Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 1(029)-110/2025 04.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin az ağır zərər vurmağa səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə, saat 17:30 radələrində “BE, CE, DE” kateqoriyalı, AC seriyalı, 715398 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Patrul”markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Xudat şəhərindən Qusar rayonuna gələn zaman rayonun Bədirqala kəndindən keçən hissəsində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti Qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına baxmayaraq və hadisənin qarşısını almağa real texniki imkanı olduğu halda heç bir tədbir görməyərək əks istiqamətli hərəkət zolağına çıxaraq Qusar rayonu Qalacıq kəndi istiqamətində hərəkət edən Qusar rayonu, Qalacıq kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes C” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs1 sol qamış sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlər, sərnişin Zərərçəkmiş şəxs2 QKBT halında baş beyin silkələnməsi, sol gözün üst divarının, sol əng sümüyünün iç və bayır divarlarının sınıqları; sol bud sümüyünün qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlər və sərnişin X2 QKBT-sı, baş beyin silkələnməsi; sağ bazu sümüyünün yuxarı 1/3-nin qapalı, çoxqəlpəli sınığı; sol bud sümüyünün qapalı, çoxqəlpəli sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 17 radələrində, Xaçmaz rayonu, Xudat şəhərindən Qusar rayonuna tərəf, yəni öz yaşadığı ünvana doğru özünə məxsus olan “Nissan Patrul” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Qusar rayonunun Bədirqala kəndi ərazisində keçən hissədə təxminən 60-70 km/saat-la getmiş, bu vaxt kəndin giriş hissəsində nəqliyyat vasitəsində sola meylli yolla hərəkət edərkən avtomobilində texniki nasazlıq yaranmış, avtomobilin mühərriki dayanmış, sükan ilişdiyi üçün avtomobili təkrar normal vəziyyətə, yəni sağa istiqamətləndirə bilməmiş, habelə bu vaxt özünün avtomobili təkrar işə salmağa çalışmış, avtomobilin açar hissəs qırılmış, bu vaxt qarşıdan heç bir nəqliyyat vasitəsi gəlməmış, habelə özünün də hərəkət yolunda heç bir avtomobili getməmiş, əks istiqamətli hərəkət yolunun yol çiynində, yəni otluq hissədə dayanıb durmuş, vəziyyəti anlamağa çalışmış, təxminən 5-10 saniyə sonra isə dayanmış vəziyyətdə olan avtomobili ön-qabaq tərəfinə qarşıdan gələn bir nəqliyyat vasitəsinin zərbə ilə çırpılmaqla yol-nəqliyyat hadisəsi törətmiş, həmin nəqliyyat vasitəsinin sürəti çox olmuş, özünün dayanmış vəziyyətdə olan 3 tonluq nəqliyyat vasitəsinin zərbənin təsirindən müəyyən dərəcədə çevrilmiş, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunan nəqliyyat vasitəsinin sürəti çox yüksək olmuşdur. Hadisə zamanı özünün avtomobilin içərisində oturmuş, hadisə nəticəsində özünün, sinə və qarın hissədən müxtəlif bədən xəsarətləri almışdır. Sonda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, ərizə ilə müraciət edərək amnistiya aktı tədbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri, şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər mötəbər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Qusar şəhərinə öz şəxsi işləri ilə bağlı özünə məxsus olan “Mercedes-benz C class” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə gəlmiş, həmin tarixdə, axşam saat 17 radələrində Qusar şəhərindən əvvəldən onun özü ilə olan Zərərçəkmiş şəxs2 adlı dostu və sonradan Qusar şəhəri ərazisində avtomobilə mindirdiyi həmkəndlisi Növrət Nəsrullayevlə birgə rayonun Bədirqala kəndi istiqamətində hərəkətdə olmuş, bu zaman təqribi sürətinin 60 km/saat olmuş, yolda uzununa üfüqi nişanlanma xətti ilə nişanlanmış hissədə yolun döngəli olmuş, ehtiyatla öz hərəkət istiqamətində irəliləyən vaxtı ani olaraq üfüqi nişanlanma xəttinin tələblərini pozan bir nəqliyyat vasitəsinin özünün hərəkət istiqamətinə çıxmış, avtomobili qaçıra bilmədiyi üçün özünün hərəkət yolunda asfalt örtükdə həmin avtomobillə toqquşma baş vermiş, hər iki nəqliyyat vasitəsinin özünün hərəkət yolunun yol çiyninə tərəf getmiş, bununla belə avtomobillərin hərəkətinin tam dayandıqdan sonra özü avtomobildən aşağıya düşmüş, aldığı xəsarət nəticəsində yıxılaraq yerdə qalmış, sonradan digər nəqliyyat vasitəsinin “Nissan Patrol” olmasını görmüşdür. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Qusar şəhərinə öz şəxsi işləri ilə bağlı dostu Zərərçəkmiş şəxs1 məxsus olan “Mercedes-benz C class” markalı **- XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə gəlmiş, həmin tarixdə, axşam saat 17 radələrində özünün, Qusar şəhərindən əvvəldən onunla olan Zərərçəkmiş şəxs1 avtomobili ilə və sonradan Qusar şəhəri ərazisində avtomobilə mindirdikləri həmkəndliləri Növrət Nəsrullayevlə birgə rayonun Bədirqala kəndi istiqamətində hərəkətdə olan zaman içərisində əyləşdiyi avtomobilin təqribi sürəti 60 km/saat olmuş, yolda uzununa üfüqi nişanlanma xətti ilə nişanlanmış hissədə yolun döngəli olmuş, birdən birə ani olaraq üfüqi nişanlanma xəttinin tələblərini pozan bir nəqliyyat vasitəsinin onların hərəkət istiqamətinə çıxmış, Zərərçəkmiş şəxs1 avtomobilini kənara qaçıra bilmədiyi üçün öz hərəkət yolunda həmin avtomobillə toqquşmuşdur. Sonradan digər nəqliyyat vasitəsi “Nissan Patrol” markalı avtomobil olmasını görmüşdür. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, öz şəxsi işləri ilə bağlı Qusar şəhərində olduğunu, həmin tarixdə işlərini yekunlaşdırmış, bu vaxt kəndə gedən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus olan “Mercedes-Benz C-class” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Qusar şəhəri ərazisindən minmiş, hər üçünün, yəni sürücü Zərərçəkmiş şəxs1 və sərnişin digər həmkəndlim Zərərçəkmiş şəxs2la birgə Qusar rayonu ərazisində rayonun Bədirqala kəndi istiqamətində hərəkətdə olmuş, içərisində olduqları avtomobilin təqribən sürətinin 60 km/saat olmuş, yolda uzununa üfüqi nişanlanma xətti ilə nişanlanmış hissədə yolun döngəli olmuş, birdən-birə ani olaraq üfüqi nişanlanma xəttinin tələblərini pozan bir nəqliyyat vasitəsinin özlərinin hərəkət istiqamətinə əks yola çıxmış, Zərərçəkmiş şəxs1 avtomobilini kənara qaçıra bilmədiyi üçün öz hərəkət yolunda həmin avtomobillə toqquşma hadisəsinin baş vermişdir. Hadisə nəticəsində özünün müxtəlif bədən xəsarələri almışdır. Sonradan digər nəqliyyat vasitəsi “Nissan Patrol” markalı avtomobil olmasını görmüşdür.Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifdəsində göstərmişdir ki,xx.xx.2025-ci il tarixdə, öz şəxsi işləri ilə bağlı Qusar şəhərində olmuş, qeyd olunan tarixdə işlərini yekunlaşdırıb təxminən saat 17 radələrində Qusar rayonu Qalacıq kəndinə tərəf “Lada Vaz 010” markalı nəqliyyat vasitəsi ilə hərəkət etmiş, bu vaxt adının sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsin də önündə hərəkət etmiş, rayonun Bədirqala kəndində döngəli yolda Zərərçəkmiş şəxs1 qarşısına bir nəfər şəxsin idarə etdiyi “Nissan Patrol” markalı avtomobilin qəflətən çıxmış, qəza şəraiti yaratmaqla Zərərçəkmiş şəxs1 hərəkət istiqamətində onunla toqquşmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “MTE və PA” birliyinin Qusar Rayon Şöbəsinin 28 aprel 2025-ci il tarixli 190 saylı rəyində göstərilmişdir ki, məhkəmətibbi ekspertizası zamanı Zərərçəkmiş şəxs1 sol qamış sümüyünün qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə törəmə müddətləri “Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitə, yəni, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi göstərilmişdir. Habelə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “MTE və PA” birliyinin Qusar Rayon Şöbəsinin 28 aprel 2025-ci il tarixli 191 saylı rəyində göstərilmişdir ki, məhkəmətibbi ekspertizası zamanı Zərərçəkmiş şəxs2 QKBT halında baş beyin silkələnməsi, sol gözün üst divarının, sol əng sümüyünün iç və bayır divarlarının sınıqları; sol bud sümüyünün qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə törəmə müddətləri “Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitə, yəni, xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi göstərilmişdir. Habelə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış “MTE və PA” birliyinin Qusar Rayon Şöbəsinin 28 aprel 2025-ci il tarixli 192 saylı rəyində göstərilmişdir ki, məhkəmətibbi ekspertizası zamanı X1 QKBT-sı, baş beyin silkələnməsi; sağ bazu sümüyünün yuxarı 1/3-nin qapalı, çoxqəlpəli sınığı; sol bud sümüyünün qapalı, çoxqəlpəli sınıqları küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə törəmə müddətləri “Məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitə, yəni, xx.xx.2025-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi göstərilmişdir. Habelə qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 17 iyun 2025-ci il tarixli 8/1170 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, “Nissan Patrul” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti Qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş,onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa tekniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 21 avqust 2025-ci il tarixli 8/1678 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Nissan Patrul” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti Qaydaları” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa tekniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən ehtiyyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası CM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1ci hissəsinin 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər amnistiya tətbiq edilən şəxslərin dairəsinə aiddirlər. Həmin Amnistiya aktının 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatan şəxs olduğundan, onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.14-cü bəndinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin Amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “CD” formatlı kompakt disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 350 (üz yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktı tədbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “CD” formatlı kompakt disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 350 (üz yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Qusar rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №1(029)-110/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №1(029)-110/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver