Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-11/2025 14.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hömmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, X2, Müdafiəçi: Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Qusar rayonu, Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, '‘Qusar Rayon Mərkəzi Xəstəxanası” X6 maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsindən əmək fəaliyyətinə xitam verilmədən müvəqqəti kənarlaşdırılmış, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Hil kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özünə etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X10 ilə aralarında bağlanılmış U1.02.2021-ci il tarixli əmək müqaviləsi və ona etibar edilərək verilən maddi əmlakın və ya digər sərvətlərin bütövlüyünə, qorunub saxlanılmasına, mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşımasına dair eyni tarixli müqaviləyə əsasən “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işləyərkən, pul vəsaitləri, qiymətli kağızların, onların mühafizəsi qaydalarına mütləq riayət edilməklə qəbulu, verilməsi, uçotu, saxlanılması üzrə əməliyyatları həyata keçirmək, işçilərə əmək haqqı, mükafatlar, ezamiyyət ödənişləri, digər xərclərin verilməsi üçün bank müəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmiləşdirilmiş sənədlər üzrə pul vəsaitlərini, qiymətli kağızları almaq, mədaxil, məxaric sənədləri əsasında xəzinə kitabını aparmaq, nağd pul vəsaitlərini, qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurmaq, xəzinə hesabatlarını tərtib etmək və digər vəzifə öhdəliklərini daşımaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərff’nə daxil olmayan pullu tibbi və digər xidmətlər üzrə "Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə müraciət edən şəxslərdən qəbul edib işlədiyi kassa otağının qarşısında quraşdırılmış ‘‘Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ödəniş terminalı vasitəsi ilə "Qusar RMX” PHŞ-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Quba filialında olan bank hesabına mədaxil edib köçürməyə cavabdehlik daşıdığı pul vəsaitlərinə maddi məsul şəxs olmaqla onun işlədiyi dövrün hesabatı aparılarkən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfı”nə daxil olmayan pullu xidmətlərə görə "Qusar Rayon Mərkəzi Xəstəxanası“ PHŞ-nə müraciət edən şəxslərdən nağd şəkildə qəbul edilməklə POS-terminal cihazları vasitəsi ilə çekləri çap olunan, “e- tabib” sistemində ödənişi təsdiq olunan pul vəsaitlərinin ümumi məbləği 124.570,82 manat, bank terminalı vasitəsi ilə "Qusar RMX” PHŞ-nin bank hesabına köçürülmüş nağd pul vəsaitlərinin ümumi məbləği isə 104.525 manat olduğundan, həmin məlumatların üzləşdirilməsi zamanı onun öhdəliyində 20.045,82 manat məbləğində çatışmazlıq fərqi aşkar edilmiş, bu müddət ərzində “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə məxsus olmaqla, ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq "Qusar RMX” PHŞ-nin binasında "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi’nə daxil olmayan pullu xidmətlər üzrə xəstəxanaya müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda, hissə-hissə aldığı cəmi 20.045,82 manat (iyirmi min qırx beş manat 82 qəpik) məbləğində pul vəsaitlərini "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin ödəniş terminalı vasitəsi ilə "Qusar RMX” PHŞ-nin həmin ASC-nin Quba filialında olan bank hesabına mədaxil edib köçürməli olduğu halda, bunu etməyərək ona etibar edilmiş həmin pul vəsaitlərini vahid niyyətlə özünə götürüb şəxsi ehtiyaclarına sərf edərək "Qusar RMX” PHŞ-nə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, işlədiyi müddətdə işinə düzgün yanaşmadığından yoxlama aparılmış, çatışmamazlıq aşkar olunmuş, çatışmamazlılığı həmin məbləğdə olacağını bilməmişdir. Sənədlərdə maddi məsul şəxs olduğu üçün dayısının köməkliyi ilə çatışmayan məbləği ödəmişdir. İşinə səhlənkar yanaşdığı üçün çatışmayan məbləğ çox olmuşdur. Hər ay yoxlamalar aparılma idi. Hesabatları maliyyə şöbəsinə mütəmadi vermiş, ona irad bildirilməmişdir. Hesabatları maliyyə şöbəsi tələb edə bilərdi. İbtidai istintaq zamanı ona hədə qorxu, təsir olmayıb. İbtidai istintaq zamanı ifadəyə oxumadan imza etmişdir. Pulları saymayıb götürdüyü üçün özünü təqsirli bilir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək "Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsinin qeydiyyatçısı, həmin tarixdən sonra xəstəxananın maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixdə isə kassanın pul vəsaitlərini mənimsədiyi üçün işdən kənarlaşdırıbmışdır. İşdən kənarlaşdırılarkən xəstəxananın direktoru vəzifəsini baş həkim Şahid1 icra etmişdir. Bu müəssisədə işlədiyi müddətdə maliyyə şöbəsinin müdiri hazırda da işləyən Eldar Məhsiımov olmuşdur. Maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı kimi vəzifələri pul vəsaitlərinin və qiymətli kağızların, onların mühafizəsi qaydalarına mütləq riayət edilməklə qəbulu, verilməsi, uçotu və saxlanılması üzrə əməliyyatları həyata keçirmək, işçilərə əmək haqqı, mükafatlar, ezamiyyət ödənişləri, digər xərclərin verilməsi üçün bank müəssisələrində müəyyən edilmiş qaydalara uyğun olaraq rəsmiləşdirilmiş sənədlər üzrə pul vəsaitlərini, qiymətli kağızları almaq, mədaxil, məxaric sənədləri əsasında xəzinə kitabını aparmaq, nağd pul vəsaitlərini, qiymətli kağızları kitabdakı qalıqlarla tutuşdurmaq, yeniləri ilə əvəz edilməsi məqsədi ilə bank müəssisəsinə verilmək üçün müvafiq sənədlərin siyahısım tərtib etmək, xəzinə hesabatlarını tərtib etmək və sairdən ibarət olmuşdur. Xidməti vəzifələrinə uyğun olaraq xəstəxanaya müraciət edən şəxslərdən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan tibbi və digər xidmətlərlə bağlı daxil olan vəsaitlərin qeydiyyatı, dövriyyəsi, uçotunun aparılması, həmin pul vəsaitlərini xəstəxananın bank hesabına köçürmək öhdəliyini daşımışdır. "Qusar RMX” PHŞ ilə aralarında əmək müqaviləsi bağlanılarkən tam maddi məsuliyyət haqqında müqavilə də bağlanılmışdır. "Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ- nə "Xidmətlər Zərff'nə daxil olmayan pullu tibbi və digər xidmətlərlə bağlı müraciət edən şəxslərin ödədikləri məbləğlər xəstəxananın müvəkkil bank olan "xxxx" ASC-nin Quba filialında olan hesabına köçürülür. Bu pullu xidmətlərə sağlamlıq haqqında tibbi arayışın verilməsi, göndərişsiz müxtəlif analizlərin verilməsi, xarici vətəndaşlara tibbi xidmətlərin göstərilməsi və sair daxildir. "xxxx" PHŞ-nin maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işlədiyi müddətdə həmin pullu xidmətlərə görə şəxslərin ödədikləri pul vəsaitlərini qəbul edib istifadəsində olmuş “e-tabib” sisteminə qoşulmuş kompyuter cihazı vasitəsi ilə ödənişi təsdiq etmişdir. "Xidmətlər Zərfinə daxil olan xidmətdən keçən şəxslər isə ödəniş etmədikləri üçün kassaya yaxınlaşmamışlar. 01 oktyabr 2022-ci il tarixdə "Qusar RMX” PHŞ-nin kassasına vergi sisteminə qoşulmuş 2 POSterminal cihazı verilmiş, kassanın qarşısında da "xxxx" ASC-nin ödəniş terminalı quraşdırılmışdır. “Xidmətlər Zərfinə daxil olmayan xidmətlərlə bağlı müraciət edən şəxslər əvvəlcə qeydiyyat şöbəsinə yaxınlaşıb qeydiyyatdan keçib onlara verilən müvafiq protokollarla ödəniş elmək üçün ona yaxınlaşmışlar. Özü də "e-tabib" sisteminə qoşulmuş, giriş kodu özündə olan komputer sistemi vasitəsi ilə protokolların nömrələrini daxil edib bu şəxslərə müvafiq ödəniş məbləğlərini köçürmələrini demişdir. Onlar ödəniş məbləğlərini bankın terminalı vasitəsi ilə xəstəxananın hesabına köçürməsi üçün ona təhvil vermişlər, özü də POS-terminal cihazı vasitəsi ilə ödənişə dair müvafiq qəbzləri çap edib ödəniş edən şəxslərə verib "e-tabib” sistemindən ödənişi təsdiq etmişdir. Ödəniş edən şəxslərdən pullu tibbi və digər xidmətlərə görə qəbul etdiyi bu pul vəsaitlərinə birbaşa maddi məsul, cavabdeh şəxs olmaqla həmin pul vəsaitlərini bank terminalı vasitəsi ilə xəstəxananın bank hesabına köçürmək öhdəliyi daşımışdır. Bir gün ərzində təxminən 400-800 manat arası vəsait toplanmışdır. Gün ərzində yığılan pul vəsaitlərini günün sonunda bank terminalına mədaxil edib qəbz çıxartmış, eləcə də POSterminaldan gün ərzində köçürülmüş məbləğlərin cəminə uyğun qəbz çıxardıb hesabat üçün kassada saxlamışdır. Kassada iki POSterminal cihazı olmaqla, hər biri eyni funksiyaya malik olmuşdur. Ödəniş üçün müraciət edən şəxs ödənişi bank kartı vasitəsi ilə həyata keçirmək istədiyi halda isə bu ödəniş POS-terminal cihazı vasitəsi ilə olmaqla birbaşa bank hesabına köçürülmüşdür. “Qusar RMX" PHŞ-nin maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işlədiyi müddətdə, 2023-cü ilin yanvar sentyabr ayları ərzində dəfələrlə elə hallar olmuşdur ki. pula ehtiyacı olmuş, bəzən də əmək haqqı kartında pul olsa da. üzərində nağd pul olmamışdır. Belə hallarda xəstəxananın kassasında ödənişli xidmətlərə görə pasiyentlər tərəfindən ödənilməklə ona həvalə edilmiş, xəstəxananın bank hesabına köçürməli olduğu pullardan bir hissəsini özünə götürüb şəxsi məqsədləri üçün xərcləyib mənimsəmişdir. Özünə götürdüyü həmin pul vəsaitlərini dolanışığına, gündəlik xərclərinə sərf etmişdir. Gün ərzində götürdüyü ən az məbləğ təxminən 3-4 manat, ən çox məbləğ isə təxminən 50-100 manat olmuşdur. Belə hallar dəfələrlə baş vermişdir. Kassadan ayrı-ayrı vaxtlarda, hissə-hissə pul vəsaitlərini özünə götürüb mənimsədiyi üçün peşman olmuşdur. Həmin pul xəstəxananın pulu olmaqla ona etibar edilmişdir. Gərək ona etibar edilmiş pul vəsaitlərini özünə götürməzdi, hamısını tam şəkildə xəstəxananın bank hesabına köçürərdi. Bu hərəkətini etiraf edib boynuna almış, buna görə peşman olmuşdur. 2023-cü ilin oktyabr ayında isə xəstəxananın maliyyə şöbəsinin müdiri Nümayəndə ona öhdəsində çatışmazlıq olduğunu bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 'Qusar RMX" PHŞ-nin intizam komissiyasında həmin məsələ müzakirə edilmişdir. Özünün də iştirakı ilə təqdim etdiyi hesabatlar əsasında yoxlama aparılaraq öhdəsində 20.045.82 manat (iyirmi min qırx beş manat 82 qəpik) məbləğində çatışmazlıq olması müəyyən edilmişdir. Bank hesab məlumatları ilə pullu xidmətlərə görə ödənilən pul vəsaitlərinin məbləği üzləşdirilərkən 20.045,82 manat çatışmazlığının olması təsdiq edilmişdir. Həmin pul öz məsuliyyətində, öhdəliyində olmuşdur. Ona görə də bu çatışmazlığa dair tərtib edilmiş hesabatları şəxsən özü imzalayıb təsdiq etmişdir. xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" PHŞ-də xəzinədar vəzifəsində işlədiyi müddətdə xəstəxanaya pullu xidmətlərlə bağlı müraciət edən şəxslərdən ayrı-ayrı vaxtlarda qəbul etdiyi pul vəsaitlərindən 20.045,82 manat məbləğində olan hissəsini özünə götürüb xərcləmişdir. Çatışmazlığı yarandığı üçün xx.xx.2023-cü il tarixdə "‘Qusar RMX” PHŞ-nin rəhbərliyinə həmin pul vəsaitini 15-20 gün ərzində ödəyəcəyi barədə şəxsən öz xətti ilə izahat yazıb imzalayıb vermişdir. xx.xx.2023-cü il tarixdə isə ona töhmət verilmişdir. "xxxx" PHŞ-nin kassasından pul vəsaitlərini özünə götürüb mənimsədiyi üçün "xxxx" ASCnin Qusar filialından kredit götürüb xx.xx.2023-cü il tarixdə xəstəxananın bank hesabına 4.000 (dörd min) manat məbləğində pul köçürmüş, həmin vaxt qalan məbləği isə köçürməyə imkanı olmamışdır. Kassanın pul vəsaitlərini mənimsədiyinə görə xx.xx.2023cü il tarixdə "xxxx" PHŞ-nin Tibbi Şurasının növbədənkənar iclası çağırılmış, həmin tarixli protokol əsasında iş yeri saxlanılmaq şərti ilə müvəqqəti olaraq xəzinədar vəzifəsindən kənarlaşdırılmış. ona kassa əməliyyatlarının aparılması qadağan edilmiş, onunla təhviltəslim aparılmışdır. Sonradan isə bu məsələ ilə əlaqədar "xxxx" PHŞ-nin müraciəti əsasında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ tərəfindən xəstəxanada yoxlama aparılmış, öhdəsində aşkarlanmış çatışmazlıq məbləğinin 20.045,82 manat olduğu bir daha təsdiq edilmişdir. "Qusar RMX” PHŞ-nin kassasından 20.045,82 manat məbləğində pul vəsaitlərini özünə götürüb mənimsədiyini səmimi etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə 16.040 manat. xx.xx.2024-cü il tarixdə 5 manat olmaqla, öhdəsində qalmış 16.045 manat məbləğində pulu da “Qusar RMX" PHŞ-nin bank hesabına köçürmüşdür. Kassadan özünə götürdüyü 20.045,82 manat məbləği “Qusar RMX" PHŞ-nə tam şəkildə ödəmişdir. Törətdiyi əməli etiraf etmiş, peşmançılıq hissi keçirmişdir. Pullu xidmətlərə görə pasiyentlərdən qəbul etdiyi pul vəsaitlərini vəzifə öhdəliklərinə uyğun olaraq "Qusar RMX” PHŞ-nin bank hesabına köçürməli olduğu halda, bu pulları köçürməyib özünə götürüb şəxsi məqsədləri üçün xərcləmişdir. Özünə götürdüyü həmin pul vəsaitlərini dolanışığına, gündəlik xərclərinə sərf etmişdir. Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə cinayət proses iştirakçılarını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsirli olması aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1 "Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsinin qeydiyyatçısı, həmin tarixdən sonra xəstəxananın maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işləmiş, pullu xidmətlərə görə vətəndaşlardan aldığı pul vəsaitlərini mənimsədiyinə görə xx.xx.2023-cü il tarixdə işdən kənarlaşdırılmışdır. Təqsirləndirilən şəxs xəzinədar vəzifəsində işlədiyi müddətdə bilavasitə maliyyə şöbəsinin müdiri Nümayəndə, ümumilikdə isə müəssisə rəhbəri olan direktora tabe olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan xidmətlər vətəndaşlara ödənişsiz, “Xidmətlər Zərffnə daxil olmayan xidmətlər isə ödənişli qaydada həyata keçirilir. “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin ödənişli xidmətlərə görə müvəkkil bank “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Quba filialında bank hesabı açılmaqla vətəndaşlar tərəfindən ödənilən məbləğlər həmin bank hesabına köçürülür.xx.xx.2022-ci il tarixdə “Qusar RMX" PHŞ əlavə dəyər vergi ödəyicisi kimi qeydiyyata alınaraq həmin vaxtdan xəstəxananın kassasına vergi sisteminə qoşulmuş 2 POS-terminal cihazı verilmiş, kassanın qarşısında da "xxxx" ASC-nin ödəniş terminalı quraşdırılmışdır. Bundan əlavə, ödənişin təsdiq edilməsi üçün xəzinədarın istifadəsində "etabib" sisteminə qoşulmuş bir komputer cihazı vardır. Təqsirləndirilən şəxs “Qusar RMX" PHŞ-nin maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı olaraq vətəndaşlardan ödənişli xidmətlərə görə qəbul etdiyi pul vəsaitlərini bank terminalı vasitəsi ilə tam şəkildə xəstəxananın bank hesabına köçürmək vəzifəsini daşımışdır. Xəzinədar qəbul etdiyi ödənişlərin əvəzində isə vətəndaşlara POS-terminal cihazının qəbzini verib ödənişi “etabib” sistemində təsdiq etməli, günün sonunda maliyyə şöbəsinin müdirinə hesabat verməlidir. Vətəndaş bank terminalı vasitəsi ilə ödənişi özü həyata keçirdiyi halda, müvafiq qəbzi xəzinədara təqdim etməli, pul vəsaitlərini birbaşa xəzinədara verdiyi halda isə xəzinədar bu məbləği bank terminalına özü mədaxil etməlidir. Ödəniş plastik bank kartı vasitəsi ilə həyata keçirildiyi halda isə bu əməliyyat POS-terminal cihazı vasitəsi ilə həyata keçirilir. Təqsirləndirilən şəxs xəzinədar olaraq vətəndaşlardan qəbul etdiyi pul vəsaitlərinə maddi məsul şəxs olmuş, həmin pul vəsaitləri xəstəxananın bank hesabına köçürülməsindən ötrü ona etibar edilmişdir. Onun maddi məsul şəxs olmasına dair "xxxx" PHŞ ilə arasında tam maddi məsuliyyət haqqında müqavilə də bağlanılmışdır. 2023-cü ilin oktyabr ayında özü "xxxx" PHŞ-nin direktoru vəzifəsini icra etdiyi müddətdə maliyyə şöbəsinin müdiri Nümayəndə ona xəzinədar Təqsirləndirilən şəxs düzgün olmayan hesabatlar tərtib etməsi, aylıq hesabat verməkdən imtina etməsi, özbaşına geri qaytarmalar edib bu barədə hesabat verməməsi, öhdəsində çatışmazlıq olduğunu, bu səbəbdən onun kassadan pul vəsaitlərini mənimsəməsindən şübhələndiyini, bu məsələnin araşdırılmasına zərurət yarandığını bildirmişdir. Sistem əməliyyatlarının bank məlumatları ilə üzləşdirilməsi, kənarlaşmaların araşdırılaraq aradan qaldırılması üçün tədbir görülməsi məqsədi ilə maliyyə şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə "xxxx" PHŞ-nin həkim nəzarət komissiyasında həmin məsələ müzakirə edilmişdir. Bank terminalı məlumatlarının dəqiqləşdirilməsi üçün onların tərəfindən müvəkkil bank "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Quba filialına rəsmi sorğu məktubu göndərilərək bank terminalı məlumatları alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs xəzinədar vəzifəsində işlədiyi müddətdə xəstəxanada göstərilmiş pullu xidmətlərə görə vətəndaşlar tərəfindən ödənilmiş məbləğlər ilə müvəkkil bankdan əldə edilmiş müvafiq məlumatların üzləşdirilməsi aparılarkən 2023-cü ilin yanvar - sentyabr ayları ərzində onun tərəfindən 20.045.82 manat (iyirmi min qırx beş manat 82 qəpik) məbləğində pul vəsaitinin təyinatı üzrə bank hesabına mədaxil edilməyib mənimsənildiyi müəyyən edilmişdir. Həmin üzləşdirmənin aparılmasında özü də iştirak edərək üzləşdirmə hesabatlarına qol çəkib təsdiq etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin pul vəsaitini 15-20 gün ərzində ödəyəcəyi barədə izahat vermiş, xx.xx.2023-cü il tarixdə isə tərəfindən 1833 nömrəli əmrlə ona töhmət verilmiş, kassada çatışmayan vəsaitin bərpa olunması tələb edilmişdir. Təqsirləndirilən şəxs mənimsədiyi pul vəsaitlərindən ilkin olaraq xx.xx.2023-cü il tarixdə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini "xxxx" PHŞ-nin bank hesabına köçürmüşdür. "Qusar RMX” PHŞ-nin maliyyə şöbəsinin Təqsirləndirilən şəxs kassa əməliyyatlarının aparılmasının məhdudlaşdırılması üçün tədbir görülməsi barədə xx.xx.2023-cü il tarixli məktubu əsasında həmin tarixdə "xxxx" PHŞ-nin Tibbi Şurasının növbədənkənar iclası çağırılmış, Tibbi Şura tərəfindən qəbul edilmiş protokola əsasən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1978 nömrəli əmrlə Təqsirləndirilən şəxs iş yeri saxlanılmaq şərti ilə müvəqqəti olaraq xəzinədar vəzifəsindən kənarlaşdırmaqla ona kassa əməliyyatlarının aparılması qadağan edilmiş, onunla təhvil-təslim aparılmışdır. Təqsirləndirilən şəxs çatışmazlığının yaranması məsələsinin araşdırılması məqsədi ilə yoxlama keçirilməsi üçün onların tərəfindən 22 noyabr 2023-cü il tarixli, 18-1-54/2- 850/2023 saylı məktubla Azərbaycan Respublikası ‘Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ-nə müraciət edilmiş, həmin PHŞ-nin xx.xx.2023-cü il tarixli, 18-1/3-1- 1979/2023 nömrəli əmri ilə Daxili nəzarət və monitorinq departamenti tərəfindən xəstəxanada yoxlama aparılanıq 2023-cü ilin yanvar - sentyabr ayları ərzində vətəndaşlara verilmiş kassa qəbzlərinə uyğun ümumi məbləğ ilə bank hesabına mədaxil edilən ümumi məbləğin arasında 20.045.82 manat əskiklik olması bir daha təsdiq edilmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar sentyabr ayları ərzində kassada vətəndaşlardan ödənişli xidmətlərə görə qəbul etdiyi ümumilikdə 20.045,82 manat məbləğində pul vəsaitlərini xəstəxananın bank hesabına mədaxil etməli olduğu halda, bunu etməyib özünə götürüb mənimsəmiş, "xxxx" PHŞ-nə həmin məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs "xxxx" PHŞ-nə vurduğu həmin maddi ziyandan xx.xx.2023-cü il tarixdə 4.000 manat, xx.xx.2024-cü il tarixdə 16.040 manat, xx.xx.2024-cü il tarixdə 5 manat olmaqla, həmin pul vəsaitlərini "Qusar RMX” PHŞ-nin bank hesabına köçürüb tam şəkildə ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid6 Şahid4 oğlunun, Şahid5 ifadələrindən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğun eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və X4 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığı bildirmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri "ünvan 1 ünvanında fəaliyyət göstərən binasıdır. Həmin bina dörd mərtəbəlidir. Xəstəxananın binasının birinci mərtəbəsinə daxil olduqda zal yerləşir. Fləmin zalda sol tərəfdə anket bölməsinin pəncərələri, oturacaqlar, lift, qarşıda qeydiyyat bölməsinə növbə götürmək üçün nəzərdə tutulmuş aparat, monitor, sağ tərəfdə qeydiyyat bölməsinin pəncərələri vardır. Bundan başqa, zalın sağ tərəfində xəstəxananın Təcili tibbi yardım şöbəsinə açılan dəhliz, pilləkənlər yerləşir. Həmin dəhlizdə kassa otağı, kassa otağının yanında "AzərbaycanBeynəlxalq Bankı” ASC-nin ödəniş terminalı, kassa otağının qarşısında isə oturacaqlar vardır. Qeyd edilən bank ödəniş terminalı "Unicum” markalı, “00010415” İD nömrəli, “21D06041” seriya nömrəli olmaqla işlək vəziyyətdədir. Baxış zamanı həmin bank ödəniş terminalının "Xidmətlər Zərfi”nə daxil olmayan pullu xidmətlərlə bağlı "xxxx" PHŞnə müraciət edən şəxslərin ödədikləri pul vəsaitlərinin xəstəxananın "xxxx" ASC-nin Quba filialında olan hesabına köçürülməsi və ödənişlərə dair qəbzlərin çıxarılması üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. Bundan başqa, kassa otağının giriş qapısı kənardan olmaqla dəhlizə tərəf olan hissəsində xəzinədar tərəfindən pasiyentlərdən pul vəsaitlərinin qəbul edilib onlara qəbz verilməsi üçün 4 şüşəli pəncərə qoyulmuşdur. Baxışda iştirak edən “Qusar Rayon Mərkəzi Xəstəxanası" X6 direktorunun müavini - baş həkim Şahid1 kassa otağına daxil olmağa şərait yaradıb orada olan cihazları baxış keçirilməsi üçün könüllü təqdim etmişdir. Kassa otağına daxil olduqda orada 2 ədəd sadə stul. 2 ədəd təkərli stul, sol tərəfdə üzərində heç nə olmayan 1 ədəd kompyuter masası, daha sonra üzərinə "acer” markalı kompyuter sistemi, “hp” markalı printer cihazı, ofis əşyaları qoyulmaqla, yan-yana yerləşdirilmiş 2 ədəd kompyuter masası, 1 ədəd seyf, sağ tərəfdə şkaf, əlüzyuyan vardır. Kassa otağında olan kompyuter sisteminə baxış keçirilən zaman xəzinədarın daxil olması üçün giriş kodu olmaqla, “e-tabib” sisteminə qoşulması, həmin sistem vasitəsi ilə pasiyentlərin ödəniş qeydiyyatının aparılması, xidmətlərlə bağlı ödənişlərin həmin sistem vasitəsi ilə təsdiq edilməsi, sistemdə gün ərzində "xxxx" PHŞ-nə ödənişli xidmətlərlə bağlı müraciət edən şəxslərin ad, soyadları, şəxsiyyət vəsiqələrinin fin kodları, qeydiyyat protokolunun, qəbzin nömrəsi, ödəniş məbləği, tarixi barədə məlumatların əks olunması müəyyən edilmişdir. Bundan başqa, kompyuter masasının rəfində “Verifone X990” markalı 2 ədəd POS-terminal cihazı, üzərində “İcbari Tibbi Sığorta üzrə X5 Rayon Mərkəzi Xəstəxanası X9 Xəzinə 1” və "İcbari Tibbi Sığorta üzrə X5 Rayon Mərkəzi Xəstəxanası X9 Xəzinə 2” yazılarının əksi olan 2 ədəd möhür vardır. Baxış zamanı “Verifone X990" markalı POS-terminal cihazlarından birinin “V1E0750381", digərinin “V1E0750382” seriya nömrəli, hər ikisinin işlək vəziyyətdə olmaqla eyni funksiyalara malik olması. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sisteminə bağlı olması, bu cihazlardan ödənişlər, hesabatlar barədə çeklərin çıxarılması üçün istifadə edildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən "xxxx" PHŞ-nin baş həkimi Şahid1 Təqsirləndirilən şəxs "xxxx" PHŞ-nin maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı vəzifəsində işlədiyi müddətdə də həmin bank ödəniş terminalı, “e-tabib” sisteminə qoşulmuş kompyuter sistemi. POS-terminal cihazlarının olduğunu, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar - sentyabr ayları ərzində bu kassada xidmət göstərərək xəstəxanaya müraciət edən şəxslərdən aldığı ümumilikdə 20.045.82 manat məbləğində pul vəsaitlərini bank terminalına mədaxil etməyib özünə götürüb mənimsədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-54/2- 290/2024 saylı məktubundan görünür ki. Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında "xxxx" PHŞ-nin müvəkkil bank hesabına ödənilməmiş 20.045 manat məbləğində vəsaitin sonradan tam şəkildə təyinatı üzrə müvafiq müvəkkil bank hesabına köçürülməsi təmin edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7268 saylı rəyi ilə də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 200 ədəd qəbzə, 258 ədəd POS-terminal çekinə, "e-tabib” sistemindən əldə edilmiş məlumatlara, həmçinin müvəkkil bankdan əldə edilən hesabdan çıxarış məlumatlarına baxış keçirilmiş, araşdırma nəticəsində həmin dövr ərzində POS-terminallar vasitəsi ilə mədaxil olunan vəsaitin ümumi məbləğinin (124.570.82 manat nağd və 11.469 manat nağdsız ödəniş) 136.039,82 manat, ödəniş terminalı vasitəsi ilə Xəstəxananın bank hesabına köçürülmüş vəsaitin ümumi məbləğinin (yalnız nağd) 104.525 manat olduğu aşkar edilmişdir. Bankdan əldə edilən hesabdan çıxarış məlumatlarına baxış zamanı Xəstəxananın bank hesabına mədaxil olunan vəsaitin ümumi məbləği 115.801.88 manat (104.525 manat nağd və 11.276,88 manat nağdsız) olmuşdur. Araşdırılan dövr ərzində Xəstəxananın xəzinəyə məsul şəxsi maliyyə şöbəsinin hesabatlıq bölməsinin xəzinədarı Təqsirləndirilən şəxs olmuşdur. 2023cü ilin yanvar-sentyabr ayları ərzində təqdim edilmiş POS-terminal çeklərinə uyğun ümumi məbləğ ilə bank hesabına mədaxil edilən ümumi məbləğ (POS-terminal və ödəniş terminalı vasitəsi ilə) arasında ümumilikdə 20.045,82 manat məbləğində uyğunsuzluq (əskiklik) olduğu aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə, iş yeri üzrə mənfi xarakterizə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzadan və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması hallarını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qadın olmasını şəxsiyyəti xarakterizə edən müsbət hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cərimə cəzasının təyin edilməsini ona görə məqsədə müvafiq hesab etmir ki, təqsirləndirilən şəxsin həmin cərimə cəzasını ödəmək iqtidarında olmadığını, məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi cərimə cəzasını ödəyə bilməyəcəyini bildirmişlər, azadlığın məhdudlaşdırılma cəzasının təyin edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, hazırkı halda, cərimə cəzası təyin edildiyi təqdirdə hökmün icrası mümkün olmayacaq. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, iş üzrə vurulmuş olan maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onun şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bundan başqa Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2. cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 46.1. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini öz qulluq mövqeyindən istifadə edərək törətməsi səbəbindən ona, həmin maddələrlə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə yanaşı bu Məcəllənin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarından gğrünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü nəzərə alaraq hesab edir ki, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan "xxxx" PHŞ-nə aid "xxxx" ASC-nin terminal və bank hesab çıxarışları, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarına dair maliyyə-mühasibat hesabatları, sənədləri, 2023-cü ilin yanvar – sentyabr ayları üzrə üzləşdirmə hesabatı, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr aylarına dair "xxxx" ASC-nin terminal qəbzlərinin əslləri, geri qaytarılmış məbləğlərə dair çeklər və protokollar, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr aylarına dair POS-terminal çeklərinin əslləri, "xxxx" ASC-nin Quba filialının xx.xx.2024-cü il tarixli, 6-2-75/2-60/2024 saylı məktubuna əlavə edilmiş "xxxx" PHŞ-nin binasında quraşdırılmış "xxxx" ASC-nin ödəniş terminalına 2023-cü ilin yanvarsentyabr ayları ərzində mədaxil edilən məbləğlər barədə hesabdan çıxarış, "xxxx" ASC-nin Quba filialının xx.xx.2024-cü il tarixli, 6-2-75/2-74/2024 saylı məktubuna əlavə edilmiş "xxxx" PHŞ-nin "xxxx" ASC-nin Quba filialında olan hesablarından çıxarışlar, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən “Qusar Rayon Mərkəzi Xəstəxanası” X7 aparılan yoxlamanın (monitorinqin) nəticəsi barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 18-1/3-7-22/2024 saylı akt cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" PHŞ-nə aid "xxxx" ASC-nin terminal və bank hesab çıxarışları, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarına dair maliyyə-mühasibat hesabatları, sənədləri, 2023-cü ilin yanvar – sentyabr ayları üzrə üzləşdirmə hesabatı, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr aylarına dair "xxxx" ASC-nin terminal qəbzlərinin əslləri, geri qaytarılmış məbləğlərə dair çeklər və protokollar, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr aylarına dair POS-terminal çeklərinin əslləri, "xxxx" ASC-nin Quba filialının xx.xx.2024-cü il tarixli, 6-2-75/2-60/2024 saylı məktubuna əlavə edilmiş "xxxx" PHŞ-nin binasında quraşdırılmış "xxxx" ASC-nin ödəniş terminalına 2023-cü ilin yanvarsentyabr ayları ərzində mədaxil edilən məbləğlər barədə hesabdan çıxarış, "xxxx" ASC-nin Quba filialının xx.xx.2024-cü il tarixli, 6-2-75/2-74/2024 saylı məktubuna əlavə edilmiş "xxxx" PHŞ-nin "xxxx" ASC-nin Quba filialında olan hesablarından çıxarışlar, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ tərəfindən “Qusar Rayon Mərkəzi Xəstəxanası” X7 aparılan yoxlamanın (monitorinqin) nəticəsi barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 18-1/3-7-22/2024 saylı akt cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №1(029)-11/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-11/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver