasından Azərbaycan Respublikası Gömrük postundan avtomobil ehtiyat hissələri gətirərək ticarətlə məşğul olub-olmaması, ticarət adı ilə digər şəxsləri aldadıb-aldatmaması və material üzrə digər zəruri halların müəyyən edilməsi üçün əməliyyat tapşırığının verilmədiyi, habelə araşdırma üzrə digər zəruri prosessual hərəkətlərin yerinə yetirilmədiyi qeyd olunsa da, istintaq orqanı tərəfindən həmin halların heç biri müəyyən edilmədən, yəni həmin hallar üzrə müvafiq prosessual hərəkətlər edilib hər hansı bir nəticə əldə olunmadan və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6, o cümlədən həmin məqsədlə və üsulla digər şəxsləri aldatması barədə heç bir sübut əldə olunmadan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qarşı dələduqluq etməsi barədə məlum ittiham irəli sürülmüşdür. Eyni zamanda göstərilən hallar məhkəmə istintaqı zamanı da müəyyən olunmamış, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, tərəflər arasında “What’s up” proqramı vasitəsilə aparılan danışıqların mahiyyəti və mətni onu deməyə əsas verir ki, tərəflər arasında yaranmış münasibətlər mülki-hüquqi xarakter daşımış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 münasibətdə Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası ilə ehtiva olunan niyyət və məqsədi, yəni onun zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs6 etibarından kriminal məqsədlə sui-istifadə etməsi, Zərərçəkmiş şəxs6 pulunu məhz əvəzsiz olaraq ələ keçirməsi öz təsdiqini tapmır, bu barədə əsaslı şübhələr var, hansı ki, həmin şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün deyil. Təsvir olunanları nəzərə almaqla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 27-ci bəndində qeyd olunur ...”Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Təsvir olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, X17 Butayevadan aldığı pulları tam və vaxtında qaytarmasında ifadə olunmuş hərəkətləri Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin cinayət tərkibini yaratmır və bu münasibətlər mülki-hüquqi xarakter daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində qeyd olunur ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Beləliklə də, məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 münasibətdə irəli sürülmüş ittiham öz təsdiqini tapmadığından, eyni zamanda bu hallar Təqsirləndirilən şəxs cinayət əməllərinin tövsifinin dəyişməsinə səbəb olmadığından həmin epizodu ümumi ittihamdan xaric edir. Həmçinin, məhkəmə hesab edir ki, digər epizodlara münasibətdə Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməklə mümkündür, həmin şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 16 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdehə) qarşı irəli sürülmüş mülki iddianı müzakirə edərək bu nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs13, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 mülki iddiaları təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Odur ki, Təqsirləndirilən şəxs yuxarıda adları çəkilən mülki iddiaçılara münasibətdə törətdiyi cinayət əməlləri nəticəsində həmin şəxslərə tələb olunan məbləğlərdə məbləğində maddi ziyanın vurulması tam sübuta yetirildiyindən həmin şəxslərin mülki iddiaları təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi kimi 8675 (səkkiz min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3, 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs10, 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs4, 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs13, 2242 (iki min iki yüz qırx iki) manat məblləğində pul vəsaiti tutularaq X8, 2000 (iki min) manat məbləğində pul vəsaiti tutlaraq Zərərçəkmiş şəxs7, 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. Zərərçəkmiş şəxs6 münasibətdə X10 irəli sürülmüş ittiham öz təsdiqini tapmadığından və əsassız hesab edilərək həmin epizod ümumi ittihamdan xaric edildiyindən Zərərçəkmiş şəxs6 mülki iddiası baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 16 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs13, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs 8675 (səkkiz min altı yüz yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3, 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs10, 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs4, ********* (iki min beş yez) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs13, 2242 (iki min iki yüz qırx iki) manat məblləğində pul vəsaiti tutularaq X8, 2000 (iki min) manat məbləğində pul vəsaiti tutlaraq Zərərçəkmiş şəxs7, 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş şəxs6 mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №1(029)-11/2024
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-11/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver