Azərbaycan Respublikası adından HÖKM Qusar şəhəri İş № 1(029)-116/2025 02.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X16 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Tərcüməçi: X7, Müdafiəçi: Qusar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci il tarixdə Qusar rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, ailəli-himayəsində dörd yetkinlik yaşına çatmayan uşaqları olan, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, işləməyən, Qusar rayonu Yuxarı Tahircal kəndində daimi qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 18:18 radələrində, narkotik vasitələrin saxlanmasında, daşınmasında, gəzdirilməsində və narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli olduğundan Qusar rayonu Yeni-Tahircal kənd ərazisində yerləşən bağ sahəsindəki tikilidə saxlanılmış, əynində olan boz rəngli şalvarın sol cibində saxlamaqla daşıdığı qara rəngli polietilen bükümün və ona məxsus qara rəngli gödəkçənin sol cibindən ağ polietilen bükümün içərisindən ümumuilikdə çəkisi 12,542 qram olan bitki mənşəli kütlələr, tərkibində norkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, əlavə olaraq həmin tikiliyə baxış zamanı mebel oturacağının sol alt hissəsində yaşıl rəngli plastik qabın içərisindən narkotik tərkibli çətənə bitkisinin toxumuna bənzər kütlələr, həmçinin özünün istifadəsində olan bağ sahəsindən 10 (on) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 73,554 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus olmuş, bağ sahəsində də onları özü əkmişdir. Hazırda törətdiyi əməlindən peşman olduğunu, himayəsində 4 uşaqlarının olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 04 iyul 2025-ci il tarixdə əməliyyat müvəkkili vəzifəsində işlədiyi Qusar rayon X11 X12 Şahbazovun narkotik vasitələri əkib becərməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, həmin gün axsam saat təxminən 18:00-19:00 radələrində Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə getmişlər. Orada tikili olmuş və həmin tikilinin qarşısında Təqsirləndirilən şəxs, həmçinin Yarbullat və Qədim adlı digər şəxsləri görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxslərin üzərlərində narkotik vasitənin olması barədə şübhənin olduğunu bildirərək videoçəkiliş aparılmaqla onların üzərlərinə baxış keçirilmiş və baxış zamanı hər birinin üzərindən narkotik vasitəyə bənzər ot kütlələri aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus bağ sahəsində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat olduğunu, bu səbəbdən də həmin sahəyə baxış keçiriləcəyi bildirilmiş, X14 Mərkəzindən mütəxəssis dəvət olunmuş və bundan sonra videoçəkiliş aparılmaqla həmin sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən 10 ədəd yaş halında kannabis bitkisi aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bitkilərin ona məxsus olduğunu, onun tərəfindən əkilib becərildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs heç bir təsir göstərilməmiş, hüquq və vəzifələri ona izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx.xx.2025ci il tarixdə Qusar rayonu Yeni Tahircal kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus bağ sahəsində Təqsirləndirilən şəxs və Yarbullat Süleymanovla birlikdə işləyib, nahar fasiləsi üçün həmin bağ sahəsindəki tikilidə masanın arxasında oturan zaman Təqsirləndirilən şəxs masanın üzərinə narkotik vasitə qurudulmuş marixuananı çıxardıb, cüzi bir hissəsini istifadə etmişdir. Bu zaman o və Yarbullat həmin marixuananın cüzi bir hissəsini bükümlərə qablaşdırıb, özlərində saxlamışlar. Həmin gün saat təxminən 18 radələrində orada olan zaman Qusar RPŞ-nin əməkdaşları narkotik vasitələrin saxlanmasında, daşınmasında, həmçinin narkotik tərkibli bitkilərin əkib-bəcərilməsində şübhəli olduğunu bildirərək onları saxlamışlar, video çəkilişlə onların üzərlərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs, onun və Yarbullatın üzərindən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra isə polis əməkdaşları aqronom mütəxəssisin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs məxsus bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən 10 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilir ki, 04 iyul 2025-ci il tarixdə, saat 18:18-də Təqsirləndirilən şəxs üzərinə Qusar rayonu Yeni Tahircal kəndin ərazisində yerləşən bağ sahəsindəki tikilidə baxış keçirilən zaman sonuncunun üzərindən bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin özünün istifadəsində olan bağ sahəsindən 10 (on) ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. İş materiallarında olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi” məhkəmə ekspertizasının 05 iyul 2025-ci il tarixli 20/577 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR DİN “Zərflər üçün N 106” möhür əksi, əl yazıları olan 01 ədəd paketdə ümumi sayı 10 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 73,554 qram olan bitki nümunələri eyni növə aid olub əkib-bəcərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş AR DİN “Zərflər üçün N 106” möhür əksi, əl yazıları olan 01 ədəd zərfdə 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,958 qram, 10,584 qram ümumi təmiz çəkisi 12,542 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadırlar, həmin marixuana kütlələri bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd plastik qabda təmiz çəkisi 2,993 qram olan toxumlar narkotik tərkibli çətənə (kannasbis) bitkisinin toxumlarıdır, lakin narkotik vasitələrə aid deyil (i/v: 103-106). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-73,554 qram, cəmi tədqiqata sərf edildi-0,2 qram, (hər obyekt 0,02 qram), qalıq 73,354 qram, marixuananın ümumi təmiz çəkisi-12,542 qram, cəmi tədqiqata sərf edildi-0,06 qram (hər obyekt 0,03 qram), qalıq-12,482 qram, çətənə (kannabis) bitkisinin toxumlarının təmiz çəkisi-2,993 qram, tədqiqata sərf edildi-0,03 qram, qalıq 2,963 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri 180 (yüz səksən) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən aparılmış ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 avqust 2025-ci il tarixli 4754 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i/v: 194-195). İş materiallarında olan 28 oktyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və bağ sahəsinə baxış keçirilməsinin görüntülərini əks etdirən iki ədəd CD disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 12,482 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın, çətənə (kannabis) bitkilərindən qalıq qalmış 79,354 qram, çətənə (kannabis) bitkisinin toxumlarından qalıq qalmış 2,963 qram kütlələrin maddi sübut kimi tanınması və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. X9 və X1 əməllərində cinayət tərkibi yoxdur, ancaq qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda narkotik vasitə əldə etməsinə, saxlamasına və daşımasına görə onların əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri vardır. Ona görə də, həmin şəxslərin barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qusar RPŞnin X3 göndərilməsi qərara alınmışdır. (i/v: 197-206). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v: 182-183). İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Samur qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli 5-63-11/2-Ş-285- 42-285/2025 saylı arayışdan görünür ki, Rusiya Federasiyasında qeydiyyatda olan, müvəqqəti olaraq Qusar rayonu Yeni Tahircal kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X2, oğlu Məhəmməd Şahbazovdan, oğlu Məcid Şahbazovdan, qızı Saminat Şahbazovadan və oğlu Süleyman Şahbazovdan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ ******* saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayonu Yeni Tahircal kəndində xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müvəqqəti qeydiyyata alınmaqla ona yaşamaq icazəsi verilmişdir. İş materiallarında olan İ-BD 688813, İİİ-BD 591510, AZ-İV 487174 və AZ-V 071910 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Məhəmməd, xx.xx.2011-ci il təvəllüdlü Məcid, xx.xx.2019-cu il təvəllüdlü Saminat və xx.xx.2024-cü il təvəllüdlü Süleyman adlı 4 yetkinlik yaşına çatmayan uşaqları var, həmin uşaqların ikisi azyaşlıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi yuxarıda sadalanan sübutlarla tam təsdiq olunur. Beləliklə də, məhkəmə - ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edir. O, həmin maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı əməlindən peşman olmasını, himayəsində ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Yeni Tahircal kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, ilk dəfədir ki, məsuliyyətə cəlb olunur, himayəsində dörd yetkinlik yaşına çatmayan uşaqları var. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmaqla miqrasiya orqanında rəsmi qeydiyyata alınaraq faktiki olaraq ailəsi ilə birlikdə Qusar rayonu Yeni Tahircal kəndində yaşayır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin şəxsə təyin olunan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədlərinə nail olunması baxımından daha səmərəli olar. Bundan başqa, CM-nin 58.1-ci maddəsinin mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2025-ci ildə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, 05 iyul 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 18:00-da tutulmadan azad edilmişdir. Bununla da, həmin şəxsin azadlığı 1 (bir) gün müddətində faktiki məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təsvir olunanlara əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 1 (bir) gün həbsdə olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və bağ sahəsindən aşkar edilərək götürülmüş və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 12,482 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın, çətənə (kannabis) bitkilərindən qalıq qalmış 79,354 qram, çətənə (kannabis) bitkisinin toxumlarından qalıq qalmış 2,963 qram kütlələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 180 (yüz səksən) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs X5 barəsində xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək; CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 04 iyul 2015-ci il tarixdən 05 iyul 2025-ci il tarixədək 01 (bir) gün faktiki olaraq həbsdə saxlanma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qusar rayonu Yuxarı Tahircal kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və bağ sahəsindən aşkar edilərək götürülmüş və Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 12,482 qram, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, çətənə (kannabis) bitkilərindən qalıq qalmış 79,354 qram, çətənə (kannabis) bitkisinin toxumlarının qalıq qalmış 2,963 qram kütlələr məhv edilsin. İş üzrə 180 (yüz səksən) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd CD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ANAR QASİMOV
Məhkəmə qərarları › İş №1(029)-116/2025
Qusar Rayon Məhkəməsi Hökm — İş №1(029)-116/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver